Mühazirə 14 Mövzu: Avropada Otuzillik müharibənin başlanması və nəticələri. Plan



Yüklə 31,33 Kb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü31,33 Kb.
#35610
növüMühazirə
1   2   3   4   5   6   7   8
Otuzillik müharibənin başlanması M.

1.Otuzillik müharibənin başlanması. Otuzillik müharibə və diplomatiya. XVII əsrin əvvəllərində Qərbi Avropanın siyasi həyatında ən mühüm münaqişə Avstriya və İspaniya Habsburqları ilə Fransa arasındakı ziddiyyətlər idi. Hər iki qüvvə qitənin qərbində hegemonluğa iddialı olub mübarizə aparırdı.

Fransanın xarici siyasətinin strateji vəzifəsi alman imperiyasının möhkəmlənməsinə mane olmaq idi. Bu məqsədlə fransız diplomatiyası alman knyazları arasında qüvvələr nisbətini saxlayaraq «alman azadlığı» şüarı ilə çıxış edirdi. «Dövlət marağı»nı dini maraqlardan üstün görən Fransanın katolik başçıları imperiyadakı öz dindaşlarına yox, məhz protestantlara kömək edirdilər. Bundan əlavə, Fransanın Avstriya Habsburqlarına Elzas və Lotaringiyada ərazi iddiaları da var idi. İspan Habsburqları ilə isə Fransa Cənubi Niderland və Şimali İtaliyada mübarizə aparırdı.

Almaniyada baş verən hadisələr Habsburqların digər rəqibləri – Birləşmiş Əyalətlər Respublikası, Danimarka və İsveçin protestant krallıqları üçün də əhəmiyyətli idi. Müstəqillik uğrunda İspaniya ilə müharibə aparan Respublika üçün protestant knyazlarının «Yevangeliya uniyası» təbii müttəfiq idi. Danimarka və İsveçə gəlincə, bu dövlətlər şimal dəniz yollarında bir-birilə mübarizə aparsalar da, Habsburqların Şimali Almaniyada və daha sonra Baltikada möhkəmlənməsindən, yəni yeni rəqibdən ehtiyat edirdilər. Həm də imperiyanın tərkibində olan Şlezviqin və Qolşteynin hersoqu kimi Danimarka kralı öz süzereninin – imperatorun güclənməsini istəmirdi.

Otuzillik müharibə ərəfəsində və gedişində İngiltərə ziddiyyətli mövqe tutmuşdu. O, antihabsburq koalisiyalarında gah iştirak edir, gah da onlarla rəqabət aparırdı. Moskva dövləti, Polşa və Osmanlı imperiyası Otuzillik müharibədə birbaşa iştirak etməsələr də, bu və ya gidər dərəcədə təsir gücünə malik idilər. İsveçlə Baltika uğrunda mübarizəni dayandıran Rusiya İsveçin rəqibi, lakin Habsburqların müttəfiqi olan Polşanın qüvvələrini tükətdirirdi və ona görə də protestantlara dolayı yolla kömək etmiş olurdu. Nəhayət, Habsburqların ənənəvi düşməni olan Osmanlı dövləti Fransa ilə əməkdaşlıq etməklə bu munaqişədə dolayı da olsa iştirak edirdi. Üstəlik, Türkiyədən vassal asılılığında olan Transilvaniya knyazlığı da Habsburqlara qarşı fəal qüvvələrdən biri idi.

Dörd mərhələdə (1618-1624-cü illər Çexiya, 1625-1629-cu illər Danimarka, 1630-1635-ci illər İsveç, 1635-1648-ci illər Fransa-İsveç mərhələləri) getmiş Otuzillik müharibədə antihabsburq koalisiyasının iştirakçıları arasında dəfələrlə iri ziddiyyətlər ortaya çıxsa da, ümumi düşmənə qarşı mübarizədə bu ziddiyyətlər arxa plana keçmişdi.

Avropada yeni münaqişə ocağı Çexiya oldu. Almaniya imperatorları 1526-cı ildə həm də Çexiya kralları sayılırdılar və bu krallıq Müqəddəs Roma imperiyasında mühüm yerlərdən birini tuturdu. Çex protestantları Almaniyada gedən daxili mübarizədən istifadə edərək XVII əsrin əvvəllində “Əlahəzrətin fərmanı” adlı siyasi aktın imperator tərəfindən imzalanmasına nail oldular. Fərmana əsasən çex protesantlarına bir sıra dini guzəştlər verildi. 1611-ci ildə isə Praqada protestant qraf Tumun komandanlığı altında çex silahlı qüvvələri yaradıldı. Protestantların Çexiyadakı müvəffəqiyyətləri Katolik liqasının və yezuitlərin cavab hərəkətlərinə səbəb oldu. Övladı olmayan imperator Matveyin Ştiriyalı Ferdinandı taxt-tac varisi elan etməsindən sonra katoliklər protestantlar üzərinə hücumlarını gücləndirdilər, onlara verilmiş təminatları açıq şəkildə pozmağa başladılar. 1618-ci çex protestları imperatora dini hüquqlarının pozulmasına dair imperatora şikayət məktubu təqdim etdilər. İmperatorun qadağan etməsinə baxmayaraq Çexiya seymi 1618-ci ilin mayın 23-də yenidən toplandı. Praqanın hakimiyyət organları qadağan olunmuş qurultayda iştirak etmək istəyən şəhərliləri həbs etməyə başladı. Bu xalqın narazılığına səbəb oldu. Qraf Tum və tərəfdarları Çex dəftərxanasının iqamətgahına gəldilər və imperator canişinlərinə qarşı ittihamlara başladılar. Çex zadəganları ali hakim Slavatı və Karlşteyn burqqrafı Martinisi tutaraq qədim çex adəti üzrə hər ikisini pəncərədən atırlar. Dəftərxana katibi Fabrisini də də pəncərədən atırlar. Bu akt defenestrasiya adını aldı.




Yüklə 31,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin