Mühazirə 14 Mövzu: Avropada Otuzillik müharibənin başlanması və nəticələri. Plan


Müharibənin İsveç dövrü (1630-1635)



Yüklə 31,33 Kb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü31,33 Kb.
#35610
növüMühazirə
1   2   3   4   5   6   7   8
Otuzillik müharibənin başlanması M.

Müharibənin İsveç dövrü (1630-1635)

Habsburqların güclənməsi Fransanı, İsveçi və bir çox başqa dövlətləri ciddi naraht edirdi. 1630-cu ilin yayında Polşa ilə sülh bağlamağa nail olan və Almaniyada müharibə aparmaq üçün Fransadan böyük məbləğlə maliyyə köməyi alan İsveç kralı Qustav Adolf iyunun 6-da Pomeraniya sahilindəki Uzedo adasına qoşun çıxartdı. O döyüşsüz Ştettini tutdu və imperiyalıları Pomeraniyadan qovmağa başladı. İsveçlilər Almaniyaya alman protesttantlarının azadlıqlarını müdafiə etmək, onları tiraniyadan xilas etmək, Restutisiya ediktini həyata keçirmək cəhdlərinə qarşı mübarizə şüarları altında gəlmişdilər. Başlanğıcda öz krallarının əmrlərinə əməl edən əsgərlər talançılıqla məşğul olmurdular. Bu onların yerli əhali arasında nüfuzunu artırırdı. Qalalar bir-birinin ardınca isveçlilərin əlinə keçirdi. Kampaniyanın diplomatik tərəfini hazırlamaq və müttəfiq tapmaq Qustav Adolf üçün çətin oldu. İsveçliləri çıxış etməyə sövq edən Fransa hücumun başlanmsından yarım il sonra İsveçlə saziş imzaladı. Sazişə əsasən Fransa 36 minlik İsveç ordusunun saxlanılması üçün İsveçə ildə bir milyon livr ödəməyi öhdəsinə götürürdü. İsveçlilər də öz üzərunə götürdülər ki. katoliklər sıxışdırılmayacaq və onlar Katolik liqasına bririnci hücum etməyəcəklər. Qışın gəlişinə baxmayaraq isveçlilər döyüşləri davam etdirirdilər. Tilli Mərkəzi və Cənubi Almaniyada xeyli qüvvə toplayaraq isveçlilərə qarşı hücuma keçdi,


Yüklə 31,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin