Mühazirə 14 Mövzu: Avropada Otuzillik müharibənin başlanması və nəticələri. Plan


-1659-cu illərdə Fransanin xarici siyasətinə dair



Yüklə 31,33 Kb.
səhifə7/8
tarix02.01.2022
ölçüsü31,33 Kb.
#35610
növüMühazirə
1   2   3   4   5   6   7   8
Otuzillik müharibənin başlanması M.

3.1635-1659-cu illərdə Fransanin xarici siyasətinə dair

İsveçlə ittifaqı bərpa edən Fransa Otuzillik müharibənin bütün cəbhələrində mübarizəni fəallaşdırmaq üçün böyük diplomatik cəhdlər həyata keçirdi. 1635-ci ildə Fransa özü də müharibəyə qatıldı. 1635-1642-ci illərdə fransızlar Elzası ələ keçirdilər, Cənubi Niderlandda böyük uğurlar əldə etdilər. 1643-1645-ci illərdə Mazarini münaqişəyə son qoymaq üçün böyük fəallıq nümayiş etdirdi. 1648-ci ildə Fransa Avstriya Habsburqları ilə Vestfal sülhünü, 1659-cu ildə isə - İspaniya ilə Pireney sülhünü imzaladı.

Fransanın Otuzillik müharibəyə birbaşa qatılması təkcə hərbi və diplomatik baxımdan deyil, hüquqi və ideoloji nöqteyi-nəzərdən də hazırlanmışdı. Bu illərdə Fransada ilk qəzet – «Gazette de Franse» çıxmağa başlayır və o, fransız diplomatiyasının xidmətinə dayanır. Məhz həmin qəzetin səhifələrində kardinal Rişelyenin «Fransaya Lotaringiyanı və Varı birləşdirməyin ən doğru yolu» adlı pamfleti çap olunur. Pamfletdə deyilirdi: «İmperatorun Reyndən solda olan torpaqlara heç bir hüququ yoxdur, çünki bu çay 500 il ərzində Fransanın sərhədi olmuşdur. İmperatorun iddiaları uzurpasiyadır» (zorla ələ keçirmə, işğal).

Müharibədə iştirakını «hüquqi» cəhətdən əsaslandıran kardinal Rişelye konkret diplomatik addımlara – yeni antihabsburq koalisiyasının təşkili işinə başladı. Bununla bağlı qeyd etmək lazımdır ki, həmin ərəfədə Fransanın İspaniya ilə artıq hərbi əməliyyatları başlamışdı. Belə ki, hələ 1627-ci ildə Mantuya hersoqu II Vinçenso Qonzakanın vəfatı ilə «Mantuya vərəsəliyi» məsələsi ortaya çıxmışdı. Bu vərəsəlik Qonzakanın qohumu, fransız hersoqu Şarl de Neverə keçməli idi. İspaniya bu məsələdə Qonzakanın digər qohumu – Savoyya hersoqu olan və Fransa ilə düşmənçilik edən I Karl-Emmanuili dəstəklədi . İmperator II Ferdinand da məsələyə qarışmalı oldu. Düşmən tərəfləri barışdırmaq üçün Roma papası VIII Urban nunsi köməkçisi olan Culio Mazarinini hərbi əməliyyatlar rayonuna göndərdi. Gənc diplomat Rişelyeni və ispan generalı, Milandakı vitse-kral A.Spinolanı razılığa gəlməyə inandıra bildi. İlk dəfə Rişelye - Culio Mazarini görüşü belə baş verdi. 1630-cu il mayın 10-da Qrenoblda XIII Lüdovik və Rişelyenin iştirakı ilə keçirilən müşavirədə gələcək addımlar müzakirə olundu.



1635-ci ilin fevralında Fransa Hollandiya ilə müdafiə və qarşılıqlı hərbi yardım ittifaqı bağladı. İsveçin müharibədən çıxmasının qarşısını almaq üçün Rişelye onunla 1635-ci ilin aprelində Kompyen müqavilə sini bağlayır; müqaviləyə görə, İsveç imperatora qarşı Fransa ilə birgə hərbi əməliyyatlarda iştirak edəcəyini öhdəsinə götürürdü. Kardinal, həmçinin, Şimali İtaliyada Savoyyanı və Parinanı öz tərəfinə çəkməklə antiispan koalisiyası yaratmağa cəhd göstərmişdi. İngiltərə neytrallığını saxlayacağını öhdəsinə götürürdü. Mantuya, Venesiya və Transilvaniya knyazlığı da Fransa İsveç ittifaqını dəstəklədi. Diplomatik hazırlıqdan sonra, 1635-ci il mayın 19-da Fransa İspaniyaya, daha sonra Müqəddəs Roma imperiyasına müharibə elan etdi. Otuzillik müharibənin sonuncu, ən uzun çəkən mərhələsi elə bir şəraitdə gedirdi ki, tərəflərin insan və maddi ehtiyacları artıq tükənmişdi. Nəticədə bu mərhələ daha çox lokal, manevrli döyüşlərlə səciyyələnir. İlk üç il Fransa üçün uğursuz olmuşdu. O, demək olar ki, bütün cəbhələrdə məğlubiyyətə uğrayırdı. 1636-cı ilin yayında İspaniya Niderlandının canişininin qoşunları hətta Parisə yaxınlaşmışdı. Bununla əlaqədar kardinal Rişelyenin sarayda əleyhdarları artır; ona qarşı bir neçə sui-qəsd (o cümlədən kraliça Avstraliyalı Annanın təşəbbüsü ilə) hazırlanır . Vergilərin olmazın artması xalqın etirazlarına və iğtişaşlarına səbəb olur ki, onların da yatırılması üçün böyük hərbi qüvvə tələb olunurdu. Kardinal Rişelye İspaniyanın daxilində baş verən gərginlikdən, o cümlədən, Kataloniyada və Portuqaliyada genişlənən xalq üsyanlarından öz məqsədləri üçün istifadə edə bildi. Belə ki, Fransa onların müstəqilliyini tanıdı. Fransızların və katalonların birgə səyləri ilə ispanları Russilyondan qovmaq mümnkün oldu. Özünü Portuqaliya kralı elan etmiş IV Juan Fransa və Hollandiya ilə bağladığı müqavilələrə görə, 10 il müddətində ispan kralı IV Filiplə hər hansı razılığa girməyəcəyini öhdəsinə götürürdü. ). 1641-ci ilin iyulunda isə Brandenburq knyazı imperatorla münasibətləri qırdı və İsveçlə ittifaq bağladı . Artıq Fransa diplomatiyası uğurlar yoluna qədəm qoymuşdu, kardinal Rişelye isə bu diplomatiyanın əsas aparıcı qüvvəsi idi. Lakin 1642-ci ilin yayı Rişelye ağır xəstələndi, dekabrın 4-ü isə vəfat etdi. Vəfatı ərəfəsində kardinalın dediyi sözlər belə olmuşdu: «Mənim, dövlətin düşmənlərindən savayı, heç bir düşmənim olmayıb». Elə həmin gün XIII Lüdovik Culio Mazarinini yanına çağırıb, Rişelyenin vəsiyyətinə uyğun olaraq onu Kral şurasının başçısı təyin etdi. 1643-ci ildə XIII Lüdovik azyaşlı olduğu üçün, kraliça Avstraliyalı Anna yeni kralın qəyyumu təyin olundu. Lakin ölkənin faktiki hakimi Mazarini idi. Hələ 1642-ci ilin payızında imperator ordusunu darmadağın edən isveçlilər bütün Saksoniyanı ələ keçirdi və Moraviyaya daxil oldu. Fransızlar isə Elzası tutdular və Birləşmiş Əyalətlər Respublikasının qüvvələri ilə birgə Cənubi Niderlandda ispanlar üzərində bir neçə qələbə əldə etdilər. 1643-cü ildə Rokrua yaxınlığındakı döyüşdə ispan qoşunları ağır məğlubiyyətə uğradılar. Hakimiyyətə gələn Mazarini Habsburqlarla sülh bağlamağa tələsirdi, ona 78 görə də Fransada hesab edirdilər ki, kardinalın xarici siyasətini Roma kuriyası istiqamətləndirir (papa imperiyanın tam dağılmasını istəmirdi). Lakin kardinalın diplomatiyası imperiyanın xeyrinə yönəlməmişdi. Mazarini Rişelyenin kursunu davam etdirirdi və belə bir fikri tez-tez təkrarlayırdı ki, Almaniyada müharibə dini müharibədən çox, Avstriya evinin siyasi ambisiyalarına qarşı mübarizə idi.

Digər tərəfdən, Fransanın müttəfiqləri cəbhəsində də vəziyyət mürəkkəbləşmişdi. Belə ki, İsveç və Danimarka arasındakı rəqabət 1643-1645-ci illərdə müharibəyə gətirib çıxardı. Mazarini bu münaqişənin ləğvi üçün çox böyük cəhdlər göstərməyə nail oldu. İsveç Yutlandiyanı ələ keçirib Zelandiyaya daxil oldu və Kopenhageni mühasirəyə aldı. 1645-ci ildə Bromsebr sülhünə görə, İsveç Skandinaviya yarımadasının cənubunu, Norveçin bəzi şərq vilayətlərini və adalarını ala bildi . Bromsebr sülhü ilə Baltikada öz mövqeyini möhkəmləndirən İsveç yenidən öz ordusunun Almaniyada fəaliyyətini bərpa etdirdi və 1646-cı ilin yazında Cənubi Çexiyadakı Yankovo adlı yerdə imperatorun və Bavariya knyazının qoşunlarını ağır məğlubiyyətə uğratdı; daha sonra o, Çexiya və Avstriya torpaqları üzərinə hücuma keçməklə Praqanı və Vyananı hədələməyə başladı. Yeni imperator III Ferdinand (1637-1657) artıq müharibəni uduzduğunu başa düşmüşdü. Hər iki tərəf sülh danışıqlarına meyl edirdi və bunun səbəbi bir tərəfdən, maliyyə çətinliyi idisə, digər tərəfdən, Almaniyada yadelli qoşunların özbaşınalığına və talanlarına qarşı genişlənən partizan hərəkatına bağlı idi. Konkret Fransaya gəlincə, iqtisadi, siyasi və sosial problemlər ucbatından, o, sülhə getməyə məcbur idi. Ölkədə Fronda – daxili siyasi böhran yetişirdi. Hələ 1638-ci ildə papa və Danimarka kralı tərəfləri müharibəni dayandırmağa çağırmışdı. İki il sonra sülh danışıqları ideyası Regensburqda çağrılan reyxstaqda səsləndirildi. Sülhün konkret diplomatik hazırlığı isə xeyli uzandı. Yalnız 1644-cü ilin 4 dekabrında Münsterdə sülh konqresi başladı. Burada imperatorla Fransa arasında danışıqlar aparıldı; 1645-ci ildə isə Vestfaliyanın digər şəhəri Osnabryukda İsveç - İmperiya danışıqları ilə müşayiət olunan digər konqres çağrıldı. Belə bir miqyasda beynəlxalq forum ilk dəfə çağrıldığından, prosedur məsələlərin həllinə də xeyli vaxt sərf olundu. Qərarların qəbulu həm də ona görə çətinləşirdi ki, diplomatların danışıqlar apardığı vaxtda ordular döyüşməkdə davam edirdi və hər bir yeni qələbəni konqres iştirakçıları öz iddialarını əsaslandırmaq üçün arqument olaraq gətirirdilər. Danışıqlardı III Ferdinandın səfiri, çox bacarıqlı diplomat


Yüklə 31,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin