Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 0,75 Mb.
səhifə24/36
tarix16.12.2023
ölçüsü0,75 Mb.
#183320
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   36
M hazir 1 Ad Struktur geologiya f nninin m qs d v v zif l ri

İmtahan sualları:
1. Biogerma nədir

MÜHAZİRƏ 15
Adı: Qırılma dislokasiyaları, elementləri və növləri (fay və əksfay) Paraklazlar
Tarix: 28.12. 2021,
Plan: 1. Qırılma dislokasiyalarının təsnifatı, elementləri, amplitudları
2. Fay və əks fayların təsnifatı
3. Fay və əks fayların amplitudları

Bu növ dislokasiyalar iki sinifə bölünürlər:


1. Paraklazlar-qırılmalar; Bu növ dislokasiyalar süxur yaxud layların qırılmamış hissələri qarşılıqlı yerdəyişməyə məruz qalırlar.
2. Diaklazlar-çatlar; Bu növ dislokasiyalarda süxur yaxud layların qırılmış hissələri adətən yerdəyişməyə məruz qalmırlar yaxud da ,bu hal əhəmiyyətsiz dərəcədə baş verir.
Müstəsna hallarda çatın qanadları bir biri ilə nisbətən bir neçə mm-dən bir neçə sm,hətta ilk metrlərə qədər yerlərini dəyişmiş ola bilərlər.
Qırılma pozğunluqları elementləri, növləri (fay və əks fay)
Qırılma pozğunluğu aşağıdakı elementləri ilə səciyyələnir:


1) Qırılma səthi ( / )-layların yaxud süxurların bütövlüyünü pozan və alınan hissələrin yerdəyişməyə məruz qaldığı səthdir .Qırılma səthinin fəza vəziyyəti onun yatım elementləri ilə təyin edilir.Yəni uzanma xətti yatım xətti və yatma bucağı.




2. Qırılmaların qanadları-qırılma səthidə layın bölünməsindən alınan hissələrə deyilir. Tutduqları qarşılıqlı vəziyyətə görə iki növə ayrılırlar.
a) Qalxmış qanad-hipsotermik cəhətdən nisbətən yüksək vəziyyət tutan qanada deyilir.
b) Enmiş qanad-hipsometrik cəhətdən nisbətən aşağıda yerləşən qanaddır.
3. Qırılmanın amplitudu-Qırılmanın qanadlarının bir birinə nisbətən uzaqlaşdıqları məsafəyə amplitud deyilir.Fay və əksfay növ qırılmalarda aşağıdakı amplitudlar seçilir.
a) tam yaxud maili amplitud-müxtəlif qanadlarda yerləşən eyni layın ,eyni səthi arasında yerləşən qırılma səthi üzrə ölçülən ən qısa məsafə.
b) Şaquli amplitud-müxtəlif qanadları yerləşən eyni layın,eyni səthi arasındakı şaquli müstəvi üzrə ölçülən ən qısa şaquli məsafədir.
c) Üfüqi amplitud-qırılmanın müxtəlif qanadlarında yerləşən eyni layın ,eyni səthi arasındakı üfüqi müstəvi üzrə ölçülən ən qısa məsafədir.
d) Stratiqrafiq amplitud-müxtəlif qanadlarda yerləşən eyni layın ,eyni səth arasındakı ən qısa məsafədir.
Qırılma səthinin layların yatımı istiqamətinə görə tutduğu vəziyyətinə görə qırılmaların 2 növü var.

  1. Fay növ qırılma- dedikdə elə bir qırılma nəzərdə tutulur ki, onun qırılma səthi enmiş qanad istiqamətində meyl etmiş olsun.

  2. Əks fay – elə bir qırılmaya deyilir ki, onun qırılma səthi qalxmış qanad istiqamətində olsun.




Lay ilə qırılma səthinin meyl istiqamətlərindən asılı olaraq iki növ fay və əks fay seçilir.

  1. Əgər lay və qırılma səthi eyni istiqamətdə meyl edərsə buna uyğun fay və əks faylar deyilir.

  2. Əgər lay və qırılma səthi bir-birinə əks istiqamətdə meyl edərsə buna qeyri-uyğun fay və əks faylar deyilir.





Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin