Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi



Yüklə 333,89 Kb.
Pdf görüntüsü
səhifə3/45
tarix17.05.2022
ölçüsü333,89 Kb.
#58367
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   45
I MÜHAZİRƏ. Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi.Müasir şəraitdə Mülki Müdafiənin rolu

 

1.  Mülki Müdafiə və onun tarixi 

 

Dünyadada  qədim  dövrlərdən  müxtəlif  fəlakətlər  baş  vermişdir.  Azərbaycanda  da 



həmçinin.  Bunlardan  biri  1139-cu  ildə  baş  vermiş  Gəncə  zəlzələsidir.  Bu  zəlzələ  böyük 

dağıntılara və insan itkilərinə səbəb olmuş, torpaq sürüşməsi zamanı Göygöl yaranmışdır. 

Şamaxı  bölgəsində  məlum  olan  fəlakətli  zəlzələlərdən  1667-ci  il  zəlzələsidir.  Səyyahlar 

yazılarında bu zəlzələnin çox güclü və davamlı olduğunu qeyd edir. Həmin mənbələrə görə 

Şamaxı şəhəri və ətraf kəndlərdə on minlərlə insan həlak olmuş, əksər evlər dağılmış, torpaq 

sürüşmələri baş vermiş, yer səthində uzun və enli çatlar yaranmışdır. 

Fransız səyyahı Şarden “Parisdən İsvəhana səyahət” adlı kitabında yazır ki, Təbrizin 

binası  qoyulandan  69  il  sonra  zəlzələdə  şəhər  tamamilə  yerlə  bir  oldu.  Onu  Abbasilər 

sülaləsindən  olan  Bağdad  xəlifəsi  Mütəvəkkili  bərpa  etdirib  böyütmüşdü.  Bundan  yüz 

doxsan  il  sonra  birincidən  daha  şiddətli  olan  ikinci  zəlzələ  bir  gecədə  onu  xaraba 

qoymuşdur. Belə məlumat verilir ki, o zaman orda bir münəccim yaşayırdı. O, əvvəlcədən 

demişdi ki, zəlzələ miladi təqvimilə 849-cu ilədə günəş əqrəb bürcünə daxil olan zaman baş 

verəcək və bütün şəhəri alt-üst edəcəkdir. Camaatın buna qətiyyən inanmaq istəmədiyini 

görüb, hakimin yanına gəlib təkid etdi ki, zor işlədərək hamını şəhərdən kənara çıxarsın. 

Hakim  bütün  bu  əyalətdə  xəlifənin  canişini  idi  və  onda  bu  münəccimin  mühakiməsinə 



 

həmişə böyük inam vardı. Axırda onun təkidləri qarşısında yumşaldı, camaatı çölə çıxarmaq 



üçün əlindən gələni etdi, lakin camaat əvvəlcədən deyilmiş zəlzələyə qarşı görülən tədbirə 

qarşı çıxır, hakimin hərəkətində gizlənən bədxahlıqdan şübhələnirdi. Buna görə də şəhərdən 

ancaq adamların yarısını çıxara bildilər. Zəlzələ həqiqətən əvvəlcədən deyilmiş saatda baş 

verdi  və  bundan  qırx  min  adam  zərər  çəkdi.  O  biri  il  Əmir  Dineveron  şəhəri  əvvəl 

olduğundan daha gözəl və daha böyük şəkildə bərpa etdirmək əmrini aldı. Əmrdə məşhur 

münəccim Əbu Tahirdən hansı bürc altında işləmək lazım olduğunu öyrənmək göstərilirdi. 

O,  əqrəb  bürcü  altında  işləməyi  lazım  bildi.  Yeni  şəhərdə  qətiyyən  qorxulu  zəlzələ 

olmayacağına onları əmin etdi, lakin əvəzində güclü sel təhlükəsi olduğunu göstərdi. Tarix 

əlavə edir ki, baş verən hadisələr əvvəlcədən deyilmiş fikrin doğruluğunu bütün hallarda 

sübut  etmişdir.  Təbriz  o  vaxtkı  bərpadan  sonra  çox  böyük,  məşhur  və  çiçəklənən  şəhər 

olmuşdur.  

 

Bu gətirdiyimiz nümunələrdən hər zaman müxtəlif fəlakətlərin olduğu və buna qarşı 



müxtəlif  tədbirlərin  görüldüyü  aydın  olur.  Amma  tarixdə  ilk  dəfə  sistemli,  mütəşəkkil 

formada mülki müdafiə ilə bağlı işlər Avropada başlanmışdır.  

1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı Corc Sant-Pol 

“Cenevrə  regionu  Assosiasiyası”  adlı  təşkilat  yaratdı.  Bu  təşkilatın  əsasını  qoyanların 

məqsədi ondan ibarət idi ki, bütün ölkələrdə ikitərəfli çoxtərəfli müqavilə əsasında əhalinin 

bəzi  kateqoriyaları  (qadınlar,  uşaqlar,  xəstələr  və  qocalar)  üçün  təhlükəsizlik  zonaları 

yaradılsın.  

1937-ci  ildə  vəfat  edən  general  Sant-Polun  vəsiyyəti  ilə  Assosiasiya  Parisdən 

Cenevrəyə  köçürülmüş  və  generalın  məsləkdaşı,  Henri  Corc  Assosiasiyaya  başçılıq 

etmişdir.  Onun  təşəbbüsü  ilə  Assosiasiya  tərəfindən  İspaniyada  1936-cı  ildə  baş  verən 

vətəndaş  savaşı  (müharibəsi)  zamanı  əhalinin  bəzi  qrupları  üçün  Madriddə  və  Bilbaoda, 

1937-ci ildə isə  Yaponiya və  Çin münaqişəsində  Şanxayda  tərəfsiz zona  yaradılmış, dinc 

əhalini  qorumağın  mümkünlüyü  nümayiş  etdirilmişdir.  Henri  Corc  1947-ci  ildə  “Müasir 

müharibədə mülki əhalinin mühafizəsi” adlı kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın 

manifesti  idi.  Burada  “Cenevrə  regionu”  adı  altında  təhlükəsiz  zona  yaratmaq  üzrə 

Beynəlxalq  Konvensiyanın  layihəsi  öz  əksini  tapmışdı.  Həmin  manifestin  ideyası  və 

prinsipləri 1949-cu ilin avqustunda çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən 

sənədlərin əsasını təşkil etdi. Konfransda ilk 3-cü Cenevrə Konvensiyasına baxıldı və savaş 

(müharibə) dövründə mülki əhalinin qorunması ilə əlaqədar 4-cü Konvensiya qəbul olundu. 

Əgər “Cenevrə regionu” üzrə Konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və 

qocaların  mühafizəsi  üçün  böyük  zonalar  yaratmaq  nəzərdə  tutulurdusa,  indi  diplomatik 

konfrans bu layihəni iki hissəyə böldü. Konfransda yaralı və xəstə əsgərlər üçün “Qırmızı 

xaç”  emblem  ilə  mühafizə  olunan  hospital  yaradılması  təsdiq  edildi  və  əlavə  olundu  ki, 

xəstələr,  qocalar,  əlillər,  15  yaşınadək  uşağı  olan  qadınlar  üçün  təhlükəsiz  zonalar 

yaradılmalıdır.  

1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi. Bu elə 

bir dövr idi ki, Koreya savaşının Dünya  savaşına çevrilməsi təhlükəsi reallaşırdı. Cenevrə 

Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə edərək “Cenevrə regionu” Assosiasiyası 

potensial təhlükəsiz zona axtarmaq  və hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif 

Avropa dövlətlərinin hökumətləri ilə birlikdə əhalinin təhlükəsiz  rayonlara  köçürülməsi 

üçün  planlar  tərtib  olundu.  Savaş  zamanı  əhalinin  mühafizəsi  üçün  tərəfsiz  (neytiral) 

zonaların yaradılması ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq 

Konfrans keçirildi. İkinci Beynəlxalq konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı 

və qərara alındı ki, “Cenevrə region” Assosiasiyası (qeyri hökumət təşkilatı) Beynəlxalq 




 

Mülki  Müdafiə  Təşkilatına  çevrilsin.  Yeni  statusa  əsasən  ona  hökumətləri,  cəmiyyətləri, 



assosiasiyaları öz üzvülüyünə qəbul etmə səlahiyyəti verildi. 

BMMT-nin yeni statusuna  uyğun olaraq 1958-ci ildə Cenevrədə Mülki Müdafiə üzrə 

üçüncü Ümumdünya Konfransı  çağırıldı. Konfransda 33 ölkədən 130 nümayəndə iştirak 

etdi. Konfransın gündəliyinə atmosferin radioaktivliyi, savaş zamanı əhalinin köçürülməsi 

və mühafizəsi, MM işçilərinin, beynəlxalq və mədəni irsin qorunması kimi məsələlər də 

daxil edilmişdi. O dövrün sorunlarını (problemlərini) nəzərdən keçirərək demək olar ki, 20  

ildən sonra atmosferdə nüvə sınaqları qadağan olundu, bir çox ölkədə nüvə silahlarından 

mühafizə üçün sığınacaqların  sayı əhəmiyyətli dərəcədə artdı. MM işçilərinə Beynəlxalq 

status verildi. 1966-cı il oktyabrın 17-də  BMT-nin katibliyində  BMMT-nin nizamnaməsi 

qeydə alındı. BMMT-nin məqsədi fövqəladə hallar baş verdikdə vətəndaşların, həmçinin 

onların əmlakının təhlükəsizliyi və mühafizəsi üzrə tədbirlərin beynəlxalq səviyyədə həyata 

keçirilməsini təşkil etməkdir. 

Qeyd  etmək  lazımdır  ki,  bugün  Beynəlxalq  Mülki  Müdafiə  Təşkilatı  – 

hökumətlərarası humanitar təşkilatdır. Hər il 1 mart Mülki Müdafiə günü kimi qeyd edilir 

və  konkret  bir  mövzuya  həsr  olunur.  MM  –  həyatı,  gələcək  nəsillərin  və  ətraf  mühitin 

təhlükəsizliyini təmin edir. Məqsəd  ictimaiyyətin diqqətini bu təşkilatın əhəmiyyətinə cəlb 

etmək, fəlakətlərin qarşısının alınması üçün məsuliyyət daşıyan bütün dövlət orqanlarındakı 

əməkdaşların  işini  lazımınca  qiymətləndirməkdir.  Bu  nüfuzlu  beynəlxalq  təşkilat  ən 

mürrəkəb FH-larda cəmiyyətə yardım göstərir. Təbii fəlakətlərin, istehsalat qəzalarının və 

başqa bədbəxt hadisələrin qarşısını almaq üçün BMMT Birləşmiş Millətlər Təşkilatı, digər 

beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir. Bu humanitar təşkilat adamların şəxsi 

rifahı və bütünlükdə millətin inkişafı üçün ətraf mühitin təhlukəsizliyi uğrunda mübarizə 

aparır. 

         




Yüklə 333,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin