5
- su kəməri təsərrufatına və digər dovlət əhəmiyyətli obyektlərə.
Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara
və digər təsərufat obyektəlrinə MM uzrə dərəcələr elə hallarda verilə bilər ki, onların
müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun.
Özlərinin iqtisadi və digər göstəricilərinə görə MM üzrə dərəcələrə aid edilməsi
mümkun olmayan bütun digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır.
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara,
sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunal-məişət xidməti
idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən
bütün obyektlərə MM uzrə dərəcələr verilmir.
Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri MM üzrə dərəcələrə aid ediləcək
təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq ücün Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi siyahısını təsdiq etmək ücün Nazirlər
Kabinetinə göndərir. Layihələşdirilən obyektlərə MM üzrə dərəcə layihələşdirmə
mərhələsində verilir.
Şəhərlərin MM üzrə qruplara aid edilməsi və təsərrüfat obyektəlrinə dərəcələr
verilməsi, yaxud əvvəllər verilmiş dərəcənin yüksəldilməsi ücün sənədlər təqdim edilərkən
bu qaydalar rəhbər tutulmalıdır. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin
hazırlanması MM-nin əsas vəzifələrindən biridir.
Dostları ilə paylaş: