Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


BMMT-nın ali orqanı Baş Məclisdir. Baş məclisə üzvlər iştirakcı ölkələrin



Yüklə 333,89 Kb.
Pdf görüntüsü
səhifə4/45
tarix17.05.2022
ölçüsü333,89 Kb.
#58367
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   45
I MÜHAZİRƏ. Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi.Müasir şəraitdə Mülki Müdafiənin rolu

BMMT-nın ali orqanı Baş Məclisdir. Baş məclisə üzvlər iştirakcı ölkələrin 

nümayəndələrindən secilir. Məclis 2 ildən bir toplanır. Təşkilatın icraçı orqanı isə ildə 

bir  dəfədən  az  olmayaraq  toplanır  və  texniki  komissiyalar  yaradaraq  təşkilatın 

mənafeyinə  uyğun  məsələlərlə  məşğul  olur.  Təşkilatın  gündəlik  fəaliyyətinə  Daimi 

Katiblik rəhbərlik edir. Bu təşkilat BMT, milli MM xidmətləri və digər təşkilatlarla 

beynəlxalq müqavilələr üzrə bağlıdır. 

         BMMT 1990-cı ildən elan olunmuş dekada əsasında BMT ilə əməkdaşlıq edir. Bu 

əməkdaşlığın  məqsədi  Beynəlxalq  miqyasda  təbii  fəlakətlərin  təsirinin  azaldılması 

probleminə  həsr  edilir.  Respublikamız  həmin  hərəkata  baş  nazirin  8  oktyabr  1993-cü  il 

tarixli sərəncamı əsasında qoşulmuşdur. 

         BMMT – MM kadrları hazırlamaq üçun kurslar təşkil edir və bilavasitə MM 

xidmətlərinə texniki yardım göstərir. Təşkilatın rəsmi dilləri: ingilis, ərəb, fransız və ispan 

dilləridir. Təşkilatın jurnallı bu dillərdə nəşr olunur. 

         BMMT adamların həyatını və əmlakını mühafizə, yerli və hökumətlərarası səviyyədə 

planlaşdırma,  kadrların  hazırlanması,  həm  təbii  mənşəli,  həm  də  insanlar  tərəfindən 

törədilən   hər  cur  bədbəxt  halların  qarşısının  alınması  sahəsində  geniş  fəaliyyət  göstərir. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra  1993-cü ildən bu təşkilatın üzvülüyünə qəbul 

edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. 

Mülki müdafiə ölkəmizdə 1961-ci ildə təşkil edilmişdir. Azərbaycan müstəqilliyini 

elan etdikdən sonra isə Azərbaycan Respublikasının Prezidentinin 1992-ci il iyulun 31-də 

“Azərbaycan  Respublikasının  Mülki  Müdafiəsi  haqqında”  Əsasnamənin  təsdiq  edilməsi 

barədə  73  saylı  və  1998-ci  il  aprelin  18-də  “Mülki  müdafiə  haqqında  Azərbaycan  Res-

publikası Qanunu”nun ( qanun 21 müddəadan ibarətdir və 1997-ci il dekabrın 30-da qəbul 




 

olunub)  tətbiq  edilməsi  barədə  700  saylı  fərmanında,  Azərbaycan  Respublikası  Nazirlər 



Kabinetinin  25  sentyabr  1998-ci  il  tarixli  193-saylı  qərarında,  Azərbaycan  Respublikası 

FHN haqqında 19. 04. 2006-cı il tarixli 394-saylı Əsasnamədə, Azərbaycan Respublikası 

FHN-nin MM Qoşunları Haqqında 29. 12. 2006-cı il tarixli 511 saylı Əsasnamədə MM-nin 

əsas  məqsəd  və  vəzifələri,  habelə  dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarının,  ictimai 

təşkilatların, məsul şəxslərin və vətəndaşların MM sahəsində vəzifələri müəyyən edilmişdir. 

         MM 

haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  Azərbaycan 

Respublikasının  Konstitusiyasından, 

«Mülki  Müdafiə 

haqqında» 

Azərbaycan 

Respublikasının qanunundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından 

və Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.  


Yüklə 333,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin