Mühazirə : Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi


Fövqəladə  hadisələrdən  müdafiəyə  respublikanın  bütün  əhalisi  hazırlanır.  Bu



Yüklə 333,89 Kb.
Pdf görüntüsü
səhifə8/45
tarix17.05.2022
ölçüsü333,89 Kb.
#58367
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   45
I MÜHAZİRƏ. Mulki Mudafiənin yaranması, təşkil edilmə prinsipləri və məqsədi.Müasir şəraitdə Mülki Müdafiənin rolu

Fövqəladə  hadisələrdən  müdafiəyə  respublikanın  bütün  əhalisi  hazırlanır.  Bu 

zaman  6-17  yaşlı  şəxslərə  fövqəladə  hadisələrdən  mühafizə  üsulları,  17  yaşından 

yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldırmaq uzrə 

fəaliyyət qaydaları da öyrədilir. 

         Fövqəladə  hadisələrdən  müdafiə  qaydalarının  və  MM-nin  əhaliyə  oyrədilməsi 

respublikanın bütun ərazisindəki nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri 

tərəfindən təşkil edilir. Kadrların hazırlanması sistemində işcilərin əsas vəzifələri ilə yanaşı 

MM üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir. 

         Dövlət və qeyri-dövlət təhsil müəssələrində şagirdlərin, tələblərin və dinləyicilərin 

MM hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət 

komitələr,  baş  idarələr, təhsil müəssisələri tərfindən  yerli  xüsusiyyətlər  nəzərə  alınmaqla 

işlənib hazırlanır və Azərbaycan Respublikasının FH Nazirliyi ilə razılaşdırılır. 

Mülki  Müdafiə  –  həyatı,  gələcək  nəsillərin  və  ətraf  mühitin  təhlükəsizliyini  təmin 

edir. Mülki  müdafiə  və  tibbi  biliklərin  əsasları  fənni  uzun  illərdir  ki,  respublikamızın 

müxtəlif ali məktəblərində tədris olunur.  Mülki müdafiə və tibbi biliklərin əsasları fənninin 

proqramı  Azərbaycan  Respublikasının  “MM  haqqında”  qanununa,  AR  Nazirlər 

Kabinetinin   20.12.1992-ci  il  tarixli,  700  və  703  saylı  qərarlarına,  AR  Təhsil  və  Səhiyyə 

Nazirliklərinin  və  MM  Qərargahının  18.02.1995-ci  il  tarixdə  birgə  təsdiq  edilmiş  “Ali 

məktəb tələbələrinin MM üzrə tibb bacıları və sanitar təlimçilərinin hazırlanması haqqında” 

təlimata əsasən hazırlanmışdır.   

Mülki  müdafiə  fənni  tələbələrə  insanların  sağlamlığına  mənfi  təsir  edə  biləcək 

fövqəladə  halların  növləri,  onların  baş  vermə  səbəbləri,  gedişatı  və  nəticələri  haqqında 

məlumat verir. Tələbələr baş verə biləcək FH zamanı davranış qaydalarını öyrənir. Son illər 

qeyd olunan fövqəladə halların durmadan artması fənnin əhəmiyətini və aktuallığını bir daha 

sübut  edir.  Dünya  statistikası  göstərir  ki,  son  iyirmi  ildə  qəzaların  sayı  iki  dəfə 

artmışdır.   İrimiqyaslı  fövqəladə  halların  təsirini  bütün  bəşəriyyət  öz  üzərində  onilliklər 

boyu hiss edir (misal üçün Çernobıl qəzası). Dünyanın bütün qitələrində minlərlə potensial 




 

təhlükəli obyektlərdən istifadə olunur. Bu cür obyektlərdə fövqəladə hal baş verəcəyi halda 



ətraf mühitə fəlakətli ziyan dəyə bilər, hətta planetimizdə həyat məhv olar. 

         




Yüklə 333,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin