Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


İnkonqruent əriyən ekzotermik birləşmə



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166982
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
M hazir -1 F Z K -K MY V analiZ n predmet v V Z F L R

İnkonqruent əriyən ekzotermik birləşmə. 
 
Əgər birləşmə inkonqruent əriyirsə, bu zaman elə maye faza alınır ki, onun tərkibi ərinmiş 
halın maddənin tərkibinə uyğun gəlmir. Bu o halda mümkün olur ki, bir maddə əriyəndə maye və 
ikinci başqa tərkibli bərk fazaəmələ gəlsin. Məsələn, qlauber duzunu Na
2
SO
4
10H
2
O 33,38
0
C-yə 
kimi qızdırsaq, əriyərək eyni zamanda susuz Na
2
SO
4
(tenardit) alınır. İnkonqruent birləşmə əmlə 
gəlmə halını təsvir edən hal diaqramı 4.16-cı şəkildə verilmişdir. Bu diaqramın termodinamik yolla 
çıxarılması və termiki analiz nəticələrinə görə qurulması prinsipcə sadə evtektik sistemlərdə olduğu 
kimi şərti qəbul edilir. 
Hal diaqramında bütün stabil hallar bütöv əyrilərlə təsvir edilir; metastabil sahələr isı qırıq 
xətlərlə göstərilmişdir. Burada hər sahəyə uyğun fazaları və evtektikanın tərkibini tapmaq üçün 
istifadə edilən tamman Üçbucaqları verilmişdir. Bütün bunlar əvvəlki diaqramlarda olduğu kini 
izah olunur. Lakin diaqramda qırıq xətlə verilmiş və heç bir zaman təcrübi yol ilə alınmayan hissə, 
sistemdə S birləşməsinin konqruent əriməsi mümkün olsaydı, onda maksimum nöqtədə S 
birləşməsini parçalanmadan əriməyə məruz edilsə, onun təxmini olaraq ərimə nöqtəsi S
II
olardı. 
Belə maksimum gizli maksimum adlanır.BEP əyriləri və ondan aşağıda yerləşən sahələrdəki 
ərintilərin kristallaşması sadə evtektik sistemdə olduğu kimi eyni yolla baş verəcəkdir. Burada PA
I
-
dən aşağıdakı sahədə ərintilərin kristallaşmasını nəzərdən keçirmək maraqlıdır. 
Əgər 1-ci ərintini soyutsaq, I
1
nöqtəsinə çatanda A
1
P əyrisiylə görüşdüyündən sistemdə A
komponenti kristallaşmağa başlayacaq. Soyudulma əyrisində I
II
sınma nöqtəsi bu prosesin 
başlanmasını göstərir. Sonrakı soyutma zamanı fiqurativ nöqtə ikifazalı sahədə hərəkət edəcəkdir. 
Bu zaman məhluldan A komponenti çökəcək və doymuş məhlulun tərkibi A
I
PE əyrisi boyunca E 
nöqtəsinə doğru hərəkət edəcəkdir. Bu hal, A
II
P izotermik xəttə çatana kimi davam edəcəkdir. A
II

xəttinə çatdıqda A həll olmağa başlayacaq və S birləşməsi kristallaşacaqdır, yəni 
S
A
M


tənliyi üzrə reaksiya gedəcəkdir. Deməli, inkonqruent proses başlayır. Burada P xətti boyunca iki 
bərk faza A və S maye ilə tarazlıqda olduğundan və kondenslənmiş sistem olduğundan təzyiq sabit 
saxlandığından sistem şərti olaraq nonvariant olur, yəni fazalar qaydasına əsasən sərbəstlik dərəcəsi 
0


olur. Deməli, temperaturla yanaşı maye fazanın tərkibi də sabit olub P nöqtəsinə uyğundur. 
Belə inkonqruent proses peritektik nöqtə və ya sadəcə olaraq, peritektika adlanır. Şəkil 5-da I 
tərtiblərinin sonrakı soyudulması solidus sahəsində iki bərk fazanın A+S birgə kristallaşmasına 
səbəb olacaqdır, çünki birinci ərinti S-in tərkibindən solda yerləşdiyi üçün birləşmə əməələ 
gəldikdən sonra A maddəsi artıq qalacaqdır. 
 
 
 

Şəkil 5. İnkonqruent birləşmə əmələ 
gətirən kondensləşmiş sistemin hal diaqramı. 
 
Əgər üçüncü ərintinin soyuma əyrisini 
nəzərdən keçirsək , o PA
II
izotermik xəttə 
kimi birinci ərinti kimi özünü aparacaq
inkonqruent proses başlayacaq. A
II
P izotermik 
xətti üzərində isə bu ərintilərin soyudulması 
zamanı A həll olacaq və S kristallaşacaq və 
fiqurativ nöqtə iki fazalı – M+S sahəsində 
ES
II
izotermik xəttə doğru hərəkət edəcəkdir. 
Burada monovariant evtektik dayanma alınır. 
B
S
M


tarazlıqda olur. Sonrakı soyudulma zamanı maye faza bərkə çevrilərək qurtaracaq, 


32 
fiqurativ nöqtə iki fazalı S+B sahədə monovariant tarazlıq sahəsində solidusla hərəkət edəcəkdir. 
İkinci ərintini soyutduqda S
I
nöqtəsinə kimi 1 və 3-cü ərintilərlə olduğu kimi M+A sahəsində 
sistem yerini dəyişəcəkdir, lakin S
I
nöqtəsinə A və B –in miqdarı S birləşməsinin stexiometrik 
tərkibinə uyğun miqdarda olduğundan maye və A komponenti birdən tamamilə S-ə çevrilir və 
alınmış S birləşməsi təmiz halda kristallaşır. Fiqurativ nöqtə axıra kimi bir fazalı S birləşməsi SS
I
perpendikulyarı üzərində hərəkət edir və burada SS
I
xətti hal məkanıdır. Bu zaman maksimum vaxt 
sərf olunacaq. Soyudulma əyrisi üzərində ən uzun müddətli dayanma alınacaq. Tamman 
üçbucağının oturacağına endirilmiş ən böyük perpendikulyar əmələ gələcəkdir. Bəzən elə hal olur 
ki, inkonqruent birləşmənin S tərkibi peritektik nöqtənin üzərinə düşür. Bu halda ərintidən 
(mayedən) m- M birbaşa S birləşməsi kristallaşır. Bu diaqram Novikova görə distektik konqruent 
əriyən birləşmə əmələ gətirən diaqramla inkonqruent əriyən birləşmə əmələ gələn halların 
diaqramlarının aralıq halını təşkil edir. Belə birləşmələr “ ötəri “ birləşmə adlanır.
 
Şəkildə qırıq xətlərlə sistemin metastabil sahəsi göstərilmişdir.Əgər S birləşməsinin 
parçalanma nöqtəsindən yuxarı temperaturda qızdırmaq mümkün olsaydı, o zaman onun tərkibinə 
uyğun S
II
maksimum nöqtəsi alınardı. Diaqramda bu hal RS
I
qırıq xətti ilə metastabil hal kimi 
təsvir edilmişdir. Bu təcrübi olaraq alınmır. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin