“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə


- Deyirlər, hər güclü kişinin arxasında güclü qadın da-



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix30.12.2021
ölçüsü4,61 Mb.
#20216
1   ...   9   10   11   12   13   14   15   16   17
- Deyirlər, hər güclü kişinin arxasında güclü qadın da-

yanır, sizcə bu doğrudurmu?

Mən  buna  səmimi  qəlbdən  inanıram.  Həyat  yoldaşım 

həyatımın bütün aspektlərində, o cümlədən professio-

nal karyeramda ən böyük dəstəkçim və həmdəmimdir. 

O olmasaydı, ürək-damar cərrahiyyəsi kimi fiziki və psi-

xoloji cəhətdən ağır bir sahədə ən xırda uğur qazana 

bilməzdim.  

-  Qeyd  etdiniz  ki,  hazırda  ölkəmizdə  ürəklə 

bağlı ən mürəkkəb əməliyyatlar həyata keçi-

rilir. Siz özünüz də indiyə qədər çox insanları 

müalicə edib həyata qaytarmısınız. Maraqlı-

dır, sınmış bir ürəyi müalicə etmək olarmı?

- Biz məsələnin bioloji tərəfinə daha çox baxırıq. 

Əslində, mən insanın biopsixososial varlıq oldu-

ğuna inanıram. İnsanın sadəcə bioloji bir varlıq 

olduğuna inanmıram. Sınmış ürəyin əlbəttə, bi-

oloji tərəfini təmir edə bilirik, amma psixososial 

tərəfini  biz  həkimlərin  təkbaşına  təmir  etməsi 

çox da asan deyil. Xəstə nəticə etibarilə həkimə müraciət 

edəndə, həkim ona yalnız «Bunda filan xəstəlik var, mən 

onu  müalicə  edəcəyəm»  kimi  baxmamalıdır.  O,  insanın 

bir psixologiyasının olduğunu, onun sosial bir mühitdən 

gəldiyini qəbul etməlidir. Həkim mütləq xəstə ilə empatiya 

qurmalı, yəni özünü bir az xəstənin yerinə qoymağı bacar-

malıdır. Əgər həkim özünü xəstənin və ya onun ailə üzvü-

nün yerinə qoya bilsə, məncə yaxşı həkimliyə və insanlığa 

gedən yol burdan başlayır. 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin