“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix30.12.2021
ölçüsü4,61 Mb.
#20216
1   2   3   4   5   6   7   8   9   ...   17
Mərkəzi Klinika: dünən və bu gün...

Tel: +994 12 492 10 92  |  Call center: +994 12 105  |  Fax: +994 12 492 41 31  |  info@merkeziklinika.az    www.merkeziklinika.az    www.facebook.com/MerkeziKlinika     twitter.com/MerkeziKlinika


MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-1 | NOYABR 2014

2

hatlıq  gətirməklə  yanaşı,  səhiyyə  sistemimizə 



olan etibarın da azalmasına gətirib çıxarmışdı. 

Bununla birlikdə onların xarici ölkələrdə ikinci 

dərəcəli vətəndaşlar kimi qarşılanması, mənəvi 

cəhətdən  alçaldılmaları  halları  da  baş  verirdi. 

Bu  hallar  respublikamızdan  böyük  miqdar-

da valyutanın xarici ölkələrə axımına da şərait 

yaradırdı.  Mövcud  yüksək  ixtisaslı  tibbi  kadr-

lar  ya  xarici  ölkələrə  gedir,  ölkədə  qalanlar 

isə  müasir  nəzəri  və  praktik  biliklər  əldə  edə 

bilmədiklərindən  inkişafdan  geri  qalırdı.  Bu 

vəziyyəti xəstəxanamızın açılışı zamanı Ümum-

milli Liderimiz öz nitqində daha dəqiq ifadə et-

mişdir: “Son illər belə bir halı müşahidə etməyə 

başladıq ki, Azərbaycanda bir çox xəstəliklərin 

müalicəsi  mümkün  deyil,  hətta  xəstəliklərin 

deyil,  bəzi  xəstəliklərə  aid  müayinənin  aparıl-

ması  da  mümkün  deyil.  Çünki  masir  səhiyyə 

elmi əsaslarla, dünyada əldə olunmuş təcrübə 

əsasında  və  bir  də  səhiyyə  sahəsində  elmi-

texniki-tərəqqinin, bu sahədə dünyada yaran-

mış imkanların əsasında qurulur”.

Belə  bir  vəziyyət  ölkəmizdə  yüksək  səviyyəli 

bir  səhiyyə  müəssisəsinin  yaradılmasını  gü-

nün  ən  aktual  məsələsinə  çevirirdi.  Lakin  o 

dövrdə  respublikanın  maliyyə  imkanlarının 

məhdudluğu  və  yeni  müasir  tələblərə  im-

kan  verən  xəstəxananın  yaradılmasının  isə 

çox  böyük  maliyyə  vəsait  tələb  etməsi,  bu 

sahəyə  vəsait  ayrılmasına  böyük  cəsarət  və 

uzaqgörənlik  tələb  edirdi.  Məhz  Ümummilli 

Liderimiz hər sahədə olduğu kimi, burada da 

öz  cəsarətini  və  uzaqgörənliyini  göstərərək 

Mərkəzi Klinik Xəstəxananın yaradılması kimi 

müdrik qərar verdi və maliyyə vəsaiti  ayırdı. 

Məhz  buna  görə  Mərkəzi  Klinik  Xəstəxana 

müstəqil Azərbaycan dövlətinin banisi və me-

marı,  təkcə  Azərbaycanın  deyil,  dünyanın  ta-

nınmış  siyasi  xadimlərindən  biri,  Ümummilli 

Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin  

xalqımıza bəxş etdiyi töhfəsi hesab edilməlidir.

Missiya, məqsəd və vəzifələr

Mərkəzi  Klinikanın  missiyası  Azərbaycan 

səhiyyəsində  yeni,  beynəlxalq  standartlara 

uyğun  tibbi  xidmət  sistemini  və  təfəkkürünü 

formalaşdırmaq  və  həyata  keçirməkdən 

ibarətdir.  Əsas  məqsədimiz  tibbin  ən  son 

nailiyyətlərindən,  texnika  və  texnologiya-

larından  istifadə  etməklə  xalqımıza  müa-

sir  standartlar  səviyyəsində  tibbi  xidmət 

göstərməkdən  ibarətdir.  Daha  doğrusu 

xəstəxananın  açılışı  mərasimində  Ümummil-

li  Liderimiz  Heydər  Əliyevin 

proqram  xarakterli  nitqində 

qarşımıza  qoyduğu  aşağıdakı 

məqsəd  və  vəzifələri  rəhbər 

tutaraq  fəaliyyət  göstərir  və 

onlara  nail  olmağa  uğur  qa-

zanmağımızın  əsas  meyarı 

kimi  baxırıq.  Bu  vəzifələr  aşa-

ğıdakılardan ibarətdir:

  Xalqımıza 



yüksək 

keyfiyyətli və beynəlxalq stan-

dartlara  cavab  verən  tibbi 

xidmətlər göstərmək;

  Azərbaycan  vətəndaşlarının 



xarici  ölkələrdə  deyil,  məhz  öz 

vətənlərində  indiyədək  həyata 

keçirilməmiş hər növ tibbi xidmətlər almalarını 

təmin etmək;

  Yüksək  ixtisaslı  və  müasir  səviyyədə  tibbi 



bilik və bacarığa malik milli tibbi kadrlar ha-

zırlamaq;

  Respublikamızdan  müalicə  məqsədilə  xa-



rici  ölkələrə  gedən  xəstələrin  vətəndə 

müalicə  almalarını  təmin  etməklə  yanaşı, 

bu  məqsədlə  xaricə  aparılan  milli  valyu-

ta axımının qarşısını almaq və onun xalqın 

mənafeyi naminə istifadəsini təmin etmək.

Fəaliyyət və uğurlarımız

Mərkəzi  Klinika  fəaliyyət  göstərdiyi  on  dörd 

ilədək  bir  müddət  ərzində  qarşısına  qoydu-

ğu vəzifələri ləyaqətlə yerinə yetirmişdir və bu 

istiqamətdə  fəaliyyətimizi  bu  gün  də  davam 

etdiririk. Xəstəxanamız tibbin əsas istiqamətləri 

üzrə  xalqımıza  beynəlxalq  standartlara  uy-

ğun xidmət göstərərək qısa müddətdə nəinki 

Azərbaycanda, eyni zamanda Qafqazda böyük 

nüfuza malik bir şəfa ocağına çevrilmişdir. Əsası 

Ulu  Öndər  Heydər  Əliyev  tərəfindən  qoyul-

muş  Mərkəzi  Klinika,  hazırda  onun  layiqli  da-

vamçısı möhtərəm prezidentimiz İlham Əliyev 

cənablarının xüsusi qayğısı və diqqətilə əhatə 

olunmuşdur.  Mərkəzi  Klinikanın  Azərbaycan 

Respublikasının  Prezidentinin  Xüsusi  Tibb 

Xidmətinin  tabeçiliyinə  verilməsi  bu  qayğı  və 

diqqətin əyani sübutudur. Eyni zamanda dünya 

şöhrətli alim və həkim, yüksək şəxsi və işgüzar 

keyfiyyətlərə  malik  bir  şəxsiyyət  olan  Akade-

mik  Cəmil  Əliyevin  Xidmətə  rəhbərlik  etməsi 

qarşımızda daha ciddi və məsuliyyətli vəzifələr 

qoymaqla  yanaşı,  Mərkəzi  Klinikanın  yeni  in-

kişaf  mərhələsinə  qədəm  qoymasına  səbəb 

olmuşdur. Belə ki, qısa müddətdə ən son tib-

bi  texnika  və  texnologiyalarla  təchiz  edilmiş 

Mərkəzi Klinikanın Ambulatoriyasının istifadəyə 

verilməsi, Mərkəzi Klinika Xəstəxanasında əsaslı 

yenidənqurma və genişləndirmə işlərinin aparıl-

ması, xəstəxanada istifadə müddətini başa vur-

muş cihazların ən son nəsil tibbi texnika və tex-

nologiyalar hesabına yeniləri ilə əvəz edilməsi 

məhz  Akademik  Cəmil  Əliyevin  rəhbərliyi  al-

tında  mümkün  olmuşdur.  Burada  fəaliyyət 

göstərəcək milli kadrların hazırlanması, mövcud 

kadrların bilik və bacarıqlarının daha da artırıl-

ması məqsədlə Akademik Cəmil Əliyevin şəxsi 

təşəbbüsü və himayəsi ilə onlarla tibbi kadrlar 

Avstriya, Türkiyə və dünyanın bir sıra ölkələrinə 

təkmilləşmə kurslarına göndərilmişdir. 

Məhz bu siyasətin nəticəsidir ki, Mərkəzi Kli-

nika  beynəlxalq  standartlara  uyğun,  daim 

yenilənən, tibbin son nailiyyətlərinə əsaslanan 

texnika,  texnologiya  və  peşəkar  personal-

la  tibbi  xidmət  göstərir.  Xəstəxanamızda  bü-

tün  istiqamətlərdə  təkmilləşmə  işləri  apa-

rılır,  xidmətlərimizin  keyfiyyəti,  növləri  və 

istiqamətləri daim genişləndirilir, yeni layihələr 

həyata  keçirilir.  Xalqımıza  müasir  tibbin  ən 

son  nailiyyətlərindən  peşəkarcasına  istifadə 

Məhz buna görə Mərkəzi Klinik Xəstəxana 

müstəqil Azərbaycan dövlətinin banisi və 

memarı, təkcə Azərbaycanın deyil, dünyanın 

tanınmış siyasi xadimlərindən biri, Ümummilli 

Liderimiz Heydər Əliyevin səhiyyə siyasətinin  

xalqımıza bəxş etdiyi töhfəsi hesab edilməlidir.


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin