“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix30.12.2021
ölçüsü4,61 Mb.
#20216
1   2   3   4   5   6   7   8   9   ...   17
MƏRKƏZİ KLİNİKA

BÜLLETEN-1 | NOYABR 2014

4

Azərbaycan  Respublikası  Elmlər  Akademiya-



sının  ilk  prezidenti,  tanınmış  ictimai  xadim,  ilk 

azərbaycanlı  alim-cərrah,  tibb  elmləri  dok-

toru,  professor,  əməkdar  elm  xadimi,  akade-

mik  Mirəsədulla  Mirələsgər  oğlu  Mirqasımov 

17  noyabr  1883-cü  ildə  Bakı  şəhərində  ruhani 

ailəsində  anadan  olmuşdur.  Mirəsədulla  Mir-

qasımov  hələ  təhsil  aldığı  gimnaziyanın  yuxarı 

siniflərində  oxuyarkən    ictimai  fəaliyyətə  baş-

lamış,  qəzet  və  jurnallara  məqalələr  yazmışdır. 

İctimai  xadim  1913-cü  ildə  Odessa  şəhərində 

yerləşən  Novorossiya  İmperator  Universitetinin  

(hazırda İ.İ. Meçnikov adına Odessa Milli Univer-

siteti) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək 

Odessada həkim, 1916-1929 illərdə Bakıda hərbi 

lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum 

evində cərrah, Azərbaycan Dövlət Universitetinin 

tibb Fakültəsində dosent işləmişdir. 1945-1947-

ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının 

ilk  Prezidenti  olmuşdur.  Alimin  elmi  fəaliyyəti 

əsasən  sidik  daşı  xəstəliklərini  etiologiyası,  kli-

nikası  və  müalicəsinin  öyrənilməsinə,  irinli 

peritonit-ləri,    anesteziologiya,  travmotologi-

ya, urologiya və cərrahlığın aktual məsələlərinə 

həsr olunmuşdur. Onun yüksək ixtisaslı kadrlar 

hazırlanmasında xüsusi xidmətləri var. Cərrahlıq 

sahəsində  Azərbaycan  dilində  yazılmış  ilk 

dərsliyin müəllifidir.

Mirəsədulla  Mirqasımov  Azərbaycanda  müa-

sir  tibb  təhsilinin  və  elminin  banilərindəndir. 

O,  tədqiqatlarını  birləşdirərək  “Azərbaycanda 

sidik  daşı  xəstəliklərinin  öyrənilməsinə  dair 

materiallar”  mövzusunda  doktorluq  disserta-

siyasını  müdafiə  edir.    Beləliklə,  M.Mirqasımov 

Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq 

dissertasiyasını müdafiə edən ilk milli mütəxəssis 

kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi 

yer tutur. İstedadlı alim müvəffəqiyyətlə müdafiə 

etdiyi  doktorluq  dissertasiyasının  motivləri 

əsasında  müasir  dövrümüzdə  də    öz  praktiki 

əhəmiyyətini,  aktuallığını  itirməyən  monoqrafi-

ya  çap  etdirib  və    bununla  da  ilk  azərbaycanlı 

alim-cərrah  adına  yiyələnərək  tibbi  cərrahiyyə 

elmi məktəbinin əsasını qoyur.  

Mirqasımov  Mir  Əsədulla  Mir  Ələsgər  oğlu  20 

iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mərkəzi Klinikada Yaponiyanın böyük 

şirkətlərindən  biri  olan  International 

Total Engineering Corporation (ITEC) 

ilə  Mərkəzi  Klinika  MMC  arasında 

“Səhiyyə  sahəsində”  məsləhətçilik 

xidmətlərinin  verilməsi  məqsədilə 

əməkdaşlıq  münasibətlərinin  qurul-

ması,  genişləndirilməsi  ilə  əlaqədar 

görüş keçirilmişdir.

Görüşdə, International Total Engine-

ering  Corporation  (ITEC)  Prezidenti 

Takao  Seki-nin  başçılıq  etdiyi  Yapon 

heyyəti və Mərkəzi Klinika MMC-nin 

Baş direktoru Dr. Toğrul Adıgözəlovun 

başçılıq  etdiyi  heyət  ilə  qarşılıq-

lı  müzakirələr  aparılmış  və  “Tibbi 

xidmətlərin  təşkilində  məsləhətçilik 

verilməsi, qazanılmış müasir təcrübə 

metodlarından  istifadə  edilməsi” 

istiqamətində  ikitərəfli  əməkdaşlıq 

qurulması  barədə  fikir  mübadiləsi 

edilmişdir.

Görüşün  sonunda  Mərkəzi  Klinika 

MMC  və  International  Total  Engine-

ering  Corporation  (ITEC)  arasında 

müvafiq  razılaşma  memorandumu 

imzalanıb.

Tərəflər  qarşılıqlı  maraq  dairələri 

daxilindəki elmi problemlərə həll tap-

maq  mövzusunda  bir-birilərinin  elm 

və  təcrübələrindən  faydalanacaqlar. 

Tərəflər  tibbi,  qeyri-tibbi,  inzibati, 

akkreditasiya  müddətləri  və  s.  möv-

zularda  əldə  olunmuş  “know  how” 

bilgisi  və  təcrübələri  ilə  məsləhət 

verəcək, təcrübə, bilgi və konsultasiya 

mübadiləsi  həyata  keçirəcək  və  mü-

şavirlik xidmətləri göstərə biləcəklər.

  Almaniyanın  qabaqcıl  tibb 

müəssisələrindən  biri  olan  Al-

manya Kardiologiya Mərkəzi ilə 

Mərkəzi  Klinika  MMC  arasın-

da  tibb  sahəsində  əməkdaşlıq 

münasibətlərinin 

qurulması, 

genişləndirilməsi  ilə  əlaqədar 

görüş keçirilmişdir.

Görüşdə,  Almaniya  Kardiolo-

giya  Mərkəzinin  Baş  direktoru 

Prof. Dr. Roland Hetzerin başçı-

lıq etdiyi nümayəndə heyəti ilə 

Mərkəzi Klinika MMC-nin Baş di-

rektoru Dr. Toğrul Adıgözəlovun 

başçılıq  etdiyi  heyət  arasında 

qarşılıqlı  müzakirələr  aparıl-

mış  və  “Kardio-Cərrahiyə  və 

tibbin  digər  sahələrinin  inki-

şafı”  istiqamətində  ikitərəfli 

əməkdaşlıq  qurulması  barədə 

fikir mübadiləsi edilmişdir.

Görüşün  sonunda  tərəflər 

arasında  imzalanan  razılaş-

ma  memorandumunda  tibb 

sahəsində  birgə  təlimlərin 

keçirilməsi,  müalicə  sahəsində 

birgə  işlərin  aparılması,  tib-

bi  və  qeyri-tibbi  kadrların 

mübadiləsi,  eləcə  də  müxtəlif 

xəstəliklər  haqqında  müştərək 

araşdırmaların  aparılması  kimi 

məsələlər yer almışdır.




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin