“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə


- Mətbuatda tez-tez yazılır ki, xəstələrimiz daha çox



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix30.12.2021
ölçüsü4,61 Mb.
#20216
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
- Mətbuatda tez-tez yazılır ki, xəstələrimiz daha çox 

müalicə üçün xarici ölkələrə üz tuturlar. Azərbaycanda 

səhiyyə sistemi getdikcə inkişaf etdiyi, ən son avadan-

lıqlarla  təchiz  olunduğu  və  səriştəli  mütəxəssislərin 

artdığı bir vaxtda xaricə getməyə ehtiyac varmı?

-  Mən  həm  bir  azərbaycanlı  mütəxəssis,  həm  də 

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin 

sədri  kimi  bütün  məsuliyyətimlə  deyirəm  ki,  bu  gün 

ürək-damar  xəstəliklərindən  ötrü  insanlarımızın  hər 

hansı xarici ölkəyə üz tutmasına ehtiyac yoxdur. Çox şü-

kür ki, bu gün respublikamızda ürək-damar xəstəlikləri 

ilə  bağlı  dünyada  mövcud  olan  bütün  diaqnoz  və 

müalicə imkanları mövcuddur. Bu, təkcə Mərkəzi Klinik 

Xəstəxanada deyil, respublikamızın bir çox klinikasında 

həyata keçirilir. Bəzi insanlarımızın xarici ölkələrə üz tut-

masına gəlincə, bu, bir həqiqətdir, ancaq sizin fikrinizlə 

tam razı deyiləm. Mən 13 ildir Azərbaycanda işləyirəm. 

10 və ya 13 il bundan əvvəllə müqayisə etdikdə xarici 

ölkələrə üz tutan vətəndaşlarımızın sayında ciddi azal-

ma var. Konkret öz sahəmizə baxdıqda görürəm ki, ürək-

damar  xəstəlikləri  ilə  əlaqədar  10-15  il  bundan  əvvəl 

xəstələrin  böyük  əksəriyyəti  xaricə  üz  tuturdusa,  bu 

gün həmin xəstələrin böyük əksəriyyəti respublikamız-

da qalır və başda Mərkəzi Klinik Xəstəxana olmaqla öz 

klinikalarımızda müalicə olunur. Bu günə qədər sadəcə 

Mərkəzi  Klinikada  10  000-dən  artıq  ürək  və  damar 

əməliyyatları icra etmişik. Bu baxımdan, xaricə üz tutan 

xəstə  saylarımızda  ciddi  azalma  müşahidə  olunur.  Ar-

tıq bizim klinikamızda çox sayda xarici ölkə vətəndaşını 

əməliyyat edirik. Ürək-damar xəstəliklərindən əməliyyat 

etdiyimiz  xəstələr  arasında  ABŞ,  İngiltərə,  Şotlandi-

ya, Avropa ölkələri, eləcə də Rusiya, İran, Türkiyə və s. 

ölkələrdən olan xəstələrimiz olub. Onlar məhz Mərkəzi 

Klinik  Xəstəxanada  əməliyyat  olunub  və  öz  ölkələrinə 

getmək ehtiyacı hiss etməyiblər. 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin