MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar


 Təqdim olunan nümunələrdə təşbehləri seçin və onların üslubi məqsədini  təyin edin



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   ...   19   20   21   22   23   24   25   26   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

11. Təqdim olunan nümunələrdə təşbehləri seçin və onların üslubi məqsədini 
təyin edin.  
Yenə ay işığında
Qumlar sanki incidir.
(N.Rəfibəyli, Oğlumdan ayrılan gecə şeiri);
Gözüm kibi çanı olmaya məclisdə, nigara,
Ki necə ki, dökə meyi dər dəm tola qarşum.
Qaşun mehrabına qarşu ibadət kinədar 
larum, Ibadət səndən özgəyə nə zillətdir, nə 
zillətdir.
(Q.Burhanəddin Divanı)


67 
12. Folklor nümunələrindən təşbehlərə aid nümunələr seçin və onların üslubi 
funksiyasını müəyyən edin.
13. Təqdim olunan nümunələrdəki təşbehləri təhlil edin
Yenə ay işığında
Qumlar sanki incidir.
Körpə balam, həsrətin
Məni yaman incidir.
(N.Rəfibəyli, Oğlumdan ayrılan gecə şeiri);
İnsan gah daş olur, gah da su olur,
Gah sevinir, gah da peşiman olur.
Bir anın içində gah sakit quzu,
Gah da çalxalanan bir ümman olur.
(B.Vahabzadə, İztirabın sonu şeiri).
Baxıram, baxıram, gözlərim doymur.
Heyrətə salır məni
Payızın zərgər işi.
Qızıla bax! Zümrüdə bax! Yaquta bax!
Sallanıb gilə-gilə,
Düzülübdür budaq-budaq.
(R.Rza, Yarpaqlar tökülməsin şeiri).
İstərsən, yuxuna gələrəm sənin,
Gələrəm dəniz kimi,
Üzünə incilər çilərəm sənin,
Çilərəm dəniz kimi.


68 
Yoluna şəfəqlər səpərəm sənin
Səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
Öpərəm dəniz kimi.
Adını qəlbimin sahillərinə
Yazaram dəniz kimi.
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi, susaram dəniz kimi...
(Nəbi Xəzri, “Dəniz, göy, məhəbbət”)
  
14. Gətirilən nümunələrdə istifadə olunan məcazları və sintaksik vasitələri 
üslubi cəhətdən təhlil edin:
Yenə o bağ 
olaydı, Yenə 
yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca
Fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Səni tez-tez görəydim,
Qələmə söz verəydim,
Hər gün bir yeni nəğmə,
Hər gün bir yeni ilham,
Yazaydım səhər, axşam.
Arzuya 
bax, 
sevgilim,
Tellərindən incəmi?
Söylə ürəyincəmi?
(M.Müşfiq, Yenə o bağ olaydı şeiri)


69 
Luvra girib
Sola burulsan,
Qanadlı heykəl görəcəksən.
Mərmər bir qadın – başsız.
“Başsız” deyəndə
Sahibsizdir düşünməyin siz.
Nə də ki, guya başı var – beyinsiz.
(R.Rza, Zəfər ilahəsi şeiri).
Bu dostluğu
Şeirin səsi,
Şeirin nəfəsi,
Şeirin duzu bərkitdi
(R.Rza, Qızıl gül olmayaydı şeiri).
15. Nümunələrdəki metaforaları səciyyəsinə görə ayırın və təhlil 
edin. Bir rəngi yox, göylərin min rəngini sevirəm, Bir 
gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm.
(B.Vahabzadə, Dağda şəlalə kimi).
Əlində qanlı qılınc
Ölkədə gəzir ölüm.
Onun dodaqlarına
Mıxlanmışdır bu soyuq. (R.Rza)


70 
Vaqif: - Nə sənin gördüyün bu saray, bu yurd
Nə də dişlərinə qan dolan o qurd
Bu tərlan könlümü ovlaya bilməz!
(S.Vurğun, Vaqif dramı)
Vaqif: ...Bu xan bir ilanmış, saray – yuvası...
(S.Vurğun, Vaqif dramı)
Yoxsa mən boyda adamın dərdini burada qoyub Allahın bir tısbağasının 
dərdinə qalmaq istəyirsən, qız ? (S.Rəhimov)
Qacar: - Təlxək, yenə hürürsən?
Təlxək: - Şah sağ olsun, bu sürüyə
Bəs bir köpək deyil gərək?
(S.Vurğun Vaqif dramı)
Xalqa it hürəndə bizə də çaqqal ulayır. Avaranın biri bənd olub qıza, əl 
çəkmir ki, çəkmir. (Ə.Vəliyev)
Bağçalar bülbülü, göllər sonası,
Dağların ceyranı, maralı, Xurşid.
(Aşıq Ələsgər)
Kim qoşulub ağlamaz ürəkdən ağlayana?
Gözündən iki inci düşdü gümüş bulağa.
(R.Rza)
Buludlardan yerə mirvaridir yağdı. (M.Dilbazi)


71 
- Bəs hanı soltan Səncər xəzinəsinin qiymətli cəvahirlərini yaradan Məhsəti 
xanım? (M.S.Ordubadi)
16. Verilən nümunələrdə istifadə olunan məcazi sözləri neytral sözlərlə əvəz 
edin və yeni cümlələr hazırlayın. Üslubi fərqi təhlil edin
Ey azad gün, azad insan, doyunca iç bu bahardan. 
(S.Vurğun) İnsan məhəbbətilə yer üzü bahar olsun (R.Rza).
İxtiyar: - Döndü qaranlıq gecəyə gündüzüm,
Uf, fərq etmiyor asla gözüm (H.Cavid).
Məzlumların qəzəbi çox tufanlar qoparasıdır. (R.Rza)
Vaqif: - Dünya yaranmamış ötərgi bir səs,
Günəş qaranlıqla yaşaya bilməz. (S.Vurğun)
Afinanı bürümüşdür lal bir sükut.
Akropolun göylərindən çəkilməyir qara bulud. (N.Rəfibəyli)
Gülüş: - Budur, zavallı, sənə dediyim zəlzələ.
Dedim ki, gec-tez bu ev dağılacaqdır... (C.Cabbarlı)
Ellərə bahar gələndə köçüb getmişdi onun gözəl gənclik baharı 
(N.Rəfibəyli).
Xatırla, sevgilim, bir axşam çağı, yandı gözlərimdə eşqin çırağı.
Fikrin qanadları da, azaddır! Sərhəddi yox! (B.Vahabzadə)
Yağış bir saat əvvəl dayanmışdı, buludların suvardığı çöllər, meşələr, 
bağçalar gülürdü. (M.S.Ordubadi)


72 
Yalnız adını eşitdiyim dəniz – o mavi pəri, ruha qədər işləyən yaşıl gözlərini 
yummuş bir halda xumar-xumar uyuyur, ağır –ağır nəfəs alırdı. 
(Ə.Məmmədxanlı)

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin