MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar


  MƏCAZLAR VƏ ONLARIN ÜSLUBİ ƏHƏMİYYƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

  


54 
MƏCAZLAR VƏ ONLARIN ÜSLUBİ ƏHƏMİYYƏTİ
  
Bəzi üslublarda, xüsusi ilə bədii üslubda, publisistik üslubda və danışıq 
dilində nitqə əlavə emosional-ekspressiv çalar verən dil vahidləri istifadə olunur.
Dilin ifadəliliyini artıran vacib element sözün məcazi mənasıdır. “Sözün əlavə 
vəzifədə, dolayı yolla ifadə etdiyi məna məcazi məna adlanır” (D.Əliyeva. praktik 
üslubiyyat. Bakı, 2011, c. 16). Məcazın dildə bir neçə təzahür forması vardır.
Onlardan daha geniş yayılan və əsas olan bir neçəsinin təhlili aşağıda verilir.
Metafora yunancadan tərcümədə köçürülmə mənasını bildirir. Metafora 
leksik semantik kateqoriyaya aiddir. Metafora funksional cəhətdən təşbehlə oxşar 
olsa da, struktur cəhətdən ondan fərqlənir. Belə ki, təşbehdən fərqli olaraq
metafora yalnız bənzədilən olur. Bu cəhət metaforanı daha kompakt və obrazlı 
edir.
Metafora məcazlar arasında ən geniş yayılandır. Çünki, əşya və hadisələr 
arasında oxşarlıq saysız-hesabsız cəhətlər üzərində qurula bilər.
Metaforanın əmələ gəlməsi təfəkkürün müxtəlif əşya və hadisələr arasında 
mövcud olan qarşılıqlı əlaqələri dərketmə bacarığı ilə bağlı bir hadisədir. Yəni 
əşya və hadisələr arasında bənzəyiş, oxşarlıq, müqayisə kimi əlaqələr mövcuddur. 
Məhz həmin əlamətlərin varlığı bir predmetin adını başqası üçün də işlətməyə 
imkan verir. Bir predmetin adını başqasının üzərinə götürüb işlətmək üçün həmin 
obyektə xas olan əlamətlərdən birisi əsas ola bilər. Məsələn, tülkü heyvan adıdır. 
Bu heyvana məxsus hiyləgərlik, biclik, qorxaqlıq kimi səciyyəvi xüsusiyyətlər 
onun adının metaforaya çevrilməsinə zəmin yaradır. Belə ki, müəyyən bir şəxsdə 
bu əlamətlərdən yalnız birinin olması onu tülkü sözü ilə adlandırmaq üçün 
kifayətdir. Lakin metaforanı bədii dilə aid etmək olmaz. O, ümumiyyətlə, 
emosional ekspressiv xarakterə malik canlı danışıq dilinə aiddir. Metafora dilin 
lüğət tərkibini, leksikasını zənginləşdirir. Qeyd etmək lazımdır ki, dilimizdə 
terminlərin əksəriyyəti metaforalaşma prosesinin nəticəsidir. “...Metafora dilin 


55 
obrazlı vasitələrindən biri olmaqla yanaşı, həm də dilin faydalı və xeyirli 
hadisələrindəndir”
13
.
Metaforanın əmələ gəlməsi müxtəlif yollarla mümkündür. Nəticədə onun 
rəngarəng formaları yaranır.
1. 
Zahiri oxşarlıqla bağlı yaranan metaforalar.Məsələn ayaqqabının 
ucu,çayın qolu,südün üzü və s.
2. 
Daxili əlamətlərinə görə oxşarlıq nəticəsində yaranan metaforalar. 
Məsələn, tülkü, maral, aslan, canavar, quzu və s. heyvan və quş adları insan 
üzərinə köçürüldükdə bu sözlər metaforaya çevrilir.
3. 
İnsan və ümumiyyətlə canlılara məxsus hərəkətlər əşyaların üzərinə 
keçirildikdə metafora yaranır. Məs, ölüm gəlir, fikir doğulur və s.
4. 
Bütün feillər cansız əşyalar bildirən isimlərə birləşib onları 
canlandırır. Məs.adam quruyub, insan kök salır, ürək sevinir, üz gülür - bunlar 
frazeoloji metafora nümunələridir.
Gördüyümüz kimi, bütün metaforalar obrazlı müqayisə nəticəsində əmələ 
gəlir. Bu səbəbdən hər bir metaforada gizli müqayisə vardır. “Metaforalar təşbehə 
nisbətən daha qüvvətli təsir yaradır. Burada maksimum yığcamlıq nəzəri cəlb 
edir
14
.
Sözün məcazi mənasından törəmiş,lakin artıq sabitləşmiş və bəzən terminə 
çevrilmiş metaforalar ümumişlək hesab edilir. Üslubi metafora isə bədii dilin 
məhsuludur. O,üslubi məqsədə müvafiq olaraq bədii əsərdə əmələ gəlir. Bu cür 
metaforalar danışıq dilində işlənmir.
Poetik metafora obrazlı təfəkkürün bəhrəsidir. Bu növ metafora hissi 
duyğular və məntiqi qavranışın vəhdətindən əmələ gəlir. Obrazlı təfəkkürün sahibi 
olan yazıçı bəzən elə obyektlərin arasındakı əlaqələri duyur və dərk edir ki, 
13
T.Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, Elm, 1980, s. 82
14
(M.Adilov, R.Rzanın dili və üslubu haqqında bəzi qeydlər) - Azərbaycan jurnalı №3 
.
“D.Əliyeva.Praktik üslubiyyat .Baki.2011,s.16


56 
bu,təfəkkür üçün qeyri-adidir. Həmin obyektlər əksərən mücərrəd və konkret 
anlayış bildirən əşya və hadisələrin adıdır. Qeyd etmək lazımdır ki, poetik 
metafora fərdi xarakter daşıyır.
Bədii metafora mürəkkəb olsa da, asan qavranılır.
Quruluş etibarilə metaforalar iki cür olur: 1) sadə 2) mürəkkəb.
Metaforaların bir qismi müsbət ekspressiya, digər bir qismi isə mənfi 
ekspressiya ifadə edir. Lakin bəzən situasiya ilə bağlı olaraq metaforanın 
semantikası dəyişir. Yəni, müsbət mənalı metafora mənfi, mənfi məna ifadə edən 
metafora isə müsbət çalarlar ifadə edir. Bu hallar daha çox ironik-ekspressiv 
rəngin əlavə edilməsi məqsədilə işlədilir.
Sinonim olmayan sözlərin bir hissəsi metafora funksiyasında sinonimləşir. 
Məsələn, səhər, sabah, gündüz, yaz, bahar kimi metaforalar xoşbəxtlik, azadlıq 
kimi mənaları ifadə edərkən sinonim cərgə yaradır. Qış, gecə sözləri isə pis gün 
ifadə etdiyi halda sinonim cərgə yaratmış olur.   
Dilin digər hadisələri kimi metafora da tarixi xarakter daşıyır, yəni daim 
inkişaf edir.
Epitet – Azərbaycan dilinin obrazlı ifadə vasitələrindən biridir.
Yunancadan tərcümədə epitet “əlavə” deməkdir. Epitetin əsas qayəsi əşya və 
ya hadisəni bildirən sözlərə əlavə edilməkdir. O, sözün həm həqiqi, həm məcazi 
mənasından törəyə bilər. Poetik nitqdə işlənən epitetlərin əksəriyyəti məcazi 
xarakterə malikdir.
Epitet assosiasiyanın nəticəsidir. Bir əlamətin adı oxşarlıqla əlaqədar bir 
başqa predmetin əlaməti kimi istifadə edilir. Cansız əşyaların keyfiyyətləri insanın 
üzərinə keçirilə və əksinə işlənə bilər. Məsələn: qələm qaşlar, püstə ağız, xumar 
gözlü gecə, nazlı bahar, şən ləpələr və s.
Epitetin əsas xüsusiyyəti odur ki, heç zaman müstəqil şəkildə işlənmir.


57 
Epitet yüksək obrazlılığa malik olan bədii təyindir. O, özündə bədiilik və 
məntiqiliyi sıx birləşdirir. Təbii ki, bir əşyanın saysız-hesabsız əlamətləri 
mövcuddur. Epitet isə onlardan yalnız birini bildirir. Elə bu seçimin özü subyektiv 
və fərdidir. Odur ki, epitet həmişə subyektivdir. Epitet bədii dilə, xüsusilə şerə 
yeni ruh, bədiilik və emosionallıq gətirir.
Quruluş etibarı ilə epitet sadə və mürəkkəb olur. Yəni epitet həm bir, həm də 
bir neçə sözlə ifadə edilir.
Epitet vəzifəsində adətən əsas nitq hissələri iştirak edir:
1) Sifət funksiyasında çıxış edən isimlər (lalə yanaq, bulud zülf, qızıl səhər, 
mirvari diş)
2) Sifətlə ifadə olunanlar: yaşıl gözlü dəniz, şəhla gözlər, bəyaz qollar və s.
Epitet şifahi xalq yaradıcılığında da geniş istifadə olunmuşdur. Tarixi bir 
kateqoriya kimi, zaman keçdikcə inkişaf etmişdir.
Epitet hər hansı bir əşyaya və ya hərəkətə xas olan cəhəti vurğulayaraq ifadə 
edən sözə deyilir. Epitetin üslubi funksiyası onun bədii ifadəliliyidir. Onlar yüksək 
obrazlılığa malik olduqları üçün təsvirin, tərənnümün daha da ifadəli alınmasına 
və diqqətin bir nöqtəyə toplanmasına xidmət edirlər. Məhz bu xüsusiyyətlər onları 
qrammatik təyinlərdən fərqləndirir (Dürdanə Əliyeva
“Praktik üslubiyyat”, Bakı 2011, səh.16). Bədii təyinlər məcazi məna üzərində 
qurulur.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin