MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

  
Təşbeh – birini digəri ilə izah etmək məqsədilə əşya və ya hadisələrin 
müqayisəsidir. Təşbeh aşağıdakı hissələrdən ibarət olur:
1. Bənzəyən
2. Bənzədilən
3. Bənzətmə qoşması, bənzətmə əlaməti
Yerdən ayağını quş kimi üzüb
 Yay kimi dartınıb ox kimi süzüb.


58 
Bəzən təşbeh yalnız birinci iki hissədən ibarət olur.
Təşbehin üslubi funksiyası mətndə yaratdığı bədii ifadəlilikdir. Təşbeh 
sadəcə müqayisə deyil. O,bədii obrazın yaradılmasına, mətnin obrazlılığına 
xidmət edir.
Sadə təşbehlər iki hadisənin bir ümumi cəhəti üzrə müqayisəsidir.
Mürəkkəb təşbehlər hadisələrin bir sıra ümumi cəhətlər üzrə müqayisəsidir.
  
Metonimiya-məcazın növlərindən biridir. Həm əmələgəlmə prinsipinə, həm də 
dildə daşıdığı funksiyalarına görə metonimik məcaz metaforik məcazdan 
fərqlənir. Belə ki, metonimiya bənzəyiş əsasında yox, bir-birindən fərqli olan əşya 
və hadisələrin qarşılaşdırılması və bunun nəticəsində əmələ gələn daxili və zahiri 
əlaqələr üzrə yaranır. Məsələn, sağ əl ifadəsi. İlk baxışda bu ifadə arxa, kömək, 
dayaq anlayışlarını özündə ehtiva vermir. Lakin fizioloji planda insanın daha çox 
sağ əlindən istifadə etməsi bu məcazi mənanın yaranmasına səbəb olur. Metafora 
kimi metonimiya da insan təfəkkürünün məhsuludur. O da metafora kimi tarixi 
xarakter daşıyır-yəni zamanla dəyişmiş və inkişaf etmişdir. Metonimiya müsbət 
bir hadisədir, ifadəlilik keyfiyyətinə və istifadə dairəsinə görə metonimiyanın iki 
növü diqqəti cəlb edir:
1) Sabit, ümumişlək metonimiya
2) Obrazlı metonimiya.
Sabit metonimiyalar adi ifadələr və termin səciyyəli sözlərdən ibarətdir.
Obrazlı metonimiyalar isə termin kimi yox, ifadəliliyini hələ tərk etməmiş 
məcazlar kimi çıxış edir. Bədii üslubda fərdi metonimiyalara da rast gəlinir.
Metonimiya yalnız sözün məcazi mənasından törəyir, əşya və hadisələr 
arasında əlaqələrin mövcudluğundan asılı olur.
Metonimiya bədii üslubda istifadə olunan ən mühüm və faydalı nitq 
vahididir. O,bədii dilin ifadəlilik və obrazlılıq imkanlarını artırır. Müvafiq 
keyfiyyətin köçürülməsinə əsasən metonimiyanın aşağıdakı növləri var:


59 
1. Məkana görə adın köçürülməsi. Belə metonimiyaların səciyyəsi 
ondan ibarətdir ki, bu və ya digər məkan adı həmin məkanda müvəqqəti və 
ya daimi yaşayan əhalini bildirmək üçün işlədilir (bütün kənd tamaşaya 
durmuşdu). Məkan əlaqəsi əsasında yaranan metonimiyaların cürbəcür 
formaları özünü göstərir. Bunlardan ən geniş yayılanı müəyyən bir əşyanın 
adının onun içində yerləşən predmetin əvəzinə işlədilməsindən yaranan 
metonimiyadır.
2. Zamana görə adın köçürülməsi (Keçmişim gözümdə canlandı.)
3. Müəllif-əsər köçürülməsi (Mən Nizamini tam oxudum.)
4. Maddi əsasa görə köçürülmə (O, üç qab yedi.)
5.Məntiqi səbəbiyyət əsasında əmələ gələn metonimiyalar. Bunlardan 
ifadəlilik cəhətdən ən maraqlıları aşağıdakılardır: a) şəxs adları əsasında yaranan 
metonimiyalar. Bəzi hallarda metonimiya vəzifəsində klassik qəhrəmanların 
adları çıxış edir (Leyli və Məcnun, Demon, Topal Teymur və s.); b) Şəxs adının 
onun istehsal etdiyi əşyalar üzərinə köçürülməsinə də tez-tez rast gəlinir. 
(Chevrolet, Ford, Chanel)

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin