Ms excel cədvəl prosessoru


MS Excel 2010 cədvəl prosessorunun lent tabları və onların əmrləri



Yüklə 339,72 Kb.
səhifə6/15
tarix25.12.2023
ölçüsü339,72 Kb.
#193816
1   2   3   4   5   6   7   8   9   ...   15
excel 2010 (2)

2. MS Excel 2010 cədvəl prosessorunun lent tabları və onların əmrləri
FİLE TABI
File tabının açılışında Excel proqramının arxa, fon görünüşü(Backstage View) ekrana gəlir. Burada olan əmrlərlə Word
proqramında tanış olduğumuzdan buralarını next-next eliyə bilərik.


HOME LENT TABI
Home lent tabı Clipboard, Font, Alignment, Number, Styles, Cells, Editing lent qruplarından ibarətdir. Bəzi qruplar haqda əvvəlki dərslərimizdə danışdığımızdan əsasən fərqli qruplara nəzər salacağıq.



- Alignment lent qrupunun əmrləri ilə tanış olaq.
- Bu əmr xananın içindəki yazıları xananın yuxarısına, mərkəzinə və aşağısına yerləşdirir.
- Bu əmr xananın içindəki yazıları müxtəlif dərəcələr altında, müxtəlif istiqamətlərdə döndərir. - Bu əmrin köməyi ilə xana içindəki yazılar soldan, mərkəzdən və sağdan düzləndirilir.
- Bu əmr xana içindəki məlumatları sola və sağa doğru sürüşdürür.


- Bu əmr xana daxilində sanki bir neçə sətir yaradır və məlumatları bölərək alt-alta yazmağa imkan
verir.
Bu əmrin gördüyü işi. ALT+ENTER düymələr kombinasiyasının köməyi ilə də etmək olar.
- Seçilmiş xanaları birləşdirir və xana daxilindəki məlumatları mərkəzə düzləndirir. Bundan əlavə bu
əmrin daxilində bir neçə əmr açılır ki, onların da köməyi ilə seçilmiş sütunlar birləşdirilir,
birləşdirilmişlər ayırılır, küsülülər barışdırılır və s.
NUMBER qrupunun əmrləri ilə xana daxilindəki yazıların tipini, formatını təyin etmək mümkündür. Bu qrupun əmrlərinin köməyi ilə xanalardakı ədədləri faiz formasında göstərə, valyuta vahidlərinə çevirə, sağına soluna 0 əlavə edə, onluq kəsr vasitəsilə ifadə edə bilərik.

  • STYLES lent qrupunun əmrləri vasitəsilə hər hansı xana və xanalar qrupuna xüsusi stillər vermək mümkündür. Bunlara xanaları müqayisə etmək, rəngini dəyişmək, fonunu rəngləmək və s. aiddir.

CELLS qrupunun əmrləri cədvələ xana, sətir, sütun əlavə edir və eyni zamanda onları silib-
formatlaşdıra da bilir.

Yüklə 339,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin