Ms excel cədvəl prosessoru



Yüklə 339,72 Kb.
səhifə4/15
tarix25.12.2023
ölçüsü339,72 Kb.
#193816
1   2   3   4   5   6   7   8   9   ...   15
excel 2010 (2)

Qeyd: Proqramda işçi kitabı, vərəqi minimal 10%-da saxlamaq, maksimum isə 400%-dək böyütmək mümkündür.
Excel 2010 elektron cədvəlinin komponentləri. Fayl əməliyyatları.


Excel proqramında ən əsas komponentlərdən biri xanadır. Xanaya oyuq və ya hücrə də deyilir. Bu proqramda bütün informasiyalar, verilənlər xanalarda qeyd olunur. Xanalara edilən müraciətlər istinad adlanır.
Soldakı şəkildə A2 xanasında 8, B1 xanasında 24 yazılıb, B2 xanasına isə düstur daxil edilib. B2 xanasının bir nəticə alması üçün A2 və B1 xanasına müraciət, yəni istinad olunub. Əgər Enter düyməsini sıxsaq, B2 xanasında 24+8=32 nəticəsi görünəcək. Fikrimizi ümumiləşdirsək, deyə bilərik ki, B2 xanasının nəticəsi A2 və B1 xanasından asılıdır. Elə buna görə də xanalar tərkibinə görə ilkin asılı olmaqla iki yerə bölünür.
İlkin xananın qiyməti heç bir xanadan asılı olmur və içində hər hansısa bir verilən yazılır, ancaq asılı xana düsturdan ibarət olmaqla nəticəsi digər xanaların qiymətindən, vəziyyətindən asılı qalır. Bundan əlavə Excel cədvəlində ayırd edəcəyimiz xanalar iki növdə (aktiv, aktiv olmayan) olur. Kursor vasitəsi ilə seçdiyimiz xanalar aktiv, digərləri isə aktiv olmayan xanalardır. Verilmiş şəkildəki B2 xanası aktiv xanadır. Göründüyü kimi aktiv xananın ətrafı qara çərçivəyə alınır və həmin xana ad qutusunda (Name Box) görsənir. Məsələn hal-hazırda aktiv xanamız B2 olduğundan ad qutusunda B2 yazılıb ki, buna həm də xananın ünvanı deyilir.
Elektron cədvəllərdə ünvanlar iki cür olur:

  1. nisbi ünvan


  2. Yüklə 339,72 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin