Ms excel cədvəl prosessoru



Yüklə 339,72 Kb.
səhifə11/15
tarix25.12.2023
ölçüsü339,72 Kb.
#193816
1   ...   7   8   9   10   11   12   13   14   15
excel 2010 (2)

Page Break Preview görünüşündə A1 xanasından sonuncu dolu xanaya qədər olan hissə diapazon kimi kəslib göstərilir.

  • Custom View rejimində istədiyimiz kimi fərdi görünüş rejiminə keçid edirik.

  • Full Screen görünüş rejimində işçi kitab tam ekran boyunca görünür.

    • SHOW qrupunda verilmiş elementlərin görünüb-görünməməsini seçmək şansı yaradılır.

    • ZOOM qrupunun köməyi ilə vərəqin miqyası ilə bağlı işlər görülür. Miqyas artırılır, 100%-ə gətirilir və yaxud da seçilmiş

    hissəni ekran boyunca göstərir.

    • WINDOW qrupunda pəncərələr üzrə işlər icra olunur.

    • MACROS qrupunun əmri tez-tez işlənən əməliyyatları avtomatlaşdırır və həmin əməliyyatların tez yerinə yetirilməsini təmin edir, müraciət sürətini artırır.

    FORMULAS LENT TABI
    Formulas lent tabı Function Library, Defined Names, Formula Auditing, Calculation lent qruplarından ibarətdir.
    Excel proqramının əsas mahiyyəti bu tabın köməyi ilə daha da aydın olur. Excel proqramı müxtəlif formullar, düsturlar və funksiyalar vasitəsi ilə hesablama əməliyyatlarını rahatlaşdırır. Bütün düsturlar, formullar xanalara bərabər işarəsinin köməyi ilə yazılır. Excel cədvəlinin qəbul proqramında qarşılaşa biləcəyimiz vacib düsturları ilə tanış olaq.
    3.MS Excel 2010 cədvəl prosesorunda məlumatın daxil edilməsi və məlumatların silinməsi.

    Kitab işçi vərəqlərdən (Sheet) ibarətdir və bu vərəqlərin adi (Qisayolu-Shorteut proqram pancarasinda sol dəyişmək mümkündür. Mausla adın üzərində ikiqat sıxmaqla və ya ad üzərində mausun sağ düymasini simvoldan ibarət ola bilər və adlandurmada mötərizədə göstərilmiş bəzi simvollardan (:\/? *[I) istifada etmək olmaz.


    Qeyd etmişdik ki, Excel -də işçi vərəq 214 sütun və 220 sətrdən ibarətdir. Sərt və sütunlarin kəsişmasi oyuq adlanir, hər oyuq sütun -sətr adı ilə adlandırilir(məs.:B2). Oyuq seçildikdə onun adı ünvan sətrinda (Ad qutusunda) göstərilir.
    Əgər seçilmiş oyuğun tərkibində hər hansı məlumat, düstur varsa həmin oyuq seçilən zaman onun tərkibi Düstur sətrində (Formula Bar) əks olunur.
    Məlumatın daxil edilməsi - boş olan xanaya hər hansı yeni məlumat daxil edən zaman sadəcə olaraq onu seçmək və məlumatı klaviaturadan daxil etmək kifayətdir. Lakin daxilində verilən (məlumat) olan oyuğa yeni məlumat daxil edilərsə əvvəlki məlumat silinəcək. Xana daxilində olan məlumata düzəliş etmək üçün onun üzərində mausun sol düyməsini ikiqat sıxsaq kursorun yanıb-söndüyünü görərik, bundan sonra onun üzərində dəyişiklik etmək olar. Məlumatı dəyişdirmək üçün həm də xananı seçdikdən sonra kursoru Düstur sətrinə aparmaq və dəyişiklikləri buradan etmək mümkündür. Yeni məlumat daxil edərkən və ya məlumat üzərində dəyişiklik edərkən iş sona çatdıqdan sonra Enter düyməsini sixmaq (bunun əvəzinə klaviaturadaki oxlardan da istifadə etmək olar-bu zaman növbəti xana seçiləcək) və ya mausla başqa xananı seçmək lazımdir. Düstur sətrinin qarşısında olan ☑ (Enter) - düyməsini sıxmaqla da daxiletmənin və ya dəyişikliyin başa çatdırıldığı əmrini vermək olar. Bu zaman aktiv xana üzərində iş aparılan xana olacaq.Xanaya yeni daxil edilən məlumat səhv olarsa yenə Düstur sətri qarşısinda yerləşən (Cancel) - düyməsi vasitəsi (və klaviaturadakı Esc düyməsi ilə) ilə məlumatı silmək mümkündür.
    Əgər məlumat daxil edildikdən sonra Enter düyməsi sıxılarsa onda kursor öz yerini aşağıdakı xanaya dəyişəcək, Enter əvəzinə oxlardan istifadə edilərsə uyğun olaraq kursorun yeri aşağı, yuxarı, sağa və sola dəyişə bilər. İçərisində məlumat olan oyuğa düzəliş etmək və ya yeni məlumat daxil etmak üçün klaviaturadan F2 düyməsini sıxmaq olar, bu zaman kursorun yanıb-söndüyünü görə bilərik. Bəzi hallarda məlumat daxil edilən zaman oyuğa yerləşmir və onu bir neça sətrdə yazmaq lazim dəlir, belə olan halda klaviaturadan Alt+Enter düymələr kombinasiyasından istifadə edilir. Nəticədə oyuq sətirlərin sayına uyğun olaraq genişlənir, yəni hündürlüyü artır (həmin sətr ümumilikdə genişlənmiş olur). Oyuqlara daxil edilən informasiya mətn tipli və ya rəqəm tipli ola bilər. Rəqəm tipli ifadalər üzərindəhesablama əməliyyatları aparmaq mümkün olur. Proqram ifadələr oyuğa daxil edilən zaman onları tipinə görə ayırır, yəni mətn tipli verilənlər oyuğun sol tərəfinə, ədəd tipli verilənlər isə oyuğun sağ tarəfinə keçir. Ədədi mətn formasında daxil etmək lazım gələrsə onun qarşısına (') işarəsi yazılmalıdır (məs: '123), amma bu halda da onun üzərində hesablama aparmaq mümkün olacaq.
    MS Word proqramında olduğu kimi Excel proqramında da seçimmlər etmək üçün (müəyyən xanaları diapozonları qeyd etmək üçün) müxtəlif üsullardan istifadə edilir.
    Oyuğun seçilməsi-onun aktivləşdirilməsi deməkdir, bu əməliyyat üçün mausun göstəricisini lazım olan oyuq üzərinə gətirmək və mausun sol düyməsini bir dəfə sıxmaq lazımdır.Klaviatura üzərində olan oxlar və ya Enter vasitəsi ilə də bir oyuqdan digərinə keçmək (aktiv olan va ya seçilmiiş oyuğu dəyişmək) olar.

    • Bir vərəq üzərindəki bir neçə oyuğu seçmək -əgər oyuqlar bir-birindan uzaqda yerləşirsə onda əvvəlcə onlardan biri, sonra isə Ctrl düyməsi sıxılaraq digər oyuqlar mausla seçilir (bir faylın tərkibində fərqli işçi vərəqlərdə olan bir neçə oyuğu da bu qayda ilə seçmək olar).

    • Yanaşı olan oyuqların seçilməsi- bu əməliyyatı sadə şəkildə mausu sürüşdürməklə etmək olar, yəni mausu seçiləcək diapazonun ilk xanası üzərində sıxmaq və lazım olan yerə sürüşdürdükdan sonra isə buraxmaq lazımdır. Başqa bir üsul isə mausla diapozonun ilk xanasını seçmək, daha sonra isə Shift düyməsini sixaraq diapazonin son xanası üzərində mausun sol düyməsini sıxmaqdır.Bu zaman ilk xana ilə son xana arasındakı diapazon seçilmiş olacaq.

    • İşçi vərəqin sətr və ya sütunlarının seçilməsi - sətr və ya sütunu seçmək üçün mausun göstəricisini sətr və ya sütun başlığına gətirmək və bir dəfə sıxmaq lazımdir. Yanaşı bir neçə sətri və ya sütunu seçmək üçün mausun sol düyməsini sətr və ya sütun üzərində sixaraq sürüşdürmək kifayətdir. Əgər hər hansı bir sətr və ya sütunu seçdikdən sonra Shift düyməsini sıxaraq müəyyən uzaqlıqda yerləşən sətr və ya sütun üzərində mausla vursaq, onda həmin aralıqda yerləşən sətr və ya sütunlar seçilmiş olacaq. Ayrı-ayrı sətr və ya sütunları seçmək üçün isə Ctrl düyməsindən istifadə etmək olar.

    • İşçi vərəqin tam seçilməsi - bunun üçün A1 xanasının sol yuxarı küncündə yerləşən boş yerdə (sətr və sütun başlıqlarının kəsişdiyi yerdə) mausla bir dəfə sıxmaq kifayətdir. Klaviaturadan Ctrl+A kombinasiyasi ilə də işçi vərəqi tam seçmək olar

    .
    MS Excel proqramında bir oyuq içərisində olan məlumatın digər oyuqlara da daxil edilməsi üçün məlumat olan oyuğu qeyd etmək, daha sonra isə mausu oyuğun sağ aşağı küncünə gətirərək (bu zaman mausun göstəricisi qara rəngli "+” işarəsi formasnda olacaq) sol düyməni sixmaq və lazım olan istiqamətdə çəkmək lazımdır. Bu əməliyyatı menyu sətrində HOME (EV) menyusunun Fill (Doldur) əmri ilə də icra etmək olar. Əgər oyuğun tərkibindəki məlumat ədəd tiplidirsə onda klaviaturadan Ctrl düyməsini baslı saxlayaraq xananın sağ aşağı küncündən mausla çəksək sıralama almış olarıq (məs: oyuğa 2 rəqəmini daxil etsak və Ctrl düyməsini sixaraq mausla onu aşağiya doğru çəksak növati xanalarda 3, 4, 5... rəqəmləri avtomatik yazilacaq).


    Malumatların silinməsi. Excel proqramında xana tərkibindəki məlumatı silmək və ya xananı silmək anlayışları bir-birindən fərqlidir. Əgər Home menyusundan Clear (Təmizlə) əmri seçilərsə bu zaman oyuq daxilindəki malumatlari müxtəlif şəkildə (Clear All-hamısını, Clear Formats –formatını,Clear Contents-məzmununu, Clear Coments-şərhləri,Clear Hyperlinks- hiperəlaqəni) silmək olar. Deməli bu əmr xananın yox, xana daxilindəki məlumatın silinməsi üçündür. Məzmunun silinməsi üçün klaviaturanın Delete düymesindən də istifadə edilə bilər. Bəzi hallarda işçi vərəqdən məlumatları çıxarmaq və onların əvəzinə ətraflarında olan məlumatları daxil etmək lazım gəlir,bu halda isə oyuqların özlərinin silinməsi əməliyyatlarından istifadə edilir. Bu əməliyyat üçün menyu sətrinin Home/Delete əmri nəzərdə tutulub.Delete əmrinin aşağısında üçbucaq işarəsini sıxmaqla müxtəlif formalı silmə əməliyyatları icra etmək olar. Nəzərə almaq lazımdır ki, işçi vərəqdə hansı sayda oyuqların silinməsindən asılı olmaqyaraq oyuqların sayı həmişə sabit qalır.

    Yüklə 339,72 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   7   8   9   10   11   12   13   14   15




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin