Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan


Mövzu –Yeniyetmələrin təlim fəaliyyəti və idrak proseslərinin inkişafı



Yüklə 182,11 Kb.
səhifə16/25
tarix17.10.2023
ölçüsü182,11 Kb.
#156402
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
Uşaq psixologiyası-1

Mövzu –Yeniyetmələrin təlim fəaliyyəti və idrak proseslərinin inkişafı.
Plan;
1)Yeniyetməlik yaşı dövründə təlim fəaliyyəti fəaliyyətin səmərəli təşkili kimi.
2)Təlim fəaliyyətinin idarə olunmasının orta məktəb yaşı dövründə təlim prosesinin optimallaşdırılmasında rolu.
3)Təlimin fərdiləşdirilməsinin əhəmiyyəti.
4Problemli təlim və onun tətbiqi..
5)Fəal təlim metodları və onun əhəmiyyəti.
Təlim fəaliyyətini idarə olunmasında onun optimallaşdırılması mühüm yer tutur. Təlimin optimallaşdırılması—hər yaş qrupu üzrə gigiyenik normalara istinad edər ək minimum vaxt ərzində maksimum təlim müvəffəqiyyətinə nail olmağı nəzərdə tutur yəni tədrisin elə qurulmasıdırki,şagirdlər təlim materialını mənimsəsinlər.Tə lim prosesinin cəmiyyətin tələbləri ilə əlaqələndirilməsi,təlimin yeniyetmələrin rea l imkanlarına əsaslanması,təlim prosesində öyrənmə,tərbiyə və inkişafın qarşılıqlı əlaqəsi,təlimim məqsədi ilə məzmunu və metdları arasında əlaqə,təlimin səmərəli liyinin şagirdlərin təlim motivləri ilə əlaqəsi kimi qanunauyğunluqların təlim pros esində nəzərə alınması təlim prosesinin optimallaşdırılmasını təmin edir.Təlim fəa liyətinin idarə olunmasını təmin etmək üçün psixoloqlar müxt.yollar axtarırlar.Bun lardan 1i P.Y.Qalperinin yaratdığı şagirdlərin əqli fəaliyyətinin mərhələlər üzrə for malaşması nəzəriyyəsidir.Vıqotski tərəfindən irəli sürülən sonradan Lentyev tərəfi ndən ink.f etdirilən əqli fəaliyyətin formalaşmasının özünəməxsus xüs.rə malik olması idayesı əsasında yaranmışdır.Qalperinin bu nəzəriyəsinə əsasən insanın ont ogenetik ink.nda interiorizasiya prosesində xarici praktik fəaliyyət daxil əqli fəaliyyətə çevrilir.Bu prosesdə əvvəl şagirdlr xarici maddi cisimlərlə əlaqədar fəali yyət göstərirlərOnlar tədricən bu fəaliyyətə yiyələndikcə sonralar həmin fəaliyyət daxili zehni,əqli fəaliyyətə çevrilir.Beləliklə psixi fəaliyyət mərhələrdən keçərək fo rmalaşır.
Təlim fəaliyətinin idarə olunmasında təlim üsullarının rolu böyükdür.Məktəb ənənvi təlim üsullarından istifadə edərək,təlim prosesində böyük müvəffəqiyyətlər qazanmışdır.Lakin müasir dövrdə elmi-texniki tərəqqi məktəblilərin mənimsəməli olacaqları informasiyaların miqdarın artırdığı onların məzmununu xeyli zənginləşd irdiyi üçün ənənvi təlim üsulları əvvəlki kimi səmərəli rol oynaya bilmir.Təlimin yeni məzmunu yeni üsullar tələb edir.A.N.Leontyev haqlı olaraq göstərirki,kiçik yaşlı oğlan və qız məktəbə hələ təbiət və cəmiyyət hadisələrinə bələd olmayan 1 uşaq kimi daxil olur.Lakin onlar məktəbi yetkin gənclər kimi qurtarırlar.Amma tə lim üsulları orta məktəbin 1ci sinfində necədirsə,axırıncı sinfindədə eləcə qalır.Ona görədə Leontyev təklif edir ki,orta məktəbin yuxarı siniflərində mühazirə,seminar və praktik məşğələlərə yer verilsin.
Təlim fəaliyyətinin idarə olunmasında proqramlaşdırılmış təlim üsullarının da rolu çox böyükdür.Proqramlaşdırılmış təlim,təlimprosesi üzərində daimi nəzarət qoymağa və onu düzgün tənzim etməyə imkan verir.
2—Təlimin fərdiləşməsinin əhəmiyyəti—Təlimin keyfiyyəti şagirdlərin mənimsəm əsini necə təşkil etməkdən və onun idarə olunmasından asılıdır.Təlim şagirdlərə sa dəcə olaraqbilik,bacarıq və vərdişlərin verilməsi kimi nəzərdən keçirmək olmaz.Bu prosesdə şagirdlərin fəallığı əsas şərtdir.Təlim şagirdlərin əqli sferasını ink.f etdirm əlidir.Bu istiqamətdə aparılan tədqiqatlar sırasında N.A.Mençinskayanın, P.Y.Qalp erinin,Nina Fyodorovna Talızinanın,Ə.S.Bayramovun,M.Ə.Həmzəyevin və başq.rının tədqiqatlarını misal göstərmək olar.Mençinskaya tədqiqatlar nəticəsində aşkarlayır ki,şagirdlərin mənimsəməsinə onların fərdi psixoloji xüs.ri əhəmiyyətli dərəcədə təsir göstərir.Təlimə”Öyrənməyə qabillik problemi şagirdlərin təlimdə ge ri qalma,mənimsəyə bilməmə səbəbıərini aşkara çıxarmaqla əlaqədar meydana çıxa n problemdir.Öyrənməyə qabillik—təlim prosesində bilik,bacarıq və vərdişləri mənimsəməsinin sürət və keyfiyyətinin fərdi göstəricisindən ibarətdir.Bu təlim üsullarına yiyələnməkdə də özünü büruzə verir.Təlimə yüksək qabillik şagirdin əqli ink.fının intensivliyinə dəlalət edir.
Fərdi-psixoloji fərqlərə istinad etmək və onları nəzərə almaq lazımdır.N.A. Mençinskaya bu barədə belə yazır;”Şagirdlər verilmiş nümunə üzrə təlim işlərini yerinə yetirərkən onlar arasındakı fərqlər =ləşir.Lakin əgər konkret problemin həlli şəraiti qarşısında qoyulurlarsa,onda bu fərqlər aydın büruzə verir.Eyni 1təlim tapşır ığı 1-i üçün problem kimi çıxış edir,digəri üçün sadə,3sü üçün isə bu təlim tapşırığı hələ problem səviyyəsinə qalxmır”.
Təlimin yeni məzmunu yeni üsullar tələb edir.Leontyev göstərirki, təlim pro sesində müəl.və şagird idarəetmənin əsas ünsürləri kimi çıxış edirlər.Onlar arasın da əks əlaqə mövcuddurki,bu da şagirdlərin mənimsəməsinə rəhbərlik etməyi daha da asanlaşdırır.Müəl.təlim materialını izah edir,faktları sübut edir,əsaslandırır,sxem lər çəkir,təcrübə nümayiş etdirir.Şagird isə qulaq asır,materialı dərk etməyə çalışır, düşünür,müqayisə edir,ümumiləşdirir,təsəvvüründə canlandırır vəs.Bu isə o demək dirki,düz əlaqə kanalı vasitəsilə müəl.dən şagirdə müəy.informasiya verilir.Təlim prosesini idarə etmək üçün əks əlaqə kanalının fəaliyyəti zəruridir.
Fərdiləşmiş təlimin müvəffəqiyyətlə tətbiq etmək üçün müəl. Dərs dediyi şa girdlərin aşağıda qeyd olunan fərdi-psixoloji xüs.rini bilməli və nəzərə almalıdır;
1.Ailə mədəniyətini,
2.Yaş xüsusiyyətlərini,yaşına görə inkişaf səviyyəsini,
3.Cinsi xüsusiyyətlərini,
4.Öyrənmə üslubunu,
5.Qabiliyyətlərini və idrak imkanlarını,
6.Şəxsiyyətini və temperamentini,
7.Maraqları və meyllərini.
Bəzi yeniyetmələrdə baş beynin sol yarımkürəsi sağ yarımkürəyə nisbətən üstünlük təşkil edir.Baş beynin sol yarımkürəsi dominant olan yeniyetmələr sözlü-məntiqi mateialı daha yaxşı mənimsəyir və yadda saxlayır,sağ yarımkürəsi dominantlıq edən yeniyetmələr isəəsasən əyani-obrazlı materialı daha yaxşı yadda saxlayırlar. Müəl.bu fakta uyğun da fərdiləşdirməyi bacarmalıdır.Təlimin fərdiləşməsi 2 varian tda aparılır;
1.Qabaqcadan planlaşdırma əsasında aparılan fərdiləşdirilmiş təlim.
2.Öz-özünə şəraitə uyğun aparılan fərdiləşdirilmiş təlim.
Problemli təlim və onun tətbiqi—Təfəkkür yalnız yeni məqsədlər olanyerdə,qarşı ya yeni problemlər çıxanda ,onun həlli üçün fəaliyyətinin köhnə,əvvəlki üsul və va sitələrinin azlıq etdiyi yerdə lazım gəlir və fəallaşır.Məhz bu cür şərait problemli situasiya adlanır.Problemli təlimin 1neçə üstünlüyü vardır;1)Problemli təlim şagirdlərə məntiqi,yaradıcı mühakimə yürütməyi öyrədir;2)təlimi daha inandırıcı edir;3)təlimi daha maraqlı və emosional edir;4)müstəqil əldə edilən biliklər daha yaxşı yadda qalır.
V.A.Krutetski problemli situasiyada 4mərhələni ayırır;
1.Ümumi problemli situasiyanı dərk etmək.
2.Ümumi problemin təhlili və konkret problemin formalaşdırılması;
3.Problemin həlli;
4.Problemin həllinin düzgünlüyünün yoxlanılması.
O eyni zamanda problemli təlimin aşağıdakı səviyyələrini müəyyənləşdirir;
1ci səviyyə;Müəl.problemi müəy.edir,formalaşdırır,şagirdləri isə həmin problemi həll etməyə istiqamətləndirir.
2ci səviyyə;Müəl.problemi müəyyənləşdirir,şagird isə müstəqil olaraq problemi for malaşdırır və həll edir.
3cü səviyyə;Müəl.dərsə üm.rəhbərlik edir,hətta problemi belə göstərmir.Şagird isə problemi müəy.dirir,formalaşdırır,onun həlli yollarını tapır və həll edir.
Problemli təlimin 2əsas anlayışı ayrılırki,bunlardan 1i “tapşırıq”digəri isə “problem li situasiyadır”.Psixoloji=pedaqoji ədəbiyyatda tapşırıq anlayışının vahid tərifi yox dur.Sözlə ifadə olunan tapşırıqlar adətən 2hissədən ib.olur;1)tapşırığın şərti yaxud məlum verilənlər,2)tapşırığın həlli nəticəsində tapılması tələb olunan məchul.Prob lemli situasiyanın başlıca elementi qoyulmuş tapşırığın düzgün həlli zamanı açılması tələb olunan məchuldur,yenilikdir.Təlimdə problemli situasiyanı yaratmaq üçün şagirdi belə tapşırığın həlli zərurəti qarşısında qoymaq lazımdır.Bu zaman mənimsənilməsi tələb olunan biliklər məchul mövqeyində olmalıdır.Həddən ziyadə sadə yaxud çətin tapşırıq yeniyetmə üçün problem kimi çıxış edə bilməz.
Hər hansı 1problemli situasiya özündə 3əsas komponenti 1ləşdirir;
1.Problemli situasiyada açılmalı olan məchul(naməlum)münasibət,üsul yaxud iş;
2.Verilmiş tapşırıqda yeniliyi,yeni bilikləri əldə etmək üçün aparılan əqli iş;
3.Şagirdin verilmiş tapşırığı təhlil etmək və yeni biliklər əldə etmək imkanları;
Problemli təlim prosesi özündə 2mərhələni 1ləşdirir;1—problemli situasiyanı yara dan praktiki,yaxud nəzəri tapşırığın qoyuluşu mərhələsi.2—problemli situasiyada tapılması zəruri olan məchulun,naməlum olanın şagird tərəfindən ya müstəqil(yuxa rı siniflərdə) ya da müəl.n köməyi ilə (aşağı siniflərdə) axtarılması mərhələsi.
Fəal təlim metodları və onlardan istifadə--fəal təlim metodları dərs prosesin də bütün uşaqları fəallaşdırır.onların hamısını təlim şəraitinə cəlb edir.Belə təlim öyrənənlərə passiv təsir obyekti kimi deyil,şəxsiyyət kimi yanaşmağı təmin edir,onlarda yalnız bilik,bacarıq və vərdişlərin deyil,eyni zamanda keyfiyyətlərində formalaşmasına təsir edir.Fəal təlim təhsil islahatının bütün prinsiplərini;demokrati kləşdirmə,humanistləşdirmə,differensiallaşdırma,fərdiləşmə,inteqrasiya,humanitar laşdırma prinsiplərini nəzərə alaraq qurulur.Əgər ənənəvi təlim əsasən şagirdlərin hafizəsinin ink.fına yönəlmişdirsə,fəal təlim onların təfəkkürünün ink.na yönəlmiş təlimdir.Bu təlim metodlarının köməyi ilə öyrənənlərin məntiqi,tənqidi və yaradıcı təfəkkürünü ink.f etdirmək mümkündür.Fəal təlim-təlimin öyrədici,tərbiyəedici və ink.f etdirici funksiyalarını həyata keçirir.
Fəal təlimin tətbiqinin əsas şərti müəllim və şagird arasında olan münas.ti də yişdirmək,hər şagirdə etibarla,hörmətlə,xeyirxahlıqla yanaşmaqdır.Hər 1şagird qar şısında qyulmuş problemin həllində onun təşəbbüslərinə baxılacağına,yaradıcı fikir kimi qiymətləndiriləcəyinə,buna diqqətlə yanaşılacağına inanmalıdır.
Fəal təlim tədris və dərketmə,idrak fəaliyyətinin təşkilinin və idarə edilməsin in elə üsullarının məcmusudurki,onlar üçün aşağıdakılar səciyyəvidir;
1.Müəl.tərəfindən şüurlu surətdə problemli situasiyanın yaradılması.
2.Problemli situasiyanın həll edilməsi prosesində şagirdlərin fəal tədqiqatçı mövqe yinin stimullaşdırılması.
3.Şagirdlər üçün yeni olan əhəmiyyətli biliklərin müstəqil olaraq kəşf edilməsi,əldə olunması və mənimsənilməsi üçün şəraitin yaradılması.Bu yanaşmanın mahiyyəti ondan ib.ki,təlim şagirdlərin yaddaşının yeni elmi biliklərlə zənginləşdirilməsinə deyil,düşünmə qabiliyyətinin və müst.bilik əldə etməkbacarığının sistemli olaraq ink.f etdirilməsinə əsaslanır.Fəal təlim prosesində şagirdlər kəşf edənlər,tədqiqatçı lar,bilikləri fəal şəkildə əldə edənlər,bu istiqamətdə axtarış aparanlar,müəllim isə buna bələdçilik edən,istiqamət verən,şərait yaradan mövqeyində çıxış edir.Fəal tə lim metodu özünəməxsus xüs.rə malikdir;
1.Təlimin subyekt—subyekt xarakter daşıması.
2.Şagirdlərin fəal öyrənmə mövqeyi,təfəkkürünün müstəqilliyi və sərbəstliyi.
3.İştirakçıların bütün dərs zamanı fəallığı.
4Dərsin əvvəllərində problemli situasiyanın yaradılması və dərs prosesinin proble min həllinə yönəldilməsi.
5.Təlimin tədqiqat üsulu vasitəsilə keçirilməsi.
6.Dərsin dialoq şəklində aparılması,əks əlaqənin yaradılması.
7.Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət.
8.Həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi.
Fəal təlimin tələblərinə uyğun qurulan dərs prosesində öyrənçilər əsaslı bilik,bacarı q, vərdiş və keyfiyyətlərə yiyələnirlər.Onlar öyrənmə prosesində fəal iştirak etdiklə ri üçün daha çox şey öyrənir və öyrəndiklərini daha yaxşı yadda saxlayırlar.Fəal təlim prosesində muhakimə yürütməyi,təhlil etməyi,tənqidi münas.bildirməyi, öyrəndiklərini praktikada tətbiq etməyi,tədqiqat aparmağı,müqayisə etməyi öyrə nirlər.Fəal təlim prosesində müəllimlər öyrənməyi daha asan öyrədirki,bu da onla rın təlim fəaliyyətinin idarə olunmasına maksimum əlverişli şərait yaradır.
Mövzu Erkən gəncliyin psixologiyası.
Plan;
1)Erkən gənclik fərdin ontogenezdə inkişafının mühüm mərhəsi kimi.
2)Erkən gənclik yaşı dövrü üçün xarakterik xüsusiyyətlər.
3)Erkən gənclik yaşı dövründə anatomo-fiziki inkişafda mövcud dəyişikliklər.
4)Gənclərdə romantika və ideallar
15-18 yaşları əhatə edən bu yaş mərhələsi yaşlılıq və yetkinlik dövrünə real keçid in yekunu,yeniyetməlik dövründə özünü göstərən yeni psixi keyfiyyətlərin dolğun laşması və tamalanması ilə səciyyələnirBöyük məktəb yaşı dövrü romantika,böyü k coşğunluq,gənclikarzuları,öz qüvvəsini nə isə böyük işlərə həsr etmək yaradıcı təşəbbüslərin genişlənməsi dövrüdür.Bu dövrdə gəncin fərdiyyəti,onun mənəvi və sosial siması formalaşır,ictimai fəaliyyətə maraq və şəxsi məsuliyyət hissi artır,hə yatda öz yerini tapmaq meyli yaranır.Gənclik illərində oğlanlar və qızlarda uş.r üçün tipik olan əlamətlər tədricən onların həyatından silinib gedirYaşlılara məxsus psixi keyfiyyətlər,xassə və əlamətlər formalaşır,get-gedə möhkəmlənərək davamlı xarakter kəsb edir.N.Hikmət deyirdi ki,gənclik arzu,inam,igidliyə həvəs deməkdir. Gənclik—lirika və romantikadır.Bu gələcək üçün tükənməz arzulardır.Bütün yaxşı əməllərin başlanğıcıdır.
Şəxsiyyətin təşəkkül tapması bu dövrünün sonunda əsasən başa çatır;İnsan fiziki cə hətdən yetişir,həyati seçimi və təmayülü dəqiqləşir,bəzən ömür boyu davam edən dostluq başlanır,əsl ilk məhəbbət yaranır.İlk gənclik yaşı yüksək heysiyyat,öz ləya qətini ciddi anlamaq və tam müstəqilliyə meyl etmək cəhdi iləsəciyyələnir.1sıra psixoloqlar ilk gənclik dövrünü müxt.adlarla adlandırmışlar.Vıqotski bu yaş mərhə ləsini pubertat yaş dövrü,Elkonin isə böyük yeniyetməlik dövrü kimi xarakterizə edirdi.L.İ.Bojoviç belə hesab edirdi ki,böyük məktəb yaşı dövründə psixi ink.da özünü göstərən ən mühüm xüs.t insan cəmiyyətində özünütəyinetmə,imkan və cəh dlərin dərk edilməsidir.Böyük məktəb yaşı dövründə gənclərin malik olduqları psi xi imkanlarla yaşlıların ,cəmiyyətin artan tələbləri arasında yaranan ziddiyyət psixi ink.fın hərəkətverici qüvvəsinə çevrilir.
Ilk gənclik dövründə aparıcı fəaliyyət növü təlim-peşə fəaliyyəti hesab olunu r.Böyük məktəbli dövründə psixi ink.fın sosial situasiyası(Vıqotski) yeniyetməlik də yaranan psixi törəmələrin təkmilləşməsi üçün əlverişli zəmin yaratmış olur.Bö yük məktəblinin müstəqil həyatın astanasına daxil olması onun ink.ı üçün tamamilə yeni sosial şərait yaratmış olur.O öz həyat yolunu təyinetmə,peşəseçmə ərəfəsində olduğu üçün onun daxili mövqeyində özünəməxsus psixoloji dəyişiklik yaranır;tə limə və əməyə münas.ndə ictimai və şəxsi dəyərlər ön plana çıxır.Onlar bu fəaliyyə t növlərinin insanın həyatında rolunu və əhəmiyyətini düzgün anlayır,təlimə öz gəl ləcəkləri mövqeyindən yanaşır,bu günə gələcəyin mövqeyindən baxırlar.Bununla belə erkən gənclik dövründə məktəblilərdə yeniyetmələrin psixikasına məxsus qüs urlar aradan qalxsada,hələdə yeniyetmə psixikasının izlərinə təsadüf olunur.
3—Bu dövrdə məktəblinin fiziki keyfiyyətlərinin ink.da dəyişikliklər davam edir.Cinsi yetişkənlik başa çatır,ikinci cinsi əlamətlər aydın xarici təzahürə malik olur.Boy artımının sürəti zəifləyir,bədənin çəki artımı dinamik xarakter alır.Əzələlə rin ink.fı sürətlənir,yaşlı adamın qüvvəsinə yaxınlaşır.Ürək-damar sisteminin ink.fı normallaşır,qan təzyiqi müvazinətli forma alır,daxili sekresiya vəzilərinin fəaliyyət i ritmik vəziyyətə düşür,skeletin sümükləşməsi əsasən tamalanmış olur,baş beyin strukturlarının ink.fı davam edir,bədən ölçüləri mütənasib forma alır.Fizioloji tədqi qatlar vasitəsilə müəy.edilmişdirki,8yaşda əzələ çəkisi bədənin üm.çəkisinin 27%ni 15yaşda 32%ni təşkil etdiyi halda,17yaşda bu göstərici 44%ə çatır.Bütün bu keyfiy yətlər böyük məktəblilərin istənilən fiziki və əqli işə dözümlülüyünü təmin etmiş olur,oğlan və qızların bədəninin xarici görünüşündə cəlbedici simmetriya yaranır. Qadınlıq və kişilik etalonlarına yaxınlaşır.Bu yaş dövründə yeniyetməlik üçün səci yəvi olan coşğun və q\= boy artımı,orqanizmin sürətli ink.fı başa çatır,fiziki ink.fın nisbətən sabit dövrü başlanır.Boyun uzuznuna böyümə tempi yavaşıyır.əzələ gücü və onun iş qabiliyyəti artır,döş qəfəsinin həcmi genişlənir.Böyük məktəb yaşı dövr ündə sinir sisteminin,xüsilə beynin ink.nda dəyişiklik baş verir.Beynin hüceyrəda xili strukturları mürəkkəbləşir,onların funksional imkanları artır.Nəticədə təlim və əmək prosesində böyük beyin yarımkürələrinin təhlil-tərkib fəaliyyətinin mürəkkəb təzahürləri yaranır.Məşhur İsveçrə psixoloqu Klapared qeyd edirdi ki,uşaqlıq və gənclik illəri ink.fın təkamül mərhələridir.Yetkinlik dövründə bu təkamül prosesi tamamlanırBununla belə fiziki görünüşdə nəzərə çarpan bəzi qüsurlar erkən gənc lik dövrünü yaşayan məktəbliləri daim narahat edir.Təbii yetkinləşmə əlaməti kimi üzün dərisində əm.gələn sızanaq və piqment ləkələri qızların kosmetikadan istifadə etməsinə yol açmış olur.Onların 1çoxu bədənin eninə ink.dan qayğılanır,kökəlmək dən qorxur,incə və zərif görünmək üçün bəzən pəhriz saxlayır,normal
qidalanmır lar.

Yüklə 182,11 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin