Mövzunun adı; Qarabağda su ehtiyatlarının davamlı inkişafı Müəllifin adı, atasının adı, soyadı; Hüseynli Nərgiz Nadir



Yüklə 1,47 Mb.
səhifə4/6
tarix18.02.2022
ölçüsü1,47 Mb.
#52771
1   2   3   4   5   6
Qarabağda su ehtiyatlarının davamlı inkişafı

2020- ci il sentyabrın 27-dən başlayan əks hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılıb. Sərsəng-Tərtər hidroelektrik kompleksinin bərpası və istifadəyə verilməsi Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam Goranboy rayonlarının təxminən 60 min hektar ərazini su ilə təmin edəcək, yanğına qarşı mübarizəni asanlaşdıracaq.

Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilmiş, o cümlədən Şəmkirçay və Taxtakörpü su anbarları tikilmiş, rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatı sahəsində işlər görülür. İşğaldan azad edilən ərazilərin bərpası üçün Azərbaycan lazımi təcrübəyə və iqtisadi potensiala malikdir.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bu kimi problemlərində arandan qalxmasına, iqtisadiyyatın inkişafına, regional əməkdaşlığın genişlənməsinə təkan verəcək. Habelə bölgənin ekoloji vəziyyətinə nəzarət etmək asanlaşacaq.

Qarabağ iqtisadi rayonunda formalaşan çaylardan biri də Qarqar çaydır. Bu çay Qarabağ silsiləsinin şərq yamacından axan Xəlfəli çayla Zarıslı çayın qovuşmasından əmələ gəlir.



Çayın mənbəyi Zarıslıçayın mənbəyi qəbul edilir. Həmin mənbəyin hündürlüyü 2080 metr yüksəklikdədir. Çayın uzunluğu 115 kilometr olmaq­la su ehtiyatının həcmi orta çoxillik göstəriciyə əsasən 53,3 milyon kubmetrə bərabərdir. Bununla yanaşı, Murovdağın şimal-şərq yamacında 2580 metr yüksəklikdən mənbəyi baş­layan İncəçay da mövcuddur. Bu çayın uzunluğu 83 kilometr olmaqla, su eh­tiyatının həcmi orta çoxillik göstəricidə 42 milyon kubmetr təşkil edir.

İqtisadi rayonun ərazisində formalaşan çaylardan biri də Xaçınçaydır. Bu çay Hacıyurd (2397 metr), Uyuxlu (2316 metr), Gilqyas (2362 metr), Çiçəkli (2343 metr), Alaqaya (2583 metr) və başqa dağların yamacların­dan axan bulaqların qovuşmasından yaranıb. Çayın uzunluğu 116 kilometr­dir, 5 kilometrdən artıq olan 12 qolu var. Bu çayın su ehtiyatları orta çoxillik həddə 38,8 milyon kubmetr təşkil edir.

Xaçınçayın su ehtiyatları Kür çayına çatmır. Bunun əsas səbəbi çayın üzərində 1964-cü ildə istismara verilən 23 milyon kubmetr həcmə malik olan su anbarının tikilməsi və su ehtiyatlarından tam istifadə olunması ilə bağlıdır.

Su anbarı uzun müddət işğalda qaldığından onun su ehtiyatlarından istifadə olunmayıb. Qarabağ iqtisadi rayonunun ərazisi işğaldan azad edildiyi üçün Xaçınçay su anbarının təmir-bərpa işlərindən sonra tənzimlənən su ehtiyatlarından səmərəli istifadə olunmasına inanırıq.

Köndələnçay isə Çaxmaq silsiləsinin şərq yamacındakı (1780 metr) bulaqdan başlayır. Uzunluğu 89 kilometr olmaqla Araz çayına tökülür. Köndələnçayda formalaşan su ehtiyatlarının həcmi orta çoxillik göstəricidə 23,34 milyon kubmetr təşkil edir. Çayın üzərində 9,50 milyon kubmetr həcmə malik olan Yuxarı Köndələnçay və 2,40 milyon kubmetr həcmində Aşağı Köndələnçay su anbarları mövcuddur. Həmin su anbarları işğal altında olduğundan uzun müddət istismar edilməyib. Hazırda işğaldan azad olunan bu su anbarlarının ehtiyatlarından yaxın illərdə təsərrüfatların suvarılmasında istifadə olunacaq.

Qarabağ iqtisadi rayonunun Qarabağ silsiləsinin cənub-şərq yamacında formalaşaraq, 82 kilometr uzunluğun­da olan Quruçay Araz çayına tökülür. Quruçayın iki qolu var. Sol qolu İkah­çay, sağ qolu isə Atakürdçaydır. Onun su ehtiyatı orta çoxillik göstəricidə 12 milyon kubmetr təşkil edir.

Qeyd olunanlarla yanaşı, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində Həkəriçay, Zabuxçay, Oxçuçay, Bərgüşadçay və Xaçınçay mövcuddur. Bu çaylardan Həkəriçay və Zabuxçay Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində formalaşır. Oxçu­çay, Bərgüşadçay və Xaçınçay Qərbi Zəngəzur ərazisində formalaşmaqla Şərqi Zəngəzura transsərhəd çayları kimi daxil olurlar.

Məlum olduğu kimi, bu çayların su ehtiyatları ermənilər tərəfindən çirkləndirildikdən sonra Şərqi Zəngəzur ərazisinə daxil olur. Onların içərisində çirklənmə dərəcəsi kritik həddə çatan Oxçuçayın su ehtiyatlarından istifadə olunması isə çox təhlükəlidir.


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin