Mövzu7: «Seçki sistemi və seçki hüququ» p L a n


Seçki hüququnun anlayışı və prinsipləri



Yüklə 478,52 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix08.10.2023
ölçüsü478,52 Kb.
#153091
1   2   3   4   5   6   7   8   9   ...   15
221 movzu 7 secki sistemi ve secki huququ

Seçki hüququnun anlayışı və prinsipləri
 
Seçkilər cəmiyyətin ən müxtəlif səviyyələrində həyata keçirilir, məsələn, 
ictimai təşkilatlarda onların rəhbərliyi, səhmdar cəmiyyətlərində direktorlar 
şurası, kooperativlərdə idarə heyəti seçilir. Həmçinin, mərkəzi dövlət 
orqanlarının çoxu (parlamentlər, onların aşağı palataları, prezidentlər) və yerlərdə 



yerli özünüidarəetmə orqanları (şuralar, merlər) seçilir. Seçkilər dövlət 
hakimiyyətinin legitimliyinin ən mühüm vasitəsi olub, siyasi liderlərin 
seçilməsini təmin edir, dövlət həyatının və dövlət reciminin müəyyənedici 
xüsusiyyətlərdən biri kimi çıxış edir.
Seçki hüququ dedikdə

Azərbaycan Respublikası konstitusiya hüququnun 
ən vacib hissəsini təşkil edən Azərbaycan Respublikası Prezidenti seçkiləri, onun 
qanunverici orqanı olan Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri zamanı 
yaranan ictimai münasibətləri nizama salan normaların və qaydaların məcmusu 
başa düşülür. 
Seçki hüququ termini təkcə konstitusiya-hüquqi institutlardan birini deyil
həm də ölkə vətəndaşlarının ən vacib subyektiv hüquqlarından birini ifadə etmək 
üçün istifadə olunur. 
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin birinci 
bəndində deyilir: «Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına 
seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır». 
Seçki hüququ termini ədəbiyyatlarda iki mənada işlədilir: 
- obyektiv mənada; 
- subyektiv mənada. 
 Obyektiv seçki hüququ

bu dövlət orqanlarının və yerli özünüidarə 
orqanlarının seçkiləri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən konstitusiya 
hüquq normalarının sistemidir. Konstitusiya hüququnun institutlarından biri olan 
seçki hüququ, hüququn digər sahələrinin əmək hüququnun, mülki hüququnun, 
inzibati hüququn, cinayət hüququnun və cinayət-prosessual hüququnun ayrı-ayrı 
normalarını da özünə daxil edir. Buna görə də obyektiv seçki hüququ seçki 
sistemini geniş miqyasda tənzim edir.

Yüklə 478,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin