Mövzu7: «Seçki sistemi və seçki hüququ» p L a n



Yüklə 478,52 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix08.10.2023
ölçüsü478,52 Kb.
#153091
1   2   3   4   5   6   7   8   9   ...   15
221 movzu 7 secki sistemi ve secki huququ

Subyektiv seçki hüququ

bu vətəndaşa dövlət orqanları yerli özünüidarə 
orqanları seçkilərində iştirak etmək imkanı verən dövlət tərəfindən elan olunmuş 
təminatdır. O, şəxsin konkret hüquqlarının kompleksindən ibarətdir. Bu hüquqlar 
arasında aktiv və passiv seçki hüququnu xüsusi qeyd etmək lazımdır. 



Aktiv seçki hüququ vətəndaşların nümayəndəli orqanlara seçkilərdə, habelə 
referendumda qanunla müəyyən edilmiş qaydada iştirak etmək, daha doğrusu, 
seçmək hüququdur. 
Passiv seçki hüququ vətəndaşların nümayəndəli orqanlara seçkilərdə və ya 
seçkili vəzifələrə namizəd sifətilə qanunla müəyyən edilmiş qaydada iştirak 
etməyə əsas verən subyektiv hüququdur, yəni seçilmək hüququdur. Aktiv və 
passiv seçki hüquqları haqqında müddəalar 2003-cü il 27 may tarixli Azərbaycan 
Respublikasının qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki 
Məcəlləsinin 12-ci maddəsinə uyğun olaraq, prezident seçkilərinin, Milli 
Məclisə və ya bələdiyyələrə seçkilərin referendumun keçirilməsi günü (həmin 
gün daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir 
vətəndaşını seçmək, referendumda səs vermək, seçkilərin gedişini müşahidə 
etmək, seçkiqabağı təşviqatda iştirak etmək hüququ vardır. 
Passiv seçki hüququnda müddəalar Seçki Məcəlləsinin 13-cü maddəsində öz 
əksini tapmışdır. Həmin maddədə deyilir: «Aktiv seçki hüququna malik olan 
Azərbaycan Respublikasının hər bir vətəndaşının referendum üzrə təşviqat 
qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq prezidentliyə, deputatlığa, 
bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli 
Məclisin deputatı, bələdiyyə üzvü seçilmək hüququ vardır». 
Seçki Məcəlləsinin 13.3-cü maddəsinə görə aşağıdakı şəxslərin passiv seçki 
hüququ vardır: 
- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə 
yerlərində cəza çəkən şəxslər; 
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində 
nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər; 
- ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları (ikili 
vətəndaşlığı qalanadək); 
- xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası 
vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək).



Azərbaycan Respublikası vətəndaşları üçün aktiv seçki hüququ 18 yaş 
müəyyən edilmişdir. 
Azərbaycan Respublikasında vətəndaşların passiv seçki hüququnun həyata 
keçirilməsi üçün aşağıda göstərilən yaş senzləri müəyyən edilmişdir: Azərbaycan 
Respublikasının Milli Məclisə deputat seçilmək üçün – 25 yaş, Azərbaycan 
Respublikasının prezident seçilmək üçün – 35 yaş, bələdiyyələrə üzv seçilmək 
üçün -21 yaş. 
Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda 
ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə 
iştirak edirlər. 

Yüklə 478,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin