Mövzu7: «Seçki sistemi və seçki hüququ» p L a n


partiyalardan olan namizədlərə verilən səslər faktiki olaraq itir



Yüklə 478,52 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix08.10.2023
ölçüsü478,52 Kb.
#153091
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
221 movzu 7 secki sistemi ve secki huququ


partiyalardan olan namizədlərə verilən səslər faktiki olaraq itir. 
Bununla belə, majoritar seçki sistemi bir sıra xüsusiyyətləri ilə 
səciyyələnir. Bu seçki sistemi: 
Birincisi, bir nəfərin timsalında tanınmış hər hansı bir partiyaya deyil, 
konkret namizədə seçici səslərinin verilməsinə imkan yaradır. 


10 
İkincisi, seçicilərə deputatlığa namizədi daha yaxından tanımağa şərait 
yaradır. 
Üçüncüsü, deputat olduğu təqdirdə, üzərinə götürdüyü tapşırıqları yerinə 
yetirməklə seçicilər qarşısında deputatlığa namizədin mənəvi məsuliyyətini 
artırır. 
Dördüncüsü, deputata partiyanın göstərişlərini deyil, seçicilərin rəyini və 
iradəsini rəhbər tutaraq sərbəst və müstəqil şəkildə fəaliyyət göstərməsinə 
təminat verir. 
Çox nadir hallarda majoritar sistemin qeyd etdiyimiz üç növü ilə yanaşı, 
daha iki növündən də istifadə olunur: vahid ötürülməyən səs və kumulyativ 
votum sistemi. Bəzən yarım proporsional sistem adlandırılan vahid ötürülməyən 
səs sistemində, proporsional sistemdə olduğu kimi, çoxmandatlı dairələr 
yaradılır, lakin hər bir seçici bülletendə olan bu və ya digər partiya siyahısından 
yalnız bu namizədin lehinə səs verə bilər. Başqalarına nisbətən daha çox səs 
toplamış namizədlər seçilmiş hesab edilir, yəni nisbi çoxluqlu majoritar sistemin 
prinsipi tətbiq edilir (seçilənlərin sayı dairə üzrə mandatların sayına uyğun gəlir). 
Seçkilərin nəticələri majoritar prinsip üzrə müəyyən edildiyindən bu sistem 
majoritar sistemin müəyyən dərəcədə kənara çıxan növü hesab edilir. 
Kumulyativ votum zamanı (kumulyativ 

«məcmu» deməkdir) seçici bir 
deyil, bir neçə (üç, dörd və s.) səsə malik olur. O, bütün səslərini bir namizədə 
verə və ya onları eyni bir partiyanın müxtəlif namizədləri arasında bölə bilər 
(məsələn, dörd səsindən üçünü partiya siyahısındakı 1 №-li namizədə, bir səsini 
isə 4 №-li namizədə verə bilər). Qanun buna icazə verdikdə seçici panasac da 
(fransızca «rəngarənglik») tətbiq edə bilər: namizədlərin partiya mənsubiyyətini 
deyil, şəxsi keyfiyyətlərini əsas götürərək müxtəlif partiya siyahılarından olan 
namizədlərə səs verə bilər. Kumulyativ votum sistemindən istifadə edildikdə də 
nəticələr nisbi çoxluq prinsipi üzrə müəyyən edilir: səsə qoyulan bütün 
namizədlərin dairə üzrə topladıqları bütün səslər hesablanır, digərləri isə 
müqayisədə daha çox səs toplamış namizədlər seçilmiş sayılır (həmin dairə üzrə 


11 
deputat yerlərinin sayına müvafiq olaraq). Ona görə də bu sistem də majoritar 
sistemin bir növüdür. 
Proporsional seçki sistemi. 
Konstitusiyalı quruluşun təşəkkül tapdığı dövrdə siyasi birliklərin 
proporsional nümayəndəliyi ideyası irəli sürülmüşdür. Burada belə birliklərin 
aldıqları mandatların sayı onların namizədlərinə verilmiş səslərin sayına müvafiq 
olur. Bu ideyanı ilk dəfə 1793-cü ildə Böyük Fransa inqilabının görkəmli xadimi 
Lui Sent Cust irəli sürmüşdür.
XIX əsrin 40-cı illərində proporsional seçkilərin layihələrini amerikalı 
Tomas Cilpin və İsveçrəli Viktor Konsideran təklif etmişdir. Təcrübi olaraq 
proporsional seçki sistemi ilk dəfə 1889-cu ildə Belçikada tətbiq olunmuşdur. 
XIX əsrin əvvəlində bu seçki sisteminin 152 növü var idi. 
Bu sistemdə seçicilər ayrı-ayrı şəxslərə deyil, partiyalara onların müəyyən 
etdiyi siyahılar vasitəsilə səs verir. Burada hər bir partiya ona verilmiş səslərin 
sayına proporsional olaraq parlamentdə yer götürür, partiyaların topladığı səs 
mühüm rol oynayır, lakin bundan da əhəmiyyətlisi seçki kvotasıdır. Seçki kvotası 
Yüklə 478,52 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin