Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası



Yüklə 73,96 Kb.
səhifə5/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   2   3   4   5   6   7   8   9   ...   41
kitab (2)

Mühasibat uçotunda hesabların tətbiqi müəssisənin təsərrüfat fəaliyyətini təşkil edən çoxsaylı təsərrüfat əməliyyatlarının mühasibat hesabları üzrə qruplaşdırılmasına xidmət edir.İkitərəfli yazılışın mahiyyəti isə baş vermiş təsərrüfat əməliyyatlarının bir hesabın debetində və digər hesabın kreditində qeydə alınmasından ibarətdir.
Qiymətləndirmə və kalkulyasiya mühasibat uçotu prosesinin əsas üsullarından biri olub,idarəetmə məqsədlərinə xidmət edir.Qiymətləndirmənin mahiyyəti hər hansı təsərrüfat əməliyyatının,hadisənin,əklakın və ya onun əmələ gəlməsi mənbəyinin müəyyən ölçülər vasitəsilə ölçülərək qiymətləndirilməsindən ibarətdir.
Kalkulyasiya üsulu qiymətləndirmənin tərkib hissəsi olub,məhsulun,işin və xidmətin maya dəyərinin müəyyənləşdirilməsinə xidmət edir.
Balans üsulunun mahiyyətinə əsasən müəssisənin təsərrüfat prosesində baş vermiş əməliyyatlar balanslaşdırılır. Bu əməliyyatlar nəticəsində müəssisənin əmlakı və onun əmələ gəlməsi mənbələri balans vasitəsilə yekunlaşdırılır.
Hesabat üsulunun tətbiq edilməsinin mahiyyəti hər bir dövrə aid,yəni ay,rüb,il və ya digər zaman daxilində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlaşdırılması və onun nəticələrinin hesablanaraq,müəyyən hesabatlarda əks etdirilməsindən ibarətdir.
Mühasibat uçotunun metodunun elementlərini təşkil edən bu üsulların köməyi ilə müəssisədə mühasibat uçotu qarşısında duran funksiya və vəzifələr yerinə yetirilir.


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin