Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə60/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   56   57   58   59   60   61   62   63   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Kommunikativ qabiliyyətlər. Müəllim şagirdlərlə daimi ünsiyyətdə olduğuna görə onun pedaqoji fəaliyyətində kommunikativ qabiliyyətlər də mühüm yer tutur. Kommunikativ qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa imkan verir. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərlə pedaqoji nöqteyi – nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.
Perseptiv qabiliyyətlər – şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Bu cür qabiliyyətə malik olan müəllim indiki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayırvə eləcə də anlayır.
Beləliklə, perseptiv qabiliyyətlər dedikdə - pedaqoji müşahidəçiliklə müşahidə nəticələrini düzgün anlamaq, izah və şərh etmək qabiliyyətlərinin vəhdətindən ibarətdir.
Suqqestik qabiliyyətlər (Lat. dilindən tərcümədə -təlqinə əsaslanan).
Bu, şagirdlərə iradi təsir göstərmək qabiliyyəti, müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə mütləq nail olmaq qabiliyyətindən ibarətdir. Suqqestik qabiliyyətlər müəllimdə iradənin inkişafından, özünə qarşı dərin inamından, şagirdlərin təlim və tərbiyəsinə məsuliyyət hissindən, eyni zamanda müəllimin özünün düzgün hərəkət etməyinə dərin inamından asılıdır.
Pedaqoji mərifət. Bu cür qabiliyyət müəllimin öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret üsulundan istifadəni müəyyənləşdirə bilməsində təzahür edir. Pedaqoji şəraitdə şagirdə qarşı hörmət və tələbkarlıq bacarıqla birləşdirilir.
Pedaqoji təxəyyül. Şagirdlərlə daima ünsiyyətdə olan müəllim öz təlim və tərbiyə işinin nəticəsini qabaqcadan görməyi, təsəvvür etməyi bacarmalıdır. Burada pedaqoji təxəyyül mühüm rol oynayır. Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini qabaqcadan görəbilir.
Diqqəti paylaya bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllim öz diqqətini iki və daha artıq fəaliyyət və ya obyekt üzərinə paylaya bilir. Bu cür müəllim materialı necə şərh etdiyini, şagirdlərin cavabını necə dinlədiyini izləməklə nəzər diqqətini bütün şagirdlərin üzərinə yönəldə bilir.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin