Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə52/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   48   49   50   51   52   53   54   55   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Anarxik (laqeyd) ünsiyyət – üslubu müəllimlər öz funksional fəzifələrini formal olaraq yerinə yetirir, yalnız öyrətməklə kifayətlənirlər.
Anarxik (laqeyd) ünsiyyət üslubu məktəbin, eləcə də şagirdlərin problemləri ilə şaraqlanmamaq və laqeyd yanaşmaqla xarakterizə edilir. Belə taktikanın şagirdlərin fəaliyyətinə və onların şəxsiyyətinin inkişaf dinamikasına nəzarət məhdudlaşır. Bu cür müəllimlərin siniflərində müvəffəqiyyət və intizam, bir qayda olaraq təmin olunmamış qalır.
Laqeyd və avtoritar ünsiyyət üslublarının ümumi cəhəti müəllim və şagirdlər arasında distant münasibətlərin olması, inamsızlıqdır.
Bu üslubların alternativi pedaqoji qarşılıqlı təsir iştirakçılarının əməkdaşlıq üslubudur ki, bu da demokratik üslub adlanır. Bu cür ünsiyyət üslubunda müəllim qarşılıqlı təsir prosesində şagirdlərin subyektiv rollarının artırılmasına, şagirdlərin ümumi işlərin həllinə cəlb edilməsinə can atır. Bu üslubu dəstəkləyən müəllimlər üçün şagirdlərə müsbət münasibət göstərmək, onların imkanlarını, uğur və uğursuzluqlarını adekvat qiymətləndirmək xarakterikdir. Onlara xas olan xüsusiyyətlər bunlardır: şagirdləri, onların davranışının məqsəd və motivlərini daha dərindən anlamaq, şagird şəxsiyyətinin inkişafını proqnozlaşdırmaq.
Demokratik üslublu müəllimlərin siniflərində sosial- psixoloji iqlim həmişə uğurlu olur, buradakı şəxsiyyətlərarası münasibətlər özünə və digərlərinə qarşı yüksək tələbkarlıq və inamla fərqlənir. Demokratik ünsiyyət üslubunda müəllim şagirdlərin yaradıcılığını, təşəbbüskarlığını stimullaşdırır.
Pedaqoji praktikada ünsiyyətin qeyd etdiyimiz üslublarından başqa “QARIŞIQ” ünsiyyət üslublarını da fərqləndirirlər.
Psixoloqların gəldiyi qənaətə görə avtoritar ünsiyyət üslubunun xüsusi priyomları bəzən aşağı səviyyəli sosial- psixoloji və şəxsi inkişafa malik şagird və siniflərlə işləyən zaman kifayət qədər effektli olur. Lakin bu halda demokratik ünsiyyət üslubuna, şagirdlərlə dialoq və əməkdaşlığa üstünlük verilməlidir. Çünki bu üslub pedaqoji qarşılıqlı təsirin şəxsi inkişaf strategiyasının gerçəkləşməsinə maksimum imkan yaradır.
Pedaqoji qareşılıqlı təsirin əsas üslublarından başqa aralıq üslublar da mövcuddur. V.A.Kan-Kalik pedaqoji ünsiyyətin müəllim və şagirdlərin birgə yaradıcı fəaliyyətə olan marağa əsaslanan ünsiyyət, dostluq mövqelərinə əsaslanan ünsiyyət, ünsiyyət – distansiya; ünsiyyət – hədələmə; ünsiyyət – zarafat tipli üslublarını da yaratmış və onların psixoloji səciyyəsini də vermişdir.
Birgə yaradıcı fəaliyyətə əsaslanan ünsiyyət daha məhsuldar olur. Dostluq mövqelərinə əsaslanan ünsiyyət üslubu nəticə etibarı ilə daha səmərəlidir. Dostluq mövqeləri müəllimin şəgirdlərlə qarşılıqlı münasibətlərinin stimulu kimi çıxış edir.Dostluq və birgə fəaliyyətə əsaslanan maraq bu ünsiyyət üslublarını birləşdirir. Yalnız dostluq pedaqoji xarakter daşımalı, ststuslu mövqelərin və qarşılıqlı təsir prosesinin hər bir subyektinin müstəqilliyi qorunmalıdır.
Kifayət qədər geniş yayılmış ünsiyyət üslublarından biri təcrübəli müəllimlər kimi yeni müəllimlərin də istifadə etdiyi ünsiyyət – distansiya üslubudur. Psixoloqların qənaətincə hədsiz distansiya müəllim və şagirdlər arasındakı qarşılıqlı təsirin rəsmiləşməsinə gətirib çıxarır. Distansiya onların münasibətlərinin ümumi məntiqinə uyğun olmalı və müəllimin aparıcı rolunu göstərməlidir, lakin bu avtoritetə əsaslanmalıdır.
Ünsiyyət – hədələmə səmərəli ünsiyyəti təşkil edə bilməyən yeni müəllimlər arasında daha tez-tez müşahidə olunur.
Ünsiyyət – zarafat uşaqlarla tez ünsiyyət yaratmağa, onların xoşuna gəlməyə şalışan, lakin bunun üçün lazımi kommunikativ bacarıqların olmamasından qaynaqlanır.
Amerikan psixoloqları pedaqoji ünsiyyət üslublarından asılı olaraq müəllimlərin 3 tipini ayırd edirlər:
1.”PROAKTİV” müəllim sinifdə ünsiyyətin təşəbbüskarı və təşkilatçısıdır. O, şagirdlərə fərdi şəkildə yanaşır və onun nə istədiyini başa düşür ki, onun davranışları bu məqsədin əldə olunmasına xidmət edir.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin