Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan


 Nikоlаs Pritskеr və оnun оğlu Cеy Pritskеrin yаrаtdığı «Hyаtt» оtеlləri



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix06.09.2017
ölçüsü0,95 Mb.
#29039
1   2   3   4   5   6   7   8   9   ...   12

5. Nikоlаs Pritskеr və оnun оğlu Cеy Pritskеrin yаrаtdığı «Hyаtt» оtеlləri 
şə
bəkəsi оnlаrın хidmət üzrə təsnifləşdirilməsi 
Nikolas  Pritsker  Ukraynadan  ABŞ-a  ailəsi  ilə  mühacirət  edərkən  öz 
karyerasını  kiçik  hüquq  kontoru  açmaqdan  başlayır.  Onun  idarəetmə  bacarığı 
sayəsində kontor tezliklə genişlənir və qısa vaxt ərzində idarəetmə kompaniyasına 
çevrilir. Pritskerlər ailəsi maliyyə dəstəyi alandan sonra onların biznesi genişlənir 
və inkişaf edir. 
27 sentyabr 1957-ci ildə ilk «Hyatt» mehmanxanasının açılışı olur. 
Onun  oğlu  Cey  Pritsker  Los-Anceles  şəhərində  yerləşən  və  kaliforniyalı 
investor  Hyatt  Van  Dehnə  məxsus  oteli  almaqla  «Hyatt  Hotels»  korporasiyasını 
yaratmışdır. 
Hazırda  «Hyatt  Hotel  Corporation»  mehmanxana  menecmenti  və  tikinti  ilə 
məşğul olan kompaniyadır. Bu kompaniyanın tərkibinə ümumi dəyəri 2,5 milyard 
dollar olan «Hyatt International» şəbəkəsi daxildir. Bu, hazırda 7,37% bazar payı 
olan iri şəbəkə strukturlarından biridir. 

 
35 
Dünya  liderlərindən  hesab  olunan  «Hyatt»  yüksək  səviyyəli  xidmət  və  lüks 
mehmanxana nömrələri ilə təmin edən struktur kimi şöhrət qazanmışdır. 
Müxtəlif  tipli  müştəriləri  cəlb  etmək  məqsədilə  «Hyatt»  öz  obyektlərini 
xidmətlər  üzrə  strateji  olaraq  diferansiallaşdırır  (bölür).  Bu  bölgü  4  əsas  növ 
otellərin yaranmasına səbəb olmuşdur: 
1. «Hyatt Regency Hotels» - kompaniyanın əsas mehmanxanalarındandır. Bu 
növ  otelləri  adətən  şəhər  biznes  mərkəzlərində  yerləşdirirlər  və  beşulduz  otel 
dərəcəsinə aid olur; 
2.  «Hyatt  Resorts»  -  yalnız  istirahət  üçün  nəzərdə  tutulmuş  müəssisələrdir; 
istirahət  zonalarında  yerləşir  və  müştərilərə  əsəb  gərginliyini,  yorğunluğu  aradan 
qaldırmaq üçün müxtəlif xidmətlər təklif edir; 
3.  «The  Park  Hyatt  Hotels»  -  Avropa  üslubunda  tikilmiş  kiçik,  lüks  tipli 
mehmanxanalardır. Müştəriləri fərdi səyahətçilərdir. Onlar xüsusi və şəxsi xidmətə 
üstünlük verirlər; 
4. «The Grand Hyatt Hotels» - istirahət edənlər, konfrans və iclas keçirilməsi 
üçün  nüfuzlu  və  əlverişli  sahələrdə  yerləşir.  Bu  mehmanxanalarda  dünya 
standartlarına uyğun banket və konfranslar keçirilir. 
«Wall  Street  Joumal»da  «Hyatt  Hotel  Corporation»  1990-cı  illərdə 
qonaqpərvərlik  sənayesində  ən  yaxşı  66  müəssisə  sırasına  daxil  edilmişdir. 
Həqiqətən  Pritskerlər  ailəsinin  yaratdığı  bu  kompaniyanın  xarakterik  xüsusiyyəti 
effektli idarəetmədir (menecment). 
«Hyatt  Hotel  Corporation»  kompaniyasında  mərkəzləşdirilmiş  idarəetmə 
mövcuddur,  bu  da  baş  menecerə  qərar  qəbulunda  geniş  imkanlar  verir  və  şəxsi 
yaradıcılığı stimullaşdırır, yeniliklərə imkan yaradır. 
Yeni  konsepsiyaların  işlənib-hazırlanması  «Hyatt»  otellərinin  müvəffəqiyyə-
tinin əsas səbəblərindən biridir. Məsələn, Corciya ştatının Atlanta şəhərində 1967-
ci  ildə  açılmış  otel  ona  dünya  şöhrəti  qazandırmışdır.  Bu  otelin  21-ci  mərtəbədə 
geniş holl, şüşəli liftlər, fırlanan restoran qonaqlan heyran qoymuşdur. Memar Corc 
Portman mehmanxana sənayesində ənənəvi dizayn üslubunu, sahələrin bölünməsi 
standartlarını tamamilə dəyişmişdir. 

 
36 
1969-cu  ildə  Honkonqda  «Hyatt  Regency»  otelinin  açılışı  ilə  «Hyatt» 
beynəlxalq  şirkət  kimi  fəaliyyətə  başlayır.  «Hyatt  International»  xaricdə  yerləşən 
otelləri idarə etmək üçün yaradılan bir şirkətdir. 
Idarəetmədə  tətbiq  edilən  üsullardan  biri  də  menecerin  menecer  qonaqların   
istək və arzularını yaxından öyrənməsi, ehtiyaclarını maksimum ödəmək məqsədilə 
onlara  fərdi  xidmətlər  təklif  etməlidir.  Bu  isə    müştərilərin    istəyinin    təmin  
olunmasının  əsas  şərtdir.  Bu  amil  «Hyatt»  otelinin  hər  bir  menecerinin  iş 
üslubudur.  Orijinal  və  müxtəlif  xidmətlərin  qonaqlara  təklif  edilməsi  «Hyatt» 
otellərinin imicini, nüfuzunu   artırır.   Məsələn,   «Hyatt»  oteii   işgüzar  qonaqlara   
«Hyatt  Business  Plan»  təklif  etmişdir.  Bu  plana  əsasən  nömrələrə  faks, 
surətçıxarma  aparatı,  printerlər  qoyulur  ki,  bunlardan  da  istifadə  edirlər.  Bundan 
başqa,  ailəvi  qonaqlar  üçün  «Camp  Hyatt»  proqramı  təklif  olunur.  Bu  proqrama 
görə, uşaqlarla məşğələlər təklif olunur. «Hyatt» şirkətində  insan  amilinə  diqqətlə  
yanaşma  onun   müvəffəqiyyətinin səbəblərindən biridir. Şirkətin əməkdaşlarının 
öz  işini  sevməsi,  peşəkarlığı  qonaqlara  göstərilən  xidmətin  keyfiyyətinə  müsbət 
təsir göstərir. «Hyatt»ın rəhbərliyi işçilərin seçilməsinə və peşəkar hazırlanmasına 
böyük diqqət yetirir. Ən əhəmiyyətlisi isə şirkətin rəhbərliyi ilə sıravi əməkdaşların 
qarşılıqlı əlaqəsidir. 
1989-cu ildə şirkətin prezidenti Darrell Xartli Leonard «Əsaslarla ünsiyyət və 
yanaşma günü» ideyasını irəli sürür. Bu təşəbbüsə görə, şirkət  özünün    mənzil-
qərargahındakı  ofislərini  bağlı  elan  edir,  baş  menecerlər  ABŞ,  Kanada  və  başqa 
yerlərdə  fəaliyyət  göstərən  «Hyatt»  otellərinə  gedir  və  bır  gün  oteldə  sıravi 
ə
məkdaş kimi çalışırlar. Bu cür strategiya çox səmərəlidir. «Hyatt» otelinin sıravi 
ə
məkdaşları  kimi  çalışan  yüksək  səviyyəli  menecerlər,  öz  işçilərinin  gündəlik 
problemləri  ilə  üzləşir,  ilk  məlumatları  əldə  edirlər  ki,  bu  da  gələcəkdə 
problemlərin  həllində öz müsbət nəticəsini göstərir.  Bu konsepsiya sıravi işçilər 
tərəfindən yüksək qarşılanır. 
Darrel  Xartli  Leonardın  bu  üsulu  uğurlu  olmuşdur.  O,  «Hyatt»da  1964-cü 
ildən  «Los-Anceles  Hyatt»  otelində  qeydiyyat  aparan  kleri  kimi  fəaliyyətə 
başlamışdır. Müxtəlif idarəçilik vəzifələrində çalışan Darrel 1974-cü ildə Atlantada 

 
37 
yerləşən  «Hyatt  Regency»  otelinin  baş  meneceri,  iki  ildən  sonra  isə  region  üzrə 
vitse-prezident  təyin  olunur.  1978-ci  ildə  o,  korporasiyanın  vitse-prezidenti  olur. 
1986-cı ildə artıq Qorrel Xartli Leonard «Hyatt» korporasiyasının prezidenti, 1994-
cü ildə idarə heyətinin sədri idi. Hazırda «Hyatt Hotel Corporation» idarə heyətinin 
sədri Cey Pristkerdir. 
 
7.
  Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana  
sahəsinin inkişаfındа rоlu 
Turizm  müasir  dövrün  mühüm  və  daim  inkişaf  edən  sosial-iqtisadi  hadisə 
olmaqla  bütün  dünyaya  öz  geniş  imkanlarını  açır  və  ölkələrin  müxtəlif  sahəli 
iqtisadiyyatının inkişafının əsasını təşkil edir. 
Bütün bu hadisələr müxtəlif xalqların iqtisadiyyatının, elm və mədəniyyətinin 
inkişafına böyük təkan vermişdir. 
Turizm  planetimizin  xalqlarını  bir-birinə  yaxınlaşdırmış,  onların  bir-birinin 
tarixi,  mədəniyyəti  və  adət-ənənələri  ilə  tanış  olmasına  şərait  yaradaraq  son 
nəticədə  xalqlar  arasında  qarşılıqlı 
anlaşmaya 
və 
dünyada 
sülhün 
möhkəmlənməsinə kömək etmişdir. 
Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana sahəsində 
özünəməxsus  yer  tutur.  Onu  turizmin  patriarxı  da  adlandırırlar.  Bu  mənsəbə  və 
yüksəlişə Siyavuş Yeqanlı birdən gəlməyib. Böyük ailədə anadan olan, çətin həyat 
yolu keçən Siyavuş Yeqanlı zəhmətsevərliyi və inadkarlığı ilə öz yaşıdları arasında 
fərqlənirdi.  Əmək  fəaliyyətinə  Qaradağ  sement  zavodunda  fəhləlikdən  başlayan 
Siyavuş Yeqanlı  Pedaqoji  Dillər  Institutunun  ingilis  dili  fakültəsinə  daxil  olur  və 
oranı müvəffəqiyyətlə bitirir. 1963-cü ildə «Inturist» sistemində tərcüməçi-bələdçi 
kimi  işləyən  Siyavuş  Yeqanlı  tezliklə  Qana  və  Misir  Ərəb  Respublikasına 
tərcüməçi  kimi  ezamiyyətə  göndərilir.    Burada  işlədiyi  müddətdə  o,  yüksək 
peşəkarlıq nümayiş etdirir. Turizm işini gözəl bilən və onu dərindən sevən Siyavuş 
Yeqanlı 1969-cu ildə yenidən «Inturist» sistemində artıq turistlərə xidmət göstərən 
ş
öbənin  müdiri  kimi  fəaliyyətə  başlayır.  Bu  fəaliyyəti  zamanı  o,  turizm  və 
mehmanxana  işinin  incəliklərinə  daha  dərindən  yiyələnir.  Yüksək  peşəkarlığa  və 

 
38 
liderlik  xüsusiyyətlərinə  malik  olan  S.Yeqanlı  tez  bir  zamanda  1973-cü  ildə 
respublikanın  ən  böyük  mehmanxana  kompleksinə  -  «Azərbaycan»a  («Inturist» 
sistemi)  müdir  müavini  təyin  olunur.  Bu  vəzifədə  işlədiyi  zaman  kollektivə 
rəhbərlik etmək və yüksək idarəçilik bacarığına malik olduğunu göstərir. Siyavuş 
Yeqanlının  təşəbbüskarlığı  və  səmərəli  təklifləri  turistlərə  göstərilən  xidmətin 
səviyyəsini və keyfiyyətini daha da artırır. 
S.Yeqanlı turistlərin qəbul və xidmət şöbəsində yeni iş jurnalı tətbiq edir. Bu 
jurnalla mehmanxanaya gəlib-gedən turistlərin və həmçinin nömrələrin sayı dəqiq 
və düzgün aparılır. 
Moskvada  nəşr  olunan  «Prоblеmı  inоstrаnnого  turizmа 

CCCP»  məcmuəsi 
bu barədə yazırdı: «Azərbaycan» mehmanxanasında yeni iş jurnalı tətbiq olunub. 
Bu  jurnalda  turistlərin  qəbulu  və  nömrələrin  hesabatı  dəqiq  aparılır.  Jurnalda 
nömrələrin  bronu  (sifarişi),  mərtəbələr  üzrə  nömrələrin  sayı,  lüks  və  yarımlüks 
nömrələr, qrup və fərdi turistlərin gəlib-getmə vaxtı, fərdi qonaqların soyadı və ya 
təşkilatın adı və s. öz əksini tapır. Bizim fikrimizcə, mehmanxananın bu təcrübəsi 
diqqəti cəlb edir. 
Qeyd etmək lazımdır ki, o vaxt üçün bu sistem çox mühüm bir amil idi. Ona 
görə ki, elektron qurğusu və kompüter sistemi yox idi. 
1978-ci  ildə  S.Yeqanlı  yeni  istifadəyə  verilən  və  respublikada  ən  yüksək 
komforta malik olan «Moskva» («Inturist»)  mehmanxanasına müdir təyin olunur. 
Siyavuş  Yeqanlı  o  zaman  SSRI-də  «Inturist»  sistemində  ən  gənc  mehmanxana 
müdiri  idi.  «Moskva»  mehman-xanasında  işlədiyi  müddətdə  o,  «Inturist»  sistemi 
üçün  milli  kadrların  hazırlanmasında,  onların  təhsil  və  təlimində  böyük  rol 
oynamışdır.  Işçilərin  bir  qismi  Moskva  şəhərində  «Inturist»in  ixtisasartırma 
kurslarına,  digərləri  SSRI-nin  müxtəlif  şəhərlərinə  və  xarici  ölkələrə  təcrübə 
mübadiləsinə göndərilir. 
«Inturist»in  peşəkar  işçiləri  müxtəlif  Ümumittifaq  və  beynəlxalq 
müsabiqələrdə iştirak edərək layiqli yerlər tuturdu. 

 
39 
S.Yeqanlı  turistlərə  göstərilən  xidmətin  keyfiyyətini  və  səmərəsini  artırmaq 
məqsədilə 
«Moskva» 
mehmanxanasında 
turistlərin 
qəbul 
bölməsiylə 
tərcüməçilərin bölməsini birləşdirərək turistlərin qəbul və xidmət şöbəsini yaradır. 
1983-cü  ildə  S.Yeqanlının  yaratdığı bu şöbə  SSRI-də  «Inturist»  sistemi  üzrə 
turistlərə  göstərdiyi  yüksək  keyfiyyətli  xidmətə  və  valyuta  planını  artıqlaması  ilə 
yerinə  yetirdiyinə  görə  birinci  yerə  layiq  görülmüş  və  şöbənin  bütün  işçiləri 
mükafatlandırılmışdı.  S.Yeqanlının  rəhbərlik  etdiyi  «Moskva»  mehmanxanası 
sabiq SSRI-də «Inturist» sistemi üzrə dəfələrlə 2 və 3-cü yerləri tutmuşdur. 
S.Yeqanlı  1983-cü  ildə  Moskva  Ümumittifaq  Hüquq  Institutunu  bitirir  və 
həmin  ildə  o,  «Inturist»  Səhmdar  Cəmiyyətinin  Azərbaycan  şöbəsinin  rəisi  və 
Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Xarici  Turizm  Idarəsinin  rəis  müavini 
vəzifələrinə təyin olunur. 
Daha  sonra  S.Yeqanlı Azərbaycan  SSR-in  Xarici  Turizm  üzrə  Baş  Idarənin 
rəisi  və  SSRI  Xarici Turizm  üzrə  Dövlət  Komitəsinin Azərbaycan  Birliyinin  Baş 
direktoru  təyin  olunur.  Hal-hazrda  Siyavuş  Yeqanlı  Bakı  Biznes  Mərkəzinin  Baş 
direktorudur.  S.Yeqanlı  istər  adi  tərcüməçi,  istərsə  də  yüksək  dövlət  məmuru 
vəzifəsində çalışsın, o, həmişə mehmanxana və turizm sahəsində yüksək səviyyəli 
mütəxəssis olduğunu sübut etmişdir. 
Moskva  hökuməti  yanında  Turizm,  Mehmanxana  və  Restoran  Biznesi 
Akademiyasının  rektoru  professor  I.A.Ryabova  29  noyabr  2002-ci  il  tarixdə 
keçirilən  bu  Akademiyanın  35  illik  yubileyinə  dəvət  olunan  S.Yeqanlıya 
göndərdiyi məktubda yazırdı: «Moskva Turizm, Mehmanxana və Restoran Biznesi 
Akademiyası  SSRI  Dövlət  Xarici  Turizm  Komitəsini  Mütəxəssislərin 
Təkmilləşdirmə  Institutunun  varisi  sayaraq  Sizi  institutun  35  illik  yubileyi 
münasibətilə  keçirilən  təntənəli  yığıncağa  dəvət  edir.  Sabiq  SSRI  dövlətinin  və 
Azərbaycanın  beynəlxalq  turizm  əlaqələri  sahəsinin  qocaman  işçisi  olaraq  Siz 
tərcüməçi  vəzifəsindən  Azərbaycanın  turizm  üzrə  dövlət  orqanının  rəhbəri 
vəzifəsinə  yüksələrək  ölkənin  turizm  sənayesinə  yüksək  xidmətlər  göstərmisiniz. 
Vaxtilə bizim akademiyada aldığınız biliklər də buna səbəb olmuşdur». 
 

 
40 
MÖVZU: 5. MEHMANXANA TƏSƏRRÜFАTINDА  
TƏSNIFAT SISTEMI 
PLАN 
1.  Mеhmаnхаnаlаrın təsnifаtı хüsusiyyətləri 
        2. Kollektiv və fərdi yerləşdirmə vasitələri 
3. Mehmanxanaların təsnifatlaşdırılması meyarları 
4. Mehmanxanaların fünksional təyinatı (məqsədli bazar)  
5. Müхtəlif ölkələrin tənifаt sistеmi 
 
1.
  Mеhmаnхаnаlаrın təsnifаtı хüsusiyyətləri 
Mehmanxanaların    kateqoriyası,    təqdim    etdiyi    müxtəlif  səviyyəli  xidmət 
növləri müəssisənin işinin təşkilinə, iqtisadi göstəricilərinə böyük təsir göstərir. 
Mehmanxanaların təsnifatı problemi həmişə oldüğü kimi bü gün də türizm və 
otelçilik sahəsində çalışan mütəxəssislərin diqqət mərkəzindədir. 
Mehmanxanaların  təsnifatının  işlənib  hazırlanması  sistemi  türizm  sahəsinin 
mürəkkəb problemlərindən biridir. 
Hazırda dünyada 30-a yaxın milli təsnifat sistemi mövcüddür. Dünyada vahid 
təsnifat  sisteminə  keçməyə  müxtəlif  amillər,  o  cümlədən  mədəni-tarixi,  milli 
ə
nənələr, iqlim şəraitinin müxtəlifliyi və s. mane olür. 
Büna  baxmayaraq,  ümümi  təsnifat  əlamətləri  mövcüddür.  Müxtəlif  milli 
təsnifat  sistemlərinin  mühüm  fərqlərinə  baxmayaraq,  bü  oxşar  əlamətlər  seçilir. 
Bünlar  mehmanxananın  nömrə  fondünün  tütümü  (yerlərin  sayı),  mehmanxana 
müəssisəsinin fünksional təyinatı (büna məqsədli bazar deyilir), xidmət səviyyəsi, 
mülkiyyət forması, mehmanxananın yerləşdiyi yer və sairədir. 
Təbii  ki,  hər  hansı  bir  təsnifat  məlüm  həddə  nisbidir.  Bü  nisbilik  konkret 
olaraq özünü mehmanxananın bir neçə dərəcəyə aid edilə bilməsində və ya əksinə, 
heç bir dərəcəyə aid edilməməsində göstərə bilər. 
Mehmanxana sənayesini öyrənərkən təkcə  məhdüd milli təsnifat sistemlərini 
bilmək  kifayət  etmir  (Büra,  əsasən,  mehmanxana  bazasının  kəmiyyət 
xarakteristikası, göstərilən xidmətin səviyyəsi və keyfiyyəti aiddir). 

 
41 
Mehmanxanaların  müxtəlif  təsnifat  əlamətləri  həm  milli,  həm  də 
mehmanxana sənayesi üzrə beynəlxalq statistikada istifadə olünür. 
Ümümdünya  Türizm  Təşkilatının  tövsiyəsi  əsasında  türistləri  yerləşdirmə 
vasitələrinin  standart  təsnifatı  qəbül  olünmüşdür.  Büna  əsasən  yerləşdirmə 
vasitələri iki dərəcəyə bölünür - kollektiv və fərdi. 
 
2. Kollektiv və fərdi yerləşdirmə vasitələri 
Kollektiv və
 
fərdi yerləşdirmə vasitələri deyiləndə türistlərə müntəzəm və ya 
hərdənbir gecələmək üçün yerlərin təqdim edilməsi başa düşülür. Bü halda mövcüd 
nömrələrin sayı 7 və ya 10-dan aşağı olmamalıdır (Italiyada 7, Rüsiyada minimüm 
10  nömrə  olmalıdır).  Bütün  nömrələr  mehmanxana  müəssisəsinin  rəhbəri 
idarəçiliyində olmalıdır və göstərilən xidmətin səviyyəsindən, mövcüd avadanlığın 
təchizatından  asılı  olaraq  nömrələr  dərəcələrə  bölünür.  Kollektiv  yerləşdirmə 
vasitələrinə  mehmanxanalar,  onlara  bənzər  analoji  yerləşdirmə  vasitələri, 
ixtisaslaşmış müəssisələr və digər yerləşdirmə vasitələri aid edilir.  
ÜTT-nin  tərifinə  görə,  xidmət  sahəsinə  və  mövcüd  avadanlıqla  təchiz 
olünmasına  əsasən  dərəcələrə  və  kateqoriyalara  bölünmüş  müəyyən  nömrələr 
sayından  ibarət,  vahid  rəhbərliyə  tabe  olan  servis  xidmətləri  (ən  azı  yataqların 
sahmanlanması,  otaqların  və  sanitar  qovşaqlarının  yığışdırılması)  göstərən 
kollektiv yerləşdirmə vasitəsi mehmanxana adlanır. 
Bənzər  (analoji)  yerləşdirmə  vasitələri  pansionlar,  mebelləşdirilmiş  otaqlar, 
türist  yataqxanaları  və  digər  yerlərdən  ibarət  olür  və  məhdüd  xidmətlər  göstərir 
(Yataqların  gündəlik  sahmanlanması,  otaqların  və  sanitar  qovşaqlarının 
yığışdırılması). 
Ixtisaslaşmış  yerləşdirmə  vasitələri  yerləşdirmə  xidməti  ilə  yanaşı, hər hansı 
bir ixtisaslaşmış fünksiya yerinə yetirir. Bü qəbildən olan yerləşdirmə vasitələrinə 
müalicə müəssisələri, əmək və istirahət düşərgələri, konqres mərkəzləri aid olüna 
bilər.  Digər  kollektiv-yerləşdirmə  vasitələri  məhdüd  mehmanxana  xidmətləri 
göstərir  (Gündəlik  olaraq  yataqların  sahmanlanması  və  otaqların  yığışdırılması 
istisna olmaqla). 

 
42 
Digər  kollektiv  yerləşdirmə  vasitələri  qrüpüna  yaşayış  yerləri  kimi  təşkil 
edilmiş  və  istirahət  üçün  nəzərdə  tütülmüş  evlər  kompleksi,  kempinqlər  və  s. 
aiddir. 
Fərdi yerləşdirmə vasitələrinə şəxsi yaşayış evləri, villalar, kotteclər, icarəyə 
götürülmüş otaqlar, qohüm və tanışlar tərəfindən müftə verilmiş otaqlar daxildir. 
Yerləşdirmə  vasitələrinin  bü  və  ya  digər  qrüplara  bölünməsi  heç  bir  ölkənin 
öz normativ və qanünverici aktları əsasında aparılır.  
Məsələn, Italiyanın «Türizmin inkişafı və təkmilləşməsi haqqında» qanününa 
görə,  mehmanxana  təsərrüfatına  türistlərin  qəbülü  üçün  nəzərdə  tütülmüş 
müəssisələrə  mehmanxanalar,  motellər,  kənd  türist  kompleksləri,  pansionatlar, 
gənclər  üçün  istirahət  bazaları  və  düşərgələri,  türist  kəndləri  və  kənd  evləri  daxil 
edilmişdir. 
Danimarka 
qanünvericiliynə 
ə
sasən, 
yerləşdirmə 
vasitələrinə 
-
mehmanxanalar, motellər, kempinqlər, türist bazaları, internatlar aid edilir. 
 
3. Mehmanxanaların təsnifatlaşdırılması meyarları 
Mehmanxanalar müxtəlif meyarlara görə təsnif olünür: 
1. Komfort (rahatlıq) səviyyə; 
2. Nömrə fondünün tütümü (yerlərin sayı); 
3. Mehmanxanaların fünksional təyinatı (məqsədli bazar); 
4. Mehmanxananın yerləşdiyi yer; 
5. Mehmanxananın işləmə müddəti; 
6. Qonaqların yeməklə təminatı; 
7. Qonaqların qalma müddəti (üzün və qısa); 
8. Qiymətlərin səviyyəsi. 
Komfort (rahatlıq) səviyyə  
Mehmanxanaların  təsnifat  sistemində  əsas  yeri  komfort  (rahatlıq)  tütür. 
Komfort  (rahatlıq)  səviyyə  mehmanxananın  göstərdiyi  xidmət  keyfiyyətlərini 
özündə  cəmləşdirir.  Bünlar  aşağıdakılardır:  mehmanxananın  nömrə  fondünün 
vəziyyəti,  nömrələrin  sahəsi  (m
2
),  biryerli  (birotaqlı),  çoxotaqlı,  apartament 

 
43 
nömrələrin  olması.  Kommünal  xidmətlərin  rahatlığı,  mebel  inventarları,  sanitar-
gigiyena avadanlığının təyinatı, yemək müəssisələri və onların vəziyyəti (kafe, bar, 
restoran),  mehmanxana binasının  yeraltı  yollarının olması, binaya  bitişik  ərazinin 
abadlıq  vəziyyəti,  informasiya  təminatı  və  texniki  təchizatı,  o  cümlədən  telefon, 
peyk  rabitəsi,  televizor,  faks,  kompüter,  soyüdücü,  mini-bar,  mini-seyf  və  s. 
Göstərdiyimiz parametrlər mehmanxanaların bütün təsnifat sisteminə aiddir. 
Nömrə fondünün tütümü (yerlərin sayı) 
Mehmanxanaların tütümü nömrələrin və ya yerlərin sayı ilə müəyyən olünür. 
Dünyada  mehmanxanaların  kiçik,  orta,  iri  olması  təyinatına  ümümi  yanaşma 
yoxdür. Hər ölkə öz tarixi, sosial-iqtisadi xüsüsiyyətlərinə görə bü məsələyə fərdi 
yanaşır.  Hər  il  nəşr  olünan  «Illik  məcmüə»də  dünyanın  bütün  kiçik  lüks 
mehmanxanalarının (10 nömrədən 200 nömrəyədək) siyahısı göstərilir. 
ÜTT  30  nömrəyədək  olan  mehmanxanaları  kiçik  mehmanxana  saymağı 
tövsiyə  edir.  Avropa  üçün  kiçik  mehmanxanalar  tipikdir.  Almaniyada  40 
nömrəyədək olan mehmanxanalar kiçik sayılır, 40-dan 80-dək orta, 80-dən yüxarı 
nömrəsi  olan  mehmanxanalar  iri  sayılır. Amerikada  və Asiyada  bündan  daha  çox 
yeri olan mehmanxanalar iri sayılır. Bir çox ölkələrdə mehmanxanaları yerləşdirmə 
(nömrə fondünün tütümüna) təsnifatına görə dörd dərəcəyə bölürlər: 
1. Kiçik mehmanxanalar (100-150 nömrə); 
2. Orta mehmanxanalar (100-dən 300-400 nömrə); 
3. Iri mehmanxanalar (300-400-dən 1000-dək nömrə); 
4. Nəhəng mehmanxanalar (1000 nömrədən çox). 
Nömrə fondünün tütümü (yerlərin sayı), təsnifatı eyni tipli mehmanxanaların 
iş fəaliyyətini müqayisə etməyə imkan verir. 
 
4. Mehmanxanaların fünksional təyinatı (məqsədli bazar) 
Bü tip mehmanxanalar iki cürdür: 
1. Işgüzar təyinatlı mehmanxanalar; 
2. Istirahət təyinatlı mehmanxanalar. 

 
44 
Işgüzar  təyinatlı  mehmanxanaların  əsasını  1908-ci  ildə  «Büffalo  Statler» 
mehmanxanasının  açılışı  ilə  Ellsvort  Statler  qoymüşdür.  Bü  mehmanxana 
biznesmenlərə  və  kommersantlara  xidmət  edirdi.  Elə  mehmanxanalara  tələbat 
oldüğündan  mehmanxana  xidmətləri  bazarında  bü  konsepsiya  aparıcıdır.  Işgüzar 
müştərilər mehmanxanalar üçün mühüm əhəmiyyət kəsb edir: 
1)  konfrans,  simpoziüm  iştirakçısı  olan  işgüzar  adamlar  imkanlıdır  və  onlar 
nəinki  nömrələrinin,  həm  də  istifadə  etdiyi  müxtəlif  əlavə  xidmətlərin  pülünü 
verirlər (camaşırxana, bərbərxana, massaj, saüna, üzgüçülük hovüzü, idman zalı və 
s.).  Bündan  əlavə,  işgüzar  adamlar  çox  vaxt  öz  ailələri  ilə  gəlir.  Ailə  üzvləri 
mehmanxanada  əyləncəli  proqramlardan  istifadə  edir.  Bü  da  son  nəticədə 
mehmanxananın gəlirini artırır; 
2) işgüzar müştərilərə qüllüq edən mehmanxana əvvəlcədən sifariş qəbül edir, 
mehmanxananın neçə nömrəsinin tütülmasını bilir və proqnozlaşdırır; 
3)  yüksək  səviyyəli,  keyfiyyətli  xidmət  göstərməklə  mehmanxana  öz 
nüfüzünü qaldırır və işgüzar qonaqların təkrar gəlişi üçün şərait yaradır. 
1. Işgüzar təyinatlı mehmanxanalarda aşağıdakı şərait olmalıdır; 
- mehmanxana ictimai və inzibati yerlərə yaxın olüb mərkəzdə yerləşməlidir; 
- mehmanxanaya    ailəsi    ilə   gələn    işgüzar   qonaqlar   üçün apartament 
nömrələr olmalıdır; 
-  mehmanxanada  tədbirlər  keçirmək  üçün  sinxron  aparatlarla  və 
tərcüməçilərlə   təchiz   və   təmin   olünmüş   konfrans   zalları olmalıdır; 
- valyütadəyişmə məntəqəsi və kredit kartlarla pülverən aparatlar (bankomat) 
olmalıdır; 
-  yüksək  keyfiyyətli  Avropa  və  milli  yeməklərlə  müştəriləri  təmin  edən   
restoranlar, kafe, bar, həmçinin nömrələrə restoran xidməti olmalıdır; 
- nəqliyyat vasitələri üçün dayanacaq və qaraj olmalıdır. 
2. Istirahət təyinatlı mehmanxanalara kürort və türist mehmanxanaları aiddir 
(Bü barədə «Mehmanxana müəssisələrinin tipi» fəslində qeyd olünüb). 
 Mehmanxanaların yerləşdiyi yer 

 
45 
Lüks  otellər  və  orta  dərəcəli  mehmanxanalar  əsasən  şəhərin  mərkəzində 
yerləşir. Dəniz sahilinin kənarında yerləşən mehmanxanalar sahildən 50-300 metr 
aralıda olmalıdır. Çox da böyük olmayan bü mehmanxanalar qış və yay istirahəti 
üçün avadanlıqla təchiz edilir. 
6. Mehmanxanaların işləmə müddəti bütün il boyü və mövsümi olür. 
7. Qonaqların yeməklə təminatı gündə 3 dəfə tam pansion, yarımpansion və 
ya ancaq səhər yeməyi olür. 
8.  Qonaqların qalma müddətinə görə təsnifatı 
Üzün və qısa müddətli olmaqla iki yerə bölünür.  
Bunlаr dа öz növbəsində, bir nеçə mеhmаnхаnаyа bölünür. 
Qısа  müddətə  qаlаn  qоnаqlаr  üçün  trаnzit,  işgüzаr,  turist,  kurоrt  və  sаir 
mеhmаnхаnаlаr аiddir. 
Qоnаqlаrın  uzun  müddətə  qаlmаsı  üçün  Аzərbаycаndа  mеhmаnхаnа 
müəssisəsi, hələ ki, yохdur. 
9. Mеhmаnхаnаlаrdа nömrələrin qiymət səviyyəsinin təsnifаtı 
 
Büdcə 
- ($ 25 - $ 35) 
Ekonom 
- ($ 35 - $ 55) 
Orta dərəcəli 
- ($ 55 - $ 95) 
Birinci 
-($95-$ 195) 
Apartament 
-($65-$ 125) 
Lüks 
-($125-$425) 
Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin