Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix06.09.2017
ölçüsü0,95 Mb.
#29039
1   ...   4   5   6   7   8   9   10   11   12

  etik  qaydaların  bir  hissəsi  olmaqla  insanlar  arasında 
münasibətlərin mədəni ifadəsidir. Sadəlik və təbiilik təvazökarlığı biruzə verir. Öz 
hərəkətlərinə,  biliyinə  tənqidi  yanaşma,  tələbkarlıq  təvazökarlığı  bildirir. 

 
152
Təvazökarlıq  ləyaqət,  mənlik,  rəftar,  müstəqil  və  qətilik  kimi  keyfiyyətlərlə 
uyğunlaşır. 
Mehmanxana  personalının  təvazökarlığı,  qonaqlara  münasibətdə,  danışıq  və 
hərəkətdə  milli  xüsusiyyətlərə  hörmətlə  yanaşmaqda  özünü  göstərir.  Məsələn, 
mehmanxanada  qonaqlar  öz  aralarında  söhbət  edərkən  yersiz  müdaxilə  etmək 
olmaz. 
Mehmanxanada  yaşayan  qonaq  özünü  kobud  aparırsa,  ona  təmkinlə 
yanaşmalı,  personal  müəyyən  dərəcədə  səbirlə  onu  başa  salmalıdır.  Müxtəlif 
xarakterli  insanlarla  ünsiyyətdə  olan  mehmanxana  personalı  mənfi  emosiyaların 
təsiri  altına  düşməməli,  öz  hisslərini  ələ  almağı  bacarmalıdır.  Mehmanxana 
personalının  gülərüz,  xoşrəftar,  təmkinli  olması  qonağın  davranışında  da  özünü 
göstərir. 
2. Ədəb və mərifət insanlar arasında münasibətlərin bir formasıdır və nəzakət 
qaydalarına  oxşar  cəhətlərə  malikdir.  Mehmanxanaya  gələnin  əhval-ruhiyyəsini 
hiss  etmək,  hissiyyatına,  mənliyinə  hörmət  yanaşmaq,  mill  xüsusiyyətlərini  və 
fərdi  temperametrini  nəzərə  almaq  personalın  mərifət  və  ədəb  qaydalarına  əməl 
etməsi deməkdir. 
İ
nsanlar  arasında  həm  xidməti,  həm  də  şəxsi  münasibətdə  mərifət  və  ədəb 
müsahibədə, sual-cavabda, məsləhətləşmədə, göstəriş verəndə və s. özünü göstərir. 
İ
nsanlara  qarşı  mərifətli  münasibət    qarşılıqlı  anlaşmanın  düzgün  qurulmasına  və 
müvəffəqiyyətə nail olmağa kömək edir. 
Mehmanxana personalı hər bir qonağa xüsusi diqqətlə yanaşmalı, yerli adət-
ə
nənələri  başa  salmalı,  uersiz  suallar  verməməli,  qonağın  milli  geyimini  başdan-
ayağa  süzüb,  xarici  görünüşünü  məsxərəyə  qoymamalı,  fiziki  çatışmazlığı  üzə 
vurmamalı, qadına yaşı barədə sual verməməlidir və s. 
Mehmanxana  personalı  görülən  bütün  işi  qonaqlar  oteldə  olmadığı  zaman 
yerinə yetirməlidir. 
Mehmanxana  işi  üzrə  mütəxəssis  olan  S.Laskin  Yaponiya  haqqında 
“Müəmmalı  ieorqlif”  adlı  məqaləsində  yazır:  “Mən  mehmanxananı  tərk  edərkən 
hiss  etdim  ki,  bir  dəfə  də  otelin  nömrəsində  xidmətçiyə  rast  gəlmədim.  Halbuki 

 
153
kimsə  hər  gün  otağın  havasını,  döşəkağıları  dəyişir,  səliqə-səlman  yaradırdı.  Bu 
vəziyyət  restoranda  da  özünü  göstərir.  Ofisiant  gözə  görünmür,  ancaq  o  sizin 
masanı nəzarətdə saxlayır, əgər sizə bir şey lazım olsarsa, ofisiant o dəqiqə peyda 
olur”. 
Mehmanxana  personalı  qonağa  xidmət  göstərəndə,  səy  edib  “peşkeş”  (“çay 
pulu”) verməsinə işarə etməməlidir. Qonaq öz arzusu ilə, lazım bilərsə, işçiyə “çay 
pulu” verə bilər. 
Ə
dəb  və  mərifət  insanın  hərəkətləri  və  davranışında  özünənəzarətin, 
özünütərbiyənin, yüksək mədəniyyətin təzahürüdür. 
Ə
da insanın  cəmiyyətdə etiket qaydaları iləözünü idarə etmək üsuludur. Əda 
mənəvi  anlayışdır.  Əda  ətrafında  olanlara  münasibətdə,  daxili  mədəniyyətdə  və 
məvi simasında özünü göstərir. 
İ
nsanın  səliqəli  görünüşü,  dürüst  danışığı,  hərəkət  və  yerişi,  yemək  qəqul 
edərkən masa arxasında özünü aparmaq qaydalarına riayət etməsi və s. yaxşı əda 
qaydalarına  aiddir. 
Mehmanxana  personalı  bilməlidir  ki,  o,  nəzarət  obyektidir  və  qonaqlar 
qarşısında ölkəsini, şəhərini təmsil edir. 
Mehmanxanada  müxtəlif  yaş  hədlərində  işçilər  çalışır.  Yaşlı  və  təcrübəli 
işçilər öz hərəkətləri, davranışları ilə cavan işçilərə nümunə olmalıdır. 
Mehmanxana peprsonalı öz hərəkətlərinə nəzarət etməlidir. Xidməti vəzifəni 
yerinə yetirərkən yersiz hərəkətlərə yol verməməli, stulda əyləşərkən ayağını bir-
birinin  üstünə  aşırmamalı  və  yırğalanmamalıdır.  Müsahibə  apararkən  masanın 
üstünə barmaqla döyəcləmək, saçlarını tez-tez sığallamaq, dırnaqlarını təmizləmək, 
barmaqlarını  əzmək,  çənəni  qaşımaq,  əl-qol  atmaq  və  s.  ədəbsizlikdir.  Birdən 
yerindən  durmaq  və  ya  oturmaq  məsləhət  deyil,  ehmalca  durub  və  ya  oturmaq 
lazımdır.  Stulun  yerini  dəyişərkən  onu  sürüşdürmək  deyil,  bir  yerdən  başqa  yerə 
qoymaq  lazımdır.  Hər  hansı  bir  yerə  daxil  olarkən  və  ya  çıxarkən  üzünü  oturan 
insanlara  tutmaq  münasibdir.  Mehmanxana  personalı  iş  vaxtı,  dəhlizdə,  hollda, 
barda oturmamalı, dincəlmək üçün ayrılmış xidməyi otaqda istirahət etməlidir 

 
154
Mehmanxana  personalı  öz  xidməti  vəzifəsi  ilə  əlaqədar  ziyafətlərdə, 
mərasimlərdə  iştirak  edir  və  bu  yerlərdə  diplomatik  protokol  qaydalarına  riayət 
etməlidir.  Məsələn,  qonaqlarla  salamlaşıb  təzim  edərkən  bədən  bütünlüklə 
ə
yilməməli, çiyinlər və baş ehmalca əyilir. 
Mehmanxana  personalı  masa  arxasında  etiketin  mühit  və  təlim  qaydalarına 
riayət etməlidir. 
Ziyafətə və ya mərasimə həddən tez gəlmək və gecikmək olmaz. 
Ziyafətdə iştirak edən qadınlara diqqətlə yanaşmalı, qulluq göstərilməlidir. 
Restoran, bar, kafeyə birinci kişi, sonra qadın daxil olur. 
Metrdotel salamlaşıb qonaqların yerini göstərir, menyunu birinci qadına təklif 
edir. Menyunu ucadan oxumaq, qiymətləri sadalamaq olmaz. 
Nimçələrin  sağ  və  solunda  düzülən  süfrə  ləvazimatlarından  (çəngəl,  bıçaq, 
qaşıq və s.) ardıcıl istifadə etmək lazımdır. 
Yeməkdən qabaq salfeti (xörək dəsmalı) açmaq dizin üstünə sərmək lazımdır. 
Salfet və  ya  digər süfrə  ləvazimatına  aid əşya  yerə  düşərsə, onu  qaldırmaq  lazım 
deyil və ofisianta yenisini gətirməyi xahiş etmək daha münasibdir. 
Salfet  ilə  üzü,  burunu  silmək  olmaz,  yalnız  ağzın  dodaq  hissəsini  yüngülcə 
silmək lazımdır. 
Yadda  saxlamaq  lazımdır  ki,  süfrəyə  əvvəlcə  bufet  məmulatı  verilir  (şərab, 
araq, mineral su və s.), sonra soyuq və isti qəlyanaltılar. Daha sonra birinci, ikinci 
isti yeməklər və ən axırda desert və çərəz verilir. Yemək yeyərkən tələsmək olmaz, 
çörəyi kiçik hissəyə bölüb yemək lazımdır. Bıçaqla yemək olmaz, çəngəllə yeyiləsi 
qidanı  qaşıqla  yemək  məsləhət  deyil.  Əvvəlcə  balıqdan,  sonra  ətdən  hazırlanmış 
qəlyanaltını  yemək  məsləhətdir.  Bişmiş  balığı  bıçaqla  doğramadan,  çəngəllə 
yemək  lazımdır.  Qarnirlə  verilmiş  əti  hissələrə  doğramaq  deyil,  kiçik  hissə  kəsib 
tədricən  yemək  lazımdır.  Bıçaq  sağ,  çəngəl  sol  əldə  olmalıdır.  Qəhvə  və  ya  çay 
içiləndən sonra qaşığı fincanda saxlamaq olmaz, onu nəlbəkiyə qoymaq lazımdır. 
Spirtli içkilərə həddən artıq aludə olmaq olmaz. 
Masa  arxasında  üzə  boya  sürtmək,  tez-tez  güzgüyə  baxmaq,  saç  daramaq 
olmaz. 

 
155
Masa  arxasından  vaxtından  əvvəl  durarkən  ev  sahibi  və  ya  ziyafəti  təşkil 
edəndən üzr istəyib, onların razılığı ilə sezdirmədən getmek lazımdır. 
Ofisiantla hesablaşarkən pulu etinasız halda masanın üstünə tullamaq olmaz, 
nimçəyə qoyulmuş hesabın altına qoymaq lazımdır. 
Siqareti qəhvə və ya çaydan sonra çəkmək məsləhətdir. Masa arxasında qadın 
ə
yləşibsə,  onun  icazəsi  ilə  siqaret  çəkmək  olar.  Siqaretin  külünü  nimçəyə  və  ya 
yerə deyil, yalnız külqabıya tökmək olar. 
Ziyafətin  təşkilatçısı  məclisin  sona  çatmasını  nəzərə  çatdırır  və  qonaqlara 
iştirak etdikləri üçün təşəkkürünü bildirir. 
3.  İnsanın  xarici  görünüşü,  onun  zövqlə  geyinməsi,  saçının  düzümü,  müasir 
dəbi,  geyimləri  bilməsi  mehmanxana  personalı  üçün  mühüm  şərtlərdən  biridir. 
Mehmanxana və restoran personalının uniforması onun bu müəssisədə işləməsinə, 
rəsmi  şəxs  olmasına  dəlalət  edir.  Qonaqlar  adətən  uniformada  olan  personala 
müraciət  edirlər.  Uniforma  estetik  olmalı,  zövqlə  seçilməli,  milli  və  ya  klassik 
üslubda olmalıdır. 
Mehmanxana  işçisində  zəruri  xüsusiyyətlərdən  biri  də  nitq  mədəniyyətidir. 
Mehmanxana  personalı  müxtəlif  millətlərin  nümayəndələri,  sənət  sahibləri  ilə 
təmasda olurlar və bu hər bir sualına, müraciətinə cavab verməyə hazır olmalıdır. 
Dəqiq,  aydın,  səlis  cavab  vermək  üçün  həm  ana  dilini,  həm  də  xarici  dili  yaxşı 
bilmək  zəruridir.  Qonaqlarla  danışıq  aparan  mehmanxana  personalı,  mühasibinin 
yaşını, cinsini, sənətini, vəziyyətini nəzərə almalı, qadına və yaşlı insana hörmətlə 
yanaşmalıdır. 
Mehmanxana  personalı  müsahibə  apararkən  xarakterik  və  zəruri  qaydalara 
riyaət  etməlidir.  Yəni,  müsahibinin  səsini  kəsməməli,  sual  vermədən  axıra  kimi 
dinləməlidir, cavab verərkən sakit, konkret, dəqiq və xoşsifət olmalıdır, ana dilində 
danışarkən  xarici  dili  təlqin  etməməlidir,  qonağa  yersiz  suallar  verməməlidir, 
tabelikdə  olanlara  göstərişlər  sakit  tərzdə  və  aydın  verilməlidir,  tabelikdə 
olanlardan  tələb  etmək  bacarığı  olmalıdır.  Göstərilənlər  mehmanxanalarda 
personalın işinin düzgün qurulmasında mühüm şərtlərdəndir 

 
156
MÖVZU: 15. MEHMANXANALARDA MÜŞAVIRƏ, KONFRANS  
VƏ SƏRGILƏRIN TƏŞKILI  
Plan: 
1. Tədbirlər və оnlаrın növləri 
2. Tədbirlərin idаrə оlunmаsı 
3. Mеhmаnхаnа mеnеcеrlərinə qоyulаn tələblər   
 
1. Tədbirlər və оnlаrın növləri 
Qədim  dövrlərdən  bəri  insanlar  ictimai,  idman  və  ya  dini  hadisələrə  həsr 
edilmiş  tədbirlərdə  iştirak  etmişlər.  Şəhərlərin  əyalət  və  dövlətlərin  mərkəzlərinə 
çevrilməsi ilə əlaqədar bu tədbirlərin miqyası və ardıcıllıьı artmaqda idi, Tədricən 
müntəzəm  olan  bu  kimi  tədbirlərin  təşkili  ilə  məşьul  olan  insani  qrupu 
formalaşırdı. 
Assosiasiyaların tarixi qədim dövrlərə gedib çıxır. Bəhs etdiyimiz mütəşəkkil 
insan  qrupları  Orta  əsrlər  Avropasında  qildiyalar  adlanardı.  Onlar  öz  peşəkar 
qruplarının maraqlarının təmsil edib, onların əməklərin keyfiyyət standartlarını və 
ödənişlərini  nəzarətdə  saxlayırdılar.  Bu  kimi  təşkilatlar  ABŞ-da  assosiasiyalar 
adlanır.  Ilk Amerika assosiasiyaları  XVIII  əsrdə  əmələ  gəlib. Onların  arasında ən 
iki Rod-Aylend ştatının şam işi ustalarının peşəkar birliyi olmuşdur. 
Qonaqpərvərlik  və  turizm  sənayesində  ABŞ-ın  bir  sıra  assosiasiyaları 
mövcuddur: 
-  The  American  Hotel  &  Motel  Association  (Amerika  Otel  və  Motel 
Assosiasiyası)  The    National  Restaurant  Association    (Milli    Restoranlar 
Assosiasiyası) 
-  The    International    Association    of    Convention    &  Visitors  Bureaus   
(Qonaqların      cəlb      edilməsi      və      konfransların  keçirilməsi  üzrə  büroların 
Beynəlxalq Assosiasiyası) 
- Club Managers Association (Klub Menecerlərinin Assosiasiyası) 
-  Meeting  Planers  Association  (Konfrans  və  Iclasların  Təşkilatçılarının 
Assosiasiyası) 

 
157
Iqtisadiyyatın qonaqpərvərlik kimi sahəsi üçün assosiasiyalar yeganə müstəqil 
siyasi qüvvə olaraq aşaьıdakı faydaları verməkdədirlər: 
- siyasi əhəmiyyəti; 
- marketinq kanalları (vasitələri); 
- peşəkar tədris; 
- assosiasiya üzvlərinə imtiyazlı xidmət;  
- şəbəkə sisteminə daxil olma. 
Minlərlə  assosiasiya  Amerikanın  və  dünyanın  müxtəlif  yerlərində  hər  il  öz 
konfranslarını  keçirir.  Bəziləri  ənənəvi  olaraq  bu  tədbirləri  məhz  eyni  yerdə 
keçirirlər. 
Tədbirlərin növləri (tipləri) 
• Müşavirələr - bu tədbir zamanı  məlumatlar mübadiləsi aparmaq məqsədilə 
insanlar görüşürlər. Müşavirələrin aşağıdakı növləri (tipi) olur: 
•  Mövzu  kursları  -  təhsil  istiqamətli  tədbirlər,  bunlar  zamanı  iştirakçılar  hər 
hansı  bir  sualı  adətən  əməli  olaraq  kiçik  qruplarla,  sonra  isə  birlikdə  müzakirə 
edirlər. 
•  Diskussiya  (mübahisə)  -  hər  bir  iştirakçıya  toxunan  problemlərin 
müzakirəsi.  Adətən  mübahisələr  zamanı  bir-birinə  zidd  bir  sıra  fikir  aşkar  olur. 
Bunları  mübahisə  aparan  iki  ekspert  ifadə  edir,  digər  iştirakçılar  isə  tərəflərdən 
birini müdafiə edərək öz nöqteyi-nəzərlərini bildirirlər. 
• Seminar - iştirakçılara hər hansı bir məsələ üzrə fikirlərini bölüşməyə imkan 
verən  dialoq  üsulunda  keçən  məşğələlər.  Adətən  seminarda  30  nəfərə  qədər 
iştirakçı olur, müzakirəyə isə təcrübəli ekspert başçılıq edir. 
•  Simpozium  -  bu  tədbirlər  zamanı  ekspertlər  hər  hansı  bir  problem  üzrə  öz 
mülahizələrini bildirirlər və onların fikirləri sonrakı tədqiqat üçün ümumiləşdirilir. 
•  Işçi  qrupu  (bölmə)  -  ekspert  tərəfindən  rəhbərlik  edilən  kiçik  iştirakçılar 
qrupu. Birgə iş prosesi zamanı iştirakçılar hər hansı səciyyəvi olmayan məsələ üzrə 
ə
yani təcrübə qazanırlar. 

 
158
Bu növ müşavirələri adətən korporasiyalar, assosiasiyalar, tədris, dini və hərbi 
təşkilatlar (müəssisələr) təşkil edir. Müşavirələrdə iştiraka müxtəlif sayda insanlar 
cəlb edilə bilər. 
Iri  müşavirələr  ciddi  hazırlıq  və  planlaşdırma  tələb  edir.  Onlar  keçirildikləri 
şə
hərlərə  faydalı  olurlar.  Müşavirə  iştirakçıları  orta  səviyyədə  pul  xərcləyən 
qonaqlardan təqribən iki dəfə artıq vəsait xərcləyir. 
Müşavirələrin  təşkili  müştərinin  tələbləri  əsasında  keçirilir.  Müşavirənin 
növündən  asılı  olaraq  onların  keçirildiyi  yerlərdə  mebellərin  quraşdırılması 
müxtəlif  ola  bilər.  Adətən  mebelin  3  növ  quraşdırılmasından  istifadə  olunur: 
teatral, sinif və kollegial. Teatral növ (teatrdakı kimi uzununa oturacaq sıraları və 
çıxış edən üçün kürsü) geniş auditoriya üçün daha uyğundur ki, burada müşavirə 
iştirakçıları yalnız çıxış edəni dinləyirlər. Sinif növu (masa və oturacaqlar sinifdəki 
kimi  üç,  dörd  sıra  ilə  düzülür)  iştirakçıların  sayı  az  olduqda  və  onlar  qeydlər 
aparmaq, sənədlərə və digər məlumat ədəbiyyatına baxmaq zərurəti olduqda daha 
ə
lverişli  sayılır.  Kollegial  növ  (kiçik  iştirakçılar  qrupu  geniş  düzbucaqlı  masa 
arxasında əyləşir) «işçi qrupu» tipli müşavirələr üçün əlverişli hesab olunur. 
Sərgilər,  ticarət-sənaye  yarmarkaları,  prezentasiyalar  (təqdimatlar),  sərgilər, 
mallar, avadanlıq və xidmətlər təqdim edənləri birgə yığaraq onlara bütün bunları 
eyni  zamanda  adı  çəkilən  tədbir  iştirakçılarına  nümayiş  etdirmək  imkanı  yaradan 
tədbirlərdir.  Eksponentlər  (sərgi  iştirakçıları)  adətən  təşkilatçılara  öz  mallarını 
(xidmətlərini)  nümayiş  etdirmək  hüququna  görə  ödənişlər  edirlər.  Onlar 
(eksponentlər)  tədbir  iştirakçılarına  təsir  göstərmək,  əlaqələr  yaratmaq,  satışı 
artırmağa  və  s.  cəhdlər  göstərirlər.  Sərgilər  müxtəlif  istehsalçılar  və  ya  onların 
nümayəndələri üçün ayrıca hissələrə bölünərək minlərlə kvadratmetr sahəni əhatə 
edə  bilər.  Qonaqpərvərlik  sənayesində  geniş  reklam  olunan  və  daha  çox  iştirakçı 
yığan  sərgilər  Amerika  Otelləri,  Motelləri  və  Milli  Restoranlar  Assosiasiyası 
tərəfindən təşkil edilir (Nyu-Yorkda Cavits Mərkəzində). 
Konfranslar  (qurultaylar)  -  adətən  ekspozisiyaları  olan  genişmiqyaslı 
müşavirələrdir. 

 
159
Bir çox assosiasiyalar ildə bir dəfə və daha çox konfranslar keçirirlər. Adətən 
konfranslar standart qaydada keçirilir: 
- iştirakçıların qeydiyyatı; 
- sədrin təqdimatı; 
- sədrin salamlama nitqi ilə konfransın açılış mərasimi; 
- əsas məruzəçinin iştirakı; 
- ekspozisiyanın açılışı (avadanlıq, təchizatçılar və s.);  
- bölmələr üzrə iş;  
- lanç (nahar); 
- işçi qrupları və və prezentasiyalar; 
-    hər  hansı  bir  təcrübi  əməllərin  üsulların  nümayişi  (məsələn,  aşpazlıq 
ustalığı); 
- topdansatış firmaları tərəfindən təşkil edilmiş prezentasiyalar; 
- nahar yeməyi; 
- konfransın bağlanma mərasimi. 
Konfranslar  həmişə  xüsusi  konfrans  mərkəzlərində  keçirilmir.  Sərginin 
yerləşdirilməsi,  qeydiyyat  aparılması,  naharın  verilməsi  və  s.  tədbirlərin  təşkili 
mümkün  olan  ən  iri  mehmanxana,  bir  qayda  olaraq  konfransın  baş  gərargahına 
çevrilir. Adətən iştirakçılar otaqları üç-beş günlük sifariş edirlər. 
Sənaye,  elm  və  incəsənət,  biznes  və  başqa  sahələrin  müasir  xadimlərinin 
müşavirələr  keçirmək,  konfranslarda  iştirak  etmək  zərurəti  illik  dövriyyəsi 
milyardlarla hesablanan yeni bir sənaye yaratmışdır. Bir sıra iri və hətta çox da iri 
olmayan  şəhərlərdə  böyük  mehmanxanaların  yaxınlığında  konfrans  mərkəzləri 
yaradılmışdır. 
Bu sənayenin əsas fiqurları (fəalları) konfransların təşkili və qonaqların cəlb 
edilməsi üzrə büroların mütəxəssisləri, konfransların və müşavirələrin təşkilatçıları 
və  onların  müştəriləri,  konfranslar,  sərgilər  keçirilməsi  üçün  nəzərdə  tutulmuş  və 
xüsusi xidmətlər təqdim edən mərkəzlər hesab olunur. 
 
2. Tədbirlərin idаrə оlunmаsı 

 
160
Toplantıların və konfransların təşkilatçıları 
Hər  növ  yığıncaqların  təşkil  olunmasının  təcrübi  hissəsini  öz  üzərlərinə 
müstəqil şəkildə müqavilələr əsasında korporasiyalara və assosiasiyalara xidmətlər 
göstərən  və  yaxud  onların  ştat  işçiləri  olan  ixsisaslaşmış  agentliklər  götürür. 
Toplantıların  və  konfransların  peşəkar  təşkilatçıları  müştərilər  üçün  nəinki 
mehmanxanalarda  otaqlar  sifariş  edirlər,  habelə  nəzərdə  tutulmuş  tədbirləri 
dəqiqəsinə qədər belə planlaşdırır və bunların həyata keçirilməsini kontraktorlarla 
razılaşdırırlar.  Təşkilatçılar  tədbirləri  audio-video  vasitələrlə  təchiz  və  sinxron 
tərcümə ilə təmin edirlər. 
Yığıncaq təşkilatçılarının vəzifələri aşaqıdakılardı: 
Ibtidai hazırlıq: 
- gündəliyin planlaşdırılması; 
- yığıncağın məqsədlərini müəyyənləşdirmək; 
- iştirakçıların təxmini sayını aydınlaşdırmaq; 
- yığıncağın keçirilməsi üçün nəzərdə tutulmuş smetanı müəyyənləşdirmək; 
- mehmanxananın seçilməsi; 
- müqavilələrin şərtlərini təshih etmək; 
- tədbirin keçirilmə yerinin seçilməsi; 
- marketinq planın tutulması; 
- iştirakçılar üçün hər iki istiqamətdə aviabiletlərin bronlaşdırılması; 
- nəqliyyatın təşkil edilməsi; 
- yüklərin daşınmasının təşkili; 
- zəruri audio və video avadanlığın təşkil edilməsi. 
Tədbirin keçirildiyi yerdə fəaliyyət: 
- tədbir başlanana qədər əməkdaşların təlimatlandırılması; 
- işçi planın tutulması; 
- hesab-fakturaları rəsmiləşdirmək. 
Tədbir bitdikdən sonra: 
- iştirakçıların iradlarını dinləmək; 
- yekunların aparılması; 

 
161
- əməkdaşlara və həmkarlara birgə fəaliyyətə görə minnətdarlığın bildirilməsi; 
- qonaqların yola salınmasının təşkili; 
- növbəti ildə əməkdaşlıq haqqında şərtləşmək. 
Toplantıların  keçirilməsini  planlaşdıran  şəxsin  mehmanxanalarla  əlaqəli  bir 
neçə  ünsiyyət  məqamları  olur,  o  cümlədən,  otaqların  ayrılması  və  onların 
qiymətlərinə  dair  aparılan  danışıqlar.  Bu  şəxsin  təmasları  sırasında,  bir  qayda 
olaraq,  ən  mühümü  kütləvi  tədbirlər,  banketlər,  konfranslar  təşkil  edən  şöbə  və 
xidmətlərin  rəhbərləri  ilə  keçirilən  görüşlər  hesab  olunur.  Bu  tədbirlərin  uğurlu 
keçirilməsi əhəmiyyətli dərəcədə məhz onlardan asılı olur. 
Toplantı  təşkilatçılarının  işində  bir  məqamı  qeyd  etmək  zəruridir:  tədbirin 
layiqincə keçirilməsi gələcək tədbirlərin keçirilməsini asanlaşdırır. 
Konfrans mərkəzləri və otellər tədbirlər keçirilməsi üçün sahələri, iştirakçıları 
üçün  otaqlar  ayırır,  qidalanmanı  təşkil  və  xidmətlər  təklif  edirlər.  Müştərilərin 
artmasında  maraqlı  olan  konfrans  mərkəzləri  və  otellər  toplantıların  peşəkar 
təşkilatçıları  ilə  xoş  münasibətlər  saxlayırlar,  onları  toplantıların  iştirakçılarını 
qəbul  etmək  imkanlarını  nümayiş  etdirmək  məqsədilə  tez-tez  dəvət  edirlər: 
konfrans  zalları,  holları,  otaqları  göstərirlər,  seçilmiş  xörəklərilə  restoranlarda 
qonaq edib, müştərilərin diqqətini tədbirlərdə istifadəsi mümkün olan avadanlıq və 
inventara cəlb edirlər. 
Konfransların təşkili və qonaqların cəlb edilməsi üzrə bürolar. 
Sözügedən sənayenin mühüm fiqurları konfransların təşkili və qonaqların cəlb 
edilməsi üzrə bürolar hesab olunur. Bu bürolar gələn qonaqların maraq dairəsində 
olan şəhərin bütün strukturları ilə işgüzar əlaqələr saxlayır: 
- nəqliyyat şirkətləri ilə; 
- otel və motellərlə; 
- restoranlarla; 
- əyləncə müəssisələri ilə; 
- digər xidmətləri təqdim edənlərlə. 
Büroların  vəzifəsi  şəhər  və  ölkə  haqqında  müsbət,  xoş  təəssüratların 
yaradılması hesab edilir. Öz fəaliyyətlərilə bürolar yerli qonaqpərvərlik sənayesinin 

 
162
mənfəətini  artırırlar.  Ticarət-sənaye  yarmarkaları  tipli  tədbirlərin  təşkilində 
köməklik  göstərərək  bürolar  öz  fəaliyyətində  bu  yarmarkalarda  iştirak  edən  iş 
adamlarının  üsullarından  istifadə  edirlər.  Məsələn,  turist  agentlikləri  öz  «turist 
dəstlərini»  komplektləşdirmək  üçün  mehmanxanalarla,  restoranlarla,  əyləncə 
müəssisələri  ilə  əlaqələr  yaradırlar.  Toplantının  təşkilatçısı  ticarət-sənaye 
yarmarkasına  gələrkən  müxtəlif  mehmanxanaların,  restoranların  və s.  imkanlarını 
dəqiqləşdirir.  Burada  turagentlik  öz  gələcək  müştərilərini  axtarır.  Mümkün 
müştərilər  haqqında  digər  məlumat  mənbələri  assosiasiyalarının  məlumat 
kitabçaları  ola  bilər.  Maraq  yarandığı  halda,  maraqlı  tərəfin  nümayəndələri  üçün 
tədbirin  keçirilməsi  ehtimal  olunan  yerə    tanışlıq  səfəri  təşkil  etmək  olar.  Büro 
müştərinin  tələblərini  qiymətləndirərək  nəqliyyat,  mehmanxanalarda  otaqlar, 
restoran xidməti və tarixi, mədəni abidələrə ekskursiyalar təşkil edir. 
Konfrans  mərkəzləri  -  Amerikada  konfrans  mərkəzləri  konfransların  və 
ekspozisiyaların  keçirildiyi  mehmanxana  sənayesinin  ixtisaslaşdırılmış  böyük 
müəssisələri  adlandırılır. Adətən  belə  müəssisələr  bu  kimi  tədbirlərin  keçirilməsi 
üçün  zəruri  olan  bütün  avadanlıq  və  vasitələrlə  təchiz  olunur:  avtomobillərin 
saxlanması üçün dayanacaq yerləri, məlumat-arayış xidmətləri, biznes mərkəzləri, 
yeməkxanalar, restoranlar və s. 
Konfrans  mərkəzləri,  adətən,  dövlət  və  ya  şəhər  orqanları  tərəfindən  idarə 
olunan korporativ struktura malikdir. Mərkəzlər məqsədlərə və tapşırıqlara uyğun 
olaraq  menecerlər  tərəfindən  idarə  olunur.  Bu  mərkəzlərində,  adətən,  hər  hansı 
miqyasda  olan  konfransların  keçirilməsini  mümkün  edən  kifayət  qədər  sərgi  və 
konfrans  zalları  olur.  Konfrans  mərkəzlərin  gəliri  sərgi  zallarının  icarəyə 
verilməsindən alınır (Adətən kvadratlara bölünmə yolu ilə). Əlavə gəlir yeməkxana 
və  ticarət  avtomatları  vasitəsilə  ərzaq  məhsullarının  və  içkilərin  satışından  alınır. 
Ə
ksər  mərkəzlərin  işıqlandırma,  avadanlıqla,  audiovizual  təchizat  işləri  və 
kommunikasiya vasitələri ilə məşğul olan xüsusi subpodratçıları olur. 
Konfrans  mərkəzləri  yerləşdikləri  şəhərin  iqtisadiyyatına  milyonlarla  dollar 
xeyir gətirə bilər. 

 
163
Tədbirlərin idarə olunması -Böyük konfrans mərkəzləri öz fəaliyyətlərini bir 
neçə  il  qabaq  dövr  üçün  planlaşdırmaqla  işləyirlər.  Konfransların  və  qonaqların 
yerli büroları ilkin sifarişlərin sənədləşdirilməsini, adətən, öz üzərlərinə götürürlər. 
Aydın məsələdir ki, büro və konfrans mərkəzi birgə əməkdaşlıq etməkdə olduqca 
maraqlıdırlar. Sifarişin reallaşdığı ilk məqamlarda baş menecer bu tədbirlə məşğul 
olacaq, menecerə tapşırıq verəcək, müştəri ilə əlaqə yaradacaq və bütün mərhələlər 
onunla keçəcəkdir: ilkin görüləcək işlər, tədbirin özü və nəticələrin çıxarışı. 
Sifarişi qeydiyyata alarkən menecer sifarişçi ilə qabaqcadan onun tələbatlarını 
müzakirə  edərək  tədbirin  keçirilməsi  üçün  müvafiq  yer  ayırır  ki,  onu  əlavə 
xərclərdən  azad  etsin.  Müqavilə  planlaşdırılan  tədbirin  profilinə  uyğun  tərtib 
olunur.  Bu  sənəddə  müştərinin  bütün  tələbatları  əks  olunur  və  bu  və  ya  digər 
tələblərin  yerinə  yetirilməsinə  görə  hansı  subpodratçıların  məsuliyyət  daşıması 
göstərilir  (Məsələn,  xalçaların  döşənməsi  və  yaxud  ekspozisiyalar  üçün  nəzərdə 
tutulan  arakəsmələrin  quraşdırılması).  Müqavilə  hüquqi  sənəd  sayılır  və  bu 
səbəbdən  onun  tərtibinə  lazımi  diqqət  yetirilməsi  tələb  olunur.  Məsələn, 
müqavilədə  göstərilə  bilər  ki,  sərgi  keçirilən  otaqların  yığışdırılması  ancaq 
mərkəzin  işçiləri  tərəfindən  yerinə  yetirilə  bilər  və  yaxud,  ərzaq  pərakəndə  satışı 
üçün  yox,  nümunə  kimi  hazırlanmalıdır.  Müqavilə  imzalandıqdan  və  müştəriyə 
qaytarıldıqdan  sonra  tədbirin  keçirilməsinə  görə  məsul  menecer  tədbirin 
başlanmasından  altı  ay  əvvəlki  dövr  ərzində  onun  keçirilməsinə  aid  detalları 
fasiləsiz  qaydada  müştəri  ilə  dəqiqləşdirməlidir  (telefon  vasitəsilə  və  ya  şəxsi 
görüşlər  keçirildiyi  zaman):  təhlükəsizliyə,  biznes-mərkəzin  təşkilinə,  banket 
xidmətlərinə və s. aid məsələlər. Bu menecer mərkəz və müştəri arasında əlaqələri 
təmin  edən  əsas  adamdır.  Əsas  xidmət  növlərinə  görə  məsuliyyət  daşıyan  təsdiq 
olunmuş subpodratçıları müştəriyə məhz o, təqdim edir. Tədbirin başlanmasına iki 
həftə  qalmış  şöbə  və  bölmə  rəislərinə  tədbirin  rahat  keçməsi  üçün  onların  nələri 
təmin etmələri barədə vəzifələrini göstərən müvafiq sənəd paylanır. Tədbirə on gün 
qalmış ilkin yığıncaq keçirilir və orada detallar təkrarən dəqiqləşdirilir ki, hər hansı 
uyğunsuzluq baş verməsin, məsələn, iki konfrans nümayəndələrinin eyni zamanda 
gəlişi və s. 

 
164
Həmçinin  ekspozisiyalar  üzrə  menecerin  və  onun  nəqliyyat,  eksponat  və 
avadanlıqların  yerləşdirilməsi  və  onlara  xidmət  göstərilməsi  işlərini,  məsələn, 
avtobus reyslərini təşkil edən şirkət menecerləri, iştirakçıların qeydiyyatını aparan 
xidmətçilər, sərgi zallarının menecerləri və s.-ni, təmin edən podratçısının iştirakı 
ilə iclas keçirilir. 
Yük  maşınlarında  gətirilən  eksponatların  yerləşdirilməsi  üzrə  işlər 
başlayarkən işə subpodratçıların nümayəndələri girişir. Radiotelefonlardan istifadə 
edərək  onlar  yük  maşınlarını  növbə  ilə  çağırırlar.  Sərgi  materialları  müvafiq 
qaydada  yerləşdirildikdən  sonra  sərgi  açılır  və  adamlara  əraziyə  daxil  olmalarına 
icazə verilir. 
 
3.
  Mеhmаnхаnа mеnеcеrlərinə qоyulаn tələblər   
Tədbirlərin təşkili üzrə menecerin vəzifələri - Tədbirlərin meneceri xidmətlər 
üzrə menecerin rəhbərliyi altında tədbirləri planlaşdırır, onların keçirilməsinə dair 
işlərə  rəhbərlik  edir  və  müəyyən  vaxtlarda  (növbələr)  xidmət  üzrə  menecerin 
vəzifələrini yerinə yetirir. 
Ə
sas vəzifələr - Özünə aid bölmələrə görə keçirilməsinə hazırlaşan tədbirlər 
barədə  məlumatın  hazırlanması  və  vaxtlı-vaxtında  yayılması,  otaqların  və 
avadanlığın tədbir üçün tam hazır olmasına zəmanət verilməsi; 
•  tədbir iştirakçılarına tələb olunan bütün xidmətlərin göstərilməsinə görə 
cavab verilməsi; 
•  tədbirin  keçirilməsi  üçün  personalın  müvafiq  bölmələrinin  işlərini 
uzlaşdırmaq; 
•  tədbir  iştirakçıları  üçün  məsləhətçi  qismində  çıxış  etmək,  onlarla 
ə
məkdaşlar arasında əlaqələndirici şəxs kimi iştirak etmək; 
•  Müəssisənin fiziki qorunmasını və işinin təhlükəsizliyini təmin etmək; 
•  Keçirilən  tədbirlər  üçün  çəkilən  xərclərin  hesabat  sənədlərini 
hazırlamaq,  maliyyə  sənədlərində  yekun  rəqəmləri  yoxlamaq  və 
ödənməli məbləğlərin alınmasını təmin etmək; 

 
165
•  Yaranan  mübahisəli  vəziyyətləri  və  şikayətləri  yoluna  qoymaq,  o 
cümlədən, operativ problemlərin və çətinliklərin həlli; 
Potensial müştərilər üçün tanışlıq turları keçirmək. 
Minimal tələblər - Müvafiq sertifikata malik olan universitet və ya kollecdən 
alınmış mehmanxana idarəçiliyi, biznes və ya turizm və istirahət üzrə menecment 
sahəsində  bakalavr  dərəcəsi  üstəgəl  iri  konfransların  və  peşəkar  sərgilərin 
koordinasiya olunması sahəsində iki illik iş təcrübəsi; 
Maddi və insan resursların idarəetmə qabiliyyəti; 
Ictimai əlaqələr sahəsində biliklərə malikolma, şifahi və yazılı ünsiyyətqurma 
qabiliyyəti; 
Audiovizual avadanlıqla iş təcrübəsi. 
 
 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin