Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan


  Müqavilə (kontrakt) yolu ilə mehmanxanaları idarəetmə



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix06.09.2017
ölçüsü0,95 Mb.
#29039
1   2   3   4   5   6   7   8   9   ...   12

2.  Müqavilə (kontrakt) yolu ilə mehmanxanaları idarəetmə 
Mehmanxana  sənayesi  müəssisələrinin  idarəetmə  formalarından  biri  olan 
müqavilə ilə idarəetmə 1970-ci illərdə geniş yayılmışdı. 
Mehmanxana  sahibkarları,  menecer  və  ya  şirkətlə  yazılı  razılaşma  əsasında 
müqavilə (kontrakt) bağlayaraq idarəçiliyi ona verir. 
Mehmanxana  idarəçiliyi  (menecment)  sahəsində  çalışan  mütəxəssislər  dəqiq 
müəyyən  edə  bilməyiblər  ki,  mehmanxana  sənayesində  ilk  dəfə  müqavilə  ilə 
idarəçilik sazişi nə vaxt və harada bağlanıb.  Mütəxəssislərin bir qismi müqavilə ilə 
idarəçiliyin  ilk  dəfə  XX  əsrin  əvvəllərində  “Sezar  Rits  Qrupp”  şirkəti  ilə 
bağlandığını  söyləyir.  Digər  mütəxəssislər  hesab  edir  ki,  ilk  dəfə  müqavilə  ilə 
idarəçiliyi  “Tradway  Hotel  Co”  şirkəti  həyata  keçirib.  Bəziləri  isə  iddia  edir  ki,  
30-cu illərdə “Uestin hotelz” şirkəti ilk dəfə müqavilə ilə idarə edilmişdir. 
90-cı  illərin  əvvəllərində  mehmanxanaların  müqavilə  ilə  idarə  olunmasında 
“Riçfild Hotel Menecment”, “Dalbri Hotel Korp” və “Intersteyt Hotelz Korp” kimi 
iri şirkətlərin rolu çox böyük olmuşdur. 
Müqavilə yolu ilə idarə edən şirkətin və ya menecerin müəssisəsinin əmlakına 
heç bir hüquqi iddiası yoxdur. 

 
24 
Müqavilə  üzrə  şirkət  adətən  məhdud  maliyyə  məsuliyyəti  daşıyır  və  hər  bir 
halda  gəlir  əldə  edir.  Təbii  ki,  mehmanxananın  gəliri  çoxaldıqca  şirkətin  və  ya 
menecerin gəliri də artır. 
Lüks  və  orta  dərəcəli  mehmanxana  sahibkarları  şirkətlərin  yüksək  səviyyəli 
peşəkar menecerləri ilə müqavilə bağlayaraq otelləri onların idarəçiliyinə verirlər. 
Mənzil-qərargah  Kaliforniya  ştatının  Beverli-Hilz  şəhərində  yerləşən  “Hilton 
Hotels”  ABŞ-ın  219  şəhərində  97000  nömrəsi  olan  271  oteli  idarə  edir.  Mənzil-
qərargahı Memfisdə yerləşən və dünyanın iri şirkətlərindən sayılan “Holiday Inn” 
in  ABŞ  və  Kanadada,  Avropa  ölkələrində,  Asiya  və  Cənubi  Amerikada  1600 
mehmanxana  müəssisəsi  var.  Idarəetmə  müqaviləsinin  məzmununa,  bir  qayda 
olaraq, 7 əsas şərt daxildir: 
1. Şirkətin menecerinə mehmanxananı idarə etmək hüququ vermək. Sahibkar 
(mülkiyyətçi) idarəetmə prosesinə müdaxilə edə bilməz; 
2. Mehmanxana  idarəçiliyində  müxtəlif  əməliyyatlar  üzrə  məsrəflər 
sahibkarın  (mülkiyyətçinin)  üzərinə  düşür,  həmçinin  mülkiyyət  hüququndan  irəli 
gələn bütün maliyyə və əməli risklərə (təhlükələrə) o cavabdehdir; 
3. Ehtiyatsızlıq  və  qəsdən  elədiyi  hərəkətlər  istisna  olmaqla,  menecer  digər 
fəaliyyətə görə məsuliyyət daşımır; 
4. Mehmanxana mülkiyyətinin idarəetmə müddəti sazişlə adətən 5, 10 və ya 
20 il göstərilir; 
5. Idarəetmə mükafatının ölçüsü ümumi gəlirin və ya xalis mənfəətin 2-4.5%-
ni təşkil edir. Bu müqavilədə 1-ci il 2, 2-ci il 2.5, 3-cü il və sonrakı illərdə 3.5% və 
s. nəzərdə tutulur; 
6. Müqaviləni yenidən bərpa etmək şərtləri. Əsasən bu şərtlərdə qərar qəbul 
etməkdə üstünlük şirkətə verilir; 
7. Müqaviləyə xitam vermək üçün şərtlərin ən azı 4 variantı mövcuddur. Bu 
variantlarda üstünlük ya sahibkara (mülkiyyətçiyə),  ya da şirkətə və ya  menecerə 
verilir: 
- Hər  hansı  bir  tərəfin  xəbərdarlığına  baxmayaraq,  o  biri  tərəf  müqavilənin 
şə
rtlərini yerinə yetirməsə; 

 
25 
- Hər hansı bir tərəf iflasa uğrayarsa və ya əmlak borc olaraq kredit əvəzinə 
verilərsə; 
- Müəssisənin  funksiyalarını  həyata  keçirməyə  hüquq  verən  lisenziyanın 
dayandırılmasına  və ya geri çağırılmasına hər hansı bir tərəf səbəbkar olarsa. 
Müqavilə hər iki tərəfin razılığı ilə dayandırıla bilər. 
Müqavilə ilə idarəçilik müsbət və mənfi tərəflərə malikdir. 
Sahibkar üçün müqavilə ilə idarəçiliyin müsbət tərəfləri bunlardır: 
1. Menecer və ya şirkət mülkiyyə hüququna malik deyil; 
2. Şirkətin rəhbərini və ya meneceri seçmək hüququ; 
3. Şirkət  rəhbərinin  və  ya  menecerin  rəyi  ilə  hesablaşmadan  müəssisəyə 
investisiya qoymaq hüququ; 
4. Idarəçiliyin mükafatını çıxmaqla maksimum gəlir əldə etmək. 
Sahibkar üçün  müqavilə ilə idarəçiliyin mənfi yolları: 
1. Operativ nəzarətin olmaması; 
2. Maksimum risk (təhlükə) və idarəçilik mükafatının zəruriliyi; 
3. Idarəçilik prosesinə müdaxilə huququnun olmaması; 
4. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinin çətinlikləri. 
Ş
irkətin rəhbəri və ya menecer üçün müqavilə ilə idarəçiliyin müsbət tərəfi: 
1. Nüfuz dairəsinin və təsirinin genişlənməsi; 
2. Sahibkarın (mülkiyyətçinin) maliyə vəziyyətindən asılılığı; 
3. Müqavilənin müddətinin yaxınlaşması ilə işi itirmək təhlükəsi. 
Müasir dövrdə müqavilə ilə idarəçilik sazişində qoyulmuş şərtlərin sayı artıb 
və  otellərin  sahibkarları  əməli  qərarların  qəbulunda  daha  çox  təsir  və  nufuza 
malikdir. 
Sahibkar  (mülkiyyətçi)  şirkətin  rəhbərində  və  ya  menecerdə    aşağıdakı 
xüsusiyyətləri daha çox qiymətləndirir: 
- təcrübəli və etibarlı olmaq; 
- hesabatı tərtib etməyi bacarmaq; 
- müştərilərlə danışıq aparmaq tərzini bilmək və rəhbərlik etdiyi işçiləri idarə 
etmək; 

 
26 
- otelin gəlirini artırmaq üçün strateji plan işləyib həyata keçirmək bacarığına 
malik olmaq; 
- müştərilərə  göstərilən  xidmət  keyfiyyətinin  standartlara  cavab  verməsini 
təmin etmək. 
Beynəlxalq  münasibətlərin  genişlənməsi  şəraitində  hər  bir  mehmanxana 
ş
irkəti  digər  ölkədə  yerli  tərəfdaş  və  ya  daşınmaz  əmlakın  sahibi  ilə  müştərək 
müəssisə yaratmağa maraqlıdır. 
Hazırda  mehmanxana  biznesinin  menecment  məsələləri  ilə  məşğul  olan 
ş
irkətlər fövqəladə rəqabət şəraitində fəaliyyət göstərir. 
3.   Icarə yolu ilə idarəetmə 
  Mehmanxana  sənayesi  müəssisələrinin  icarə  yolu  ilə  idarə  olunması  1950-
1960-cı illərdə geniş yayılmışdı. 
  Hazırda  bu  forma  az  istifadə  edilir.  Bu  idarəetmənin  mahiyyəti  ondadır  ki, 
mehmanxana  müəyyən  müddətə  icarəyə  götürülür  və  danışıqlar  əsasında  faiz 
müəyyən  edilir  (adətən  20-50%).  Inkişaf  etməkdə  olan  ölkələrdə  bu  forma  geniş 
yayılmışdır.  Məsələn,  “Hilton”  şirkəti  San-Xuan  şəhərindəki  (Puerto-Riko)  oteli 
icarəyə götürür. Bundan sonra Puerto-Riko hökuməti “Hilton”un nüfuzlu, məşhur 
ş
irkət  olmasını  nəzərə  alıb,  ölkədə  onun  adından  istifadə  etməklə  turizmi  inkişaf 
etdirmək  məqsədilə  “Hotel  Caribe”ni  “Hilton”  şirkətinə  güzəştli  şərtlərlə  icarəyə 
verir. 
Icarə  yolu  ilə  idarəetmə  Kubada  da  müvəffəqiyyətlə  həyata  keçirilmişdir. 
Lakin  Kuba  inqilabından  sonra  Havanadakı  “Hilton”  oteli  öz  rentabelliyini  itirir. 
Avropada icarə forması daha çox gəlir gətirir. Londondakı “Hilton” oteli 25 illiyə 
icarəyə  verilmişdir.  Proqnozlara  görə,  yaxın  gələcəkdə  mehmanxana  sənayesində 
icarə formasının yenidən geniş yayılması gözlənilir. 
  Mehmanxana  bazarında  maliyyə  və  pul  azlığı  ilə  əlaqədar  bəzən  yarımçıq 
qalmış  mehmanxana  layihələrinə  münasibətdə  yeni  idarəçilik  formaları  axtarılır. 
Arizona  ştatından  olan  Kriçer  nə  Snayder  icarənin  yeni  tipini  təşkil  edirlər.  Bu 
varianta  görə  ilkin  kapital  olmadan  icarəçi  mənfəət  götürür.  Bu  sxem  üzrə  hər 
nömrənin ümumi gəliri və müqavilə şərtləri əsasında icarəçi mehmanxananı idarə 

 
27 
edir.  Icarəçi  sığortaya,  personalın  işə  qəbuluna,  təchizata  və  marketinqə 
cavabdehdir. Buna görə də icarəçi nömrələrdən əldə olunan xalis gəlirin böyük bir 
hissəsinə və əlavə gəlirə malik olur. 
 
 
*Françayzinq – etimoloji termininə görə fransız mənşəlidir – güzəşt, imtiyaz deməkdir.
 
**Françayzer – güzəşt, imtiyaz verən 
***Françayz – güzəşt, imtiyaz alan 

 
28 
MÖVZU: 4. DÜNYА MEHMANXANA SƏNAYESININ 
YARADICILARI VƏ LIDERLƏRI 
PLАN 
1.
  Sеzаr Ritsin mеhmаnхаnа biznеsinin inkişаfındа rоlu 
2.
  Еllsvоrt Miltоn Stаtlеrin mеhmаnхаnа işinin təşkilində еtdiyi yеniliklər 
3.
  Kоnrаd Hiltоnun mеhmаnхаnа biznеsində əsаs strаtеgiyаsı 
4.
  Cоn  Villаrd  Mаrriоt  və  Еrnеst  Hеndеrsоnun  mеhmаnхаnа  təsərrüfаtının 
inkişаfındа gördükləri işlər 
5.
  Nikоlаs  Pritskеr  və  оnun  оğlu  Cеy  Pritskеrin  yаrаtdığı  «Hyаtt»  оtеlləri 
şə
bəkəsi оnlаrın хidmət üzrə təsnifləşdirilməsi 
6.
  Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana  
    sahəsinin inkişаfındа rоlu 
 
1. Sеzаr Ritsin mеhmаnхаnа biznеsinin inkişаfındа rоlu 
XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Sezar  Rits,  Ellsvort  Statler,  Konrad 
Hilton,  Ernest  Henderson,  Hovard  Conson,  Uillord  (Bill)  Marriott  mehmanxana 
sənayesində  öz  nailiyyətləri  ilə  seçilmiş  və  tarixdə  bu  sahənin  yaradıcıları  adını 
qazanmışlar. 
Sezar  Rits  hələ  sağlığında  əfsanəvi  şəxsiyyət  kimi  ad  qazanmışdır.  O, 
vəzifəsinə  sadə  işdən  başlayaraq  inadkarlığı,  zəhmətkeşliyi  sayəsində  tez  bir 
zamanda  mehmanxana  biznesinin  sirlərinə  yiyələnir.  Bu  sahədə  mehmanxana 
müdirinin,  şagirdi  kimi,  15  yaşından  başlayır.  Artıq  19  yaşında  Rits  Paris 
restoranlarından birinə rəhbərlik edir, ancaq naməlum səbəbdən bu işini buraxaraq 
məşhur «Voisin» restoranında xörəkpaylayan köməkçisi işinə düzəlir. Burada Rits 
tezliklə  varlı  və  nüfuzlu  şəxslərin  zövqlərini  öyrənərək  onları  razı  salmaq 
məharətinə  yiyələnir.  Çox  keçməmiş  o,  artıq  daimi  müştərinin  hər  biri  haqqında 
məlumatlı idi (müştərilər nəyi xoşlayır və onların zövqünə nə uyğun gəlir) və onlar 
da həmişə Ritsin xidmət göstərməsini xahiş edirdilər. 
Artıq  22  yaşında  Rits  Isveçrənin  Lüsserna  şəhərində  yerləşən  «Grand 
National  Hotel»  mehmanxanasının  müdiri  olur.  Ritsin  sayəsində  bu  otel 

 
29 
məşhurlaşır.  Ritsin  yaradıcılığı  ən  yüksək  səviyyəli  və  adlı-sanlı  seçilmiş 
müştəriləri  belə  özünə  cəlb  edir.  Bu  oteldə  11  il  müvəffəqiyyətlə  çalışan  Rits 
Londonda yeni açılan «Savoy Hotel» mehmanxanasının təklifini qəbul edir və 38 
yaşında  dünyanın  dəbdəbəli  otellərindən  birinin  müdiri  olur.  Ritsin  şəxsi 
keyfiyyətləri  bu  oteldə  də  özünü  göstərir.  Rits  oteli  kübar  cəmiyyətin  mədəni 
mərkəzinə çevirir. Baş aşpaz Ogüst Eskofye ilə birlikdə onlar Avropa mətbəxinin 
ə
n  ləziz  yeməklərini  hazırlaya  və  restoranda  bu  yeməklərə  uyğun  mühit  yarada 
bilən  kollektiv  toplayırlar.  Restorana  yalnız  axşam  ziyafətləri  geyimində  gəlmək 
ə
nənəsini məhz Rits tətbiq etmişdir. O, restorana ən məşhur musiqiçiləri dəvət edir, 
vəsait xərcləyib qeyri-adi effektlər təşkil edirdi. Hətta bir dəfə suda üzən restoran 
ə
trafında  «Venesiya»  yaratmışdı.  Suda  üzən  qandollarda  qandolyerlər  italyanca 
sevgi  mahnıları  ifa  edirdilər.  Rits  müştərilərlə  ünsiyyəti  menecerin  ən  vacib 
xüsusiyyətlərindən  biri  kimi  qəbul  edirdi.  Insanların  istək  və  arzularına  diqqətlə 
yanaşmağı  menecer sənətinin  yeni  mərhələsi  sayırdı.  Rits  özünü bütün varlığı  ilə 
işə  sərf  edir,  var  qüvvəsini  əsirgəmirdi.  52  yaşında  Rits  güclü  əsəb  gərginliyi 
keçirir  və  bundan  sonra  vəfat  edir.  Bu  gün  Ritsin  adı  mehmanxana  biznesində 
nəzakət, kübar və zəriflik sinonimi kimi səslənir. 
 
2.
  Ellsvort Milton Statlerin mеhmаnхаnа işinin təşkilində еtdiyi 
yеniliklər 
Ellsvort  Milton  Statler  bütün  dövrlərin  və  xalqların  mehmanxana  işinin  baş 
mütəxəssisi  hesab  edilir.  Məhz  o,  ilk  dəfə  olaraq  orta  səviyyəli  səyyahlar  üçün 
münasib  qiymətlərlə  komfort  və  rahatlığın  yüksək  standartlarına  cavab  verən 
otellər  təşkil  etmişdir.  Onun  şəxsi  həyatı  çətinliklərlə  doludur.  Statler  15  yaşında 
Qərbi Virciniya  ştatının  Uilinqa  şəhərinin  qabaqcıl  otelində  kuryer  işləmiş,  sonra 
baş  dəhliz  xidmətçisi  vəzifəsinə  yüksəlmişdir.  Statler  tezliklə  anlayır  ki,  bilyard 
otağı və dəmir yolu biletlərini sifariş etmək üçün nəzərdə tutulmuş masa nə qədər 
gəlir gətirə bilər və otelin müdirini inandırır ki, bu iki gəlirli yeri onun tabeliyinə 
versin.  Istedadlı  təşkilatçı  Statler  bilyard  üzrə  yarışlar  keçirir. Tezliklə  o,  boulinq 

 
30 
üçün zal açır və çox keçmədən özünün xüsusi restoranını («The Pie House») açır. 
Artıq 1894-cü ildə 31 yaşlı Statler ildə 10 000 dollar gəlir əldə edirdi. 
Statler  Nyu-York  ştatının  Buffalo  şəhərində  özünün  yeni  «Ellicott  Square 
Buildinq» ofisinin birinci mərtəbəsində restoran açır. Tezliklə o anlayır ki, Buffalo 
şə
hərinin  əksər  əhalisi  evində  yeməyi  üstün  tutur.  Statler  yaradıcılıq  fantaziyası 
tətbiq  etmiş  və  uzun  sürən  çətinlikdən  sonra  şəhərin  mərkəzində  işləyən  iş 
adamlarını öz vərdişlərini dəyişdirməyə müvəffəq olmuşdur. Belə ki, onun reklam 
kampaniyalarından  biri  belə  adlanırdı:  «25  sentə  kifayət  qədər  yeyə  bilərsiniz». 
Biznesinin  müvəffəqiyyətlə  getdiyini  görən  Statler  daha  yüksək  işlər  haqqında 
düşünürdü.  Əvvəlcə  Statler  2257  nömrəli  «Inside-Inn»  otelini  açır.  Sent-Lusdə 
keçirilən  ümumdünya  sərgisində  bu  otel  əlamətdar  tikinti  kimi  qəzetlərdə  reklam 
olunmuşdu.  1908-ci  ildə  Buffalo  şəhərində  300  nömrəli  «Buffalo  Statler»  oteli 
açılır.  Otelin  işinin  təşkilində  Statlerin  bacarığı,  dahiliyi  özünü  bütün  varlığı  ilə 
göstərir. Bu otel orta səviyyəli qonaqlara xidmət göstərən ilk mehmanxana idi ki, 
hər  nömrənin  öz  vanna  otağı  vardı.  Statler  o  oteldə  digər  yeniliklər  də  tətbiq 
etmişdi.  Bu,  Buffalo  şəhərində  ilk  otel  idi  ki,  nömrələrində  su  kranları,  dəsmal 
asılqanları,  telefon  və  işıqlı  olan  geniş  tualetlər  var  idi.  Statlerin  mehmanxana 
biznesi üçün geniş imkanlar açılırdı. 
1912-ci ildə o, «Cliveland Statler» otelini tikdirir. Bu mehmanxana iri biznes 
qrupları üçün nəzərdə tutulmuşdu. Hər qonağa pulsuz qəzet çatdırılması oteldə bir 
yenilik  idi.  Burada  hər  bir  şey  nəzərə  alınmışdı.  Belə  ki,  mətbəx  işinin  təşkili, 
işçilərin  bir-birinə  mane  olmadan  hərəkət  etmələri,  yeməklərin  keyfiyyətlə  və 
vaxtında  hazırlanması,  mətbəxin  bilavasitə  yaxında  olması  və  s.  Oteldə  nömrələr 
zəngin bəzədilmiş, divarların rəngləri zövqlə seçilmişdi. 
Statler  otellərdə  bir  çox  yeniliklər  tətbiq  etmişdi.  Bunlar  poçt  xidmətinin 
otellərdə  tətbiqi,  otaqlarda  yataq  yanında  işıqlandırıcı  cihazlar,  pulsuz  radio 
nöqtələri, dəsmalların və dəftərxana ləvazimatının olması idi. 
«EM»  -  Statler  məhz  belə  imza  atarmış.  O,  elə  bil  ki,  daimi  enerji  istehsal 
edən  bir  «mühərrik»  idi  və  işinin  təşkilində  hətta  xırda  detalları  belə  nəzərdən 
qaçırmazdı. 

 
31 
 
3.
  Kоnrаd Hiltоnun mеhmаnхаnа biznеsində əsаs strаtеgiyаsı 
Konrad    Hiltonun  müvəffəqiyyətini  adətən  iki  strategiya  üzrə  müəyyən 
edirlər: 
1)  Ən  yaxşı  menecerləri  işə  dəvət  edib  onlara  fəaliyyətində  tam  müstəqillik 
vermək; 
2)  Məharətli  danışıq  aparmaq  qabiliyyəti  Bank  işində  uğur  qazanan  Konrad   
Hilton  sonradan  mehmanxana  biznesi  ilə  məşğul  olur  və  böyük  nailiyyətlər 
qazanır. Hələ 1919-cu  ildə  bank  işi  ilə  məşğul  olduğu  vaxtlar Texas ştatının 
Sisko  şəhərində  «Mobley»  adlı  Konrad  Hilton  adlı  oteli  5000  dollara  alır  və  ora 
xeyli  sərmayə  qoyur.  Hilton  mehmanxana  otaqlarını  neft  axtaran  işçilərə  və 
inşaatçılara icarəyə verir. Mehmanxana nömrələrinə böyük ehtiyac olduğundan o, 
bir  otağı  eyni  zamanda  üç  və  ya  dörd  adama  yaşamağa  verərdi.  Bəzən  hətta  öz 
otağını  da  icarəyə  verər  və  özü  dəhlizdə  kresloda  yatardı.  Bank  biznesini  yaxşı 
bildiyindən  və  bu  sahədə  müəyyən  əlaqələri  olduğundan  Hilton  çox  asanlıqla 
kredit götürərək əldə edilmiş yeni obyektlərin haqqını ödəyirdi. Məhz bu səbəbdən 
onun  biznesi  sürətlə  inkişaf  edir  və  o,  tezliklə  yeddi  otelin  sahibi  olur.  Hiltonun 
strategiyasına  görə,  biznesi  sürətlə  inkişaf  etdirmək  üçün  çoxlu  borc  (kredit  pul) 
götürmək  lazımdır.  Bu  strategiya  1930-cu  ilə  kimi  (Böyük  depressiyanın 
başlanması  ilə  əlaqədar)  yaxşı  işləyirdi.  Hilton  aldığı  borcları  (kreditləri)  qaytara 
bilməyərək  iflasa  uğrayır.  Buna  baxmayaraq,  Hilton  yenidən  müvəffəqiyyət 
qazanmağa can atırdı. Xərcləri azaltmaq məqsədilə Hilton həyatını sığortalayaraq 
pul götürür, özü isə başqa bir oteldə işə düzəlir. Hiltonun biznesi və onun otelçilik 
işində müvəffəqiyyəti və uğursuzluqları bu sahədə əfsanəyə çevrilib. 
«Nyu-York  Tayms»  qəzeti  Hilton  haqqında  yazırdı  ki,  o,  maliyyə 
ə
məliyyatlarının  ustadı  və  məharətli  danışıqlar  aparan  işgüzar  adam  idi.  Hilton 
danışıqlarda diqqət edirdi ki, aldığı əmlaka görə artıq pul verməsin. O, «zamanı və 
vaxtı» gözəl və mükəmməl hiss edirdi. 

 
32 
Hilton  otelin  vestibülündə  kresloda  əyləşən,  dincələn  insanları  müşahidə 
edərək  ilk  dəfə  bu  vestibüllərdə  görüş  yeri,  bar,  qəzet  və  hədiyyələr  satılan  köşk 
təşkil edərək əlavə pul qazanmışdır. 
1994-cü  ildə  «Hilton»  şirkəti  özünün  75  illik  yaradıcılıq  biznesinin  brilyant 
yubileyini  keçirib  (Konrad  Hilton  1919-cu  ildə  «Mobley»  otelini  almaqla  bu 
biznesin əsasını qoymuşdur). 
 
4. Cоn Villаrd Mаrriоt, Еrnеst Hеndеrsоn Hovard və Dirinq Consonun 
mеhmаnхаnа təsərrüfаtının inkişаfındа gördükləri işlər 
Con Villard Marriott ABŞ-ın Yuta ştatında anadan olmuşdur. O, ailənin səkkiz 
uşağından  ikincisi  idi.  Adətən  böyük  ailələrdə  olduğu  kimi,  o,  gənc  yaşlarından 
müxtəlif  işlər  görərək  pul  qazanmağa  başlamışdır.  Belə  ki,  18  yaşına  kimi  iki  il 
ə
rzində o, mormonlar  missiyasında işləmiş, bundan sonra Weber Junior kollecinə 
daxil olmuş,  onu  bitirdikdən  sonra  Yuta  ştatının  universitetində təhsilini davam 
etdirmişdi. Təhsilinin haqqını ödəmək və ailəsinə kömək etmək məqsədilə Marriott 
müxtəlif  yerlərdə  işləmiş,  hətta  yun  paltarlar  satmaqla  məşğul  olmuş,  kitab 
mağazasında müdir və orta məktəbdə ingilis dili müəllimi olmuşdur. 
1927-ci  ildə  o,  həyat  yoldaşı  Elis  Marriottla  birlikdə  ölkənin  paytaxtı 
Vaşinqton şəhərində özü tikdiyi köşkdə «A & W Root Beer» pivəsi satırdı. Onun 
bu biznesi havaların soyuq düşməsi ilə əlaqədar zəifləyirdi. Marriott qərara gəlir ki, 
çeşidə  (assortimentə)  isti  yeməklər  əlavə  etsin.  O,  köşkün  adını  «Hot  Shoppe» 
(«Isti yeməklərin satışı») qoyur. Marriottun bu ideyası uğur qazanır və 30 yaşında 
artıq o, milyonçu olur. 
Səhhətindəki problemlərə baxmayaraq, Marriott çox enerjili bir insan idi. O, 
hər cəhdlə öz biznesini genişləndirirdi. Məhz Marriott ilk dəfə olaraq sərnişinləri 
uçuş  zamanı  yeməklə  təmin  etmək  təklifini  verir.  Bu  ideyanı  o,  1937-ci  ildə 
«Hoover Airfield» kompaniyası (şirkəti) ilə birgə həyata keçirmişdir. Bundan iki il 
sonra  o,  qida  məhsulları  bazarına  çıxaraq  dövlət  idarələrinə,  məktəb 
yeməkxanalarına  və  xəstəxanalara  öz  xidmətlərini  təklif  etmişdir.  1957-ci  ildə 
Marriott ilk mehmanxanasını açır. 

 
33 
Uğurlarını  və  şirkətinin  müsbət  imicini  nəzərə  alaraq  1967-ci  ildə  o, 
kompaniyasının adını «Marriott Corparation» qoyur. 
Marriottun  kiçik  oğlu  Kiçik  Bil!  1972-ci  ildə  «Marriott  Corporation»  şirkətinin 
rəsmi baş icraçı direktoru olmuşdur. Yeni rəhbərliyin idarəçiliyi ilə kompaniyanın 
satış həcmi sürətlə artır və 1980-ci ildə üç milyardı keçir. Kompaniyanın fəaliyyət 
sahəsi genişlənir, kurort-mehmanxanalar, kruiz (səyahət) gəmiləri ilə, tez yeməklə 
təmin  edən  restoranlarla,  ahıl  və  qoca  adamların  yaşadığı  yerlərlə  məşğul  olur. 
Villard  Marriottun  1985-ci  ildə  vəfatından  sonra  da  şirkət  qonaqpərvərlik 
sənayesində  əsas  yerlərdən  birini  tutmaqdadır.  Biznesini  pivə  satışı  köşkündən 
başlayan Marriott özünə inamı, iradəsi, zəhmətkeşliyi sayəsində müvəffəqiyyətlərə 
nail  olmuş,  tarixdə  ad  qoymuş  və  milyardlarla  dollar  qazanaraq  böyük  bir 
«Marriott Corporation» şirkətini qoyub getmişdir. 
Ernest  Henderson  («Şeraton»  şirkəti)  26  il  ərzində  möhtəşəm  mehmanxana 
korporasiyası  yaratmağa  müvəffəq  olmuşdur.  Onun  maliyyə  hesabları,  analitik 
zəkası, sağlam düşüncəsi, hissiyyatı, enerjisi, zəhmətkeşliyi adi «Şeraton» şirkətini 
dünya  mehmanxana  liderləri  sırasına  çıxarmışdı.  Henderson  1967-ci  ildə  vəfat 
etmişdir.  Həmin  il  onun  154  oteli  var  idi.  Henderson  uğurlu  sövdələşmələr 
aparmaq  ustası  idi.  O,  sərfəli  qiymətlərlə  otel  almağı,  baha  qiymətə  satmağı 
bacarırdı.  Onun  ağıllı  hesablamaları  və  məqsədli  işi  həssaslığına,  hissiyyatına, 
sentimentallığına, lirikasına üstün gəlirdi. Henderson mehmanxana biznesində lider 
kimi ad qoyub getmişdir. 
Hovard Conson mehmanxana və restoran biznesində məşhur adlardan biridir. 
Bu  ad  təkmilləşməyə  cəhd  edən  və  amerikalıların  bu  sahəyə  tələbatını  vaxtında 
görən bir sinonimdir. 
Conson atasının tütün məmulatları kompaniyasında satıcı işləyir, 1925-ci ildə 
onun  vəfatı  ilə  əlaqədar  məktəbdə  oxumağı  davam  etdirə  bilməyərək  başqa  işlə 
məşğul olur. O, sabit gəlir mənbəyi əldə etmək məqsədilə 500 dollar borc əldə edir 
və  Uoleston  (Massacusets  ştatı)  şəhərində  kiçik  aptek  açır.  Bu  aptekin  nəzdində 
kiçik  qəzet  köşkü  də  var  idi.  Biznesinin  gəlirli  olmasına  baxmayaraq,  qəzet 
Sаtışına  verilən  francayzinq  lisenziyasını  itirmək  qorxusu  onu  mağazanı 

 
34 
bağlamağa vadar edir. Yay mövsümündə Conson Massacusets çimərliklərində xeyli 
miqdarda köşk tikir və 10 sentə pirojki, dondurma satmaq üçün yeniyetmə uşaqları 
cəlb  edir.  Conson  1930-cu  illərdə  francayzinq  təcrübəsini  geniş  həyata 
keçirənlərdəndir.  Bunun  sayəsində  1935-ci  ildə  Hovard  Consonun  25  restoranı, 
1940-cı  ildə  artıq  100  restoranı  fəaliyyət  göstərirdi.  1954-cü  ildən  Consonun 
kompaniyası  mehmanxana  biznesi  ilə  məşğul  olur  və  francayzinq  lisenziyası  ilə 
Corciya ştatının Savanna şəhərində ilk motelini açır. 
1959-cu ildə Böyük Hovard şirkət prezidentinin səlahiyyətini oğluna verir və 
biznesi  inkişaf  etdirməyi  vəsiyyət  edir.  1996-cı  ildə  Hovard  Conson 
kompaniyasının yeni prezidenti və icraçı direktoru Stefan Filipsin rəhbərliyi altında 
qonaqpərvərlik  sahəsində  «Gələcək  bu  gün  gəlir»  planını  işləyib  hazırlayır.  Bu 
planın əsas məqsədi gələcək yüzillik üçün kompaniyanın şöhrətini bərpa etməkdir. 
Bu yeniliyin əsasını cəsarətli müasir marketinq təşkil edir. 
 
Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin