Mövzu firma nəZƏRİYYƏSİ. Fİrmanin fəALİYYƏT


İqtisadi nəzəriyyənin firmanın təbiətini izah edən 6 əsas sahəsi



Yüklə 68,21 Kb.
səhifə10/18
tarix29.12.2021
ölçüsü68,21 Kb.
#48559
növüУчебник
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
MÖVZU 2

İqtisadi nəzəriyyənin firmanın təbiətini izah edən 6 əsas sahəsi:

    • Əməliyyat xərci nəzəriyyəsi: Müxtəlif əməliyyatlarla bağlı xərcləri öyrənir. Bunlara spot bazarlarında ticarət, xarici tərəfdaşlarla uzun müddətli kontraktlar və firmadaxili əməliyyatlar aiddir. Bu zaman müxtəlif metodlar müxtəlif şərtlərə uyğun istifadə edilir.

    • İnformasiya nəzəriyyəsi: Məhdud rasionallıq konsepsiyası və natamam müqavilə, assimmetrik və mükəmməl olmayan informasiyanın ümumi aspektlərini öyrənir. Bunlar digər tərəfdaşların davranışına təsir edərək onların qeyri-səmərəliliyinə səbəb olan opportunistik davranış ortaya çıxarır.

    • Motivasiya nəzəriyyəsi: Konkret istiqamətlərdə əhalinin davranışına səbəb olan faktorları öyrənir. İqtisadi baxımdan biz davranışı izah etmək və proqnoozlaşdırmaqda istifadə edə biləcəyimiz ümumi prinsipləri öyrənməkdə maraqlıyıq.

    • Agentlik nəzəriyyəsi: Prinsipialla onun istəklərini həyata keçirən agent arasındakı qarşılıqlı münasibətləri öyrənir. Bu bütün növ transaksiyalarda çox tez-tez rast gəlinən bir haldır. Məsələn, demokratiyanın məhəng daşı olan əhalinin onun adından onları idarə etmək üçün hökumətləri seçməsi kimi. Burada əsas problem ondan ibarətdir ki, prinsipial və agentin məqsədləri tamamilə üst-üstə düşmür və prinsipial agentin davranışına qismən nəzarət edə bilir. Buna görə də prinsipiallar fəal monitorinq həyata keçirməli və şəxsi maraqlarını maksimumlaşdırmaq üçün stimulları dizayn etməlidirlər.

    • Mülkiyyət hüquqları nəzəriyyəsi: Mülkiyyət hüququnun təbiətini və onun investisiya və bazarlıq gücü stimulları ilə əlaqəsini öyrənir. Buna əsaslanaraq səmərəlilik prinsipi üzrə mülkiyyət hüququnun bölüşdürülməsini proqnozlaşdırır.

    • Oyun nəzəriyyəsi: Müxtəlif agentlərin qarşılıqlı strateji əlaqəsini öyrənir. Qarşılıqlı strateji əlaqənin mahiyyətini dərk etmənin əsasında bu dayanır ki, bir tərəfin davranışı digər tərəflərin davranışına təsir göstərir və birinci tərəf onların strategiyasını müəyyənləşdirərkən bunu nəzərə almalıdır. Həmçinin birinci tərəf nəzərə almalıdır ki, digər tərəf və ya tərəflər strategiyalarını müəyyənləşdirən zaman birinci tərəfin mülahizələrini nəzərə alırlar.

Menecerlər təşkilatları idarə edirlər. Buna görə də aşağıdakı fundamental suala cavab vermək gərəkdir:

Təşkilatlar nədir və nə üçün mövcuddurlar?


1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin