Mövzu firma nəZƏRİYYƏSİ. Fİrmanin fəALİYYƏT


§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu



Yüklə 68,21 Kb.
səhifə2/18
tarix29.12.2021
ölçüsü68,21 Kb.
#48559
növüУчебник
1   2   3   4   5   6   7   8   9   ...   18
MÖVZU 2

§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu

Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə dərəcəsinə görə bir neçə səviyyəyə ayrılır ki, onun da aşağı və ilk səviyyəsi mikroiqtisadiyyatdır. (Mikroiq- tisadiyyat-yunan sözüdür, mikros - kiçik mənasını verir). Mikroiqtisadiyyat maddi nemətlərin və xidmətlərin yaradılmasında mühüm rol oynayır. O, istehsal amilləri üzərində əsasən xüsusi mülkiyyət bazasında fəaliyyət göstərən təsərrüfat subyektləri kimi çıxış edir.

Buna uyğun olaraq, mikroiqtisadi təhlil bir tərəfdən sahə, firma və ev təsərrüfatı kimi müstəqil iqtisadi vahidlərin fəaliyyətini, digər tərəfdən ayrı-ayrı bazarların, əmtəə və xidmətlərin konkret qiymətlərini özündə ehtiva edir.

Qeyd etmək lazımdır ki, bəşər cəmiyyətinin müxtəlif inkişaf pillələrində müəssisələrin rolu və səviyyəsi eyni olmamışdır. Hər bir inkişaf mərhələsində istehsal vasitələri üzərində mülkiyyət formasına və iqtisadi inkişaf səviyyəsinə uyğun olan müəssisələr yaranmış və fəaliyyət göstərmişlər.

Bazar münasibətlərinin uzunmüddətli inkişafı dövründə firma təsərrüfat strukturu kimi əhəmiyyətli dərəcə almış və təkmilləşmişdir. Firma (italyanca-

»firma» sözündən götürülüb, hərfi mənası imza deməkdir) anlayışı ilkin dövrlərdə

kommersantın «ticarət adı» mənasını verirdi. İndi bu termin resurslardan məhsul istehsal edən mikroiqtisadi özəyi ifadə edir.

İqtisadi ədəbiyyatda firmaya istehsal fəaliyyətilə məşğul olan, nə, necə, kim üçün istehsal etmək və harada, kimə və hansı qiymətə satmaq məsələlərinin həllində təsərrüfat müstəqilliyinə malik olan iqtisadi və hüquqi subyekt, müəyyən təşkilat kimi baxılır.

Tarixən firmanın (müəssisənin) yaranmasının ilk əsasını sadə əmək kooperasiyası və əmək bölgüsü təşkil edir. Məhsuldar qüvvələrin və istehsalın ictimai xarakterinin tədricən artması nəticəsində onların yeni formaları meydana gəlmiş, rolu və miqyası genişlənmişdir. Firmaların (müəssisələrin) rolunun daha da genişlənməsi özünü birinci növbədə maddi nemətlərin həcminin çoxalmasında göstərir. Bazar iqtisadiyyatı şəraitində firma (müəssisə) sahibkarlıq və biznes fəaliyyətinin subyekti, əsas struktur vahididir.

Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyəti «sahibkarlıq» və «biznes» kimi anlayışlarla xarakterizə olunur.

Biznes fəaliyyəti bazar təsərrüfat sistemində meydana çıxır və onun əsas halqasını təşkil edir. Biznes və bazar vəhdətdədir, ayrılmazdır, onlar birlikdə mövcud olur və inkişaf edirlər. Aydındır ki, inzibati-amirlik təsərrüfat sistemi şəraitində mövcud olan müəssisələr biznes fəaliyyəti ilə deyil, təsərrüfat fəaliyyəti ilə məşğul olmuşlar.

Bazar iqtisadiyyatının təkmilləşməsi, inkişafı ilə əlaqədar olaraq biznes fəaliyyətinin iqtisadi təşkilində dəyişikliklər baş verir.

Bu gün biznes fəaliyyəti dedikdə, həmin fəaliyyətin daxili və xarici mühitini təşkil edən şəxslər, təşkilatlar və bilavasitə istehsalın təşkilatçıları arasındakı münasibətlər sistemi başa düşülməlidir.

Biznes fəaliyyətinin daxili mühiti kapital sahibləri, menecerlər və muzdlu işçilər arasındakı münasibətlərlə, xarici mühiti isə biznes fəaliyyətin təşkilatçısı ilə dövlət və cəmiyyət, mal göndərənlər, kreditorlar və istehlakçılar arasındakı qarşılıqlı əlaqə ilə xarakterizə olunur.

Bazar iqtisadiyyatı şəraitində firmalar kommersiya təşkilatları və ya sahibkarlıq bölməsi kimi nəzərdən keçirilirlər.

Beləliklə, deyilənləri ümumiləşdirsək bu halda firma (müəssisə), ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə, istehsal amillərini birləşdirməklə məhsul istehsal edib-satan, işlər görüb xidmətlər göstərən hüquqi şəxs olan təsərrüfat subyekti kimi qəbul edilməlidir.

Bəs firma ilə müəssisə arasında fərq varmı? İqtisadi ədəbiyyatda firma termini ümumiləşdirici anlayış kimi istifadə olunur: firma bir və ya bir neçə müəssisədən ibarət ola bilər. Müəssisə dedikdə isə, adətən, birprofilli, birməhsullu istehsal başa düşülür. Firma - işgüzar müəssisənin təsərrüfat-hüquqi vahididir. Sənaye və ya ticarət müəssisəsinin şərti adıdır, onun hüquqi cəhətdən ixtiyarı var ki, təsərrüfat fəaliyyətini öz mülkiyyət məsuliyyəti ilə həyata keçirsin. Firma sifəti ilə müəssisə, təşkilat, idarə və ya ayrı-ayrı şəxslər çıxış edə bilər. Təsərrüfat vahidinin ölçüləri- nin bu zaman heç bir əhəmiyyəti yoxdur. Firma hər şeydən əvvəl ədliyyə orqanları tərəfindən qeydə alınır, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Firma fəa- liyyətindən asılı olaraq adlı ola bilər.

Müasir firmalar əsasən çoxprofilli istehsal özəkləridir. Belə istehsal yönümlü firmalar iqtisadi durğunluq dövründə daha dözümlü olurlar. İstehsal olunan məhsulun biri ilə əlaqədar əlverişsiz konyuktura həmin məhsuldan alınan gəlirin azalmasına səbəb olduğu halda, digər məhsullardan gələn gəlirin səviyyəsinə təsir etməz. Belə halda firma ziyanı digər məhsul və xidmətlərdən gələn gəlir hesabına ödəyə bilər.

Firmanın əsas funksiyası istehlakçıların tələbatını ödəmək üçün istehsal amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalını təşkil etməkdən ibarətdir. Firmanın fəaliyyətində son məqsəd isə yüksək mənfəət götürməkdir. Maksimum mənfəət əldə olunması məqsədi firma tərəfindən bir sıra taktiki və strateji məqsədlərin müəyyən edilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Bunlara əsasən aşağıdakılar aid edilir:


  • satışın həcminin artırılması;

  • daha yüksək artım sürətinə nail olmaq;

  • bazarda payın artırılması;

  • qoyulmuş kapitala nisbətən mənfəətin artırılması;

  • kampaniyanın səhmlərinə görə gəlirlərinin artırılması;

  • kapitalın quruluşunun dəyişdirilməsi.

Firmanın məqsədlərinin xarakteri bütövlükdə iqtisadiyyatın vəziyyətilə, həmin müəssisənin fəaliyyət göstərdiyi sahənin inkişaf meylilə, eləcə də onun həyat tsiklinin mərhələsilə müəyyən olunur.

Həyat tsiklləri nəzəriyyəsinə görə firmaların həyatı üç mərhələdən ibarətdir. Birinci mərhələ aktiv fəaliyyət və artım sürətinin genişləndirilməsilə xarakterizə olunur. Yığılmış vəsait istehsal güclərinin yaradılmasına, yeni bazarların tutulmasına yönəldilir. İkinci mərhələ üçün səhm və mənfəətin artımı, kapital sa- hiblərinin gəlirlərinin çoxalması səciyyəvidir. Firma bazardakı mövqeyini qoruyub saxlamaq uğrunda mübarizə aparır, istehsal güclərinin genişləndirilməsinə nisbətən xərclərin azaldılması ön plana keçir. Üçüncü mərhələdə satış həcminin və bununla birlikdə mənfəətin azalması baş verir, bu isə kapitalın müəyyən hissəsinin həmin sahədən geri götürülməsinə səbəb olur. Bu mərhələdə yeganə məqsəd - həyat qabiliyyətini - mövcudluğunu qoruyub saxlamaqdır. Həmin dövrdə firmanın fəaliy- yətinin əsas istiqaməti mənfəəti artırmağa deyil, ziyanı minimuma endirməyə yönəldilir. Belə ki, perspektivdə yüksək nəticələr əldə etməyə yönəldilmiş fəaliyyət müəyyən dövrdə, qısa müddətdə uğursuzluğa da aparıb çıxara bilər.

Firma qarşısında duran məqsədlər onun cari (qısa) və perspektiv (uzun) fəaliyyət dövrü üçün müəyyən edilmiş strategiyasından doğur. Bu strategiya firmanın fəaliyyət dövrünü (qısa və ya uzunmüddətli dövr) və rəqabət şəraitini nəzərə almaqla müəyyən edilir.

Strategiya, hər şeydən əvvəl, firmanın uzunmüddətli dövr üçün əsas məqsəd və vəzifələrinin seçilməsindən, bunlara çatmaq üçün resursların toplanması və bölgüsündən, ümumiyyətlə fəaliyyət kursunun müəyyən edilməsindən ibarətdir. Strategiyanın müdafiə və hücum xarakterli növləri fərqləndirilir. Müdafiə xarakterli strategiyada elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqilə bağlı riskin azaldılmasına xüsusi diqqət verilir. Firma yeni texnika tətbiq edən rəqibinin fəaliyyətini izləyir və onun bazara çıxardığı yeni məhsuldan istehsal etməyə, bir

növ rəqibini təqlid etməyə başlayır. Bununla yanaşı, müdafiə xarakterli stra- tegiyaya firmanın rəqibinin fəaliyyətindən asılı olaraq (məs: rəqib bazara tam nəza- rət edərsə) bazardan tamamilə çıxmaq və ya istehsalı yenidən qurmaq planları daxil edilə bilər.


Yüklə 68,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin