Mövzu firma nəZƏRİYYƏSİ. Fİrmanin fəALİYYƏT


§4. Menecment və onun əsas prinsipləri



Yüklə 68,21 Kb.
səhifə8/18
tarix29.12.2021
ölçüsü68,21 Kb.
#48559
növüУчебник
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
MÖVZU 2

§4. Menecment və onun əsas prinsipləri

Əvvəllərdə qeyd etmişdik ki, tarixən idarəetmə funksiyası biznes - fəaliyyətin təşkilatçıları - mülkiyyətçi-sahibkarlar tərəfindən yerinə yetirilirdi. Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində istehsalın inkişafı idarəetmə məsələsini yeni şəkildə qoymuşdur. Texnikanın və yeni texnologiyanın inkişafı, istehsalın miqya- sının artımı idarəetməni kəskin surətdə mürəkkəbləşdirmiş, onu xüsusi bilik tələb edən fəaliyyət dairəsi kimi ayırmışdır.

İdarəetmə funksiyasının sahibkarlardan ayrılmasında məhsuldar qüvvələrin inkişafının, onun əsasını təşkil edən elmi-texniki inqilabın təsiri böyük olmuşdur. Elmi- texniki inqilab istehsalda, eləcə də istehsalın idarə edilməsində yeni əmək intizamı, yeni təşkilatçılıq və yeni münasibətlər tələb etdi. Elmi-texniki inqilab dövründə idarəetmə amilinin, bununla əlaqədar olaraq idarəetmə funksiyasını yerinə yetirən insanların rolu və sosial vəziyyətinin yüksəlməsi «menecerlik inqilabı» konsepsiyasının meydana gəlməsi üçün əsas olmuşdur. Buna müvafiq olaraq tədricən mülkiyyətçilərin adından istehsalın idarəetmə funksiyasını yerinə yetirən peşəkar təşkilatçılar - menecerlər formalaşır. Firmaların (müəssisələrin) səmərəli idarə edilməsi vəzifəsinin bu işi yaxşı bilən və bacaran muzdlu peşəkar mütəxəssislərə – menecerlərə həvalə edilməsilə bazar iqtisadiyyatı ölkələrində, yeni müstəqil bir fəaliyyət növünün - menecmentin meydana gəlməsinin əsası qoyuldu.

Firmanın malik olduğu iqtisadi resurslardan istifadə etməklə qarşıda duran məqsədlərə çatmaq üçün onun səmərəli idarə edilməsi menecmentin mahiyyətini təşkil edir.

Menecment (ingilis sözü, manaqement - idarəetmə mənasını verir) istehsalın səmərəliliyini yüksəltmək və mənfəəti artırmaq məqsədilə istehsalın idarə olunmasının prinsip, metod və formaları haqqında nəzəri və praktiki biliklər sistemidir.

Müasir şəraitdə müxtəlif firmalarda iqtisadi durumun vəziyyətini 3 əsas amil müəyyən edir: a) texnika və texnologiyanın vəziyyəti; b) iş qüvvəsinin keyfiyyəti; v) istehsalın təşkili və idarə edilməsi (menecerlik). Bu amillərdən üçün- cüsü, sistemyaradıcı xarakter daşıyır. Tədqiqatlar göstərir ki, menecerliyin vəziyyəti texnikanın, texnologiyanın və eləcə də işçi qüvvəsinin səviyyəsinə təsir göstərir.

Dünya ədəbiyyatında elmi menecment, əməyin elmi təşkili nəzəriyyəsi və metodologiyasının əsasını qoymuş Amerika mühəndisi və tədqiqatçısı F.Teylora xüsusi yer verilir. F.Teylor idarəetməyə «nə etmək lazımdır və bunu ən yüksək şə- kildə və ucuz başa gəlməklə necə etməyi dəqiq bilmək məharəti» kimi baxmışdır. Onun fikirləri 1911-ci ildə çapdan çıxmış «Elmi menecerliyin prinsipləri» əsərində verilmişdir. Burada idarəetmə prinsipləri dörd qrupa bölünür:


  1. Məqsədin seçilməsi;

  2. Məqsədə çatmaq vasitələrinin seçilməsi;

  3. Məqsədə çatmaq vasitələrinin hazırlanması;

  4. Nəticələrə nəzarət edilməsi.

Teylorun müasiri fransız A.Fayol özünün zəngin təcrübəsini də nəzərə almaqla «Ümumi və sənaye idarəetməsi» (1916-cı il) əsərində menecment nəzəriyyəsini inkişaf etdirmişdir. A.Fayol müəssisədə aparılan bütün əməliyyatları altı qrupa bölür: 1) Texniki, 2) Kommersiya, 3) Maliyyə, 4) Mülkiyyətin və şəxsin mühafizəsi, 5) Uçot, 6) İnzibati. Əslində idarəetməyə o, altıncı qrupu aid edir. A.Fayola görə, idarəetmə - müəssisənin resurslarından ən əlverişli şəkildə istifadə etməyə cəhd göstərilməklə onu məqsədə çatdırmaq, göstərilən altı əsas funksiyanın düzgün gedişini təmin etməkdən ibarətdir. Onun fikrincə, idarəetmə təcrübəsi özünə bunları daxil etməlidir: əvvəlcədən görmək, təşkil etmək, sərəncam vermək, razılaşdırmaq, nəzarət etmək.

A.Fayol tarixdə ilk dəfə menecmentə sistemli baxış, onu funksional əlamətlərinə, operativ planlaşdırma, təqvimi tənzimləmə, idarəetmə koordinasiyası və təşkilə nəzarətə əsasən təhlil etmişdir.

Teylorun və Fayolun irəli sürdükləri idarəetmə prinsiplərindən hazırda da geniş istifadə olunur. Bu, onlar tərəfindən irəli sürülmüş prinsiplərin ənənəvi olub, bütün müəssisələr üçün universal xarakter daşıması ilə izah olunur.

Menecerlik nəzəriyyəsi sonrakı dövrlərdə daha da təkmilləşdirilmiş və öz əksini çox müxtəlif təzahür formalarında tapmışdır. Müxtəlif problemlər müxtəlif formalarda ön plana çəkilmişdir. 50-60-cı illərdə idarəetmənin təşkilati strukturu diqqət mərkəzində durmuşdur. 60-70-ci illərdə strateji planlaşdırma baş verir. 80-cı illər isə qabaqcıl Qərb firmalarının strateji planlaşdırmadan strateji idarəetməyə keçməklə xarakterizə olunurdu.




Yüklə 68,21 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin