Mövzu 5 Dövlət, müəssisə və təşkilatların maliyyəsi


Dövlət maliyyəsinin funksiyaları



Yüklə 106,01 Kb.
səhifə2/9
tarix14.12.2023
ölçüsü106,01 Kb.
#176709
1   2   3   4   5   6   7   8   9
mövzu 5

2. Dövlət maliyyəsinin funksiyaları
Müəssisə və təşkilatların funksiyalarına ümumdövlət ma­liyyəsinə xarakterik olan funksiyalar aid edilir: bölüşdürücü və nəzarət funksiyası.
Bölgü funksiyası vasitəsilə təsisçilərin payları hesabına il­kin kapital formalaşır, gəlirlərin və maliyyə ehtiyatlarının böl­güsündə əsas proporsiyalar müəyyənləşir, ayrı-ayrı is­teh­sal­çılar, təsərrüfat subyektləri və dövlətin mənafeləri optimal su­rətdə əlaqələndirilir. Daxil olan gəlirlərin bölgüsü və ye­ni­dən bölgüsü vasitəsilə müəssisə və təşkilatların pul vəsaiti fon­dunun yaradılması bölgü funksiyası ilə bağlıdır. Bunlara ni­zam­namə kapitalı, yaxud nizamnamə fondu, ehtiyat fondu, yı­ğım fondu, istehlak fondu, valyuta fondu və s. aiddir.
Bölgü münasibətləri həm bütövlükdə cəmiyyətin, həm də ayrı-ayrı təsərrüfat subyektlərinin, onların işçilərinin, auksionerlərin, kredit və sığorta institutlarının maraqlarını təmin et­mə­lidir. Buna görə də bu münasibətlərin səmərəli təşkili ilkin və­zifə kimi qiymətləndirilməlidir. Bu vəzifənin həyata ke­çi­ril­mə­sində maliyyənin nəzarət funksiyası mühüm rol oynayır.
Nəzarət funksiyasının obyektiv əsası – əmtəələrin is­teh­­salına və reallaşdırılmasına çəkilən xərclərin uçotundan, gə­lirlərin və pul fondlarının yaradılması prosesinə nəzarətdən ibarətdir.
Təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarəti aşa­ğı­da­kı orqanlar həyata keçirir: təsərrüfat subyektinin özü, vergi orqanları, kommersiya bankları, səhmdarlar və nəzarət səhm paketlərinin sahibləri, sərbəst auditorlar.


3

ФОНДЛАР

ЩЦГУГИ ШЯХСЛЯРИН БИРЛИКЛЯРИ (АССОСИАСИЙА ВЯ ИТТИФАГЛАР)
.Dövlət maliyyəsinin təşkili prinsipləri

Təsərrüfat müstəqilliyi prinsipi. Bu prinsip sahələrdə oldu­ğu kimi maliyyə sferasında də müəyyən təsərrüfat sub­yek­tinin han­sı mülkiyyət formasında olmasından asılı olma­ya­raq, bütün hal­lar­da öz məsrəflərinin, maliyyələşdirmə mənbə­lə­rinin, pul və­sait­lərinin səmərəli qoyuluş istiqamətlərinin şəxsi tə­şəb­büsü ilə müəy­yənləşdirməsinə əsaslanır.
Özünümaliyyələşdirmə prinsipi. Reallaşdırılması sahib­kar­lıq fəaliyyətinin əsas şərtlərindən biri olmaqla, təsərrüfat sub­yektinin rəqabət qabiliyyətli olmasını təmin edir. Bu prin­sip müəssisə və təşkilatların istehsal etdikləri və real­laş­dır­dıq­la­­­rı məhsul və xidmətlərin bütün xərclərinin öz vəsaiti he­sa­bı­na ödənilməsini, investisiya üçün xüsusi pul vəsaitlərindən, bank və kommersiya kreditlərindən istifadə edilməsini nə­zər­də tutur.
Maddi maraq prinsipi sahibkarlıq fəaliyyətinin əsası ol­maqla bərabər təsərrüfat subyektlərinin müəyyən mənfəətlə iş­ləməsini nəzərdə tutur.
Maddi məsuliyyət prinsipi özünü, maliyyə-təsərrüfat fəaliyyətinin müsbət nəticələnməsi üçün bütün işçilərin müəy­yən məsuliyyət sisteminə tabe olması zərurəti şəklində tə­za­hür etdirir. Bu prinsipin xüsusiyyəti ondan ibarətdir ki, onun real­laşmasının maliyyə metodları müxtəlif təsərrüfat sub­yekt­ləri üçün biri digərindən fərqlənir.
Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi. Bu prinsip bazar iqtisadiyyatı şəraitində sahib­kar­lıq fəaliyyətini çox zaman müşaiyət etən risklə əlaqədar olaraq müəyyən maliyyə ehti­yat­la­rı­nın və başqa oxşar fondların yaradılması zərurətini göstərir.

Yüklə 106,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin