Mövzu 5 Dövlət, müəssisə və təşkilatların maliyyəsi



Yüklə 106,01 Kb.
səhifə1/9
tarix14.12.2023
ölçüsü106,01 Kb.
#176709
  1   2   3   4   5   6   7   8   9
mövzu 5



Mövzu 5
Dövlət, müəssisə və təşkilatların maliyyəsi
5.1.Dövlət maliyyəsinin mahiyyəti
5.2. Dövlət maliyyəsinin funksiyaları
5.3. Dövlət maliyyəsinin hüquqi formaları
5.4.Dövlət maliyyəsinin təşkili prinsip­ləri
5.5.Dövlət gəlirlərinin tərkibi
5.6.Dövlət xərclərinin təsnifatı
5.7.Müəssisədə məhsul istehsalı və satışı xərcləri
5.8.Müəssisə və təşkilatların pul fondunun və mənfəətin formalaşması mənbələri

1. Dövlət maliyyəsinin mahiyyəti
Bazar iqtisadiyyatı şəraitində mülkiyyətin müxtəlif for­ma­ları yaranır. Ona görə də maliyyə münasibətləri yalnız döv­lət səviyyəsində deyil, müxtəlif mülkiyyət formalı müəssisələr sə­viy­yəsində də baş verir. Maliyyə sisteminin tərkib hissəsi olmaqla, müəs­sisə­lə­rin maliyyəsi ümumi daxili məhsulun ya­ra­dılması, bölgüsü və istifa­dəsi pro­ses­lərinin dəyər for­ma­sın­da­kı ifadəsini əks etdi­rir. Maliyyə mü­na­sibətləri əsasən məc­mu ictimai məhsulun və milli gəlirin ya­ran­dığı maddi istehsal sa­hələrində baş verir. Müəssisələrin maliyyəsi müəssisədə gəlirlərin və yığı­mın yaradılması, bölüşdürülməsi və istifadəsi proseslərində mey­­­­­dana çıxan pul münasibətlərinin məcmusunu ifadə edir və o, geniş təkrar istehsalın fasiləsizliyinin təmin edilməsinin mü­hüm şərtidir.
Müəssisələrin maliyyəsi-təsərrüfat subyektlərində pul fondlarının və yığımlarının formalaşdırılması, bölüşdü­rül­mə­­si və geniş təkrar istehsal xərclərinin maliyyə­ləşdiril­məsi, ma­­­liyyə-bank sistemi qarşısında öhdəliklərin yerinə yeti­ril­mə­si, işçilərin maddi stimullaşdırılması və sosial təminatı üzrə is­­ti­fadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir.
İqtisadi məzmununa görə müəssisələrin maliyyə müna­si­­bətlərini aşağıdakı istiqamətlər üzrə sistemləşdirmək olar:

  • Müəssisənin təsisçiləri arasında – nizamnamə kapitalının ya­­radılması ilə əlaqədar olan maliyyə münasibətləri.

  • Müəssisə və təşkilatlar arasında - məhsulun istehsalı və sa­tı­­şı ilə əlaqədar yaranan maliyyə münasibətləri.

  • Müəssisə və onun ayrı – ayrı bölmələri – filialları, sexləri, şö­­bələri arasında xərclərin maliyyələşdirilməsi, mənfəətin böl­güsü və istifadəsi zamanı yaranan maliyyə münasibətləri.

  • Müəssisə və işçilər arasında – gəlirlərin bölgüsü və is­ti­fa­də­­si, müəssisənin səhm və istiqrazlarının buraxılışı və yer­ləş­­dirilməsi, istiqrazlar üzrə faizlərin və dividentlərin ödə­ni­­şi, fiziki şəxslərdən gəlir vergisi tutulan zaman yaranan ma­­liyyə münasibətləri.

  • Mü­əssislər və yuxarı təşkilatlar, müəssisələr və onların üzv ol­duqları ittifaq assosiasiyaları arasında yaranan maliyyə münasibətləri.

Maliyyə münasibətləri mərkəzləşdirilmiş məqsədli pul fond­larının yaradılması, bölüşdürülməsi və istifadəsi, məq­sədli proqramların maliyyələşdirilməsi, elmi tədqiqat işlərinin apa­rıl­ması, qaytarılmaq şərti ilə verilən maliyyə yardımları za­ma­nı təzahür edir.

  • Kommersiya müəssisə və təşkilatları arasında – qiymətli ka­ğızların yerləşdirilməsi və emissiyası qarşılıqlı kre­dit­ləşdirmə, birgə müəssisələrin yaradılmasındakı pay iş­ti­ra­kı ilə əlaqədar yaranan maliyyə münasibətləri.

  • Müəssisələr və dövlət maliyyə sistemi arasında vergilərin ödə­nilməsi və büdcəyə digər ödənişlərin həyata ke­çi­ril­mə­sin­də, büdcədənkənar fondların yaradılmasında, vergi gü­zəşt­ləri, cərimə sanksiyaları tətbiq edilərkən yaranan ma­liy­yə münasibətləri.

  • Müəssisə və bank sistemi arasında – kommersiya bank­la­rın­da pulların saxlanması, ssuda alınması və ödənilməsi za­manı bank kreditlərinə görə faizlərin ödənilməsi, digər bank xidmətləri zamanı yaranan maliyyə münasibətləri.

  • Müəssisələr və sığorta təşkilatları arasında - əmlakın sığor­ta­lanması zamanı ayrı-ayrı işçi kateqoriyalarının, kom­mer­si­ya sahibkarlıq risklərinin sığortalanması zamanı yaranan ma­liyyə münasibətləri.

  • Müəssisələr və investisiyalar arasında – özəlləşdirmə və in­vestisiya fəaliyyəti həyata keçirilən zaman yaranan ma­liy­yə münasibətləri.




Yüklə 106,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin