Mövzu: 2 Təhsildə sosial-psixoloji xidmətin mövzusu, məqsədi, vəzifələri və prinsipləri Plan



Yüklə 126,25 Kb.
səhifə5/10
tarix24.12.2023
ölçüsü126,25 Kb.
#193668
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 2

Psixoloji rəylərin tərtibində həm forma, həm də məz­mun baxımından müxtəliflik müşahidə olunur. Psixoloji rəy yığcam, məzmunca dolğun olmaqla uşağın fərdiyyətinə aid qı­sa nəticələrdən, ümumi və xüsusi tövsiyələrdən ibarət olmalı­dır. Müasir təhsil sistemində praktik psixoloji xidmət təcrübə­sində psixoloji rəylərin tərtibinin 2 əsas variantı var.

  1. variant. Psixi inkişafın hissələrə bölünmüş parametrlər üzrə xarakteristikası əsasında hazırlanan rəylər. Belə psixoloji rəylərdə hər şeydən əvvəl motorikanın inkişaf göstəriciləri, ya­zı vərdişlərinin nümunəyə uyğunluğu, öyrənməyə qabillik, motivasiya-tələbat və intellektual sferanın yetkinliyi kimi göstəri­cilər əsas yer tutur.

  2. variant. Bu varianta aid rəylər mürəkkəb parametrlər əsasında tərtib edilir. Burada uşağın əzbər bildiyi şeirlərin sayı, boyun, çəkinin, döş qəfəsinin göstəricilə­ri və s. haqqında məlumatlar əks olunur.

Göstərilən hər 2 rəy formasında kompleks müayinənin göstəriciləri kifayət qədər əks olunmadığına görə, onlar tam doğru hesab etmək olmaz. Ona görə də psixoloji rəy­lərdə aşağıdakı parametrlər ön plana çəkilməlidir:

  1. ümumi fiziki inkişaf;

  2. idrak sferasının inkişafı;

  3. şəxsi-emosional sferanın inkişafı;

  4. kommunikativ inkişaf;

  5. uşaq fəaliyyətinin səciyyəsi;

  6. məktəbə hazırlıq;

  7. inkişafın xüsusiyyətləri;

  8. inkişaf problemləri;

  9. tövsiyələr.


Korreksiyaedici xəritə – korreksiyaedici işlərin strategiya və taktikasını əks etdirir. Bu sənəddə uşaq haqqında ilkin məlumatlar, ilkin problem (uşaqda psixi inkişafın pozulmasının xüsusiyyətləri, korreksi­yaedici təsirin vasitələri, aparılacaq işin müddət və mərhələləri, müəllim və valideynlər üçün tövsiyələr, hər bir korreksiyaedici məşğələdən sonra uşaqda müşahidə olunan dəyişikliklərin di­namikası haqqında məlumat, ümumi tövsiyələrlə birgə yekun xarakteristika) öz əksini tapmalıdır.

Yüklə 126,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin