Mövzu: 2 Təhsildə sosial-psixoloji xidmətin mövzusu, məqsədi, vəzifələri və prinsipləri Plan



Yüklə 126,25 Kb.
səhifə6/10
tarix24.12.2023
ölçüsü126,25 Kb.
#193668
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 2

Diaqnostik müayinə protokolları – cədvəl və ya sərbəst yazılmış şəkildə tərtib olunur. Bu sənəddə uşağın davranış reaksiyası və onun təzahürləri, emosional vəziyyətlərin dinami­kası, yol verilən səhvlər və yekun nəticələr qeyd olunur.
Psixi inkişaf xəritəsi – uşaq haqqında anket göstəriciləri, valideynləri və ailə üzvləri haqqında məlumat, ailənin məişət şəraiti, ailədə baş vermiş insan itkisi haqqında məlumatlar, uşağın həyatında yaşlıların rolu və təsi­ri, ailədaxili münsibətlərin tərzi, uşağın keçirdiyi xəs­təliklər, xəsarət və əməliyyatlar və s. kimi amillər təhlil edilir.
3. Təşkilati – metodik sənədlər praktik psixoloqun peşə fəaliyyətinin təşkilini, planlaşdırılması və metodik təminatım nəzərdə tutur. Təşkilati-metodik sənədlər blokuna daxildir:

  1. Praktik psixoloqun təhsil müəssisəsində iş vaxtının xronometrajı;

  2. Praktik psixoloqun iş qrafiki;

  3. Praktik psixoloqun illik iş planı;

  4. Praktik psixoloqun aylıq iş planı;

  5. Psixoloji sorğu blankları və jurnal;

  6. Praktik psixoloqun illik yekun hesabatı.

Xronometraj müxtəlif psixoloji fəaliyyət növlərinin vaxt və prosedurunun reqlamentə görə mərhələli bölünməsidir. Qrafik isə praktik psixoloqun peşə fəaliyyətinin həftə və gün ərzində bölünməsinin təsviridir. Təhsil sahəsində çalışan praktik psixoloqun aylıq iş vaxt norması orta hesabla 144 saat müəy­yən edilmişdir ki, bu da həftədə orta hesabla 36 saat deməkdir. Onlardan həftədə 12 saat metodiki məqsədlə­rə xidmət etməlidir.
İş qrafiki psixoloqun iş həftəsi və iş günü ərzində həyata keçirdiyi tədbirlərin növlərə və formalara görə bölgüsüdür. Psixoloq həftənin 5 günü üçün öz işini qrafik şəklində planlaşdırır. Buna xronometraj da deyilir.
İş qrafiki həftə üzrə 36 saat üçün nəzərdə tutulur. Onun 16 saatı bilavasitə psixoloji xidmət üçün nəzərdə tutulan profilaktika, diaqnostika, korreksiya, konsultasiya və s. tədbirlər üçün ayrılır. Qalan 18 saat ərzində görüləcək işlərin planlaşdırılmasına, prosedurun hazırlanmasına və nəticələrin işlənilməsinə həsr edilir. Həftənin 1 günü psixoloqa metodiki gün üçün ayrılır. Həmin gün o, kitabxana, sərgi, seminar, iş təcrübəsi ilə tanışlıq və s. kimi ixtisasartırma işlərinə həsr edir. Psixoloqun məktəbdəki fəaliyyəti 2 illik (perspektiv) və cari (diferensial) planlarda öz əksini tapır. Cari planda öz növbəsində aylıq və həftəlik planlara bölünür.
İllik iş planı (peşə fəaliyyətinin strategiyası) – praktik psixoloqun məktəbdəki fəaliyyətinin məqsəd və vəzifələrini müəyyən edən əsas sənəddir. Bu plan iyul-avqust ayla­rında tərtib olunur, məktəb rəhbərliyi ilə razılaşdırıldıqdan son­ra Pedaqoji Şurada təsdiqlənir. Psixoloqun həyata keçirəcəyi işlərin strategiyaları, məqsəd və vəzifələri, vaxtı, müddəti, istiqamətləri, istinad edilən metodologiyalar, mənbə və ədəbiyyatlar perspektiv planda göstəri­lir.
İş planı mətn, qrafik, cədvəldən istifadə edilərək tərtib edilir. Planın müxtəlif sxemləri vardır. Psixoloq həmin sxemlə­rin istənilən nümunəsindən istifadə edə, yaxud müstəqil sxem tərtib edə bilər.Diferensial aylıq iş planı praktik psixoloqun ayrı-ayrı fəaliyyət sahəsində işinin konkret məzmununu əks etdirən, rüblük planlarda müvafiq ay üçün nəzərdə tutulmuş işlərin nizamlanması aparılan sənəddir. Burada həmçinin, əvvəlki ay üçün planlaşdırılmış, lakin hansısa səbəbdən icra edilməmiş işlərin təkrar planlaşdırılması da aparıla bilər. Bu zaman psixoloq cari ayın planına daxil edi­ləcək işlərin qrafikini bir qədər sıxlaşdırmalı olur. Dəyişiklik­lər iş planlarının “qeyd” bölməsində açıqlanır.
Aylıq planlara məktəbdə hansısa səbəbdən yaranmış problemli situasiyaların həlli ilə bağlı plandankənar işlər də da­xil edilir. Aylıq plan psixoloqun perspektiv və rüblük iş planından çıxarış olduğundan onun rəs­mi qaydada təsdiqinə ehtiyac qalmır.
Psixoloji sorğu jurnalı – bu və ya digər şəxsə münasi­bətdə psixoloji müdaxilənin zəruriliyini qeydə almaq məqsədi­nə xidmət edən sənəddir. Psixo­loji sorğulara uşaq və yeniyetmələrlə ünsiyyətdə olan valideynlər, müəllimlər, hüquqşünaslar və təhsil müəssisə­sinin rəhbərliyi də daxil ola bilər.
Yekun hesabat – praktik psixoloqun illik iş planında nəzərdə tutduğu və onun icra etdiyi tədbirlərin nəticələrinin məcmusudur. Hesabat planlaşdırılmış psixoloji tədbirlərin ayrı – ayrı istiqamətlər üzrə icrasının nə dərəcədə təmin olunmasına aydınlıq gətirir. İcra olunmamış bu və ya digər tədbir haqqında onun yerinə yetirilməməsi səbəbi göstərilir. Gizli xarakter daşıyan məlumatlar peşə sirri kimi gizli saxlanılır və hesabata daxil edilmir.

6. Praktik psixoloqun fəaliyyətinin etik prinsipləri.
Praktik psixoloqun fəaliyyətinə verilən əsas tələblər ilk dəfə olaraq 1963-cü ildə Amerika Psixoloqlar Assosiasiyası tərəfindən 19 prinsip şəklində müəyyənləşdirilmiş, 1965 və 1972-ci illərdə həmin prinsiplərə müəyyən dəyişikliklər edil­mişdir.
Psixoloqun fəaliyyətində aşağıdakı etik prinsiplər əsas götürülməlidir:


  1. Yüklə 126,25 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin