Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı



Yüklə 69,17 Kb.
səhifə24/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   20   21   22   23   24   25   26   27   ...   52
Mövzu 12.

Pedaqoji mərifət. Bu cür qabiliyyət müəlli­min öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret şəraiti nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni müəyyənləşdirə bilmə­sində təzahür edir. Pedaqoji mərifətdə şagirdə qarşı hörmət və tələbkarlıq bacarıqla birləşdi­rilir. (Pedaqoji mərifət barədə aşağıda pedaqoji ünsiyyətdən danışarkən geniş bəhs olunmuşdur).

Pedaqoji təxəyyül. Şagirdlərlə daima ünsiy­yətdə olan müəllim öz təlim və tərbiyə işinin nəti­cəsini qabaqcadan görməyi, təsəvvür etməyi bacarma­lıdır. Burada pedaqoji təxəyyül mühüm rol oynayır. Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllə­rinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdir­məyin mümkün olduğunu görür.

Diqqəti paylaya bilmək qabiliyyəti. Bu cür qabiliy­yətə malik olan müəllim öz diqqətini iki və daha artıq fəaliyyət və ya obyekt üzərinə paylaya bilir. Bu cür müəllim materialı necə şərh etdiyini, şagirdlərin cavabını necə dinlədiyini izləməklə nəzər diqqətini bütün şagirdlərin üzərinə yönəldə bilir, yorğunluq, diqqətsizlik, anlamamaq, intizamın pozulması hallarına öz münasibətini bildirmək və nəhayət, öz davranış tərzini (poza, jest, yeriş və s.) izləyir.

Pedaqoji refleksiya. Bu cür qabiliyyətə malik olan müəllim öz vəziyyətini dərk etməyi bacarır, müəyyən pedaqoji şəraitdə nəzarət, qiymətləndirmə, tənzim və təkmil­ləşdirmə məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətinin məqsəd və vəzifə­ləri ilə əldə olun­muş nəticəni qarşılaşdıra, müqayisə edə bilir.



Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin