Mövzu №12. Ali məktəb müəllimlərinin iş spesifikası Qısa icmalı


Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri haqqında



Yüklə 69,17 Kb.
səhifə25/52
tarix11.01.2022
ölçüsü69,17 Kb.
#51169
1   ...   21   22   23   24   25   26   27   28   ...   52
Mövzu 12.

Pedaqoji ünsiyyətin psixoloji mexanizmləri haqqında



Pedaqoji ünsiyyətin ümumi xarakteristikası. Peda­qo­ji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində həyata keçirdiyi peşə ünsiyyə­tidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait yaradılma­sına yönəlmiş olur, kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və səmərəli psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin pedaqoji ünsiyyətin mahiyyəti, onun sosial-psixoloji mexanizmləri ilə dərindən tanış olması və şagird­lərlə birgə fəaliyyəti zamanı ondan lazımi şəkildə istifadə etməsi zəruridir.

Pedaqoji ünsiyyət ümumiyyətlə ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks etdirir. Ona görə də birinci növbədə həmin cəhətləri nəzərdən keçirək.

Sosial-psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə sıx bağlı olan üç cəhəti qeyd edilir. Bu cəhətlərin hər biri pedaqoji ünsiyyətə də aiddir.

Pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifə­lərə görə onun aşağıdakı növlərini ayırmaq müm­kündür: informasiya mübadiləsi, başqa adamın davra­nışını tənzim etmək, şəxsiyyətlərarası anlama. Tərəfmüqabilliyin xarakterinə və müəllimin ünsiy­yətdəki mövqeyinə görə də pedaqoji ünsiy­yətin növlə­rini müəyyənləşdirmək mümkündür. Adətən, şagird­lərlə və müəllimlərlə valideynlərlə ünsiyyət zamanı müəllim qiymətləndirən rolunda, direktorla, dərs hissə müdiri ilə, metodistlə, inspektorla pedaqoji ünsiyyət zamanı isə qiymətləndirilən rolunda çıxış edir və buna müvafiq olaraq ünsiyyət vasitəsi də dəyişilir. Pedaqoji ünsiyyəti öz məzmununa və müəllimin şagirdə müraciət tərzinə görə də növlərə ayırmaq mümkündür. Bunlara təşkiledici, qiymət­lən­dirici, intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar.

Pedaqoji ünsiyyətin hansı növündən istifadə edilmə­sindən asılı olmayaraq müəllimin şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil olunmadan pedaqoji fəaliyyətin didaktik və tərbi­yəvi vəzifələrini lazımi şəkildə həyata keçirmək mümkün deyildir.

Pedaqoji ünsiyyət müxtəlif məqsədlər daşıya bilər: fərdi-idraki (nə isə yeni bir şeyi öyrənmək, təlimat almaq), emosional (qiymətləndirmək, münasi­bəti bildirmək, təəs­süratı bölüşmək). Pedaqoji ünsiyyət zamanı məqsəd sadəcə olaraq elə ünsiyyətə girişmək, ünsiyyət saxlamaqdan da ibarət ola bilər (məsələn, kiminləsə birgə olmaq, söhbət etmək). Bu cəhət şagirdlərin ünsiyyət fəaliyyətində özünü aydın şəkildə göstərir. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilər üçün müəllim və yoldaşları ilə ünsiyyət xatirinə ünsiyyətə girmək xarakterik haldır. Onlarda ünsiy­yət kifayət dərəcədə seçici xarakter daşımır. Kiçik məktəblilər heç də həmişə ünsiyyətlərinin məqsədini dərk edə bilmir­lər. Yuxarı siniflərə keçdikcə şagirdlərin ünsiyyə­tində seçicilik müşahidə olunmağa başlayır.

Pedaqoji ünsiyyətin məzmununa gəldikdə, bunu ünsiy­yət prosesində müəllim və şagirdin bir-birilə infor­masiya mübadiləsi təşkil edir. Ünsiyyətin məz­munu təlim prosesində müəllimin qarşıya qoyduğu məqsədlə müəyyən edilir. Ünsiyyət vahid məqsədə yönəlmədən, vahid məqsəd güdmədən səmərəli nəticə verməyəcəkdir.

Pedaqoji ünsiyyətin səmərəliliyi onun motiv­lərindən də asılıdır. Motivin düzgünlüyü və dərk edilmiş xarakter daşıması pedaqoji ünsiyyətin gedişini şərtləndirir.

Pedaqoji ünsiyyət, şübhəsiz tətbiq olunan vasitələrin səmərəliliyindən də asılı olur. O vasi­tələr elə seçilməlidir ki, ünsiyyətin məqsədini həyata keçirməyə imkan verməklə yanaşı, qarşılıqlı münasibətin və təsirin səmərəliliyini təmin etsin, fikir mübadiləsinə və qarşılıqlı anlamaya şərait yaratsın.

Nəhayət, pedaqoji ünsiyyət müvafiq normalar çərçi­və­sində getməlidir. Müəyyən normaların gözlə­nilməməsi bir növ pedaqoji ünsiyyətin səmərəlili­yini itirir və ünsiyyət istənilən nəticəni vermir.




Yüklə 69,17 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin