7
-mərkəzləşdirilmiş – mərkəzləşdirilmiş qaydada həyata
keçirilən tədbirlərin
maliyyələşdirilməsi üçün nazirlik və baş idarələr tərəfindən tərtib olunur(
avadanlıqların alınması, tikinti, təmir işləri və s.)
- icmal – burada həm fərdi və həm də mərkəzləşdirilmiş tədbirlərin smetaları
birləşdirilir, yəni bütövlükdə nazirlik və ya baş idarələri icmal smetası tərtib
olunur.
Büdcə təşkilatlarının smetasında aşağıdakılar əks olunur:
1. Təşkilatın rekvizitləri ( onun adı, maliyyələşdirən büdcə, smetanı təsdiq edən
şəxsin imzası, təşkilatın möhürü və s. )
2. İcmal xərclər( əmək haqqının fondu, əmək haqqına üstəlik, material xərcləri,
istehsal və
sosial inkişaf fondu, maddi həvəsləndirmə və digər fondlar)
3. İcmal gəlirlər(
büdcədən maliyyələşdirmə,
əhaliyə əlavə pullu xidmət ,
təşkilatlara müqavilə əsasında xidmət göstərilməsi, digər daxilolmalar)
4. Təşkilatların istehsal- xidmət göstəriciləri.
5. Xərclərin və gəlirlərin hesablanması və əsaslandırılması.
Büdcə təşkilatlarının təsdiq olunmuş smetası onların saxlanması üçün
büdcədən ayrılan
vəsaitin illik məbləğini, rüblük
bölgüsünü və məqsədli
təyinatını göstərən plan maliyyə sənədidir.
Büdcə təşkilatlarının smetalarının tərtibi aşağıdakı
məsələlərin həllinə imkan
verir:
- büdcə təşkilatlarının dövlət maliyyələşdirilməsi ilə təmin edilməsi;
- nəzərdə tutulan layihə xərclərinin təhlili və vəsaitlərinin istifadəsi haqqında
hesabatlar;
- vəsaitlərin səmərəli və qənaətlə xərclənməsinə nəzarət.
Büdcə planlaşdırılmasının və büdcə təşkilatlarının maliyyə təminatının
təkmilləşdirilməsinə dövlət və yerli büdcələrin
minimal dövlət sosial
standartları sosial və maliyyə normalarına keçilməsi təmin etməlidir.
Büdcə prosesinin tərkib hissəsi olmaqla büdcə planlaşdırılması
maliyyəsi
alimlərin və təcrübəli mütəxəssislərin daim diqqət mərkəzindədir.
Dostları ilə paylaş: