9
- “ Netto büdcə” sistemi üzrə maliyyələşdirmə.
Pul vəsaitlərinin təqdim
edilməsinin bu üsulu onunla xarakterizə edilir ki, büdcə təxsisatı təsdiq edilmiş
büdcədə nəzərdə tutulmuş məqsədlərə ayrılır.
- “ Brutto büdcə” sistemi üzrə maliyyələşdirmə. Bu sistem tamamilə büdcə
maliyyələşdirməsində olan müəssisə və təşkilatlar üçün tətbiq edilir. Bu halda
büdcə təxsisatı
büdcə xərclərə, yəni istər cari istərsə də büdcə təşkilatlarının
genişləndirilməsi ilə əlaqədar məqsədlərə ayrılır.
Büdcə vəsaitinin məqsədli istifadəsi baxımından iqtisadiyyatın inkişafı üçün
kapital qoyuluşunun maliyyələşdirilməsi xərcləri daha böyük əhəmiyyət kəsb
edir. Kapital qoyuluşunun maliyyələşdirilməsi
istehsal və qeyri- istehsal
təyinatlı yeni əsas fondlarının yaradılması və fəaliyyətdə olan fondların
genişləndirilməsinə pul vəsaitinin verilməsidir.
KitabYurdu.az
85
Mövzu 8: Maddi və qeyri- maddi istehsal sahələrinin xərclərinin
maliyyələşdirilməsi.
1. Müəssisələrin büdcə ilə əlaqələrinin xüsusiyyətləri.
2.Maddi
istehsal sferasında olan müəssiələrin xərcləri və onların
maliyyələşdirilməsi mənbələri.
3. Gəlirlər və xərclər balansı,onun hissələri.
4. İstehsalın inkişafına büdcə xərcləri. Real investisiyalar.
5. Dövlətin investisiya strategiyası və büdcənin rolu.
6.Sosial infrastrukturanın saxlanmasına sərf edilən xərclər. Vətəndaşların
Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş hüquqlarının
təmin edilməsi xərclərinin maliyyələşdirilməsi.
7. Mənzil- kommunal təsərrüfatının maliyyələşdirilməsi.
Ədəbiyyat
1. Azərbaycan Respublikasının 2009- 2013 – cü illərdə sosial-iqtisadi inkişafı
dövlət proqramı.
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu 2002.
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2011.
4. Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 2003.
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007.
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010.
6. Z.Vəliyev .Büdcə.bakı 2010.
Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın
bütün sahələrində
aparılan islahatlar ölkə ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayı
və tərkibinə təsir göstərmiş, yeni müəssisə və təşkilatlar yaranmış,
dövlət
mülkiyyətində olan müəssisələrin bir hissəsi xüsusi bölməyə keçmiş,
bir hissəsi
ləğv olmuş, onların strukturunda dəyişiliklər baş vermişdir. Bir sıra xırda
müəssisələr birləşmiş dövlət reyestrində olan müəssisələrin sayı ümumilikdə
artmışdır. Müəssisələrin ümumi sayında qeyri- dövlət müəssisələrinin xüsusi çəkisi
72,4% təşkil etmişdir. Burada əsas yeri 93,2% xüsusi mülkiyyətli kiçik müəssisələr
təşkil edir.
Dostları ilə paylaş: