Mövzu-1 “AZƏrbaycan multikulturaliZMİ” FƏNNİNİn predmeti, metodlari, funksiyalari və


Multikulturalizmin zəif və güclü formaları



Yüklə 41,96 Kb.
səhifə6/24
tarix02.01.2022
ölçüsü41,96 Kb.
#39079
1   2   3   4   5   6   7   8   9   ...   24
Mövzu-1

Multikulturalizmin zəif və güclü formaları

Ədəbiyyatda multikulturalizmin zəif və güclü formalarının olmasına

dair fikirlər mövcuddur. Multikulturalizmin bu formaları arasında

mühüm fərqli cəhətlər vardır. London İqtisadiyyat Məktəbinin

professoru Çandran Kukatasın fikrincə, cəmiyyətdə mövcud olan etnik-

mədəni müxtəlifliyə münasibətdə multikulturalizmin zəif və güclü

formaları özünü göstərir.

Multikulturalizmin zəif forması etnik-milli azlıqlara öz etnikmədəni

dəyərlərini qorumaq üçün imkan yaradır. Lakin azlıqlar öz imkanları

ilə etnik-mədəni dəyərlərini qorumaq iqtidarında olmadıqlarına

görə yaranmış situasiyada cəmiyyətdəki hakim etnik-mədəni dəyərlərin

qəbul edilməsini ən optimal çıxış yolu kimi dəyərləndirirlər. Başqa

sözlə desək, onlar elə bir vəziyyətə düşürlər ki, onlara bilərəkdən, xarici

təzyiq olmadan, öz istəkləri ilə titul xalqın etnik-mədəni dəyərlərini

qəbul etmək sərf edir. Öz mədəni kimliyini, etnik-mədəni dəyərlərini

qorumaq isə çətin olur. Mövcud vəziyyətdə azlıqların başqa çıxış

yolu olmadığına görə, onlar könüllü şəkildə etnik-mədəni dəyərlərini

qorumaq fikrindən tamamilə də olmasa müəyyən dərəcədə əl çəkirlər

və bununla da yaşadıqları cəmiyyətə inteqrasiya olunmağı praktiki cəhətdən

daha əlverişli hesab edirlər. Məsələn, multikulturalizmin zəif

forması çoxmillətli Sovet İttifaqında müşahidə olunurdu. SSRİ-nin

tərkibində olan bütün qeyri-rus ittifaq respublikalarının ərazilərində öz

dillərini, ədəbiyyatlarını, mədəniyyətlərini qorumağa və inkişaf etdirməyə

geniş imkanları olsa da, onlar daha çox rus xalqının etnik-mədəni

dəyərlərini, tarixini öyrənməyə, rus dilində təhsil almağa üstünlük

verirdilər. Çünki bu, onlara şəxsi karyeralarını qurmaqda, yaşadıqları

cəmiyyətin bütün sahələrində nailiyyətlər əldə etməkdə kömək edirdi.

Müasir dövrdə təxminən oxşar vəziyyət bəzi Qərb ölkələrində

(ABŞ, Kanada, Niderland, Böyük Britaniya, Avstriya və b.) müşahidə

olunur. Bu ölkələrdə yaşayan milli azlıqların nümayəndələrinə, onların

etnik-mədəni dəyərlərinə münasibətdə tolerantlıq nümayiş etdirilir.

Belə bir münasibətin nəticəsində milli azlıqların nümayəndələrinə yaşadıqları

Qərb dövlətlərində öz adət-ənənələrini qorumaq, ana dillərində

qəzet və jurnal çıxarmaq, hətta ana dilində məktəb açmaq hüquqları

verilmişdir. Professor Çandran Kukatasın qeyd etdiyi kimi, bu dövlətlərdə

liberalizmə yaxud liberal dəyərlərə hətta uyğun gəlməyən müxtəlif

mədəniyyətlərin yaxud adət-ənənələrin olmasına dözümlülük nümayiş

etdirilir. Onun fikrincə, klassik liberal cəmiyyət qeyri-liberal

elementləri ehtiva edə bilər. Liberal cəmiyyətlərin milli azlıqların nümayəndələrinə

nümayiş etdirdiyi tolerantlıq azlıqların etnik-mədəni

dəyərlərini nə assimilyasiya edir, nə də ki, onu təcrid edir. Lakin Qərb

dövlətlərində milli azlıqların nümayəndələrinə və onların etnik-mədəni

dəyərlərinə münasibətdə bu cür dözümlüyün nümayiş etdirilməsinə

baxmayaraq, onlar yaşadıqları cəmiyyətdəki mövcud imkanlardan

bəhrələnmək üçün titul etnosun etnik-mədəni dəyərlərini öyrənməklə,

onun dilini, müəyyən adət-ənənələrini mənimsəməklə həmin cəmiyyətə

inteqrasiya olunmağı daha vacib hesab edirlər. Çünki bu yolla onlar

yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmək imkanı

qazanırlar. Buna görə də milli azlıqların nümayəndələri bir sıra Qərb

dövlətlərində mövcud olan multikulturalizmin zəif formasının yaratdığı

imkanlardan könüllü şəkildə imtina edirlər.

Multikulturalizmin zəif formasından fərqli olaraq onun güclü



forması milli azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün

azadlıq verməklə yanaşı, onların yaşadıqları cəmiyyətin bütün sahələrində

fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasını tələb

edir. Multikulturalizmin güclü forması cəmiyyətdəki etnik-mədəni

müxtəlifliyə münasibətdə dözümlülüyün nümayiş etdirilməsi ilə kifayətlənmir.

O, bu müxtəlifliyin dövlət tərəfindən qorunmasını və inkişaf

etdirilməsini, onun maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini

vacib hesab edir. Bununla əlaqədar multikulturalizmin tanınmış

tədqiqatçılarından olan kanadalı professor Vil Kimlika göstərir ki,

dövlət onun ərazisində yaşayan bütün etnik, dini və irqi qrupların hüquqlarını

tanımalı və onların mədəniyyətlərinin qorunması istiqamətində

xüsusi proqramlar təklif etməlidir. Onun fikrincə, dövlətin bu

müdaxiləsi azlıqların mədəni müstəqilliklərinin saxlanılmasına kömək

edəcəkdir. Bununla belə Kimlika hesab edir ki, milli azlıqlar yaşadıqları

cəmiyyətin qanunlarına hörmətlə yanaşmalıdırlar.

Multikulturalizmin qeyd olunan formalarının hər biri liberalizm



nəzəriyyəsinə əsaslanır. Lakin professor Çandran Kukatasın qeyd etdiyi

kimi, cəmiyyətdəki milli münasibətlərin tənzimlənməsinə dövlətin

müdaxiləsini qəbul etməyən zəif multikulturalizm klassik liberalizmə

əsaslanırsa, qeyd olunan münasibətlərin tənzimlənməsinə dövlətin fəal

müdaxiləsini vacib hesab edən güclü multikulturalizm müasir liberalizmə

əsaslanır.




Yüklə 41,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin