Mövzu-1 “AZƏrbaycan multikulturaliZMİ” FƏNNİNİn predmeti, metodlari, funksiyalari və


Assimilyasiya, izolyasiya və multikulturalizm



Yüklə 41,96 Kb.
səhifə5/24
tarix02.01.2022
ölçüsü41,96 Kb.
#39079
1   2   3   4   5   6   7   8   9   ...   24
Mövzu-1

Assimilyasiya, izolyasiya və multikulturalizm

Yuxarıda qeyd olunan faktorlar nəticəsində formalaşan multikultural

cəmiyyət daha sonra dövlət tərəfindən idarə olunmalıdır.

Daha konkret desək, qeyd olunan faktorlar nəticəsində yaranan etnikmədəni

müxtəlifliklər tənzimlənməlidir. Belə ki, bu müxtəlifliklər

dövlət tərəfindən düzgün tənzimlənmədikdə cəmiyyətin inkişafının

müxtəlif sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır.

Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi hər bir çoxmədəniyyətli

dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edən bir

məsələdir.

Qeyd etdiyimiz kimi, multikulturalizm etnik, irqi, dini və mədəni

müxtəlifliklərlə bağlı dövlətin üzləşdiyi problemlərin həll edilməsinin

mümkün siyasət modellərindən biridir. Bir siyasət modeli kimi

multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir.

Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik,

irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri

əsasən iki siyasət modeli, assimilyasiya və ya izolyasiya vasitəsilə

tənzimləməyə çalışıblar:



Assimilyasiya siyasəti milli azlıqların mədəni-etnik dəyərlərini

titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi,

dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur.

İzolyasiya siyasəti isə milli azlıqların mədəni-etnik dəyərlərinin

titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını

almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.

İzolyasiya siyasəti 2 formada özünü büruzə verir: 1. O, milli

azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə

artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına

mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət

aparteid adlanır.

Aparteid (afrikaans dilindən tərcümədə “ayrılıq”, “ayrılıqda yaşamaq”

mənasını verir) Cənubi Afrika Respublikasında 1948-1994-ci


( Qeyd: Titul etnos dedikdə bu və ya digər ölkə ərazisində siyasi, iqtisadi və mədəni

sahələrdə hakim mövqeyə malik olan və əksər hallarda əhalinin çoxluğunu təşkil

edən etnos nəzərdə tutulur. Bir qayda olaraq, dövlət təhsil sisteminin əsasını bu etnosun dili və mədəniyyəti təşkil edir.)

illərdə tətbiq olunan siyasətdir. Aparteid siyasəti qeyd olunan dövr ərzində

hakimiyyətdə olan Milli partiya tərəfindən aparılırdı. Bu siyasətin

əsasını irqi ayrı-seçkilik təşkil edirdi. Aparteid siyasəti ölkə əhalisini

4 irqi qrupa bölürdü: “qaralar”, “ağlar”, “rənglilər” və “hindlilər” .

1960-1983-cü illər ərzində 3,5 milyon qeyri-ağ əhali yaşadıqları yerlərdən

xüsusi zonalara (rezervasiyalara) köçürüldü. 1970-ci ildə ölkənin

qeyri-ağ əhalisi siyasi təmsilçilikdən məhrum olundu. Onların vətəndaş

hüquqları xeyli məhdudlaşdırıldı. Hakimiyyətdə olan irqçilər

ayrı-seçkiliyi həyatın bütün sahələrində tətbiq edirdilər. Qeyri-ağ əhali

üçün təhsil, səhiyyə, digər xidmət sahələri ayrılıqda fəaliyyət göstərirdi.

Məlum olduğu kimi, Cənubi Afrika Respublikasında aparteid sistemi

bu ölkənin ilk qaradərili prezidenti, Nobel Sülh mükafatı laureatı

Nelson Mandelanın rəhbərliyi altında 1994-ci ildə demokratik qüvvələrin

ümumi seçkilərdə qələbəsindən sonra ləğv edildi.

Tarixi hadisələrin gedişatı etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə

yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi.

Belə ki, müasir ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir

dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma,

mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlış

olduğu müəyyən olundu. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin

tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin

iflasa uğraması ötən əsrin 60-70-ci illərində əvvəlcə Kanadada, sonra

isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm

siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri olmuşdur.

Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə

yönələn bir siyasət kimi assimilyasiya siyasətindən

fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin

qarşısını almaqla, bu dəyərləri qorumaqla yanaşı, izolyasiya siyasətindən

fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərləri ilə titul

etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri

üçün lazımi şərait yaradır və milli azlıqların yaşadıqları cəmiyyətə

inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. Başqa sözlə desək,

multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərini nə assimilyasiyaya

uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin

inkişafından təcrid edir. Multikulturalizm titul etnos ilə milli

azlıqların etnik-mədəni dəyərlərinin inkişafına eyni şərait yaratmaqla

onların mədəniyyətlərinin qarşılıqlı təsiri üçün zəmin yaradır.




Yüklə 41,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin