Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə14/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

Sual 1.  

cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formalarının anlayışı 

Hakimiyyətlərin  bölgüsü  vahid  dövlət  hakimiyyətinin  hər  ″budağının″  yalnız 

funksional səlahiyyətlərinin müəyyənləşdirilməsini nəzərdə tutmur, o, həm də onların təcrübi 

fəaliyyətlərinə təsir göstərən müəyyən mexanizmlərlə təchizatını müəyyənləşdirir.  

 

  Dövlət  hakimiyyəti  müxtəlif  ictimai  münasibətlərdə  fəaliyyət  göstərməli,  özünü 



müvafiq surətdə biruzə verməlidir. Bu da onun hakimiyyət budaqlarına ″dinamik″  xarakter 

verən realizə (həyata keçirən) mexanizminin lazım olduğunu göstərir. 

       Dövlət  hakimiyyəti  öz-özünə  həyata  keçirilmir.  O,  daim  onun  məzmun  və 

istiqamətlərini  özündə  əks  etdirən,  onun  subyektləri  tərəfindən  (müvafiq  dövlət  orqanları 

tərəfindən)  həyata  keçirilən  müxtəlif  növ  konkret  hərəkətlərdə  ifadə  olunur.  Bu  şərti 

bütövlükdə  icra  hakimiyyətinə,  daha  dəqiq  desək,  onu  gündəlik  və  müxtəlif  formalarda 

həyata keçirən icra hakimiyyəti orqanlarının fəaliyyətinə tətbiq etmək olar. 

Göstərilənlər  spesifik  elmi-praktiki  kateqoriya  olan  –  dövlət  idarəetmə  fəaliyyətinin 

formalarını  (idarəetmə  formaları)  müəyyən  etməyə  imkan  yaradır.  Qüvvədə  olan 

qanunvericiliyə əsasən, göstərilən kateqoriya icra hakimiyyətinin realizəsinin formaları kimi 

qiymətləndirilə bilər. 

Bəs, icra hakimiyyətinin realizəsinin formaları dedikdə, nə başa düşülür? 

Ümumi elmi şərhə görə, ″forma″ belə planlı digər kateqoriya ilə, daha dəqiq desək isə, 

məzmun″la  üzvi  surətdə  bağlıdır.  Belə  aspektdə  ″forma″  dedikdə,  ″məzmun″un  ifadəsinin 



müxtəlif variantları başa düşülür.  cra hakimiyyətinə aid edildikdə isə, forma – onun dövləti-

hüquqi  məzmununun,  yəni  onun  vahid  dövlət  hakimiyyətinin  spesifik  budağını  xarakterizə 

edən  bütün  keyfiyyətlərinin,  ilk  növbədə,  hüquqi  keyfiyyətlərinin  ifadə  olunma  vasitəsidir. 

Bu, metodoloji planda düzgün, lakin müəyyən dərəcədə ümumi  bir mühakimədir.  ş ondadır 

ki, icra hakimiyyətinin məzmunu onun qarşısına qoyulmuş vəzifələrdə, onun subyektlərinin 

funksiyalarında  və  səlahiyyətlərində,  onun  subyektləri  tərəfindən  fəaliyyətlərində  istifadə 

etdikləri  metodlarda  açıqlanır.  Bütün  bunlar  icra  hakimiyyəti  sisteminin  nə  üçün  təşkil 

edilməsi,  bu  sistemin  və  onun  ayrı-ayrı  təbəqələrinin  idarəçilik  funksiyalarının  yerinə 

yetirilməsi  və  idarəçilik  vəzifələrinin  həlli,  yəni  dövlət-idarəçilik  fəaliyyətinin  həyata 

keçirilməsi üçün praktiki olaraq nə etmələri barədə təsəvvür yaradır. 

Bu zaman bu və ya digər icra hakimiyyəti orqanının təşkilati-hüquqi statusundan asılı 

olmayaraq, icra hakimiyyəti subyektlərinin əsas fəaliyyət istiqamətlərinə xas olan hərəkətlər 

nəzərdə  tutulur.  Bununla  da,  dövlət  idarəetmə  fəaliyyətinin  məzmununun  daha  dəqiq 

mənimsənilməsi  mümkün  olur.  Lakin  yalnız  bunun  təsdiqi  ilə  kifayətlənmək  olmaz.  Ona 

görə ki, aşağıdakı əhəmiyyətli bir hal da diqqəti cəlb etməyə bilməz. Hər bir icra hakimiyyəti 

orqanı  və  ya  onun  vəzifəli  şəxsi  ona  verilmiş  səlahiyyətlər  çərçivəsində  bu  və  ya  digər 

konkret  hallarda  müxtəlif  formada  fəaliyyət  göstərmək  hüququna  malikdir.  Belə  imkanın 

reallığa  çevrilməsi  mütləq  qaydada  onlar  tərəfindən  müəyyən  aktiv  hərəkətlərin  həyata 

keçirilməsini nəzərdə tutur (məsələn, qərarın qəbul edilməsi, vətəndaşın şikayətinə baxılması 

və  həll  edilməsi  və  s.).  Belə  hərəkətlər  dövlət  idarəetmə  funksiyalarının  məzmununu  ifadə 

edirlər, bu hərəkətlərdə idarəedən subyektin səlahiyyətləri realizə edilir.  

Bəs, onda onların törədilməsi nə deməkdir? Bu, hər şeydən əvvəl, onlara xarici ifadə 

olunma variantının verilməsidir. Yalnız, belə ifadə olunduqda, onlar idarəetmənin vəzifə və 

funksiyalarını yerinə yetirən işlək vasitə kimi real olurlar. 



 

126 


 

Lakin  icra  hakimiyyətinin  subyektləri  tərəfindən  törədilən  hərəkətlər  öz  xarakter  və 

təyinatına  görə  müxtəlifdir.  Deməli,  onların  xarici  ifadə  olunma  variantları  da  müxtəlif 

olmalıdır.  Bu  zaman,  yalnız  müvafiq  icra  hakimiyyətinin  subyekti  tərəfindən  idarəetmənin 

obyektinə  bilavasitə  nizamlayıcı  təsiri  əks  etdirən  ifadə  formaları  xüsusi  əhəmiyyət  kəsb 

edirlər. Başqa formada idarəetmənin məqsədinə, ümumiyyətlə, nail olmaq mümkün olmur. 

Digər tərəfdən, icra hakimiyyəti orqanları idarəetmə təsiri ilə bilavasitə bağlı olmayan 

bir  çox  başqa  hərəkətlər  də  həyata  keçirirlər.  Məsələn,  idarəetmə  təsirinin  effektivliyini 

təmin  edən  hərəkətlər,  idarəetmə  təsirinin  nəticələri  haqqında  məlumatların  toplanmasını 

(idarəetmə  qərarlarının  layihələrinin  hazırlanması,  qəbul  edilmişlərin  yerinə  yetirilməsini 

yoxlama      və s.) təmin edən tədbirlərdir. 

Müxtəlif  təyinatlı  hərəkətlərin  məcmusu  icra  hakimiyyəti  mexanizmində  daim 

hərəkət″ vəziyyəti yaradır, bu da ona praktiki surətdə özünün konstitusion təyinatını həyata 



keçirməyə imkan verir. 

Bu  hərəkətlərin  xarici  ifadəsi  müxtəlif  formada  həyata  keçirilir.  Əgər  icra 

hakimiyyətinin  subyekti  bilavasitə  idarəetmənin  təsiretmə  funksiyalarını  yerinə  yetirirsə, 

onun bu növ hərəkətləri öz xarici ifadəsini daim öz aparatından ″kənarda″ tapır, yəni onun 

idarəetmə obyektləri ilə qarşılıqlı əlaqəsində (məs.: aşağı orqanlarla, vətəndaşlarla və s.). 

Ə

gər onun hərəkətləri belə növ təsiretməni həyata keçirmirsə, onlarda  müvafiq xarici 



ifadə  forması  olmalıdır,  yəni,  bir  qayda  olaraq,  ″təşkilatdaxili″  və  yaxud  ″aparatdaxili″ 

münasibətlərə xarici ifadə formasını almalıdırlar. Lakin onlar da öz təyinatına görə müxtəlif 

cür  olurlar.  Belə  ki,  onların  sırasına      təşkilatın  marağı  naminə  gündəlik  olaraq  həyata 

keçirilən  və  həmin  orqanın  iş  qaydasını,  yəni  həmin  orqanın  heyətinin  və  bütün  struktur 

bölmələrinin normal qarşılıqlı əlaqələrini təmin edən idarəetmə hərəkətləri aiddirlər. Faktiki 

olaraq  bu  hərəkətlər  icra  orqanının  rəhbəri  tərəfindən  həyata  keçirilən  hərəkətlərdir  (məs.: 

təlimatlandırma, iclasların keçirilməsi və s.). 

darəetmə hərəkətlərinin zahirən ifadə olunan nəticələri də böyük əhəmiyyət kəsb edir. 

Bir  halda  onlar  birbaşa  hüquq  xarakterli  nəticələr  yaradır,  digər  hallarda  isə  belə  nəticələr 

yaranmır. 

Aydındır  ki,  birinci  halda  bilavasitə  idarəetmə  təsirini  həyata  keçirən  hərəkətlər 

nəzərdə tutulur (aparatdaxili və  aparatdankənar). 

Beləliklə,  idarəetmə  formalarından  danışarkən  nəzərə  almaq  lazımdır  ki,  onlar 

aşağıdakı formalarda çıxış edə bilər: 

  icra hakimiyyətinin realizəsi formasında; 



  dövlət idarəetmə fəaliyyəti formasında. 

cra  hakimiyyətinin  fəaliyyəti  mexanizmində  əsas  başlıca  əhəmiyyət  birincilər  kəsb 

edir, çünki onlar xarici-hüquqi təsiri ifadə edirlər. Onlarda faktiki olaraq icra hakimiyyətinin 

özü öz atributları ilə birlikdə zahirən ifadə olunur. Bu, həqiqi mənada idarəetmə formasıdır. 

Dövlət idarəetmə fəaliyyəti formalarını isə geniş mənada başa düşmək lazımdır, yəni 

icra  hakimiyyəti  orqanlarının  fəaliyyəti  prosesində  həyata  keçirilən  bütün  hərəkətlərin 

məcmusunu (birbaşa hüquqi təsiretmə xarakteri daşıyan və belə təsiri daşımayan hərəkətləri) 

daxil  etmək  lazımdır.  Onlar  da  ümumi  kateqoriya  kimi  öz  tərkibinə  icra  hakimiyyətinin 

həyata  keçirilməsi  formalarını  daxil  edirlər.  Lakin  onlar  qısa  mənada  da,  yəni  icra 

hakimiyyəti  orqanları  tərəfindən  idarəetmə  təsiri  çərçivəsindən  kənarda  qalan  hərəkətlərin 

məcmusu kimi də başa düşülə bilərlər. 



 

127 


 

Burada  növbəti  metodoloji  və  faktiki  fikir  üzə  çıxır:  belə  ki,  dövlət  idarəetmə 

fəaliyyətində  həyata  keçirilən  hərəkətlərin  heç  də  hamısı  icra  hakimiyyətinin  vəzifə  və 

funksiyalarını  əks  etdirmir,  idarəetmə  xarakterli  bir  çox  hərəkətlər  ″özünü  təşkiletmə″ 

maraqlarına xidmət edir. 

Şə

rh  edilənləri  ümumiləşdirərək,  belə  nəticəyə  gəlmək  olar  ki,  idarəetmə  forması 



dedikdə  –  icra  orqanın  (vəzifəli  şəxsin)  səlahiyyətləri  çərçivəsində  həyata  keçirilən  və 

müəyyən nəticələr yaradan  zahirən ifadə olunan hərəkətlər başa düşülür. 

Ə

gər belə növ idarəetmə hərəkətləri hüquq xarakterli nəticələr  yaradırlarsa və yaxud 



da  müəyyən  hüquqi  əhəmiyyət  kəsb  edirlərsə,  onları  bütövlükdə  icra  hakimiyyətinin 

realizəsinin inzibati-hüquqi formaları kimi qeyd etmək olar. 

 

Beləliklə,  icra  hakimiyyətinin  realizəsinin  inzibati-hüquqi  forması  dedikdə  icra 



hakimiyyəti  orqanının  (vəzifəli  şəxsin)  öz  səlahiyyətləri  çərçivəsində  həyata  keçirdiyi  və 

müəyyən  hüquqi  nəticələr  yaradan  və  yaxud  da  müəyyən  hüquqi  əhəmiyyət  kəsb  edən 

zahirən ifadə olunan hərəkətlər başa düşülür. 

 

cra  hakimiyyətinin  realizəsinin  inzibati-hüquqi  formalarının  mahiyyəti  ondan 



ibarətdir ki, onların vasitəsilə icra hakimiyyəti orqanları: 

  idarəetmənin  vəzifə və funksiyalarının həyata keçirilməsini; 



  qanunlar əsasında və onların icra edilməsi məqsədi ilə təsərrüfat, sosial-mədəni və 

inzibati-siyasi sahəyə bilavasitə rəhbərliyi təşkil edirlər. 

Birinci suala yekun olaraq bir daha qeyd etmək istərdim ki: 

1.

  cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi forması dedikdə – icra hakimiyyəti 



orqanın (vəzifəli şəxsin) öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi və müəyyən hüquqi 

nəticələr  yaradan  və  yaxud  da  müəyyən  hüquqi  əhəmiyyət  kəsb  edən  zahirən  ifadə  olunan 

hərəkətlər başa düşülür. 

2.

  cra  hakimiyyətinin  realizəsinin  inzibati-hüquqi  formalarının  mahiyyəti 



aşağıdakılardan ibarətdir: 

  idarəetmənin  vəzifə və funksiyalarının həyata keçirilməsi; 



  qanunların icrası; 

  sosial-siyasi, sosial-mədəni və iqtisadi sahələrdə idarəetmənin həyata keçirilməsi. 



 

Sual 2.  

cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formalarının  

təsnifatı və növləri 

darəetmə  fəaliyyətinin  formaları  müxtəlifdir.  Müxtəlif  şəraitdə  bu  və  ya  digər 

idarəetmə  formalarının  seçilməsi  bir  çox  hallardan  asılıdır.  Məsələn,  onun  seçilməsinə 

aşağıdakı hallar təsir göstərir: 

  orqanın (vəzifəli şəxsin) səlahiyyətlərinin xarakteri; 



  idarəetmə təsirinə məruz qalan obyektin xüsusiyyətləri (mülkiyyət forması, onun 

idarəedilməsi üsulu və s.); 

  idarəetmənin məqsədləri; 



  həll edilən məsələlərin xarakteri; 

  baş vermiş nəticələrin xarakteri və s. 



Müvafiq  idarəetmə  formalarının  seçilməsi  konkret  idarəetmə  şəraiti,  effektivlik  və 

məqsədəuyğunluq  tələbləri  nəzərə  alınmaqla  aparılmalıdır.  darəetmə  fəaliyyətinin  konkret 



 

128 


 

formasının növü dövlət idarəetmə orqanlarının üzərinə düşən funksiyaların həyata keçirildiyi 

zaman yerinə yetirilən hərəkətlərin xarakteri ilə müəyyən edilir. 

Bəzi  hallarda  bu  hərəkətlər  hüquqi  nəticələr  yaradır,  digər  hallarda  isə  yox  (məs.: 

kütləvi-təşkilati iş). 

Buna  müvafiq  olaraq  dövlət  idarəetmə  orqanlarının  fəaliyyəti  aşağıdakı  formalarda 

özünü biruzə verir: 

  hüquqi forma; 



  qeyri-hüquqi forma. 



darəetmə fəaliyyətinin hüquqi formaları 

darəetmənin hüquqi formasının xarakterik cəhəti ondan ibarətdir ki, burada idarəetmə 

orqanlarının və onların vəzifəli şəxslərinin dövlət hakimiyyəti, icraedici-sərəncam verici və 

qanunqüvvəli  xarakterli  səlahiyyətləri  daha  çox  aydın  surətdə  ifadə  olunur.  Onlar  arasında 

fərq,  bir  qayda  olaraq,  onların  törətdikləri  nəticələrin  xarakterinə  görə  qoyulur.  Hüquqi 

formalar  öz  ardınca  daimi  dəqiq  ifadə  olunmuş  hüquqi  nəticələr  yaradırlar,  buna  görə  də 

onlar    idarəetmənin  inzibati-hüquqi  forması  kimi  göstərilməsinə  maksimum  dərəcədə 

yaxındırlar.  Bu,  icra  hakimiyyətinin  müvafiq  subyektlərinin  zahirən  ifadə  olunan  və 

müəyyən hüquqi nəticələrin yaranmasına səbəb olan istənilən hərəkətləridir. Onlar sözün əsl 

mənasında  idarəetmənin  inzibati-hüquqi  formalarıdır,  yəni  icra  hakimiyyətinin  hüquqi-

hakimiyyət səlahiyyətlərinin məzmunundan ibarət olan həyata keçirilmə formalarıdır. Qeyri-

hüquqi formalara gəldikdə isə, onlar birbaşa hüquqi nəticələr yaratmırlar. 

Ə

sas  budur  ki,  idarəetmə  fəaliyyəti  o  halda  hüquqilər  sırasına  aid  edilə  bilər  ki,  icra 



hakimiyyəti  subyektinin  törətdiyi  hərəkətlərdə  dövlət  idarəetməsinə  xas  olan  iradə  hüquqi 

formada  dəqiqliyi  ilə  ifadə  olunsun,  icra  hakimiyyətinin  həyata  keçirilməsinin  hüquqi 

formasının mahiyyəti də bundan ibarətdir. 

cra orqanları (vəzifəli şəxslər) tərəfindən gündəlik olaraq müxtəlif variantlarda həyata 

keçirilən,  lakin  icra  hakimiyyətinin  bilavasitə  həyata  keçirilməsi  ilə  bağlı  olmayan  digər 

hərəkətlər,qeyri-hüquqilərə aiddirlər (məs.: təşkilati və analitik işi, təminedici tədbirlər və s.). 

cra  hakimiyyəti  isə  onun  xüsusiyyətlərini  nəzərə  almaqla,  yalnız  onun  subyektləri 

tərəfindən  və  yalnız  hüquqi  formalarda  həyata  keçirilir.  Lakin  bu,  qeyri-hüquqi  formaların 

ə

həmiyyətini, əlbəttə ki, azaltmır. 



Bir qayda olaraq, idarəetmə fəaliyyətinin  formalarına aşağıdakılar daxildir: 

  normativ aktların qəbul edilməsi; 



  fərdi (inzibati) aktların qəbul edilməsi; 

  inzibati müqavilələrin bağlanması; 



  təşkilati (təşkilati-texniki) hərəkətlərin edilməsi; 

  maddi-texniki əməliyyatların yerinə yetirilməsi. 



Bəzən, yuxarıda qeyd etdiyimiz siyahıya inzibati məcburetmə tədbirlərinin tətbiqini də 

ə

lavə edirlər. Bu isə açıq-aydın səhvdir, belə ki, belə növ tədbirlər öz-özünə həyata keçmir, 



onlar  mütləq  qaydada  müvafiq  hüquqi  aktlarla  ″rəsmiləşdirilir″  və  yaxud  da  belə  aktlar 

ə

sasında ″hüquqi əhəmiyyət kəsb edən hərəkətlər″ çərçivəsində həyata keçirilir (məs.: fiziki 



məcburetmə tədbirləri). 

Müqavilələrə  gəldikdə  isə,  bununla  o  vaxt  razılaşmaq  olar  ki,  onlar  inzibati-hüquqi 

müqavilə kimi qiymətləndirilsin, belə halda onlar hüquqi formanın tərkibinə daxil edilirlər. 

Təşkilati-texniki  və  maddi-texniki  əməliyyatlara  (hərəkətlərə)  gəldikdə  isə  nəzərə 

almaq  lazımdır  ki,  axırıncılar  ümumiyyətlə  idarəetmə  fəaliyyətinin  forması  kimi  baxıla 


 

129 


 

bilməz. Onlar yalnız köməkçi rolu oynayırlar (kargüzarlıq,  nəqliyyat daşımaları, mühafizə 

və  s.),  lakin  ifadə  formasına  görə  isə  onlar  qeyri-hüquqidirlər.  cra  hakimiyyətinin  həyata 

keçirilməsini,  əlbəttə  ki,  onlar  ifadə  etmirlər,  onlar  idarəetmə  ilə  məşğul  olan  işçilər 

tərəfindən yox, köməkçi heyət tərəfindən həyata keçirilirlər. Təşkilati hərəkətlərin təbiəti və 

təyinatı  tamamilə  başqadır.  Onlar  həmin  icra  orqanının  üzərinə  qoyulmuş  gündəlik 

vəzifələrin  həyata  keçirilməsi  zamanı  dövlət  qulluqçularının  (inzibati  idarəetmə  işçilərinin)  

hərəkətlərində öz əksini tapmış olurlar. 

Beləliklə, idarəetmə formalarının təsnifatı, əvvəl qeyd etdiyimiz kimi hüquqi və yaxud 

da  qeyri-hüquqi  formaların  olmasına  gətirib  çıxarır.  cra  hakimiyyətinin  həyata  keçirilməsi 

yalnız  inzibati-hüquqi  formada  mümkündür.  Dövlət  idarəetmə  fəaliyyəti  hər  iki  formada 

ifadə edilə bilər. 

 

  darəetmənin  hüquqi  formaları  hərəkətlərin  xarakterinə,  məqsədyönlüyünə  və 



ifadə olunma üsuluna görə təsnifləşdirilir. 

 

I.  Hərəkətlərin    xarakterinə    görə      idarəetmənin    hüquqi    forması  aşağıdakı 

növlərə bölünür: 

  hüquq yaratma (hüquq müəyyən etmə) fəaliyyəti; 



  hüquq tətbiqetmə fəaliyyəti; 

  hüquqi əhəmiyyət kəsb edən digər hərəkətlərin həyata keçirilməsi. 



Hərəkətlərin  xarakterinə  görə  idarəetmənin  hüquqi  forması  hüquqyaradıcı 

(hüquqmüəyyənedici) və hüquqtətbiqedici olur. 



 

Hüquqyaratma fəaliyyəti – bu növ fəaliyyət hüquq normaların, yaradılmasından, 

onların  təkmilləşdirilməsindən,  dəyişdirilməsindən  və  ləğv  edilməsindən,  yəni  idarəetmə 

aktlarının qəbul edilməsindən ibarətdir. 

Hüquqyaratma fəaliyyətinin mərhələləri aşağıdakılardır: 

  idarəetmə    aktının,  layihəsinin  işlənib  hazırlanmasının  zəruriliyi  haqqında 



idarəetmə orqanının qərarı; 

  layihənin  mətninin  hazırlanması,  onun  ilkin  müzakirəsi,  yenidən  işlənməsi, 



razılaşdırılması,  müvafiq  orqan  tərəfindən    razılığın  verilməsi,  layihənin  hüquqyaradıcı 

orqana verilməsi; 

  hüquqyaradıcı orqanda layihənin müzakirəsi; 



  layihənin qəbul və ya təsdiq edilməsi; 

  qəbul edilmiş idarəetmənin normativ aktının dərc edilməsi. 



Sadalanan  hüquqyaratma  hərəkətlərinin  kompleksi  tam  həcmdə,  bir  qayda  olaraq, 

kollegial  orqanların  hüquqyaradıcı  fəaliyyətinə  xasdır.  Vahid  rəhbərlik  orqanlarının  hüquq 

yaradıcılıq  fəaliyyətinə  gəldikdə  isə,  onların  normativ  aktlarının  qəbulu  ″texnologiyası″ 

nisbətən asandır. Məsələn, layihə hazır olduqdan sonra nazirliyin, idarənin və ya digər vahid 

rəhbərlik orqanının rəhbəri onu müzakirə etmədən təsdiq edə bilər. 

darəetmə sahəsində olan bütün ictimai münasibətlərin müxtəlifliyini və dinamikasını 

nəzərə almaq və onların hamısını tənzimləməyə qanunun normaları qadir deyil. Ona görə də 

icra hakimiyyəti subyektlərinin hüquqyaradıcı fəaliyyəti – idarəetmə münasibətlərinin ətraflı 

və tam həcmdə hüquqi tənzimləmə məqsədinə xidmət etmək üçün təşkil edilir. Onun digər 

hüquq  yaradıcılıq  formaları  ilə  nisbəti  ″tabeçiliklə″  xarakterizə  edilir,  belə  ki,  icra 

hakimiyyəti  orqanlarının  hüquqyaradıcı  fəaliyyəti  qanunların  və  yuxarı  icra  hakimiyyəti 

orqanlarının normativ aktları əsasında və onların icrası məqsədilə həyata keçirilir. 



 

130 


 

Hüquqyaratma  fəaliyyətinin  nəticəsi  –  idarəetmə  sahəsində  olan  münasibətləri 

tənzimləyən qanunqüvvəli idarəetmə aktlarının qəbuludur. 

 

darəetməni həyata keçirən orqan və vəzifəli şəxslərin hüquqtətbiqetmə fəaliyyəti 



– idarəetmə subyektləri tərəfindən fərdi aktların qəbulu yolu ilə konkret hüquqi əhəmiyyətə 

malik olan faktların müvafiq hüquq normasına uyğunlaşdırılmasından ibarətdir, yəni hüquq 

normaları əsasında konkret idarəetmə işlərin, (məsələlərin) həll edilməsidir. 

 

Hüquqtətbiqetmə fəaliyyəti aşağıdakı mərhələlərdən ibarətdir: 



  işin faktiki hallarının müəyyən edilməsi; 

  bu halda tətbiq ediləcək müvafiq hüquq normasının seçilməsi, tapılması (normanın 



qüvvədə  olmasının  yoxlanılması,  onun  qüvvəsinin  zaman  və  məkan  daxilində  həddinin 

tapılması); 

  normanın şərhi, yəni onun məzmununun və mahiyyətinin araşdırılması; 



  iş üzrə qərarın (fərdi aktın) qəbul edilməsi; 

  hüquq normasının tətbiqi haqqında aktın yerinə yetirilməsi. 



cra  hakimiyyəti  orqanları  və  onların  vəzifəli  şəxsləri  tərəfindən  tətbiq  edilən  hüquq 

normalarının  məzmunu  və  xüsusiyyətlərinə  görə  hüquqtətbiqetmə  fəaliyyəti  iki  formada 

olur: 



  hüquqi tənzimləmə; 



  hüquq mühafizə etmə. 



 

Hüquqtətbiqetmə  fəaliyyətinin  hüquqi  tənzimləmə  forması  –  idarəetmədə 

təşkilati və konkret fərdi işlərin, o cümlədən iqtisadi, sosial-mədəni və sosial-siyasi sahələrdə 

müxtəlif xarakterli məsələlərin həlli və idarəetmə sahəsində vətəndaşların, idarə, müəssisə və 

təşkilatların hüquq və qanuni mənafelərinin həyata keçirilməsi üçün istifadə edilir. 



 

Hüquqtətbiqetmə  fəaliyyətinin  hüquq  mühafizə  forması  hüquq  normaları  ilə 

tənzimlənən 

idarəetmə 

münasibətlərinin 

mühafizəsinə 

yönəlmiş 

və 

onların 


toxunulmazlığının  təminetmə  vasitəsi  kimi  çıxış  edir.  Fəaliyyətin  bu  forması  vasitəsilə 

idarəetmə  sahəsində  yaranmış  hüquqi  mübahisələr  həll  edilir,  idarəetmə  sahəsində 

vətəndaşların,  idarə,  müəssisə  və  təşkilatların  hüquq  və  qanuni  mənafelərinin  müdafiəsi 

həyata keçirilir, inzibati hüquqi və digər hüquqi vəzifələri yerinə yetirməyən şəxslərə qarşı 

dövlət məcburetmə tədbirləri tətbiq edilir. 

 

Dövlət idarəetmə orqanlarının digər hüquq əhəmiyyətli hərəkətləri sırasına daxil 



etmək olar: 

  Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, vətəndaşların 



müraciətlərinə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavabın verilməsi; 

  qanunla nəzərdə tutulmuş hallarda notariat hərəkətlərinin aparılması (məs.: rayon, 



şə

hər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi tərəfindən notariat işlərinin görülməsi 

və s.). 

 

II.  Məqsədyönlüyünə  (istifadə  məqsədinə)  görə  idarəetmənin  hüquqi  formaları 

aşağıdakı formalara bölünürlər: 

  idarəetmə fəaliyyətinin daxili hüquqi formaları; 



  idarəetmə fəaliyyətinin xarici hüquqi formaları. 

darəetmə  fəaliyyətinin  daxili  hüquqi  formaları  təşkilati-ştat  məsələlərinin  həlli, 

kargüzarlığın  aparılması,  orqanın  daxilində  struktur  bölmələrə  və  əməkdaşlara  rəhbərlik 

etmək üçün, həmçinin də aşağı təbəqəli orqanları idarə etmək üçün istifadə edilir. 


 

131 


 

darəetmə  fəaliyyətinin  xarici  hüquqi  formaları  orqanın  üzərinə  qoyulmuş  və 

idarəetmə fəaliyyətinin məzmununu təşkil edən vəzifə və funksiyaların yerinə yetirilməsini 

təmin etmək məqsədi ilə istifadə edilir. 

darəetmənin  daxili  və  xarici  hüquqi  formaları,  həm  hüquqyaradıcı,  həm  də 

hüquqtətbiqedici formada ola bilərlər. 



Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin