Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə13/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

Sual 3. 

Dövlət qulluğu kekçmə anlayışı və onun mərhələləri. 

Dövlət qulluğunun şərtləri. 

 

 

Dövlət  qulluğu  keçmə  -  dövlət-xidməti  münasibətlərinin  yaranması,  dəyişməsi  və 

xitam edilməsini törədən faktların məcmusu kimi başa düşülür. 

Bu hüquqi faktlara aşağıdakılar aiddirlər: 

  dövlət qulluğuna qəbul; 

  inzibati vəzifələrin tutulması; 

  dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi; 

  dövlət qulluqçularının attestasiyası; 

  dövlət qulluğunda irəli çəkilmə; 


 

118 


 

  dövlət qulluğuna xitam verilməsi. 



I.

 

Dövlət qulluğuna qəbul. 

Dövlət  qulluğu  haqqında″  Qanunun  27.1-ci  maddəsinə  əsasən:  Azərbaycan 



Respublikasının  16  yaşına  çatmış  irqindən,  milliyyətindən,  dilindən,  cinsindən,  sosial 

mənşəindən,  əmlak  vəziyyətindən,  yaşayış  yerindən,  dinə  münasibətindən,  əqidəsindən, 

ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə 

uyğun peşə hazırlığına malik olan vətəndaşların dövlət qulluğuna girmək hüququ vardır. 

Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda götürülə bilməz: 

  onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə 

malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə; 

  məhkəmə  onu  müəyyən  müddətə  dövlət  vəzifəsini  tutmaq  hüququndan  məhrum 

etmişsə; 

  bilavasitə tabeliyində və ya nəzarəti altında işləyən vəzifəli şəxslə yaxın qohumluq 

və ya qudalıq (ər-arvadların valideynləri), qardaşları, bacıları, övladları) əlaqəsi olduqda; 

  qanunvericilikdə müəyyən edilmiş başqa hallarda. 

Dövlət  qulluğuna  qəbul  edilən  şəxsin  dövlət  qulluğunda  işləməsinin  mümkün  olub-

olmaması qabaqcadan yoxlanıla bilər. Yoxlamanın qaydası qanunvericiliklə müəyyən edilir. 

Dövlət qulluğuna qəbul edilən şəxsin şəxsi (ailə) həyatının təfsilatı yoxlanılmamalıdır. 

Dövlət  qulluğuna  vətəndaşlar  müsabiqə  əsasında  qəbul  edilirlər.  Dövlət  qulluğunda 

boşalan vəzifələrə vətəndaşlar müsabiqə əsasında təyin edilirlər. 

Müsabiqədə  iştirak etmək  istəyənlər sənədlərini  müvafiq  dövlət qulluğunu  idarəetmə 

orqanına  təqdim  edirlər.  Müsabiqə  sənədlərin  qəbulu  başa  çatdıqdan  sonra  10  gün  ərzində 

keçirilir  və  test  imtahanından  və  söhbətdən  ibarət  olur.  Müsabiqənin  elan  edilməsi, 

keçirilməsi  və  yekunlarına  dair  müvafiq  qərarın  qəbul  edilməsi  qaydası  Azərbaycan 

Respublikasının  müvafiq  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən  edilir.  Test  imtahanından  müvəffəqiyyətlə  çıxanlar  söhbətə  buraxılır.  Test 

nümunələri  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericilik,  icra  və  ya  məhkəmə 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hazırlanır və təsdiq olunur. 

Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən keçmiş namizədlər 

dövlət  orqanı  rəhbərinə  təqdim  olunurlar.  Dövlət  orqanının  rəhbəri  təqdim  olunmuş 

namizədləri  seçərək  öz  qərarı  ilə  bir  il  müddətində  stajçı  kimi  qulluğa  götürür  və  boş 

vəzifəyə təyin edir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işinə 

göz  qoyur  və  staj  müddəti  qurtardıqdan  sonra  stajçının  dövlət  qulluğuna  götürülməsinin 

məqsədəuyğun  olub-olmaması  barədə  tövsiyə  təqdim  edir.  Qanunvericiliklə  başqa  qayda 

nəzərdə  tutulmadıqda,  tövsiyə  müsbət  olarsa,  stajçı  əmək  haqqı  müqaviləsi  (kontrakt) 

bağlamaq  yolu  ilə  iki  illik  sınaq  müddəti  ilə  qəbul  edilir.  Sınaq  müddəti  ilə  işə  qəbul 

kontraktının  nümunəsi  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericilik,  icra  və  ya 

məhkəmə  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  təsdiq  olunur.  Sınaq  müddəti 

ə

rzində  kontrakt  pozulmayıbsa,  həmin  müddət  qurtardıqdan  sonra  dövlət  orqanının  rəhbəri 



kontraktın  şərtlərinə  əməl  etməklə  işləmiş  şəxsin  daimi  dövlət  qulluğuna  götürülməsi 

haqqında  əmr  verir  və  bu  şəxslə  müvafiq  kontrakt  bağlanır.  Sınaq  müddəti  ilə  bağlı  digər 

məsələlər  qanunvericilik,  icra  və  ya  məhkəmə  hakimiyyəti  orqanları  tərəfindən  müəyyən 

edilir. 


Daimi  dövlət  qulluğuna  qəbul  Azərbaycan  Respublikasının  adından  müvafiq  dövlət 

orqanının sənədi ilə təsdiq edilir. 



 

119 


 

II.

  Vəzifələrin tutulması 

nzibati  vəzifələrin  (birinci-doqquzuncu)  təsnifatlarına  uyğun  olan  vəzifələrin 

tutulması qulluqda müsabiqə və yüksəliş yolu ilə həyata keçirilir. 

Boşalmış  vəzifənin  tutulması  üçün  namizəd  seçilərkən  müsabiqə  vaxtı  aşağıdakılar 

nəzərə alınmalıdır: 

  ixtisas dərəcəsi; 

  attestasiyanın nəticələri; 

  boşalmış vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçilməsi və ixtisasın 

artırılması. 

Müsabiqədə  başqa  hakimiyyət  qolunda  dövlət  qulluğu  keçən  dövlət  qulluqçuları  da 

iştirak edə bilərlər.  

Vətəndaş dövlət qulluğuna daxil olarkən and içir. 

Andiçmə  təntənəli  şəraitdə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  altında 

Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir. Andiçmə bir dəfə 

olur.  Andın  imzalanmış  mətni  dövlət  qulluqçusunun  şəxsi  işində  saxlanılır.  Dövlət 

qulluğunun  ayrı-ayrı  növlərində  andın  status  xüsusiyyətləri  Azərbaycan  Respublikasının 

qanunvericilik atkları ilə müəyyən edilir. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər 

and içmirlər. 



III.

  Dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi 

Dövlət  qulluqçusunun  ixtisas  dərəcəsi  onun  ixtisas  səviyyəsini  göstərir,  onun  tuta 

bildiyi dövlət qulluğu növlərinin və dövlət vəzifələrinin təsnifat siyahısını müəyyənləşdirir, 

dövlət qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək 

hüququ verir. 

xtisas dərəcəsi tutulan inzibati vəzifənin təsnifatına uyğun müəyyən edilir: 

  həqiqi dövlət müşaviri; 

  1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşavirləri; 

  dövlət qulluğunun baş müşaviri; 

  dövlət qulluğu müşaviri, dövlət qulluğunun kiçik müşaviri, dövlət qulluğunun 1-ci 

dərəcə referenti; 

  dövlət  qulluğunun  2-ci  və  3-cü  dərəcə  referentləri,  dövlət  qulluğunun  kiçik 

referenti. 

xtisas  dərəcəsi  dövlət  qulluqçusunun  ixtisasına,  tutduğu  vəzifəyə  və  qulluq  stajına 

uyğun olaraq, habelə əvvəllər verilmiş dərəcə nəzərə alınmaqla ardıcıl qaydada verilir. 

xtisas  dərəcələrinin  verilməsi  qaydası  Azərbaycan  Respulikasının  müvafiq 

qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  oranı  tərəfindən  müəyyən  edilir.  3-cü  dərəcə 

dövlət  müşaviri  və  ondan  yuxarı  olan  ixtisas  dərəcələri  Azərbaycan  Respublikası 

Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada 

verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir. 

stefada olan dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır. 

IV.

  Dövlət qulluqçularının attestasiyası 

nzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu beş ildə bir dəfədən çox 

olmayaraq  attestasiyadan  keçirilməlidir.  Attestasiya  kollegial,  obyektiv  surətdə,  müstəqil 

mütəxəssislərin  cəlb  edilməsi  ilə  keçirilir.  Attestasiya  komissiyasının  tərkibini  və 

attestasiyanın  nəticələrini  müvafiq  dövlət  qulluğunu  idarəetmə  orqanı  təsdiq  edir,  dövlət 

qulluqçusunun tutduğu vəzifəyə keçirilməsi və ya azad edilməsi məsələsini qoyur. 



 

120 


 

 

Attestasiya  zamanı  dövlət  qulluqçusunun  peşəkarlıq,  işgüzarlıq  və  mənəvi 



keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə 

çıxarılır. 

Attestasiya  ümumi  kadr  potensialının  aşkara  çıxarılmasına  və  dövlət  orqanının 

funksional təyinatının optimal surətinin təmin edilməsinə kömək göstərməlidir. 



Attestasiyanın əsas məqsədləri aşağıdakılardır 

  dövlət 

qulluqçusunun 

tutduğu 


vəzifəyə 

uyğun 


gəlib-gəlmədiyinin 

müəyyənləşdirilməsi; 

  işçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, 

onun peşə səriştəliliyini artırmağa stimullaşdırılması; 

  qulluqçunun  ixtisasının,  peşə  hazırlığının  yüksəldilməsinə  və  ya  təkrar  hazırlıq 

keçməsinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi; 

  kadrların  irəli  çəkilməsinin  uzunmüddətli  planını  tərtib  etmək  imkanının  təmin 

edilməsi,  habelə  dövlət  qulluqçusunun  vaxtında  vəzifədən  azad  edilməsi  və  ya  daha  aşağı 

ixtisaslı işə keçirilməsi. 

Attestasiyanın  keçirilməsi  üçün  sədrdən,  katibdən  və  azı  beş  komissiya  üzvündən 

ibarət  tərkibdə  attestasiya  komissiyası  təsdiq  edilir.  Tərkibi  vaxtaşırı  dəyişən  attestasiya 

komissiyasına yüksək ixtisaslı mütəxəssislər, dəvət edilmiş elmi ekspertlər daxil olurlar. 

ş

çi attestasiyadan keçirilərkən onun işlədiyi struktur bölməsinin rəhbəri orada iştirak 



etməlidir.  Attestasiya  komissiyası  attestasiyadan  keçən  işçinin  fəaliyyəti  haqqında  onun 

məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir. 

Dövlət  qulluqçusu  üzürlü  səbəb  olmadan  attestasiya  komissiyasının  iclasına 

gəlmədikdə komissiya attestasiyanı onsuz keçirə bilər. 



 

Dövlət  qulluqçusunun  attestasiyanın  nəticələri  əsasında  attestasiya  komissiyası 

aşağıdakı qiymətlərdən birini verə bilər: 

  tutduğu vəzifəyə uyğun gəlir; 

  işini  yaxşılaşdırsa  və  komissiyanın  tövsiyələrini  yerinə  yetirsə,  bir  ildən  sonra 

təkrar yoxlamadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir; 

  tutduğu vəzifəyə uyğun gəlmir. 

Attestasiya  komissiyası  attestasiyanın  nəticələri  əsasında  ayrı-ayrı  dövlət 

qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, müvafiq vəzifələr 

üzrə  vəzifə  maaşlarının  dəyişdirilməsi,  vəzifə  maaşlarına  əlavələr  müəyyən  edilməsi,  irəli 

çəkilmək  üçün  ehtiyata  daxil  edilməsi,  vəzifələrin  aşağı  salınması  və  ya  tutduğu  vəzifədən 

azad edilməsi haqqında tövsiyələr verə bilər, habelə attestasiyadan keçən şəxslərin ixtisasının 

yüksəldilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması barədə təkliflər irəli 

sürərkən hansı mülahizələrə əsaslandığını göstərməlidir. 

Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət açıq səsvermə yolu ilə qəbul edilir. 

Attestasiya  və  səsvermə  təsdiq  edilmiş  tərkibdə  olan  attestasiya  komissiyasının 

üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu 

ilə müəyyən edilir.  

Attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və 

attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya 

vərəqinə (əlavəyə)  yazılır. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqi və 

xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət 

qulluqçusunun özünə verilir. 


 

121 


 

Dövlət  qulluqçusu  attestasiyanın  nəticələrinin  yekunundan  yuxarı  dövlət  qulluğunu 

idarəetmə orqanına şikayət edə bilər. 

V.

 

Dövlət qulluğunda irəli çəkilmə 

Dövlət  qulluqçusu  daha  yüksək  dərəcəli  vəzifəyə  təyin  edilməsi,  habelə  ona  daha 

yüksək ixtisas  dərəcəsi  verilməsi  üsulu  ilə,  habelə  müsabiqə nəticəsində dövlət  qulluğunda 

irəli çəkilə bilər. 

Dövlət  qulluğunda  irəli  çəkilmək  hüququ  dövlət  qulluqçularının  öz  vəzifələrini 

müvəffəqiyyətlə  və  vicdanla  yerinə  yetirməsi,  boşalmış  vəzifə  olması,  habelə  boşalmış 

vəzifənin  tələblərinə  uyğun  olaraq  təcrübə,  təkrar  hazırlıq  keçməyin  və  ixtisas  artırmağın 

nəticələri nəzərə alınmaqla həyata keçirilir. 

Qulluqçunun  irəli  çəkilməsindən  imtina  edilməsi  barədə  qanunvericilikdə  müəyyən 

olunmuş  qaydada,  yəni  yalnız  müsabiqənin  və  ya  attestasiyanın  keçirilməsi  qaydasının 

pozulduğu hallarda şikayət etmək olar. 

Yeni vəzifəyə təyinat Azərbaycan Respublikasının adından həyata keçirilir və müvafiq 

orqanın sənədi (vəsiqəsi) ilə təsdiq edilir. 

VI.

  Dövlət qulluğuna xitam verilməsi 

Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 

  siyasi vəzifə tutan dövlət qulluqçusunun istefa verməsi; 

  inzibati vəzifə tutan və ixtisas dərəcəsi olan dövlət qulluqçusunun istefa verməsi; 

  inzibati vəzifə tutan dövlət qulluqçusunun işdən azad edilməsi; 

  yardımçı  vəzifə  tutan  dövlət  qulluqçusunun  əmək  qanunvericiliyinə  müvafiq 

surətdə işdən azad edilməsi; 

  Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə əlaqədar olaraq işdən azad 

edilməsi; 

  bir  ildən  çox  müddətə  azadlıqdan  məhrum  edilməyə  səbəb  olan  cinayət 

məsuliyyətinə cəlb edilməsi. 

Siyasi vəzifə tutan dövlət qulluqçusunun istefası aşağıdakı formada həyata keçirilir: 

  vəzifə səlahiyyətlərinin müddətinin başa çatması nəticəsində istefa. Belə istefaya 

çıxana  12  aylıq  vəzifə  maaşı  məbləğində  birdəfəlik  haqq  verilir  və  həmin  haqdan  vergi 

tutulmur; 

  vəzifəyə seçən və ya təyin edən orqanın və ya rəhbərin qərarı ilə icbari istefa; 

  vəzifəyə  seçilmiş  və  ya  təyin  etmiş  orqanın  və  ya  rəhbərin  qərarı  ilə  prinsipcə 

razılaşmamaq nəticəsində istefa. 

Siyasi  vəzifə  tutmuş  dövlət  qulluqçusunun  istefası  haqqında  qərar  qəbul  edildikdən 

sonra ona 6 ay ərzində vəzifə maaşı verilir. 

nzibati  vəzifə  tutan  və  ixtisas  dərəcəsi  olan  dövlət  qulluqçusunun  istefası  aşağıdakı 

formada həyata keçirilir: 

  yaş  həddinə,  yəni  65  yaşa  çatmasına  görə  istefa.  Bu  cür  istefaya  çıxanlara 

hesablanmış  pensiyanın  6  aylıq  məbləği  qədər  birdəfəlik  haqq  verilir  və  ondan  vergi 

tutulmur; 

  Azərbaycan  Respublikasında  müəyyən  edilmiş  pensiya  yaşına  çatdıqda  könüllü 

pensiyaya çıxma. Bu cür pensiyaya çıxanlara hesablanmış pensiyanın 6 aylıq məbləği qədər 

birdəfəlik haqq verilir və ondan vergi tutulmur; 

  dövlət  orqanları  rəhbərlərinin  təqdimatı  ilə  Azərbaycan  Respublikasının 

qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanının qərarı ilə müvəqqəti istefa. 



 

122 


 

Müvəqqəti  istefaya  göndərilən  dövlət  qulluqçusu  ″ehtiyatda″  olan  sayılır.  Müvəqqəti  istefa 

dövründə  ona  vəzifə  maaşı  ödənilir.  Dövlət  qulluğuna  qayıtdıqdan  sonra  ona  əvvəlki 

vəzifəsi, yaxud həmin dərəcədən olan başqa vəzifə verilə bilər; 

  dövlət  qulluqçusu  öz  istəyi  ilə  istefaya  çıxdıqda,  əgər  tərəflərin  sazişində 

(kontraktda)  digər  şərt  nəzərdə  tutulmayıbsa,  dövlət  qulluqçusu  istefa  haqqında  ərizə 

verdikdən sonra üç ay ərzində qulluğunu davam etdirməlidir; 

  dövlət qulluqçularının  yuxarı  orqanın  və  ya  rəhbərin  qərarından  və  hərəkətindən 

narazılıq  əsasında  istefası.  stefa  qəbul  edildikdə  dövlət  qulluqçusuna  6  ay  ərzində  maaş 

verilir. 

nzibati  vəzifə  tutan  dövlət  qulluqçusunun  işdən  azad  edilməsinə  müvafiq  orqanın 

rəhbərinin qərarı ilə aşağıdakı hallarda icazə verilir: 

  andın pozulması; 

  əgər  dövlət  vəzifəsinin  tutulması  Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatının 

statusu  ilə  bir  araya  sığmırsa,  Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatının 

səlahiyyətlərindən əl çəkməkdən imtina etməsi; 

  dövlət qulluğundan kənarda başqa işə keçmə. 

Ə

mək müqaviləsində başqa şərt nəzərdə tutulmayıbsa, ixtisas dərəcəsi olmayan dövlət 



qulluqçusu öz istəyi ilə işdən çıxmaq barədə ərizə verdiyi gündən ən çoxu 3 ay müddətində 

işdən azad edilir. 

Dövlət qulluqçusu öz istəyi ilə və onu həmin vəzifəyə təyin etmiş rəhbərin razılığı ilə 

haqqı ödənilmədən uzunmüddətli məzuniyyətə göndərilə bilər. 

Dövlət qulluğunun keçirilməsi  zamanı  ″Dövlət  qulluğu haqqında″  Qanunla  müəyyən 

edilmiş şərtlərə riayət olunmalıdır. 

Dövlət  qulluğunda  iş  vaxtı  həftədə  40  saatdır.  Dövlət  qulluqçularının  ayrı-ayrı 

kateqoriyaları üçün qanunla  müddəti qısaldılmış  iş vaxtı  müəyyən  edilə  bilər.  Qulluq üçün 

zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 

5 saatdan çox artıranda, işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir. 

Dövlət qulluqçularına ildə bir dəfə 30 təqvim günü qədər haqqı ödənilən məzuniyyət 

verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir: 

  5 ildən 10 ilədək qulluğa görə - 2 təqvim günü; 

  10 ildən 15 ilədək qulluğa görə - 4 təqvim günü; 

  15 ildən çox qulluğa görə - 6 təqvim günü. 

Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur: 

  mehmanxanada  və  ya  xidməti  yaşayış  sahələrində  yer,  altı  aydan  çox  müddətə 

ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi; 

  iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı; 

  digər  zəruri  texniki  xidmətlər  və  sosial-məişət  xidmətləri,  o  cümlədən  onu 

göndərən orqanın vəsaiti hesabına xidmətlər. 

Müvəqqəti  olaraq  başqa  yerə  qulluğa  keçirilən  dövlət  qulluqçusunun  ailəsini  özü  ilə 

aparmağa  ixtiyarı  vardır.  Ona  müəyyən  edilmiş  yaşayış  normalarına  uyğun  gələn  məişət 

ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl işlədiyi yerdə yaşayış 

sahəsi  saxlanılır.  Dövlət  qulluqçusunun  ailə  üzvlərinə  işə  və  ya  təhsil  müəssisəsinə 

düzəlməkdə  kömək  göstərilir,  məktəbəqədər  uşaq  müəssisələrində  yer  verilir  və  lazım 

gəldikdə,  onu  göndərən  orqanın  vəsaiti  hesabına  haqqı  ödənilən  tibbi  xidmət  göstərilir. 


 

123 


 

Müvəqqəti  olaraq  başqa  yerə  qulluğa  keçirilməklə  bağlı  olan  başqa  məsələlər  Azərbaycan 

Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur. 

Yardımçı  vəzifələr  tutan  dövlət  qulluqçularının  əmək  münasibətləri  Azərbaycan 

Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 

 

 



Ə T   C Ə  

 

Mühazirəmizi yekunlaşdıraraq qeyd etmək istərdim ki, bu günkü mövzumuz vasitəsi 



ilə əldə etdiyiniz biliklərin Sizin gələcək fəaliyyətinizdə həm nəzəri, həm də təcrübi cəhətdən 

böyük əhəmiyyəti olacaqdır. 

Azərbaycan  Respubliasında  aparılan  hüquqi  islahatların  nəticələrindən  biri  də 

Konsitusiyamızın  55-ci  maddəsinin  müddəalarının  həyata  keçirilməsinin  təmin  edilməsi 

məqsədi ilə ″Dövlət qulluğu haqqında″ 21 iyul 2000-ci il tarixli Qanunun qəbul edilməsidir. 

Siz  gələcədə  Polis  Akademiyasını  bitirdikdən  sonra  dövlət  hakimiyətinin  müstəqil 

qollarından  biri  olan  icra  hakimiyyətinin  həyata  keçirilməsində  dövlət  qulluqçuları  kimi 

bilavasitə  iştirak  edəcəksiniz.  Ona  görə  də  bu  günkü  mövzumuzun  Sizin  gələcək 

fəaliyyətinizdə  əhəmiyyəti  ondan  ibarətdir  ki,  onun  vasitəsi  ilə  birinci  növbədə  dövlət 

qulluğu,  onun  əsas  vəzifələri  və  prinsipləri  barədə  anlayışlar  və  hüquqi  biliklər  əldə  etmiş 

oldunuz.  kinci  növbədə  isə  bu  mövzumuzun  vasitəsi  ilə  dövlət  qulluqçusu,  onun  növləri, 

ə

sas  vəzifələri,  hüquqları  və  təmnatları  bərədə  anlayışlar  və  hüquqi  biliklər  əldə  etmiş 



oldunuz. Ən nəhayət Siz, bu günkü mövzumuzun vasitəsi ilə dövlət qulluğu keçmə, inzibati 

vəzifənin tutulması qaydası və dövlət qulluğunun şərtləri barədə anlayışlar və hüquqi biliklər 

ə

ldə etmiş oldunuz. 



Bu günkü mövzumuz vasitəsi ilə əldə etdiyiniz hüquqi bilikləri gələcək fəaliyyətinizdə 

rəhbər tutmaqla və onlara riayət etməklə öz xidməti vəzifələriinizi qanunçuluğun tələblərinə 

müvafiq olaraq yerinə yetirmiş olarsınız. Öz xidməti vəzifələrinizi düzgün və dürüst yerinə 

yetmrməklə  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  üzərinizə 

düşən vəzifə borclarınızı yerinə yeirmiş olarsınız. Bu isə hər bir dövlət qulluqçusunun əsas 

vəzifə borcu və məqsədi olmalıdır. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

124 


 

Mövzu  8: ″″″″ cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formaları″″″″ 

P L A N : 

G R Ş 

4.

  cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formalarının anlayışı və mahiyyəti. 



5.

  cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi formalarının təsnifatı və növləri. 

6.

  nzibati-hüquqi müqavilə. 



NƏT CƏ 

 

Ə

 D Ə B   Y Y A T: 



 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası.  



2.

  ″Normativ-hüquqi  aktlar  haqqında″  Azərbaycan  Respublikasının  26  noyabr  1999-cu  il 

tarixli Qanunu. 

3.

  Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi.  



4.

  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 

5.

   E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 



6.

  V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″  1 hissə. Dərs vəsaiti. Bakı, 

2007.      

7.

  ″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  



8.

  E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 

9.

   D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 



 

G   R   Ş 

 

12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan 



Respublikası  Konstitusiyasının  7-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasında  dövlət 

hakimiyyəti  qanunverici,  icra  və  məhkəmə  hakimiyyətindən  ibarətdir.  Bu  mühazirədə  biz, 

icra hakimiyyətinin hansı formalarda həyata keçirildiyini nəzərdən keçirəcəyik. 

Onu  da  qeyd  etmək  istərdim  ki,  mühazirənin  məzmunu  həm  nəzəri,  həm  də  təcrübi 

cəhətdən böyük əhəmiyyət kəsb edir. Çünki icra hakimiyyətinin realizəsində hüquq mühafizə 

orqanları öz gündəlik fəaliyyətində inzibati-hüquqi formalarından geniş istifadə edirik. 

cra  hakimiyyəti  orqanlarının  qarşısında  duran  vəzifələrin  məzmunundan, 

xüsusiyyətlərindən  və  məqsədlərindən  asılı  olaraq,  icra  hakimiyyəti  orqanları  həmin 

vəzifələri həyata keçirən zaman müxtəlif növ hərəkətlər görürlər. Bu hərəkətlər də müxtəlif 

zahiri formada olmalıdırlar. 

Buna  görə  də,  birinci  növbədə  araşdırmaq  lazımdır  ki,  icra  hakimiyyətinin  realizəsi 

formalarının  hansı  növləri  mövcuddur  və  onların  həyata  keçirilməsinin  əsas  qaydası  nədən 

ibarətdir. 

Gələcək  fəaliyyətinizdə  də  həmin  formalardan  qanun  çərçivəsində  istifadə  etmək 

məqsədi ilə bu mövzu böyük əhəmiyyət kəsb edir. 

ndi isə keçək mühazirənin birinci sualının açıqlanmasına. 

 

 

 



 

 

125 


 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin