Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

nsan  və  vətəndaş  hüquqlarına  və  azadlıqlarına  hörmət  edilməsi  prinsipi. 

Dövlətimizin  qanunvericilik  sisteminin  əsasını  təşkil  edən  Azərbaycan  Respubikasının 

Konstitusiyasında  göstərilir  ki,  şəxsiyyətin  ləyaqəti  dövlət  tərəfindən  qorunur.  Heç  bir  hal 

şə

xsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 



Azərbaycan  Respublikasının  Konstitusiyasının  əsasını  təşkil  edən  bu  prinsip, 

Azərbaycan  Respublikasının  Prezidentinin  22  fevral  1998-ci  il  tarixli  ″ nsan  və  vətəndaş 

hüquq  və  azadlıqlarının  təmin  olunması  sahəsində  tədbirləri  haqqında″  fərmanında 

bütünlüklə  öz  əksini  tapmışdır.  nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin 

edilməsi  dövlətimizin  ali  məqsədi  olaraq  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələrə  uyğun  tətbiq  edilir.  ″ nsan  hüquqları  haqqında  Ümumi 

Bəyannamə″nin 1-ci maddəsində göstərilir: ″Bütün insanlar ləyaqət və hüquqlarına görə azad 

və  bərabər  doğulurlar.  Onların  şüurları  və  vicdanları  var  və  bir-birlərinə  münasibətdə 

qardaşlıq ruhunda da davranmalıdırlar″. 

nsan  və  vətəndaş  hüquqları  və  azadlıqları  ali  dəyərə  malikdir.  Bu  hüquqların  və 

azadlıqların  pozulmasına  yol  verən  bütün  dövlət  orqanları  (vəzifəli  şəxslər)  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 

nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  təmin  edliməsi  tədbirləri  tətbiq  edilərkən 

insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkət edilməsinə yol verilmir ( XM-nin 

5-ci mad.). 

 

Qanunçuluq  prinsipi    bütün  dövlət  və  qeyri-dövlət  idarə  və  təşkilatları,  onların 

qulluqçuları  və  vəzifəli  şəxsləri,  habelə  vətəndaşlar  tərəfindən  Azərbaycan  Respublikası 

Konstitusiyasına,  qanunlarına  və  onlara  uyğun  tətbiq  edilmiş  hüquqi  aktların  göstərişlərinə 

riayət  edilməsi  və  icra  olunmasıdır.  nzibati  hüquqda  qanunçuluq  inzibati  hüququn 

subyektləri  tərəfindən  nzibati  Xətalar  qanunvericiliyinin  tələblərinin  ciddi  və  tam  yerinə 

yetirilməsidir. 

 

nzibati xətalara görə inzibati tənbeh Azərbaycan Respublikasının  XM-nə uyğun 



olaraq tətbiq edilir. 

 

nzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  təmin  edilməsi  tədbirləri  tətbiq 



edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin 

idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə şikayət etmək hüququ ilə təmin edilir. 

 

Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinin  analogiya  üzrə 



tətbiqinə yol verilmir ( XM-nin  6.3-cü mad.). 

Qanun  qarşısında  bərabərlik  prinsipi.  Göstərilən  prinsip  öz  əksini  Azərbaycan 

Respublikasının  Konstitusiyasında,  nsan  hüquqları  haqqında  Ümumi  Bəyannamədə 

tapmışdır. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 26-cı maddəsində göstərilir: 


 

187 


 

Bütün  insanlar  qanun  qarşısında  bərabərdir  və  heç  bir  ayrı-seçkilik  qoyulmadan  müdafiə 



olunmaq hüququna malikdir″. 

nsanların  hüquqlarının  və  azadlıqlarının  bərabərliyi  dedikdə,  həmin  hüquqların  və 

azadlıqların  eyni hüquqi qaydalar əsasında həyata keçirilməsi, hüquqi imkanların bərabərliyi 

başa düşülür. 

nzibati  xəta  törətmiş  şəxslər  irqindən,  milliyyətindən,  dinindən,  dilindən, 

mənşəyindən,  cinsindən,  əmlak  vəziyyətindən,  qulluq  mövqeyindən,  əqidəsindən  və  digər 

hallardan  asılı  olmayaraq  qanun  qarşısında  bərabərdirlər  və  inzibati  məsuliyyətə  cəlb 

olunurlar. 

Hüquqi  şəxslər  mülkiyyət  formasından,  olduqları  yerdən,  təşkilati-hüquqi 

formalarından  və  tabeçiliyindən  asılı  olmayaraq  inzibati  məsuliyyətə  cəlb  olunurlar  ( XM-

nin 7-ci mad.). 

Təqsirsizlik  prezumpsiyası  prinsipi.  Təqsirsizlik  prezumpsiyası  (lat.  praesumptio  - 

güman″  sözündən)  prinsipi  əsasən  Azərbaycan  Respubikasının  Konstitusiyasının  63-cü 



maddəsində öz əksini tapmışdır. Orada deyilir: ″Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ 

vardır″. Bu prinsip həm də  nsan hüquqları haqqında Ümumi Bəyannamənin müddəalarında 

qeyd edilmişdir. 

Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  təqsiri  Azərbaycan 

Respublikasının  XM  ilə nəzərdə tutulmuş  qaydada sübuta  yetmədikdə  və bu,  inzibati xəta 

haqqında  iş  üzrə  icraata  baxmış  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  qüvvəyə 

minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri  olmayan hesab edilir. 

nzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 

nzibati  məsuliyyətə  cəlb  olunan  şəxsin  təqsirli  olması  barəsində  olan  şübhələr  onun 

xeyrinə həll olunur ( XM-nin 8-ci mad.). 

Ə

dalətlilik  prinsipi.    Ədalət  hüquqi  və  sosial-siyasi  şüur  anlayışı  olaraq,  əxlaqi 

kateqoriyaya  aiddir.  O  cəmiyyətdə  ayrı-ayrı  fərdlərin  (sosial  qrupların)  təcrubi  rolu  ilə 

onların  ictimai  vəziyyəti  arasında,  hüquq  və  öhdəlikləri,  cinayət  və  cəza,  insanların 

xidmətləri  və  bunların  ictimaiyyət  tərəfindən  qəbul  edilməsi    arasında  uyğunluq  nisbətini 

ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Bu prinsip Konstitusiya, 

beynəlxalq  hüquq  normalarına  və  inzibati  xətalar  qanunvericiliyinə  uyğun  olduqda  ədalətli 

sayılır. 

nzibati  xəta  törətmiş  şəxs  haqqında  tətbiq  edilən  tənbeh  ədalətli  olmalıdır,  yəni 

inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 

Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz ( XM-

nin 9-cu mad.). 

nzibati  xətaların  qarşısının  alınması  prinsipi.  Dövlət  və  ya  yerli  özünüidarəetmə 

orqanları, inzibati xətaların qarşısının alınması inzibati xətaların törədilməsinə kömək edən 

səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması vətəndaşların hüquq şüurunun və 

mədəniyyətin  yüksəldilməsinə,  Azərbaycan  Respublikasının  qanunlarına  ciddi  əməl  etmək 

ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayırlar və həyata keçirirlər. 

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri, digər 

vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və səlahiyyətləri 

daxilində  qanunla  müəyyən  edilmiş  qaydada  və  müddətlərdə  baxmaq,  lazımi  tədbirlər 

görmək və onlara cavab verməklə yanaşı, eləcə də vətəndaşların hüquqa, qanunçuluğa, ədalət 

mühakiməsinə münasibətini, onların əməllərinin hüquqi və ya hüquqazidd olması haqqında 



 

188 


 

təsəvvürlərini  ifadə  edən  görüşləri  təşkil  etməlidirlər.  Eləcə  də  göstərilənlər  tarixi  inkişaf 

gedişində əldə edilmiş və yenidən təkrar olunan hüquq sərvətlərinin prinsiplərin, normaların, 

kateqoriyaların,  biliklərin,  hüquqi-texniki,  hüquqi-təşkilati  normaların  dövlət  və  ya  yerli 

özünüidarəetmə  orqanları  tərəfindən  vətəndaşlara  kütləvi  informasiya  vasitələri  ilə 

çatdırılması inzibati xətaların qarşısının alınmasında mühüm rol oynayır. 

nzibati  məsuliyyət  tədbirləri  əsasən  bir  qayda  olaraq,  dövlət  idarəetmə  sahəsində 

törədilən  inzibati  xətalara  görə  müəyyən  edilir.  Digər  tərəfdən  isə  dövlət  idarəetmə 

sistemində baş verən inzibati xətaların xəbərdar edilməsi və onların qarşısının alınması polis 

orqanlarının  və  onun  əməkdaşlarının  əsas  vəzifələrindən  biridir.  ″Polis  haqqında″ 

Azərbaycan  Respublikası  Qanununun  4-cü  maddəsinin  2-ci  bəndinə  əsasən,  polisin 

fəaliyyətinin  əsas  istiqamətlərindən  biri  olan  ″ictimai  qaydanın  qorunması  və  ictimai 

təhlükəsizliyin  təmin  edilməsi″  fəaliyyəti  bilavasitə  dövlət  idarəetmə  sistemində  baş  verən 

inzibati xətaların xəbərdar edilməsi və onların qarşısının alınmasına yönəldilmişdir.  

Birinci suala yekun olaraq bir daha qeyd etmək istərdim: 

1.

  nzibati  məsuliyyət  -  hüquqi  məsuliyyətin  növlərindən  biri  olaraq,  səlahiyyətli 



orqan və ya vəzifəli şəxs tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq 

olunması ilə ifadə olunur. 

2.

  nzibati məsuliyyətin əsas xüsusiyyəti: onun əsasını inzibati xəta, tədbirlərini isə 



inzibati tənbehlər təşkil edir. 

3.

  nzibati məsuliyyətin prinsipləri aşağıdakılardır: 



-

  qanunçuluq prinsipi; 

-

  qanun qarşısında bərabərlik prinsipi; 



-

  təqsirsizlik prezumpsiyası prinsipi; 

-

  ədalətlilik prinsipi; 



-

  inzibati xətaların qarşısının alınması prinsipi. 

 

 

Sual 2.  



nzibati xətanın anlayışı və onun əlamətləri 

 

            Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində inzibati 



xətanın anlayışı verilmişdir: 

Bu  Məcəllə  ilə  qorunan  ictimai  münasibətlərə  qəsd  edən,  hüquqazidd  olan,  təqsirli 



sayılan  (qəsdən  və  ya  ehtiyatsızlıq  üzündən  törədilən)  və  inzibati  məsuliyyətə  səbəb  olan 

ə

məl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur″. 



Hər  bir  inzibati  xətanın  əsasını  əməl  təşkil  edir.  Əgər  inzibati  xətada  əməl  yoxdursa 

deməli  burada  heç  bir  inzibati  xətadan,  inzibati  məsuliyyətdən,    inzibati  tənbehlərin  tətbiq 

edilməsindən danışmaq olmaz. 

           Əməl-iradəvi davranış aktıdır. Davranış aktının iki halı mövcuddur: 

           1.  Hərəkət  -  yəni  hüququn  subyekti  tərəfindən  üzərinə  qoyulmuş  vəzifənin  aktiv 

surətdə yerinə yetirilməməsi və ya müəyyən edilmiş qadağanın pozulması. Məsələn, qadağan 

edilmiş üsulla ovun edilməsi ( XM – mad.111.2). 

           2.  Hərəkətsizlik  -  yəni  hüququn  subyekti  tərəfindən  üzərinə  qoyulmuş  vəzifənin 

passiv  olaraq  yerinə  yetirilməsi  və  yaxud  subyekt  tərəfindən  hərəkət  etməli  olduğu  halda 


 

189 


 

hərəkət  etməməsi.  Məsələn,  polis  işçisinin  ictimai  qaydanın  mühafizəsi  ilə  əlaqədar  olan 

qanuni tələbinə qəsdən tabe olmama ( XM – mad.310.1). 

Bununla  yanaşı,  əməlin  inzibati  xəta  olub-olmamasından  danışmazdan  əvvəl  əməlin 

hüquqi əlamətləri barədə danışmaq daha məqsədəuyğundur. Ona görə ki, əməlin inzibati xəta 

kimi sayılması üçün onun hüquqi əlamətləri olmalıdır. Yalnız aşağıdakı əlamətlər bir və ya 

bir  neçə  əməldə  (əməllərdə)  mövcud  olduqda  törədilmiş  əməli  inzibati  xəta  kimi 

qiymətləndirmək olar. 

 Beləliklə, əməlin hüquqi əlamətləri aşağıdakılardır: 

1.

  əməl hüquqazidd olmalıdır; 



2.

  əməl təqsirli sayılmalıdır (yəni qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməlidir); 

3.

  əməl inzibati məsuliyyətə səbəb olmalıdır. 



4.

  əməl  Azərbaycan  Respublikasının  XM  ilə  qorunan  ictimai  münasibətlərə  qəsd 

etməlidir. 

Ə

məlin  hüquqazidd  olması.    Özünün  sosial  mahiyyətinə  görə  əməl  vətəndaşların, 



cəmiyyətin,  dövlətin  maraqlarına  zidd  olmalıdır  və  bu  maraqlara  zərər  vurmalıdır.  Digər 

tərəfdən isə əməl müxtəlif hüquq normalarını pozmalıdır. 

Ə

məl  təqsirli  sayılmalıdır.  Bu  o  deməkdir  ki,  əməl  ya  aktiv  hərəkətlə,  ya  da  



hərəkətsizliklə  törədilməlidir.  Təqsir  şəxsin  qəsdən  və  ya  ehtiyatsızlıq  üzündən  törədilən 

hüquqazidd  hərəkətə  və  ya  hərəkətsizliyə  psixi  münasibətidir.  Təqsirin  olması  inzibati 

xətanın vacib əlamətlərindən biridir. Əməlin hüquqazidd olmasına baxmayaraq onda təqsirin 

olmaması  əməlin  inzibati  xəta  kimi  sayılmamasına  səbəb  olur  ( XM-nin  3-cü  mad.). 

Məsələn, anlaqsız vətəndaş piyadalar üçün müəyyən olunmuş qaydaları pozur. 

Ə

məlin inzibati məsuliyyətə səbəb olması. Konkret əməl o vaxt inzibati xəta sayılır ki, 



onun törədilməsi Azərbaycan Respublikasının  XM-nin Xüsusi hissəsində inzibati xəta kimi 

müəyyən edilsin və onun törədilməsinə görə müxtəlif sanksiyalarının tətbiq edilməsi nəzərdə 

tutulsun. 

Ə

məl  Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsi  ilə  qorunan  ictimai 



münasibətlərə qəsd etməlidir. Bu o deməkdir ki, Azərbaycan Respublikasının  XM müxtəlif 

hüquq normaları (hüquq sahələri) ilə nizamlanan ictimai münasibətləri mühafizə edir. Əgər 

ə

məl  Azərbaycan  Respublikasının  XM  ilə  mühafizə  olunan  ictimai  münasibətlərə  qəsd 



edərsə, onda həmin əməl inzibati xəta kimi qiymətləndirilə bilər. 

nzibati  xətanın  yuxarıda  göstərilən  əlamətlərini  onun  tərkibindən  fərqləndirmək 

lazımdır.  Ona  görə  ki,  bəzən  əməldə  inzibati  xətanın  hüquqi  əlamətləri  mövcud  olmasına 

baxmayaraq  həmin  əməl  inzibati  xəta  kimi  qiymətləndirilmir.  Məsələn,  13  yaşlı  şəxs 

tərəfindən  yol  hərəkəti  qaydaları  pozulmuşdur.  Buna  baxmayaraq,  həmin  şəxs  inzibati 

məsuliyyətə cəlb edilmir. Çünki, Azərbaycan Respublikasının  XM-nin 15.1-ci maddəsində 

qeyd  edilib  ki,  inzibati  xəta  törədərkən  16  yaşı  tamam  olmuş  fiziki  şəxslər  inzibati 

məsuliyyətə cəlb olunurlar. Deməli, belə halda törədilmiş əməl inzibati xəta sayılmır. 

Qanunvericiliklə  ″inzibati  xətanın  tərkibi″  anlayışı  müəyyən  edilməyib.  Bununla 

yanaşı, inzibati hüquq nəzəriyyəçiləri belə hesab edirlər ki: 

          ″ nzibati xətanın tərkibi dedikdə, hüquqla müəyyən edilmiş elementlər məcmusu başa 

düşülür ki, onların mövcudluğunda törədilmiş əməl inzibati xəta sayılır″. 

nzibati xətanın tərkibi aşağıdakı elementlərdən ibarətdir: 

1.

  nzibati xətanın obyekti. 



2.

  nzibati xətanın obyektiv tərəfi. 



 

190 


 

3.

  nzibati xətanın subyekti. 



4.

  nzibati xətanın subyektiv tərəfi. 

 

nzibati xətanın obyekti 



           nzibati xətanın obyekti müxtəlif hüquq normaları (sahələri) ilə nizamlanan və yalnız 

inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlərdir. Məsələn, Azərbaycan 

Respublikası  XM-nin  39-cu,  40-cı,  41-ci,  42-ci  və  s.  maddələri  ilə  konstitusiya  hüquq 

normaları ilə nizamlanan ictimai münasibətlər mühafizə olunurlar. 

nzibati xətaların obyektini təşkil edən ictimai münasibətlərin aşağıdakı xüsusiyyətləri 

mövcuddur: 

a)  onlar  hüququn  müxtəlif  sahələri  ilə  nizamlanırlar  (məsələn,  əmək  hüququ, 

konstitusiya hüququ, ekologiya hüququ və s.); 

b) bu ictimai münasibətlər inzibati tənbehlərin vasitəsi ilə mühafizə olunurlar. 

            nzibati xətanın obyektin 4 (dörd) növü mövcuddur: 

          1.  nzibati  xətanın  ümumi  obyekti  -  müxtəlif  hüquq  normaları  ilə  nizamlanan  və 

inzibati  hüquq  normaları  ilə  mühafizə  olunan  ictimai  münasibətlərdir.  Belə  münasibətlərə 

vətəndaşların  siyasi,  sosial  və  əmək    hüquqları,  əhalinin  sağlamlığı,  sanitar-epidemioloci 

salamatlığı,  mülkiyyət,  iqtisadi  fəaliyyət,  ictimai  qayda,  ictimai  təhlükəsizlik  və  ictimai 

mənəviyyat,  ətraf  mühit  və  idarəçilik  qaydaları  ilə  əlaqədar  yaranan  ictimai  münasibətlər 

aiddirlər.  Belə  ictimai  münasibətlər  yalnız  inzibati  tənbehlərlə  qorunduğu  halda  göstərilən 

obyektə aid edilir. 

           2.  nzibati  xətanın  xüsusi  obyekti  -  ümumi  obyektin  ayrılmaz  və  müstəqil  hissəsini 

təşkil edən ictimai münasibətlərin bir hissəsidir ki, bu münasibətlərin yaranma sahəsi eynidir 

(məsələn, nəqliyyatdan istifadə edilməsi ilə əlaqədar yaranan münasibətlər, rabitədən istifadə 

ilə əlaqədar yaranan münasibətlər və s.). 

Azərbaycan Respublikasının  XM-nin Xüsusi hissəsinin 2 (ikinci) bölməsində, yəni 6-

24-cü fəsillərində inzibati xətaların xüsusi obyektləri qeyd edilib. 

           3.  nzibati  xətanın  növlü  obyekti  -  bu,  elə  ictimai  münasibətlərdir  ki,  onlar  xüsusi 

oybektin  bir  qrupudur.  Məsələn:  Azərbaycan  Respublikası  XM-nin  22-ci  fəsli  ″ ctimai 

qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar″ adlanır. Bu 

fəsildə inzibati hüquq normaları ilə mühafizə olunan ictimai münasibətlər inzibati xətaların 

xüsusi obyektini təşkil edir. Bu fəsildə nəzərdə tutulmuş inzibati xətaların növlü obyektindən 

danışarkən qeyd etmək lazımdır ki, burada 3 (üç) növlü obyekt mövcuddur. 

a)  ictimai  qaydanın  təmin  edilməsi  və  mühafizəsi  ilə  əlaqədar  yaranan  və  inzibati 

tənbehlərlə mühafizə olunan ictimai münasibətlər. Məsələn, Azərbaycan Respublikası  XM-

nin 296-cı, 297-ci, 298-ci və 306-cı maddələri; 

b)  ictimai  təhlükəsizliyin  təmin  edilməsi  ilə  əlaqədar  yaranan  və  inzibati  tənbehlərlə 

mühafizə olunan ictimai münasibətlər. Məsələn, Azərbaycan Respublikası  XM-nin 299-cu, 

301-ci, 302-ci, 303-cü, 304-cü, 305-ci maddələri. 

v) ictimai mənəviyyatın təmin edilməsi və mühafizəsi ilə əlaqədar yaranan və inzibati 

tənbehlərlə mühafizə olunan ictimai münasibətlər. Məsələn, Azərbaycan Respublikası  XM-

nin 300, 307, 307.1, 308 və 309-cu maddələri. 

          4.  nzibati  xətanın  bilavasitə  obyekti  -  belə  ictimai  münasibət  inzibati  xətanın 

törədilməsi  nəticəsində  bilavasitə  ziyan  çəkir.  Məsələn,  Azərbaycan  Respublikası  XM-nin 



 

191 


 

346-cı maddəsi: ″Mülki silahın və döyüş sursatının saxlanılması, daşınması və ya satılması 

qaydalarının pozulması″. 

Bu növ inzibati xətanın bilavasitə obyekti kimi aşağıda göstərilən ictimai münasibətlər 

ola bilər: 

a)  mülki  silahın  və  döyüş  sursatının  saxlanılması  qaydalarını  təşkil  edən  ictimai 

münasibətlər; 

b)  mülki  silahın  və  döyüş  sursatının  daşınması  qaydalarını  təşkil  edən  ictimai 

münasibətlər; 

v)  mülki  silahın  və  döyüş  sursatının  satılması  qaydalarını  təşkil  edən  ictimai 

münasibətlər. 

nzibati  qanunvericilik  bəzi  hallarda  inzibati  xətanın  bilavasitə  obyekti  simasında 

konkret  ictimai  münasibətin  elementi  kimi  qəsd  edilən  predmeti  nəzərdə  tutur.  Belə  ki, 

Azərbaycan  Respublikası  XM-nin  26-cı  və  27-ci  maddələrində  inzibati  xətanın  bilavasitə  

obyekti olmuş predmetin ödənişlə alınması və müsadirəsi müəyyən edilmişdir. 

Ümumiyyətlə,  inzibati  xətanın  obyektinə  dair  yuxarıda  göstərilənləri  aşağıdakı  sxem 

şə

klində təsvir etmək olar: 



 

ÜO 


 

 

 



 

XO 


 

 

 



 

NO 


 

 

 



 

BO 


 

 

nzibati xətanın obyektiv tərəfi 

             nzibati  xətanın  obyektiv  tərəfi  -  törədilən  (törədilmiş)  inzibati  xətanın  xarici 

görünüşü  və  ya  inzibati  hüquq  normaları  ilə  nəzərdə  tutulan  və  inzibati  xətanın  xarici 

görünüşünü xarakterizə edən elementlər sistemidir. 

            nzibati xətaların obyektiv tərəfinin aşağıdakı elementləri mövcuddur: 

1.

  ctimai təhlükəli, hüquqazidd əməl (hərəkət və hərəkətsizlik). 



2.

  Bilavasitə səbəbli əlaqə. 

3.

  Nəticə. 



4.

  Yer. 


5.

  Vaxt. 


6.

  Üsul. 


7.

  Vasitə. 

8.

  Şərait. 



           nzibati xətanın obyektiv tərəfinin əsas elementini ictimai təhlükəli, hüquqazidd əməl 

(hərəkət və ya hərəkətsizlik) təşkil edir. Əgər inzibati xətada qeyd etdiyimiz əlamətlərə malik 

olmayan əməl yoxdursa, deməli burada heç bir inzibati xəta yoxdur. 

Ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün 

hüquqpozmaları ictimai təhlükəlilik dərəcəsinə görə cinayətlərə, xətalara və s. ayırmaq olar. 

Hüquq ədəbiyyatında bu məsələyə dair müxtəlif fikirlər söylənilir. Lakin hər bir əməli 

onun ictimai-təhlükəlilik dərəcəsinə görə fərqləndirmək lazımdır. 

Məlum  olduğu  kimi  müxtəlif  ictimai  münasibətlər  cinayət  hüququ  normaları  və 

inzibati hüquq normaları vasitəsi ilə mühafizə olunurlar. Qəsd olunan ictimai münasibətlərə 


 

192 


 

görə  əməlin  ictimai  təhlükəliliyi  özünü  biruzə  verir.  Digər  tərəfdən  isə  törədilmiş  əməlin 

cəmiyyətdə verdiyi əks-sədaya (rezonansa) görə də onun ictimai təhlükəliliyindən danışmaq 

olar. 


Qeyd etdiyimiz, kimi inzibati xətanın obyektiv tərəfinin əsasını ictimai təhlükəli əməl 

təşkil edir, digər elementlər isə ″əlavə″ xarakterə malikdirlər. 

Ümumiyyətlə, inzibati hüquq və cinayət hüququ məhz elə hüquq-mühafizə sahəsində 

toqquşurlar  və  burada  ″birgə″  fəaliyyət  göstərirlər.  Bu  sahəni  sxem  formasında  aşağıdakı 

formada təsvir etmək olar: 

 

nzibati 



hüquq 

 

Cinayət 



hüququ 

 

Cinayət  hüququnda  cinayətin  obyektiv  tərəfinin  əsas  elementləri  sırasına  ictimai 



təhlükəli,  hüquqazidd  əməl,  nəticə  və  səbəbli  əlaqə  daxildir. Burada olan   normalar  əsasən 

maddi tərkiblidirlər. 

nzibati  qanunvericilik  isə  əsasən  formal  tərkibli  normalardan  ibarətdir.  Bu  nə 

deməkdir? 

Birincisi,  cinayət  hüququ  ilə  inzibati  hüquq  hüquq-mühafizə  sahəsində  ″birgə″ 

fəaliyyət göstərirlər. 

kincisi, cinayət hüququ əsasən maddi tərkibli əməlləri cəzalandırır, inzibati hüquq isə 

ə

sasən formal tərkibli əməlləri tənbeh edir. 



           Beləliklə,  formal  tərkibli  inzibati  xətada  yalnız  qanunvericiliklə  qadağan  edilmiş 

ictimai-təhlükəli, hüquqazidd əmələ görə tənbeh (cəza) tətbiq edilir. 

           Maddi tərkibli inzibati xətada isə aşağıdakı zəruri əlamətlər mütləq olmalıdır: 

a) ictimai təhlükəli, hüquqazidd əməl; 

b) hüquqazidd, ziyanlı nəticə; 

v) bilavasitə səbəbli əlaqə. 

Yəni burada əsas fərq məhz elə vurulmuş ziyana görə müəyyən edilə bilər. 

Formal tərkibli əməldə vurula biləcək ziyan ehtimal olunur (məsələn,  XM-nin 296-cı 

maddəsi, ″Xırda xuliqanlıq″ burada vurula biləcək ziyan ehtimal olunur və ictimai qaydanın 

pozulmasına səbəb olan əməl tənbeh edilir. 

Maddi tərkibli əməldə isə vurulmuş ziyan müxtəlif formada hesablana bilər. Məsələn, 

XM-nin 69-cu maddəsi ″Xırda talama″. Bu maddənin qeydində göstərilib ki, ″... Talanmış 

ə

mlakın dəyəri şərti maliyyə vahidi   məbləğinin otuz mislindən yuxarı olmadıqda bu, xırda 



talama hesab edilir″. 

           Deyilən formal və maddi tərkibli inzibati xətaları sxem şəklində aşağıdakı kimi təsvir 

etmək olar: 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin