Mövzu : Azərbaycanın Qədim Dövrdə Dövlətləri. (Mühazirə №2) Eramızdan əvvəl IV minillikdə



Yüklə 30,31 Kb.
səhifə10/10
tarix16.03.2022
ölçüsü30,31 Kb.
#53881
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycanin Qedim Dövrdə Dövlətləri.(Müh. №2)

Sənətkarlıq və ticarət. Arxeoloji materiallar sübut edir ki, Albaniyada metalişləmə, zərgərlik, dulusçuluq, toxuculuq, əmək alətlərinin hazırlanması və s. bu kimi sənətkarlıq sahləri inkişaf edirdi. Strateji cəhətdən çox mühüm müvqedə yerləşən qədim Azərbaycan dövlətləri həm də ticarət mərkəzləri, tranzit krvan ticarət yollarının kəsişdiyi və keçdiyi məntəqələr rolunu oynamışdılar. Burada həm ölkələri əlaqələndirən yerli və beynəlxalq karvan ticarəti yolları keçirdi. Qazaka, Kabalaka, Vera, Aynian, Anariak və b. Azərbaycan şəhərləri antik dünyanın Yunan , Makedoniya, Roma, Parfiya və digər dövlətləri ilə ticarət əlaqələri saxlayırdılar. Ölkəmizin ərazisindən tapılmış xarici sikkələr, digər əşyalar deyilənləri təsdiq edir.

Dini görüşlər. Antik dövrdə Azərbaycan əhalisi içərisində müxtəlif dini təsəvvürlər mövcud olmuşlar. Ulu babalarımızın dini görüşləri içərisində totemizm və fetişizm, ölkənin cənubunda isə atəşpərəstlik kimi dini politeist dinləri geniş yayılmışdır.

Qədimdə Azərbaycanın şimal hissəsi antik mənbələrdə Albaniya, Ərəblərdə Alran, xalq arasında Aran, cənubi isə Atropateniya adlanırdı. Mənbələrdə Misir və yaxud Assuriyada olmuş quldarlıq sisteminə Atrapotenada təsadüf edilmir. Bu ərazidə olmuş quldarlıq sistemi haqqında mənbələrdə qul termini əvəzinə “bəndək” və “ənməhrik” sözləri işlədilmişdir. Sasanilər dövründə dövlət özünə qüvvətli ictimai dayaq yaratmaq məqsədilə dövlət idarələrində, orduda xidmət edən şəxslərə və habelə ruhanilərə ehtiyaclarını ödəmək məqsədi ilə torpaq ayırırdı. Torpaq sahibləri əsas etibarı ilə qul əməyindən istifadə edirdilər. Lakin artıq III əsrdən etibarən quldarlıq sistemi get-gedə zəifləyib dağılmağa başlamışdı
Yüklə 30,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin