Mövzu : Azərbaycanın Qədim Dövrdə Dövlətləri. (Mühazirə №2) Eramızdan əvvəl IV minillikdə


Eramızdan əvvəl II minillikdə Azərbaycanın siyasi vəziyyəti



Yüklə 30,31 Kb.
səhifə4/10
tarix16.03.2022
ölçüsü30,31 Kb.
#53881
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycanin Qedim Dövrdə Dövlətləri.(Müh. №2)

Eramızdan əvvəl II minillikdə Azərbaycanın siyasi vəziyyəti. Eramızdan əvvəl II minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan turukki və su tayfalarının siyasi fəaliyyəti başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki və su tayfaları İkiçayarası hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar. Onların bu hücumları İkiçayarasının şimalında yaranmış Assur dövlətinin sərhədlərində təhlükə yaradırdı. Assur hökmdarı I Şamşi-Adad (eramızdan əvvəl 1813-1781) turikkilərə qarşı hərbi yürüş təşkil edir. Lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir. Turikkilər Assurların nəzarəti altında olan Şumer vilayətində yerləşdilər. Turukkilərin bir hissəsi Assurlarla sülh bağlayır. Eramızdan əvvəl II miniliyin əvvəlində Azərbaycan tayfalarını ayrı-ayrı başçılar, yaxud xırda hökmdarlar təmsil edirdilər. Turikkilərin bir neçə, lullibilərin isə çox hökmdarı var idi. Erkən Azərbaycan dövlətləri artıq parçalanmışdılar, ayrı-ayrı xırda hökmdarların hakimiyyəti bərqərar olmuşdu. Bu dövrdə güman ki, turikki, lullubi, kuti və b. tayfaların ittifaqı mövcud idi. Bu tayfaların fasiləsiz təzyiqi Assuriya dövlətinin zəifləməsinə və Babilistan hökmdarı Hammurapinin (era mızdan əvvəl 1792-1750) Şimali İkiçayarası hadisələrinə müdaxilə etməsinə şərait yaratdı. O, turikki və kuti tayfalarının hücümlarını dəf etdi. Eramızdan əvvəl XIV əsrin sonunda Assuriya yenidən qüvvətlənir və onun qədim Azərbaycan torpaqlarına hücumları güclənir. Assuriya lullubilərin yaşadığı ərazini ələ keçirmişdi. Lakin Assuriyanın Azərbaycan ərazisində hökmranlığı müvəqqəti xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır, Assur əsarətindən xilas olmağa çalışırdılar. Qədim Azərbaycanın xırda hökmdarları çox zaman birləşməyə macal tapmır, təkbətək döyüşə girir və ya uğursuz müdafiə olunurdular. Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər, elamlar və s. yaşayırdılar.


Yüklə 30,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin