Mövzu : Azərbaycanın Qədim Dövrdə Dövlətləri. (Mühazirə №2) Eramızdan əvvəl IV minillikdə



Yüklə 30,31 Kb.
səhifə6/10
tarix16.03.2022
ölçüsü30,31 Kb.
#53881
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycanin Qedim Dövrdə Dövlətləri.(Müh. №2)

Manna dövləti

Müasir Cənubi Azərbaycanın ərazisi e.ə. II miniliyin sonu və xüsusilə e.e.I minilikdə Assuriya və Urartu çarlarının yürüşlərində adı çəkilən qədim dövlətlərin ərazisini əhatə edir. Urmiya gölünün ətrafında və ondan cənub və Şərqə doğru ərazidə yerləşən bu kiçik dövlətlər—Zamua, Gilzan, Allabria, Messi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Andia, Zikertu, Sanqibutu, Puluadi və b. qədim Şərq Dövlətləri—Assuriya və Urartunun daimi ekspansiya obyekti olmuşdur. E.ə. IX əsrin ortalarında bu ölkələr içərisində Manna seçilməyə başlayır. Er.əv. VIII əsrin əvvəllərində Manna böyük dövlət birləşməsinə çevrilir, qonşu vilayətləri zəbt edərək, As suriya çarlarına fəal müqavimət göstərir, Urartu ilə mübarizə aparır. Mannanın sərhədləri Cənubda Diyala və Kiçik Zab çaylarının yuxarılarına, Şərqdə təqribən Xəzər dənizinə, şimalda Araz çayına, qərbdə isə Urmiya gölü sahilinədək uzanırdı. Təəsüf ki, Manna çarlarının özlərinin yazılı məlumatları bizə gəlib çatmamışdır. Cənubi Azərbaycan ərazisində olan müxtəlif dövlət birlikləri barədə məlumatları biz Assuriya və Urartu mənbələrindən və bu ərazidə tapılan qayaüstü yazılardan götürürük. Ölkə haqqında yazılı mənbələrin kəsirini arxeoloji qazıntılar zamanı aşkara çıxarılan maddi mədəniyyət abidələri doldurur.



E.ə. I minilliyin əvvəlində lullubilərin yerləşdiyi ərazi Zamua adı ilə məşhurlaşmış, sonra isə bu ərazinin bir hissəsində mannalılar yüksəlir. Bu ad altında görünür bir neçə qohum tayfalar birləşir. Ancaq sonrakı dövrlərdə də, Manna dövlətinin çiçəkləndiyi dövrdə, bu ərazi “Lullume” adlanmaqda davam edir. E.ə. I minilliyin əvvəlindən Cənubi Azərbaycan ərazisində dövlətin formalaşması prosesi gedir. E.ə. IX əsrin ortasından burada Manna çarlığı fərqlənməyə başlayır. Urmiya ətrafı hövzədə e.ə. IX əsrin ortalarından başlayaraq Midiya dövlətinin yaranmasına kimi əsas siyasi qüvvə yerli əhalini birləşdirən Manna dövləti olmuşdur. Bir qrup alimlər onu hurrit dilinə aid edir. Manna dövləti meydana gələnə kimi onun yerləşdiyi ərazidə bir neçə “çarlıqlar” mövcud olmuşdur. Urmiya gölündən cənubdakı ərazidə uzun müddət Zamuanın da adı çəkilir. Urmiya gölünün qərb sahilində Gilzan vilayəti müstəqil çıxış edir. İlk dəfə Gilzan adına Assuriya çarı II Turikilti-Ninutının salnamələrində rast gəlinir. E.ə. 890-884-illərdə Gilzan ölkəsi Assuriyaya tabe olsa da burada görünür çar hakimyyəti saxlanılmışdır və ölkə vergi vermişdir. Bu dövlət birlikləri Assuriya kimi qüdrətli dövlətə qarşı daimi mübarizə aparmışlar. Bu isə onların qüdrətli dövlət birləşmələri olduğunu sübut edir. Bu dövlət birləşmələrinin ərazisində nəhəng möhkəmləndirilmiş qalalar olmuşdur. Artıq e.ə. I miniliyin əvvəlində Urmiya gölü ətrafı ərazidə şəhər-qalaların olması və ayrı-ayrı vilayətlərin birliyi üçün şərtlər Manna dövlətinin yaranması üçün şərait yaratdı. Mannanılar adı ilk dəfə e.ə. 843-ci ildə III Salmanasar dövründə “Minni” formasında çəkilir. Öz hökmranlığının 16-cı ilində e.ə. 843-ci ildə III Salmanasar yürüşlərini təsvir edərək məlumat verir ki, daxili Zamuada yaşayış məskənini tutaraq o, Manna ölkəsinə çatır. Ancaq burada Mannanı tutması barədə heç bir məlumat verilmir. Təkçə 14-ildən sonra, e.ə. 829-cu ildə Mannanın adı III Salmanasarın qarət etdiyi ölkələr içərisində çəkilir. Ancaq Mannanın Assuriyaya tabe edilməsi barədə məlumat verilmir, görünür III Salmanasar vergi almaqla kifa yətlənmişdir. III Salmanasar dövründən mənbələr Manna çarları və ölkənin paytaxtı Zirtu sonralar İzirtu barədə məlumat verir. Çar Udakidən sonra Manna çarı İranzunun adı e.ə. 718-ci ildə Assuriya mənbələrində xatırlanır. Bu vaxtdan başlayaraq II Sarqonun məlumatlarından görünür ki, Mannadə çar hakimyyəti nəsillikcə keçmişdir. Aza və Ullusunu İranzunun oğlanları olmuşlar. Ahşeridən sonra Mannanı onun oğlu Uallı idarə etmişdir. Mannada dövlətin başında vərəsəlik hüququna malik çar dururdu. Dövlətin ərazisi vilayətlərə bölünür, onların başında isə çarın təyin etdiyi adamlar - canişin dururdu. Mannada çarın hakimyyəti görünür ki, ağsaqqallar şurası olmasına baxmayaraq qeyri-məhdud olmuşdur. Bu çarın tərəfdarları və əleyhidarları arasında daimi mübarizəyə səbəb olurdu. Mannanın şərq sərhədlərində ən ucqar vilayət Andia olmuşdur. Manna dövləti özünün güclü vaxtı Andianı Assuriyalılardan almış və özünə tabe etmişdi. Mannaya tabe olan vilayətlər içərisində Uişdiş vilayətinin də adı çəkilir. Bu vilayət müasir Marağa rayonu ərazisində yerləşmişdir. Mannanın şimal sərhədlərində Subi və Sanqibutu vilayətləri yerləşmişdi. Mannanın cənub-şərq torpaqları Midiyalıların torpaqları ilə həmsərhəd idi. Midiya tayfa ittifaqlarının adı ilk dəfə e.ə. 834-cu ildə III Salmanasar tərəfindən çəkilir. Mannanın qərbində qorxulu düşmən Urartu yerləşmişdi. Çar Minuadan başlayaraq er.əv. təqribən 810-781-ci illər Urartu çarları Manna barədə danışırlar. Minuanın oğlu I Arkişti er.əv. təqribən 786-764-ci illər və II Sardur e.ə. təqribən 760-730-ci illər dövründə Urartu çarlarının Manna vilayətlərinə qarşı yürüşləri ardıcıl xarakter daşıyır. Eyni zamanda Manna dövləti də Urartuya qarşı tez-tez çıxış edirdi. Manna dövlətinin öz qonşuları ilə daimi mübarizə etməsi onu zəiflədirdi. Ancaq buna baxmayaraq Manna güclü qonşuların bir-biri ilə vuruşmasından istifadə edərək öz ərazisini genişləndirməyə nail olurdu. Manna dövləti özünün çiçəklənmə dövrü çar İranzunun (e.ə. 740-719) hakimyyətinin əvvəlində və ondan əvvəlki çarlar dövründə keçirmişdir. Təqribən e.ə. 719-cu ildə İranzunun ölümündən sonra onların oğlanları arasında mübarizə başlanır. Onun böyük oğlu Aza taxta çıxır və atasının Assuriyapərəst siyasətini davam etdirir. Ancaq o tezliklə öldürülür və Urartunun köməyi ilə onun qardaşı Ullusunu taxta çıxır. Assuriya isə bununla barışmayaraq Mannaya hücuma keçir və ölkəni qarət edir. Ullusunu Assuriya tərəfə keçməyə məcbur olur və Assuriyanı Urartu ilə müharibədə müdafiə edir. Mannalı lar Assuriya ordusunu taxıl məhsulları ilə, at, iri və xırda buynuzlu mal-qara ilə təmin edirdilər. Assuriyanın müharibədə Urartunu məğlub etməsi Mannaya öz sərhədlərini genişləndirməyə imkan verir. Mannanın möhkəmlənməsi ona hətta II Sarqonun varisləri dövründə Assuriyanın bəzi vilayətlərini tutmağa imkan verir. Ahşerinin dövründə Mannalılar skiflərlə birlikdə Assuriyaya qarşı çıxırlar və ona qələbə çalırlar. Ahşerinin adına biz Assuriya hökmdarı Asarxaddonun (E. ə. 680-669-cu illər) məlumatlarında rast gəlirik. Assuriya ilə mübarizədə Ahşeri kimmerlər və skiflərin köməyindən istifadə etmişdir. Ahşerinin dövründə Manna Assuriya hökmdarı Aşurbanipalın e. ə. 669-627-ci illər hücumuna məruz qalır. Daxili ziddiyyətlər nəticəsində zəifləyən (e. ə. 660-659-cu ildə) Manna məğlubiyyətə məruz qalır və assuriyalılar mannalıların tutduğu Allabria vilayətini və Assuriya ilə qonşu olan digər əraziləri geri qaytarırlar. Bu məğlubiyyətdən sonra mannalılar Ahşeriyə qarşı çıxış edirlər və onu öldürürlər. Taxta onun oğlu Ualli çıxır və o, Assuriyanın qələbəsini tanıyır və ona xərac verir. Manna dövləti Assuriyanın e.ə. 616-cı ilə kimi müttəfiqi olaraq qalır və Assuriya-Babil müharibələrində Assuriyanın tərəfində vuruşur. Assuriyanı həlledici məğlubiyyətə uğradan Midiyalılar Yaxın Şərqdə güclü dövlət yaradırlar. Onlar təqribən e.ə. 615-610-cu illər arasında Manna dövlətini də özlərinə tabe edirlər. Manna dövlətinin son dəfə adı çəkilən yazılı mənbə Bibliyadır. Kitabda er.əv. 593-cu ildə Midiyalılarla birlikdə Urartu, Manna və skiflər Babilistana qarşı çıxış etməyə çağrılır. Yazılı mənbələr və arxeoloji materiallar (Həsənli, Ziviya, Göytəpə və s.) Mannanın iqtisadi cəhətdən yüksək inkişafını sübut edir. Təsərrüfatın əsas növləri əkinçilik və maldarlıq olmuşdur. Atçılıq mühüm yer tuturdu. Geniş süni suvarma şəbəkəsi bağçılıq və üzümçülüklə məşğul olmağa şərait yaradırdı. Mannada sənətkarlıq, metalişləmə geniş inkişaf etmişdi. Ziviya dəfinəsi, Həsənlidəki qızıl, gümüş və tunc əşyalar, dulusçuluq qara rəngli şirələnmiş keramika və şəhərsalma texnikasında Assuriya relyefləri və həsənluda aşkar olunmuş saray kompleksi yüksək ustalığa nail olmuşdur. Mannada çoxlu şəhər müdafiə qalaları mövcud olmuşdur. Ehtimal ki, Mannada Assuriya mixi yazısına bənzəyən yazıdan istifadə olunmuşdur. Mannalıların formalaşmasında qədim yerli əhali kuti və lullubi tayfaları əsas rol oynamışlar. E.ə. I miniliyin əvvəllərində Mannanın tərkibində huri elementləri gücləndi. Sonralar bu əraziyə köçmüş irandilli tayfalar Mannaya qüvvətli təsir göstərir. Mannanılar təbiət qüvvələrinə sitayiş edir və allahlara qurban verirdilər. Mannada allahlar panteonu mövcud olmuşdur. Etiqadlarında həyat şəcərəsinə sitayiş də mühüm yer tuturdu. Mannalılar azərbaycanlıların əcdadlarından biri olmuşlar.


Yüklə 30,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin