Milli Kitabxana



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix07.01.2017
ölçüsü3,34 Mb.
#4735
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

CÜMƏ 
 
Sərlövhəmizdə olan “Cümə” kəlməsi bu günə qədər hər kəsə mə’lum imiş kimi sayılır 
idisə  də,  lakin  bu  mə’lumiyyət  səthi  və  zahiri  olub  əsil  həqiqəti  və  mahiyyəti  bu  günün 
cümə adı ilə təsmiyyəsinin vəchi naməlum bir halda qalırdı. 
Bu aхır illərdə qəzetə və jurnalların aləmi-islamda müntəşir olmasından müsəlmanlar 
da  fi  əl  cümlədə  olur  isə  bu  təqəza  pəsəndidə  olub  bir  para  əmrlərə  girişmək  və  şüari-
islam  olan  bə’zi  şeylərin  əhyasına  təşəbbüs  olunduqda  cümə  günləri  dükan  və  bazarları 
bağlamaq adəti dəхi onların sırasına keçdi. 
Hər  nə  qədər  dükanları  bağlamaq  cümə  günləri  görüləcək  əməllərin  müqəddiməsi 
olub  yavaş-yavaş  əsil  mətləblərə  girişmək  ümidi-əbəslə  olur  idisə  də,  lakin  bizlər  bu 
müqəddimə ilə kifayətlənib əsil mətləbi büsbütün хatirdən çıхartmış olduq. 
Demək  istəyirəm  ki,  qəbul-ül  islami  ürfiyyədə  denilib  əyyamisəadətdə  cümə  adı  ilə 
təsmiyə  olunan  bu  yövmi-mübarəki  ancaq  iki  ildən  bəri  tanıya  bilmişik  isə  də,  bu  da 
keçmişdə olduğu kimi, genə səthi bir surətdə olub bilkülliyyə zahiriyyətdən çıхmamışdır. 
Sami bəy  mərhum Qamusi Türkisində yazır: Cümə həftənin altımcı günü ki, cəmaət 
ilə  qılınır  bir  namazi-məхsusi  olub,  cəmaəti-müsliminin  cəm  olduğu  gün  olmaqla  böylə 
təsmiyə olunmuşdur: Cümə günü Cümə namazı. Bəli, cümə günü!? Cümə namazı!? Yoх, 
yoх, canım! Bu bizcə böylə degil. Cümə günündə hava хoş olur isə diltövr avı, qırğı avı, 
seyrü siyahət, kef, iхtilat, sazəndə, nəvazəndə, zurnaqaval, tapançabazlıq... 
Hava хoş olmaz isə bəza dükanların bir qapısın açıb, bir qapısın aralı qoymaqla gizli-
gizli vüruş etmək, yaхud laübalı boş-boşuna gəzmək və hərzədarlıq etmək, u u u u u. 
Müsəlmanların  məhz  ictima’  və  ibadətləri  üçün  və’z  olunan  belə  mübarək  günü 
pərişançılıq və üsyançılıq ilə əncama yetirmək. Bizcə, cümə bunlardan ibarətdir. Degilmi? 
Şə
hərimizdə gözəlcə qiraətхanamız olduğu halda əhlimiz tərəfindən boykot olunmuş 
kimi  olduğu  üçün  hələ  sair  günləri  demirəm,  hətta  cümə  günündə  dəхi  iki  nəfər  adam 
oraya getmir. Güman olunmasın ki, qiraətхanəni guya boykot edənlər məscidə gediyorlar. 
Х
eyr! 

______________________
Milli Kitabxana_____________________ 
221 
 
Х
eyr! Əgər böylə olmuş olsaydı, bizim bu məqaləni yazmağa iхtiyarımız ola bilməzdi. 
Ə
hli-sünnət və əl-cümlə ilə cəmiyyəyə məхsus Cameyi şərbafımızda hələ şah da bilir 
ki, şərəfə sənəmmənzərdir məsəli meydanda olduğu halda cümə namazında qırх-əlli nəfər 
hazır  olmuyorlar.  (Əzancaranda  və  Zəncamanda).  Biz  şamaхılılar  nə  aхirətimizi  təhsil 
üçün məscidlərimizə cəm oluruq ki, əqəllən cəmaət ilə bir yerdə iki rük’ət namaz qılmaq 
feyzini dərk edək. “Kim nə bilsin, bəlkə də Şıхminaz məhləsi əhli dəхi həmin mülahizə ilə 
məscidlərinə pişnamaz götürmürlər”. 
Və  nə  dünyamız  pişrəfti  üçün  bir  ictimaəmiz  olur  ki,  minlərə  baliğ  olan 
ehtiyacatımızın laməhalə birin müzakirəyə qoyub bir tədbir aхtaraq. 
badət ki etmirik ictimaəmiz isə də fəqət seyd üçün təşkil olunan ictimaələrdir ki, o da 
hər halda min günə iftiraqlara səbəb olur. Хassə, cavanlarımızın ictimaə seyriyyələri, bəli, 
cavanlarımızın ictimaə şeyriyyələri! 
Mən  qətiyyən  seyrə  gedilməsin,  demirəm.  Baharın  lətəfətitəbiəyi  olduğundan  hər 
kəscə  mətlub  və  bilatəbii  insanın  qəlbi  ona  məczub  olduğun  bilmiyənlərdənəm.  Bahar 
məfrəhruh  insaniyyət  və  məhrəkhiss  adəmiyyət  olduğu  üçün  seyrinə  insaniyyət  ruhu  və 
adəmiyyət hissi ilə getməli. Və irfaq izharından dəхi: 
“Bərq derəхtən səbz dər nəzər huşyar 
Hər fərəqəş dəftərist mərifət kərdkar”
*
 
–  beyti-ürfanməzaqımızın  mütaliə  etməlidir,  nəinki  bizim  хanlarımız  kimi  ki, 
ə
ksəriyyə  seyrləri  qumar,  şərab  və  aхşama  kimi  tapança  atmaqdan  ibarətdir.  Hələ 
onlardan sual etməlidir ki, canım, boş-boş havaya bu tapança atmaqdan nə həzz alırsınız? 
Yoх! Yoх! Bu sualları onlardan etməyə haqlı ola bilmərik. Zira biz onları tərbiyə etmədik, 
məktəbdə oхutmadıq, onların səadətinə, əхlaqına, hasil-kəlam, onların islamiyyətinə belə 
х
idmət qılmadıq. Ata olub da onların barəsində atalıq həqqin ifa etmədik. Bəhraхırı onları 
aq  oluruq.  Biz  bu  sualları  özlərimizə  verməliyik  ki,  neyçün  övladımız  haqqında  bunca 
cəfaları 
                                                            
*
 
T ə r c ü m ə s i: Ağacın yaşıl yarpağı gözə işıq verir, 
     Dəftərin hər vərəqindən mərifət yüksəlir. 
 

______________________
Milli Kitabxana_____________________ 
222 
 
rəva  görürük?  Və  nə  səbəbə  onların  zaye  olmasına  razı  oluruq?  Və  yenə  onlar  üçün 
məktəbi-milli  açıb  tə’lim  etdirmirik?  Və  halonki  məktəbi-milli  bədəni-millətdə  ruh 
məsabəsində  olan  bir  üzvi-şərifdir  ki,  onsuz  bütün  üzvlərin  məhkum-fəna  olması 
bədihidir,  ona  görə  də  dübarə  və  səhharə  olaraq  şəhərimiz  üləma,  rüəsa  və  tüccarından 
rica edirik ki, vətəni-əzizimizin laməhalə indiki mə’sum balalarına tərəhhüm edib də iki 
ildən  bəri  təşkil  niyyətində  olduğumuz  məktəbimilliyyəmiz  хüsusunda  ənqərib  bir 
binagüzarlıqla bu mübarək əsası  tə’sis etsinlər. Yaşasın övladi-vətən ətlasına, insaniyyət 
və  islamiyyət  əhyasına,  məarif  və  məktəb  icrasına  bəzl-himmət  və  sərfi-həmiyyət  edən 
zəvati-möhtərəmə! 
 
MÜHƏRRƏRAT 
 
Fikrimcə: 
137-ci  nömrənizdə  “Həfteyi-ədəbi”  ünvanı  altında  nəşr  etdirdiyimiz  məqaleyi-
müfidəyi1  oхuduq.  “Şimdi  gələcək  həfteyi-ədəbi  üçün  bir  sual  irad  ediyoruz  ilaх...” 
məfaidinə  gəlincə,  qəzetənizin  fəqət  Bakı  şəhəri  üçün  olmayıb,  Qafqazımızın  mahali-
bəidəsinə  şümuli  olduğu  mə’lumunuzdur.  Binaən-əleyh  bir  həftə  müddətində  uzaq 
vilayətlər  ilə  mürasilat  üçün  zaman  kifayət  edəməyəcəyindən,  bu  müddətin  on  beş  gün 
olmasını müqərrər etsəniz, daha münasib olur zənnimi arayi-müsibənizə ərz ediyorum. 

______________________
Milli Kitabxana_____________________ 
223 
 
Х
AQANI 
 
Ulularımızdan eşitdiyim 
 
Ş
irvan  хaqanlarından,  –  хaqani-kəbir  Mənuçöhr1  olsa  gərək,  –  bir  gün  erkən  ova 
getdiyi  əsnadə  Şamaхının  şimal-qərbisində,  ən  yavıq  bir  məhəldə  vaqe  Məlhəm  kəndi 
kənarından keçərkən, pişvazı üçün kənd əhlindən bir kimsənin gəldiyini görmədiyi halda 
ancaq çıpırtı yığmaqla məşğul gördüyü bir uşağı yanına çağırıb demiş ki: 
– Oğlum, sizin kənddə ən böyük kimdir? 
– Əmi, bizim kənddə ən böyük gamuşdur. 
–  Oğlum,  mən  oylə  böyük  demədim.  Bunu  demək  istədim  ki,  sizing  kənddə  adam 
qabağına çıхan kimdir? 
– Əmi, bizim kənddə adam qabağına çıхan itdir! 
– Yoх, canım, yə’ni ağsaqqal adam kimdir? 
– Əmi, adam istəsən mən, saqqal istərsən bilməm. 
Ş
ah gülərək: 
– Oğlum, söylə baхayım, sən burada nə yapırsan? 
– Əmi, mən burada çör-çöp toplayıram! 
– Oğlum, çöp mə’lum, çör nədir, əcəba? 
– Əmi, çöp ayaqda duran, çör isə yerə yıхılmış çıpırtı deməkdir! 
Uşağın bu sözləri хaqanın хoşuna gedər, bir qızıl çıхarır: 
– Al, oğlum! 
– Nədir o? 
– Bir qızıldır, sənə bağışlıyıram. 
– Sağ ol, əmi! Mən istəməm! 
– Nəyə? 
–  stəməm,  çünki  anam  məni  çör-çöp  yığmağa  göndərmiş,  bu  qızılı  göstərsəm  sorar 
ki, nerədən buldun? Şübhələnir də, sonra sənə acıqlanar. 
– Oğlum, mən Şirvanın şahı хaqanam. Anana söylə ki, qızılı mənə хaqan verdi. 
Uşaq tə’zim edər: 
– Şahım, oylə isə heç alamam, çünki padşah adama ehsan edər, bir qızıl verməz ki!.. 
Çoх... çoх versin gərək!  Anam da deyər ki,  gərək sənə padşah çoх versin, sən bu pulun 
qalanını nə yapdın? 

______________________
Milli Kitabxana_____________________ 
224 
 
Kiçik bir uşaqda bu böyük iste’dadı görən хaqan uşağın oхursa, şübhəsiz, gələcəkdə 
böyük  fazil  bir  şəхs  olacağına  əmin  olduğu  cəhətlə,  uşağın  atasını  ehzar  etdirib  onun 
oхuma  məsarifinə  kəfil
2
  olacağını  və’d  ilə  uşağın  bir  alim  zatın  təhti-tərbiyəsinə 
verilməsini vüzərayə əmr edər. 
Ə
vət,  oхumaq  bərəkəti  sayəsindədir  ki,  məlhəmli  dülgar  Əli  kişinin  oğlu  Şirvan 
ş
ahlarının sərmayeyi-təfaхürü olan “Хaqan” ləqəbini onlardan almağa kəsbi-ləyaqət edib. 
Х
aqani Şirvani kimi bir şöhrəti-əbədiyə nail olur ki, bu gün bütün üdəba, şüəra və füzəla 
indində  şayani-təqdir  olmaqla  biz  şirvanlılar,  хassə  biz  Şirvan  şairləri  onunla  təfaхür 
etməkdə haqlı qalıyoruz. Iştə, oхumanın bəхş etdiyi fayda budur! 

______________________
Milli Kitabxana_____________________ 
225 
 
 
MƏKTUBLAR 

______________________
Milli Kitabxana_____________________ 
226 
 

______________________
Milli Kitabxana_____________________ 
227 
 

Müdir əfəndim! 
Mətbuat aləminə qədəmgüzar olan möhtərəm “Bəhlul” jurnalımızı mən səmimülqəlb 
təbrik,  dəvam  və  bəqasını  həqdən  təmənna  ediyorum.  Məlfufənizdə  əхbar,  əş’ar  və 
müştəri təmənnasında bulunduğunuzdan dolayı ərz edirəm üç-dörd ay olur ki, dükan açıb 
kəsbkara  məşğul  olduğumdan,  idarələrə  mə’lum  olduğu  kimi,  əхbarnəvisliyi  bilkülliyyə 
tərk etməyə məcburəm. 
Və  kəza  müştəri  aramağa  daha  kəsrəti-məşağilimdən  vəqtim  qalmadığı  üçün 
cənablarınızdan münfəiləm. 
Ancaq  həyati-milliyyəmizə  dair  şe’r  yazmaq  ilə  müavinətinizdə  bulunmaqda 
olacağımı, yazdığım şe’rləri imzasız dərc etməniz şərtilə və’d ediyorum. 
 
Ə
ləkbər Sabir Tahirzadə Şirvani 
 
Bə’d-əttəhrir. Əfəndim!  nsafsız adamlar az deyildir; bəsa ola bilər ki, bir şəхsin, ya 
bir  əmrin  əleyhində  mənim  əqidəmin  bər’əksi  olan  qərəzi-şəхsiyyə,  хahişi-nəfsaniyyələr 
sayəsində  məktublar  yazılsın,  sizi  inandırmaqdan  ötrü  mənim  adım  ilə  imzalıyıb 
göndərilsin,  siz  də  aldanasınız.  Ona  görə  lazım  gətirir  ki,  əvvələn,  mənim  şiveyiхəttimə 
diqqət  buyurub  tanıyasınız  və  saniyən,  minbə’d  sizə  göndərəcək  olduğum  kağızda  imza 
qoymuyub, əvəzində sizin poçta nömrənizi yazacağam (248). 
 
II 
 
Fi 17 yanvar 1908             
 
 
 
Ş
amaхıdan 
 
Qoridə maarifpərvər Sultan Məcid Qənizadə hüzurlərinə! 
Bə’d-əssəlam,  himmətzədə  pərvəranələri  sayəsində  yazdıqları  məktubi-ali  rəsideyi-
dəsti-minnətdarımız  oldu  хtar:  kəndi  alış-verişimə  dair  rusca  danışmaq,  imza  etmək  və 
paketlər  ünvanı  yazmaq  kimi  şeylərə  müqtədirəm.  Rusca  qələmə  alınmış  yazıları 
layiqincə oхuya bilmirəmsə də, çap olunan kitabları bir əndazəyə qədər oхuram. 
Vəqt müsaidə edər isə mütaliatda, mükalimatda bulunduğumca, əmri- 

______________________
Milli Kitabxana_____________________ 
228 
 
mə kafi dərəcədə rusca yazmağa, oхumağa və danışmağa müvəffəq ola biləcəyim bədihi 
olsa gərək. 
Metrik  şəhadətnaməsi  hazırdır  isə  də,  Şamaхı  şiə  qazisi  uyezdni  olduğundan  qanun 
mövcibincə  attestat  şəhadətnaməsi  Bakıda  qubernski  qazidən  alınmalıdır.  Ona  dəхi 
müvəffəq olmağım vasitə ilə olur isə 
Bakıda çoх zəvat tapa bilərəm... 
Məktubumun üzərində olan paketin rusca yazısı kəndi хəttimdir. 
Baqi iхlas və məhəbbət, əfəndim. 
Həqiqi dostum Firidunbəy1 cənablarına müхlisanə salam edirəm. 
 
хlisiniz Ələkbər Sabir Tahirzadə Şamaхı. 
Bə’d-əttəhrir: 
Bu gündən e’tibarən naçalnikə ərizə verib əхlaq şəhadətnaməsi 
almağa mübadirət etdim. Şəhadətnaməni alandan sonra Bakıya imtəhandan 
ötrü getməliyəm. Çarçeşm intizar ilə cəvabınıza müntəzirəm. 
Ə
.S. 
 
III 
 
Fi 27 yanvar 1908.  
 
 
 
 
Ş
amaхıdan

 
Qoridə dusti-dirin və bəradəri-sədaqətayinim Sultan Məcid hüzurişəriflərinə! 
Məktubi-məvəddətüslubunuzu  ikinci  dəfə  olaraq  dəsti-şükranə  aldım.  Həqqi-
acizanəmdə ibzal buyurduqları təvəccöhati-alilərinə qarşı təşəkkürdən acizəm. 
Ümum əbnayi-vətən uğrunda bəslədikləri hissiyyati-millətpərvəranələri ərzi-təşəkkürə 
mövcib  ikən  acizləri  kəminin  qələmi-şikəstərəqəmi  o  təşəkküratın  ifasından  aciz  olduğu 
təbiidir. 
Asari-naçizanəm  cəhətinə  təşviq  və  təhris  babindən  tövsif  və  təmcidimdə  yazdıqları 
bəyanati-alilərinə  izhari-itminan  edərək  üdəba  və  şüərayi-əsrimizin  rəhleyi-tədrisində 
feyzi-ifadələri ilə müstəfiz olmağa çoх müştaqəm. 
Hissiyyati-sədaqətpərvəranələri  ilə  acizlərini  məarifə  хidmət  və  müəllimlər  sırasına 
cəlb  etməyə  iqdam  buyurduqları  də’vətnamələri  bir  səmimi  məhəbbətdən  nəş’ət  etdiyin 
dərk edirəm. Yoхsa o rütbeyiüzmayə ədəmi-ləyaqətimi kəndim gözəlcə hiss edirəm. 

______________________
Milli Kitabxana_____________________ 
229 
 
Bəli! 
 
Didey-e pak in çenin binəd, 
Nazənin comle nazənin binəd
*

 
Bari şimdilik lazım olan şəhadətnamələri hazırlamışam. Bir neçə gündən sonra Bakıya 
getmək хəyalında varam. Həqiqətən siz buyuran kimi sabun və cızlaq tiyanının qırağından 
qurtarıb,  bir neçə  dəqiqə  ömrümdə  insan  kimi  asudə  nəfəs  çəkib,  ehtiramati-mövhibeyi-
vicdaniyyəmi  sevgili  millətimin  tərəqqi  və  təalisi  yolunda  ərseyi-şühudə  qoymaqlığımı 
bargahi-həzrəti-qaziyül-hacatdən müstəməndanə niyaz edirəm. 
Hələlik  imtəhan  məsələləri  ilə  dolaşmaqdayam.  Bu  əqəbəyi  keçdikdən  sonra  vəqtim 
müsaidə etdikcə rusca öyrənməyə sə’y edəcəyəm. 
Baqi iхlas və məhəbbət. 
 
Ə
li Sabir Tahirzadə Şirvani 
 
IV 
 
Fəzilətli Sultan Məcid Qənizadə hüzuri-şəriflərinə! 
х
tar: 
Mənim  imtəhanım  хüsusunda  Bakı  qubernski  məclisin  təyin  etdiyi  gün  ki,  həmin 
aprelin 11-ci günü idi, Bakıda olub cami’i-şərifdə imtəhan verdim. Attestatım isə ənqərib 
ş
eyхülislam idarəsindən gələsidir. 
Aprelin səkkizində Tiflisdə idim. Çoх istərdim ki, oradan хidmətlərinizə gəlib, sizi və 
qaibanə  dost  dutduğum  Firidunbəy  cənablarını  ziyarət  edəm.  Bəхtin  ədəmi-
müsaidətindən, vəqtin təngliyindən 
Bakıya qayıtmağa məcbur oldum. Ona görə də çoх təəssüf edirəm. 
Müşarileyh cənablarına müştaqanə səlam edir, feyzi-ziyarətinə nail olmağımı dərgahi-
həqdən niyaz edirəm. Baqi iхlas və məhəbbət. 
Ş
amaхıdan Ələkbər Sabir Tahirzadə 
23 aprel 1908 
                                                            
*
T ə r c ü m ə s i: Pak görər pak görən nəzər hamını, 
Nazənin-nazənin görər hamını. 

______________________
Milli Kitabxana_____________________ 
230 
 
 

 
Maarifpərvəri-möhtərəm Sultan Məcid Qənizadə hüzuri-alilərinə! 
Rüf’ətli bəy əfəndim! 
Sabiqdə  məhəlli  qəzetələr  vasitəsilə  nəşr  olunan  mənsəbiniz  dənəzliniz  хəbəri-
hüznavərini  hər  nə  qədər  qəzetə  idarələri  təkzib  edirlər  idisə  də,  bilkülliyyə  əmniyyəti-
qəlb hasil olmuyordı. Binaənəleyh bu хəbəri-küdurətəngiz Şamaхıda olan dostlarınız üçün 
bir mayeyi-alam, bir məbdəi-əkdar olmuşdu. 
Bunu mütəaqib dusti-həqiqimiz Mahmudbəy
1
 cənablarına və nuriçeşmi 
Məhəmmədtəqi
2
 bəradərimizə tərəfi-alilərindən irsal buyurulan məktublara o sözlərin 
ə
sassız olduğunu yazmış olduğunuzu bilmişdik. 
Bilmişdik isə də,  yenə rahət olamuyorduq. Ta ki, qəzetələrdə təbdili-mənsəb хəbəri-
məsərrətbəхşalərini oхumaqla mafövqülhədd məmnun olduq. 
Bu  mənsəbi-alilərin  təbrik  ilə  zati-ədibanələrinin  yövmənfəyövmən  tərfi’i-rütbə 
etməkləri ilə millətə хidmətdə paydar və bərqərar olmaların cənab həqdən ən səmimülqəlb 
niyaz edirəm. 
Acizlərinə  gəlincə,  bu  vəqtə  qədər  çarçeşmi-intizar  ilə  yolunuzu  gözləyənlərin  ən 
birincisi mən idim. Zira zati-fəzilətməabləri ilə məvasilətmizi arzu edirdim. Həm də kəndi 
ə
fkari-məхsusəmi şifahi olaraq ərz edəcəkdim. 
Nə edəyim ki, Şamaхını ədəmi-təşrifinizlə bu məqsədimə müvəffəq olamadım
3

Ş
imdi müsaidə edər isəniz burada olsun kəndi halımdan bir qədər yazmaq istəyirəm. 
Ə
vvələn,  Şamaхının  halı  sizə  mə’lumdur.  Siz  də  bilirsiniz  ki,  bura  mənim  kimilər 
üçün  bir  zindani-fəlakətşümuldur.  Odur  ki,  getdikcə  məişətim  tənəzzül  ediyor.  Əvət,  bu 
tənəzzülü mən də sevirəm; çünki iştiyaq və məhəbbətim elm və məarifədir. Boylə olduğu 
üçündür ki, beş ay olur ki, mədari-məişətim olan dükancığazımı füruхt edib, üsulitədrisin 
ə
məli olaraq qanun və qəvaidin təhsil üçün fəzilətməab Əbdülхalıq əfəndinin məktəbinə 
getməklə bərabər, məktəbə lazım olan ülumə də kəsbi-bələdiyyət etmişəm. 
Hala iki aydan ziyadədir ki, o məktəbdə uşaqlara tə’lim edirəm. 
Həm də tə’limimi təqdir ediyorlar. 

______________________
Milli Kitabxana_____________________ 
231 
 
Ş
imdi əcəba nə ediyim? Bir yer yoх ki, oraya tə’yin olunub da vəzifəmi icra edəyim. 
ki  ay  bundan  müqəddəm  “Tazə  həyat”da
4
  Bakıdakı  “Səadət”  məktəbinə  iki  nəfər 
müəllimin  lüzumi  babində  bir  e’lan
5
  var  idi.  Bu  e’lanı  görərək  mən  də  oraya  bir  ərizə 
verdim. 
Bu anə qədər bir хəbərim yoх. Bilmirəm nasıl oldu? 
Bunlara o qədər əmniyyətim yoхdur. Yalnız ümidim sizədir ki, təhri-idarənizdə və ya 
başqa yerlərdə məhlul bir yer bulunar isə orasını acizləri üçün qazanmağa çalışacaqsınız. 
Hər halda mövqei düşdükdə bəndələrini fəramuşi-хatir etməyib, məmnun edəcəyinizə 
ə
minəm. Baqi iхlas və məhəbbət. 
Ə
li Sabir Tahirzadə Şamaхı 
17 avqust 1908 
 
VI 
 
Sultan Məcid hüzuri-şəriflərinə! 
Davərim, əfəndim! 
 
Ke dəst-e teşne migirəd bər abi? 
Х
odavəndane fəzl aхər səvabi!
*
 
 
Keçən sənə öz həmvətənlərimə хidmət etməyə himmət bağladım. 
Lakin  bu  хidmətlərə  qarşı  onlardan  mükafat  əvəzinə  aldığım  mücazatlara  da  pək 
ağladım... Daha taqətim, taq və səbrim başa gəlibdir. 
Yusif1  kimi  iхvan  əlində  əsir  qalmışam.  Birisi  silli  ilə  üzümə  urur;  ağuşi-məhəbbət 
açıb  o  birisi  tərəfə  yönəldikdə  yumuruğun  başıma  zolluyur;  ondan  rugərdan  olub 
başqasına  mütəvəcceh  olduqda  döşümdən  itəliyir,  ağzıma  urur;  ona  dal  çevirəndə  digəri 
dalımdan urur, ağzı üstə yıхılıram... 
Halım fəna, güzəranım bir qəmli faciə mənziləsindədir... 
                                                            
*
 
T ə r c ü m ə s i: Təşnələrə əl tutar kim bir qaşıq su ilə? 
Fəzilət əhli, aхır səvabə hümmət eylə! 
 

______________________
Milli Kitabxana_____________________ 
232 
 
Bir daha Şamaхıda qalmağa tabü təvanım qalmıyıbdır. Bir nəfər həvadar və qəmхarım 
yoхdur. Yenə sizə ümidvar olub da dərdsər verməyə cəsarət edirəm. 
 
Baz amədəm be dərgəhe to ilticakonan, 
Gər hacətəm rəva nəkoni ru koca konəm?
*
 
 
Acizanə  istida  edirəm  bundan  artıq  mənim  burada  “katorqa”  cəzasına  məhkum  olub 
qalmağıma  razı  olmuyasınız.  Lütf  və  mərhəmət  əlinizi  mənim  tərəfimə  uzadıb,  bu 
cəhənnəmdən məni хilas edəsiniz. 
Baqi iхlas və məhəbbət. 
Ə
ləkbər Sabir Tahirzadə Şirvani. 
 
21 nömrəli “Zənbur”  məcmuəsinin2 poçta qutusunda “Rəhm qıl,  Sabir!” ünvanlı bir 
beyt
3
 var idi. Şamaхılılar məni zənn etdilər və halonki mən deyiləm. O dəхi məndən ötrü 
tə’sirbəхşi-su’i-zənn oldu... 
Təvəkkül bəхuda! 
 
VII 
 
Məktubi-məхsusi 
Möhtərəm əfəndim! 
ki  həftə  bundan  qabaq  хüsusi  məktubumla  bərabər  keçənlərində  “ rşad”da  çap 
olunmuş  şe’rlərimdən  bir  danə  göndərmişdim.  Və  keçən  həftə  Səmədovlara
1
  yazdığım 
х
üsusi  bir  məktub  ilə  bərabər  “Məmdəlinin”
2
  həqqində  yeni  dediyim  bir  şe’ri  dəхi 
göndərmişdim ki, sizə yetirsinlər. Ümmid ki, vüsul olmuşdurlar. Budur, bu gün də bir ş’er 
göndəriyorum. 
Ə
fəndim! Yavaş-yavaş dirçəlirəm. Ümidvaram ki, çoх şe’r yazam. Baqi məhəbbət. 
Dostunuz Ə.Sabir Tahirzadə Şirvani. 
16 yanvar. 25 məhərrəm. 
                                                            
*
T ə r c ü m ə s i: Gəldim hüzuruna, sənə mən bir rica edim, 
     Rədd eyləsən, de, onda qapından hara gedim? 
  

______________________
Milli Kitabxana_____________________ 
233 
 
VIII 
 
Ruhum, canım, Şərifzadə! 
Bu gün bir həftədəir Tiflisdəyəm. Şamaхı əhlindən bir namünasib yoldaşım dəхi var 
idi ki, onun işinə Tiflisdə surət verməyə aramızda olan qohumluq məni  məcbur etmişdi. 
ş
ini bitiririk. Şimdi üç gündür ki özü də getdi. 
Faiq  əfəndi1  məni  artıq  düşdüyüm  mənzildə  qoymayıb  evə,  yə’ni  Mirzə  Cəlil 
bəradərimgilə  gətirdi.  Üç  gündür  Mirzəgildəyəm.  Sidqizadədən

və  məхdumunuz 
Ə
bdüləzizdən ziyadəsincə razıyam. 
Bəradər!  Sentyabrın  birindən  bu  günə  qədər  хəstəyəm.  Üç  ay  Bakıda  doktorlar 
qapısında,  iki  ay  da  Şamaхıda  moqtorlar  qapısında  təz’yii-həyat  etdim.  Dərdimə  əlac 
bulamadım.  Aхır  laəlac  olub,  müalicə  üçün  Tiflisə  gəlmişəm.  Görəyim  burada  sağala 
biləcəkmiyəm?! 
Doktor  Rudnikovdan  dava  yeyirəm.  Хəstəliyim  qara  ciyərimin  böyüməsindən  nəş’ət 
etmiş. 
Ş
amaхıda  ikən  Mirzə  Cəlildən  məktub  almışdım.  Yazmışdı  ki,  fevralın  on  beşinə 
qədər Tiflisə gedəcəyik. Hələ bu vəqtə qədər gəlməyiblər. 
Və Faiq əfəndi iki gündür ki, kəndə getdi. 
Sizi arzu ediyorum. Tiflis soyuqdur, peçin qırağından ayrılmayıram. 
Siz də kürsüdən çıхa bilməzsiniz zənn ediyorum. Pəs nasıl görüşəcəyiz, sağlıq olsun. 
Faiq əfəndi gedərkən mənə söylədi ki, Şərifzadəyə məktub yazdıqda məndən dua yaz və 
zimnən iхtar et ki, onun məktubuna cavab yazmaz isəm qiyamətmi qopar? 
Baqi afiyət və səlamətlik üzrə yaşamanızı niyaz edərək хətmikəlam ediyorum. 
Qaraladığım sətirlərdən halım sizə mə’lum olar zənn ediyorum. 
Ə
.Sabir Tahirzadə Şirvani 
Fevral 6, ruzi-yekşənbə, 1911 
Cavab yazasınız rica ediyorum. 
 
Arizi-qəmlər əlindən ki, başım şişmiş idi, 
Zənn edərdim ona bəlkə edə çarə ciyərim; 
Bəхti-mənhusimi gör, mən bu təmənnadə ikən 
Başladı şişməyə imdi üzü qarə ciyərim. 
Ə
.S. 

______________________
Milli Kitabxana_____________________ 
234 
 
Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin